Məhkəmə qərarları › İş №1(3-8)-193/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-193/2026

24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-193/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü (hakim şahid2) ilə ##.##.1986-cı ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddətin təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddətinin qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından dərhal həbs edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 445 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında ## ###### 2026-cı il tarixdə saat 18:17də həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən ** saylı uşaq bağçasının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli qış gödəkçəsinin alt hissəsində, qarın nahiyyəsində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 ədəd bağlamada çəkisi 445 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN və PROTESTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, himayəsində iki azyaşlı olmaqla beş övladı vardır, bir övladı əsgərdir. Anası ürək xəstəsidir, atası rəhmətə getmiş, ailədə ondan başqa işləyən yoxdur. Dövlət ittihamçısı apellyasiya protestində hökmün və anlaşılmazlıq qərarının ləğv edilməsini, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə təqsirli bilinməsini, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi üzrə təklif etdiyi həddə cəza təyin edilməsini xahiş etmiş, apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin edilərkən, cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Hökmdən də göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin xeyli miqdarın maksimum həddinə yaxın olması, cəzasını yüngülləşdirən halları, xüsusilə himayəsində iki azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanı aşağı həddə təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmənin bu mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına əsasən, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. O, satış məqsədi olmadan üzərində torbanın içərisində 445 qram çəkidə bitki mənşəli kütlə-tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq saxladığını dərk etməklə həmin əməlləri birbaşa qəsdlə törətmişdir. Bu cinayət əməlləri eyni zamanda digər ictimai münasibətlərə də qəsd edib ziyan vurduqları üçün ictimai təhlükəsizlik, dövlət, idarə və müəssisələrinin normal fəaliyyəti, konkret fərdin sağlamlığı Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin əlavə obyektləri hesab olunur. Məhz ictimai təhlükəliliyinin xarakteri baxımından bu qəbildən olan cinayətlər Cinayət Məcəlləsində ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər bölməsinə (X bölmə) aid edilmişdir. Hökmdən göründüyü kimi əsassız olaraq CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi - əməlindən səmimi peşman olması və 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını müəyyən edilmişdir. İş materiallarından bu halın tam tərsi müəyyən olduğunu açıq aşkar görmək mümkündür. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintiqadında dindirilən zaman CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Tik- Tok” sosial şəbəkəsində “İbo” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olub “İbo”- dan narkotik vasitə olan qurudulmuş marixuana almaqla bağlı danışıq aparmış, aralarında “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə yazışma olmuş və o, İbo ilə 450 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana almaqla bağlı razılaşmışdır. İranlının ona göndərdiyi bank kartı hesabına 350 manat və 100 manat olmaqla ümumilikdə 450 manat pul göndərmiş, sonuncu ona narkotik vasitənin yerini "WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə istifadəsində olan "Redmi” markalı mobil telefonuna göndərmiş, daha sonra ##.##.2026-cı il tarixdə yaşadığı ünvanın yaxınlığında idarə etdiyi qara rəngli “Şevrolet Cruz” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ona göndərilən məkan üzrə Sumqayıt şəhərinə gəlmişdir. ##.