Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-191/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarəsinin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakim F.Ş.Kərimova) ##.##.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istinaq Təcridxanasında azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(012)-363/2025 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə xərcinin və xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın olmaması nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs1 məxsus 3 ədəd mis qazan və bir ədəd samovarın sahibinə qaytarılması nəzərə alınması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ##.##.2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi yeni yaşayış massivində yerləşən zərərçəkmiş şəxs2 məxsus nömrəsiz evin həyətində olan yardımçı tiklinin pəncərəsinin dəmir barmaqlıqlarını qırıb qanunsuz içəri daxil olaraq oradan hər birinin uzunluğu 5 metr olan 14 ədəd 52 dioqnallı ümumilikdə 70 metr uzunluğunda 750 manat dəyərində və 6 ədəd hər birinin uzunlugu 3 metr, ümumi uzunluğu 18 metr olan 32 dioqnallı 150 manat dəyərində dəmir boruları, 8 ədəd, hərbirinin uzunluğu 5 metr olan ümumikdə 40 metr uzunluğunda 32 dioqnallı 80 manat dəyərində armaturları, 70 manat dəyərində manqalı, 30 manat dəyərində günəşdən qorunmaq üçün nəzərdə tutulmuş qurğunun metal oturacağını, hər birinin uzunlugu 3 metr olan 5 ədəd ümumi uzunluğu 15 metr olan, 75 m/m-lik 70 manat dəyərində bucaqlıqlar (uqonliki), ümumi 18 metr uzunluğunda, 100 m/m-lik 60 manat dəyərində plasmas boruları cəmi 1210 manat dəyərində əmlaklarını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ##.##.2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Mədətov küçəsində yerləşən zərərçəkmiş şəxs3 məxsus ərzaq mağazasının ön taxta qapısının açıq olmasını görüb plastik qapının kilidini küçədən tapdığı dəmir parçası ilə açıb qanunsuz mağazaya daxil olaraq oradan masanın siyirməsindən 1000 manat pulu, vitrində olan 44 manat dəyərində 2 blok «Sobranie» markalı siqaretləri, cəmi 44 manat dəyərində 2 blok «Kent» markalı siqaretləri, cəmi 35 manat dəyərində 1 blok «Winiston» markalı siqaretləri, cəmi 13 manat dəyərində 2 ədəd «Orqanik» araqları gizli olaraq talayıb zərərçəkmiş zərərçəkmiş şəxs3 ümumilikdə 1237 manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 20:00 radələrində zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi tikili hasarını aşaraq evin ümumi həyətində olan qarajın pəncərəsinin dəmir barmaqlıqlarını, özü ilə gətirdiyi dəmir parçası ilə qırıb, evin pəncərəsini sıxıb açmaqla qanunsuz içəri daxil olaraq oradan 01 ədəd 600 (altı yüz) manat dəyərində mis qazan, 02 ədəd hər birinin dəyəri 300 (üç yüz) manat olan mis qazan, 01 ədəd 100 (yüz) manat dəyərində somavarı gizli olaraq talayıb, zərərçəkmiş zərərçəkmiş şəxs1 ümumilikdə 1300 (min üç yüz) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, çıxarılmış hökmdən narazı olduğunu, ilk dəfə məhkum olunduğunu, cavan yaşda atasını itirməsi, ailədə tək gəlir gətirən olduğunu nəzərə almaqla çıxarılmış hökmə apellyasiya qaydasında baxaraq daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti, həmçinin barəsində bu hökmə qədər qəbuıl edilmiş hökm üzrə də cinaytlərin məcmusu üzrə cəzanın toplanılaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına audio-video yazı aparılmaqla saxlanıldığı cəzaçəkmə müəssisəsindən “Whatsapp” əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etdi ki, məhkəmə tərəfindən ona həddən artıq cəza təyin edilmişdir. Anası xəstədir, atası vəfat etmişdir, ailəyə yalnız o baxmış, anasının maddi vəziyyəti çətin olduğundan yanına da gələ bilmir, ona görə də apellyasiya şikayətinin təmin olunmaqla cəzasının azaldılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini, eləcə də təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı bildirdiyi fikirlərini müdafiə edib apellyasiya şikayətinin təmin olunaraq cəza müdətinin azaldılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət əməllərinə və həmin əməllərə görə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkum apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsinin iclasında ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu, polis əməkdaşları tərəfindən üzərinə cinayətlərin qoyulduğunu, həmçinin ona təyin edilmiş cəzanın ağır olduğunu bildirərək hökmün dəyişdirilməsini xahiş etmişdir. Bununla yanaşı, ailə vəziyyətinin ağır olmasına, anasının xəstə, atasının vəfat etməsinə, ilk dəfə məhkum olunmasına istinad etmişdir. Müdafiəçi də apellyasiya baxışı zamanı həmin dəlilləri müdafiə etməklə şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində və məhkəmə iclasında irəli sürülmüş bu dəlillər yeni hallar və ya birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən hər hansı mötəbər sübutlarla təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış bütün sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırmış, hər bir sübuta ayrı-ayrılıqda və onların məcmusuna hüquqi qiymət vermiş, nəticədə təqsirləndirilən şəxsin təqsirliliyinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində cəzanın ağır olması barədə göstərilən dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkumun şəxsiyyətini, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları tam nəzərə almışdır. O cümlədən zərərçəkmiş şəxslərdən bir qismi ilə barışıq əldə olunması və ziyanın qismən ödənilməsi onun xeyrinə yüngülləşdirici hal kimi qiymətləndirilmiş, ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Buna baxmayaraq, törədilmiş cinayətlərin xarakteri, onların sayı, təqsirləndirilən şəxsin əməllərinin ictimai təhlükəliliyi və cəzanın sosial ədalətin bərpası, məhkumun islah olunması və yeni cinayətlərin qarşısının alınması məqsədləri nəzərə alınaraq ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli hesab edilmişdir. Məhkumun ilk dəfə məhkum olunması, ailə vəziyyəti, anasının xəstə olması və digər şəxsi halları özlüyündə hökmün dəyişdirilməsi və ya daha yüngül cəza təyin edilməsi üçün mütləq əsas hesab edilə bilməz. Həmin hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmış və iş üzrə müəyyən edilmiş bütün hallarla birlikdə qiymətləndirilmişdir. Apellyasiya baxışı zamanı isə bu nəticənin səhv olduğunu göstərən hər hansı yeni hal və ya sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza törədilmiş cinayət əməlinə adekvat olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 66.5-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azaldılması və ya dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 cinayət işinin materialları ilə tanış olub, məhkəmə proseslərində iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə ödənilməli olan 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 55 (əlli beş) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-191/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-191/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver