Məhkəmə qərarları › İş №1(3-8)-194/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-194/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-194/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X1 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (hakim Samir İsmayılov) ##.##.1989-cu ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Hacıqabul rayonu, İ.Qayıbov küçəsi 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Yeni şəhərcik, ev 43, mənzil 42 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilərək, məhkəmə iclas zalından həbsə alınması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 1 ədəd 1,38 manat dəyərində 1 litr Fanta, 1 ədəd 1,38 manat dəyərində 1 litr Cola, 1 ədədi 4,19 manat olan 3 ədəd 12,57 manat dəyərində 720 qr “xxxx” firmasına məxsus badımcan kürü, 1 ədəd 15,59 manat dəyərində 1 kq “xxxx” firmasına məxsus plombir dondurma, 1 ədəd 11,55 manat dəyərində 3 litr “xxxx” firmasına məxsus təmizləyici maye, 1 ədəd 7,99 manat dəyərində “xxxx” firmasına məxsus təmizləyici maye, 1 ədədi 5,99 manat olan 2 ədəd 11,98 manat dəyərində 150 qr “xxxx” firmasına məxsus çipsi, 1 ədədi 2,59 manat olan 2 ədəd 5,18 manat dəyərində 240 qr “xxxx” firmasına məxsus paprika çipsi, 1 ədədi 9,99 manat olan 2 ədəd 19,98 manat dəyərində 350 qr “xxxx” firmasına məxsus konserva, 1 ədəd 44,59 manat dəyərində “xxxx”xxxx“Breef’ firmasına məxsus təmizləyici maye, 1 kq 3,39 manat olan 7,22 manat dəyərində 2.130 kq dolmalıq bibər, 1 kq 1,05 manat olan 2,24 manat dəyərində 2,130 kq yemiş, 1 kq 1,69 manat olan 3,6 manat dəyərində 2,130 kq badımcan, 1 kq 2,79 manat olan 5,94 manat dəyərində 2,129 kq şaftalı, 1 kq 2,99 manat olan 10,06 manat dəyərində 3,364 kq şaftalı nektarını həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 168,24 AZN (yüz altmış səkkiz manat iyirmi dörd qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 1 ədəd 2,2 manat dəyərində 2 litr Cola, 1 ədəd 7,19 manat dəyərində “xxxx” firmasına məxsus təmizləyici maye, 1 ədəd 3,99 manat dəyərində 400 qr “Skumburiya” balığı, 1 ədəd 1,79 manat dəyərində 50 qr “İlğım” firmasına məxsus qara istiot, 1 ədədi 1,45 manat olan 2 ədəd 2,9 manat dəyərində 150 qr “xxxx” firmasına məxsus hill, 1 ədədi 1,9 manat olan 3 ədəd 5,7 manat dəyərində “xxxx” firmasına məxsus avtomobil aksessuar, 1 ədəd 5,25 manat dəyərində 1 litr “xxxx” firmasına məxsus təmizləyici maye, 1 kq 36,99 manat olan 48,31 manat dəyərində 1,306 kq “xxxx” firmasına məxsus kolbasa, 1 kq 36,29 manat olan 50,37 manat dəyərində 1,388 kq “xxxx” firmasına məxsus çupra balıq, 10,49 manat dəyərində 600 qr “xxxx” firmasına məxsus ağ pendir, 1 kq 0,35 manat olan 1,97 manat dəyərində 5,629 kq qarpız, 1 kq 15,9 manat dəyərində olan “xxxx” firmasına məxsus badamlı paxlava və 1 kq 2,89 manat olan 6,75 manat dəyərində 2,336 kq banam həmin çantaya yığıb gizli talamaqla Zərərçəkmiş şəxs MMCyə ümumilikdə 162,81 AZN (yüz altmış iki manat səksən bir) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 1 ədəd 28,79 manat dəyərində 300 qr “xxxx” firmasına məxsus dondurma, 1 ədəd 42,69 manat dəyərində “xxxx” firmasına məxsus pampers, 1 ədəd 2,59 manat dəyərində 240 qr “xxxx” firmasına məxsus paprika çipsi, 1 ədədi 2,2 manat olan 2 ədəd 4,4 manat dəyərində 2 litr Cola, 1 ədəd 0,7 manat dəyərində 500 ml “xxxx” firmasına məxsus enerji içki, 1 kq 3,29 manat olan 6,67 manat dəyərində 2,03 kq limon, 1 kq 4,29 manat olan 8,7 manat dəyərində 2,028 kq rəngli bibər, 1 kq 0,35