##.2026-cı il tarixdə saat təxminən 18 radələrində Sumqayıt şəhəri, 45ci məhəllə, ** saylı uşaq bağçasının yanına gəlmişdir. O, 01 ədəd polietilen bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı götürüb əynində olan qış gödəkçəsinin altında qarın nahiyyəsində yerləşdirib maşına tərəf piyada geri qayıdan zaman 03 nə fər mülki geyimli şəxs küçədə ona yaxınlaşıb tutmuşdurlar. İşin faktiki hallarına və Təqsirləndirilən şəxs ifadəsindən əsasən müəyyən olunur ki, o şərti adı “İbo” olan İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkəsi ilə əlaqə saxlamış, sonuncu tərəfindən ona narkotik maddənin olduğu məkan yeri kimi Sumqayıt ərazisi bildirilmiş və buna dair məkan yeri dəqiq sosial şəbəkə ilə göndərilmiş və İbo adlı şəxsin kart hesabına ümumilikdə 450 manat pul köçürməklə 445 qram marixuana əldə etmişdir. Həm də göründüyü kimi, İbo adlı İran vətəndaşı Təqsirləndirilən şəxs vasitəsi ilə Azərbaycan ərazisində hərəkət etmək, əlaqə qurmaq və həcmi həmin narkotikin cinayət tərkibi yaradan xeyli miqdarından dəfələrlə artıq xeyli miqdarda marixuananı dövriyyə etdirmək imkanına malikdir. Bu da şəxsin ictimai təhlükəliyini artırmaqla bərabər şəxsin narkotik maddə əldə etmək üçün xərcəldiyi məbləğin həcminə diqqət etdikdə 500 manata yaxın olmuş və bu məbləği şəxs ailə üzvlərinə xərcləmək əvəzinə narkotik maddə əldə etməyə sərf etmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı narkotik vasitələr polis əməkdaşlarının keçirdiyi müvafiq tədbir nəticəsində aşkar edilərək götürülmüş və cinayət əməli polis əməkdaşlarının səyi nəticəsində aşkar edilmiş Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, cinayət törətməyə meyilli olması, bu əməli səmimi etiraf edib-etməməsindən çox asılıdır. Çünki, səmimi etiraf şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq edilməklə islah ediləcəyinə inamı azaldır. Bundan əlavə, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi 445 qram çəkidə bitki mənşəli kütlə-tərkibində narkotik maddə olan qurudulmuş marixuananın təkrib yaradan xeyli miqdardan 89 dəfə çoxdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Göründüyü kimi, məhkəmə bu halda da qanunvericiliyin tələbindən çıxış etməmiş, islah olunmayan şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin etsə də aşağı həddə cəza təyin etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı göstərməklə kifayətlənmiş, həmin halın cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivini isə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailə başçısı olsa da özünün və ailəsinin şəxsi ehtiyaclarına xərcləməli olan məbləği narkotik maddəyə xərcləməklə ailəsinin maddi vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərmişdir. Bununla da, narkotik maddə qəbul edicisi olan Təqsirləndirilən şəxs həmin müddətdə davamlı olaraq narkotik maddə əldə edərək qəbul etməsini, eyni zamanda sonuncu dəfə marixuanaya görə tərkib yaradan xeyli miqdardan dəfələrlə artıq miqdarda narkotik maddə əldə etməsinə əhəmiyyət verməmiş və təklif olunan 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına münasibətdə təqsirli bilindiyi maddənin saksiyasında olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları da nəzərə almamışdır. Bundan əlavə məhkəmə hökmünün təsviri əsaslandırın hissəsindən görünür ki, işin faktiki halları ilə müəyyən edilən cinayət əməlinin təsvirinə deyil, tamamilə başqa bir cinayət əməlinin təsvirinə istinad etmişdir. ##.##.2026-cı il tarixli anlaşılmazlığın aradan qaldırılması haqqında qərarla məhkəmə CPM-in 518-ci maddəsinə istinad edərək bu hissədə düzəliş versə də həmin maddədə qeyd edilən məsələlər məhkəmənin düzəliş verdiyi cinayət əməlinin təsvirinə dair hissəyə aid olmamış və cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halı əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə təqsirinin sübut olunmamasına görə tövsif edilməli olması, tövsif edilən əməl üzrə isə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən hal kimi isə himayəsində biri azyaşlı olmaqla, iki övladının olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində yüngül cəza təyin edilməsini, dövlət ittihamçısı isə apellyasiya protesti verərək, təyin edilmiş cəzanın həddinin artırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müraciət də ünvanlayaraq, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayətprosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayəti əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində və protestində təyin edilmiş cəza mübahisələndirilir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü yalnız apellyasiya şikayətinin və protestinin dəlilləri hüdudunda yoxlanılmalıdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, оnun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq оrqanı tərəfindən tоplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi əməlin tövsifi, sübutların tədqiqi və qiymətləndirilməsi zamanı cinayət qanununa və cinayət prosessual qanunvericilik normalarına düzgün riayət etmiş, səhvə yol verməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPMnin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, birinci instansiya məhkəməsi tərəfindən həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə dəyərləndirilmə aparılmışdır. İttiham aktı üzrə əməlin məhkəmə aktının təsviri hissəsində yalnış olaraq göstərilməsi, həmin ittiham üzrə nəticəni (şəxsin təqsirliliyini) şübhə altına almadığından, protestin istinad edilən hissə üzrə dəlilləri əsaslı hesab edilməməlidir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə də gəlinən nəticə ilə razılaşır. AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi Şəxsi Ambulator Məcburi-X2 barədə *** nömrəli, ##.##.2026-cı il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.129-130); Azərbaycan Respublikası Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndiliyinə qonşular tərəfindən heç vaxt şikayət daxil olmamışdır. (i.v.127-128); DİN-nin BƏSİİ-dən alınmış ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.120); “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2008-ci il təvəllüdlü Məhəmməd Həsənli, ##.##.2011-ci il təvəllüdlü Əli Həsənov, ##.##.2019-cu il təvəllüdlü Ümid Həsənov, ##.##.2022-ci il təvəllüdlü Nazlı Həsənli adlı 04 övladı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi qənaətinə gəlinərkən ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın olmasını nəzərə almışdır. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halın olmasa da, aşkar olunmuş narkotik vasitənin miqdarı cinayət məsuliyyəti yaradan xeyli miqdardan 89 dəfə çoxdur. Bu xüsusat əməlin ictimai təhlükəliliyini artıran haldır. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik maddənin miqdarı şəxs barəsində təyin edilmiş cəzanın onun islah olunmaqla onun və digər şəxslərin yenidən cinayət əməli törətməsindən çəkinməsi qənaətini mümkünsüz edir. Təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin miqdarı onun barəsində cəza təyini məsələsi qiymətləndirilərkən barəsində yüngül cəza növünün təyin edilməsini cəzanın məqsəd və prinsipləri baxımından istisna təşkil edir. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməl ilə bəşəriyyətin ümumi bəlası olan narkotik maddədən istifadəsi nəticəsində üzv olduğu cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran hərəkət etmişdir. Bu hərəkəti ilə həmçinin təqsirləndirilən şəxs ailəli və himayəsində övladları olsa da, onların da üzv olduğu cəmiyyətin ümumi bəlası olan narkotik maddədən istifadə etməsi ilə cəmiyyətin özəyini təşkil edən ailənin də mənəvi və əxlaqi dəyərlərinə sarsıdan hərəkətlər etmişdir. Bununla yanaşı təqsirləndirilən şəxs barədə təyin edilmiş cəzanın həddi əməlin ictimai təhlükəlik dərəcəsinə və təqsirkar şəxsin şəxsiyyətinə uyğun deyildir. Çünki cəzanın məqsədi şəxsin islah olunması, onun və digər şəxslərin yenidən cinayət əməli törətməsindən çəkinməsini, sosial ədalətin bərpasını təmin etməkdən ibarətdir. Qeyd edilən hallar üzrə ümumi dəyərləndirilmənin aparılması təqsirkar barəsində təyin edilən cəzanın həddinin artırılmalı olması qənaətini formalaşdırır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək, apellyasiya protestinin cəza ilə bağlı gəlinən nəticənin işin faktiki hallarına uyğun gəlməməsi dəlili ilə razılaşaraq birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət Prosessual Məcəllənin 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, apellyasiya protesti təmin edilməli, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmalı və üzərində 1 (bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 4 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 44 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və üzərində 1 (bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar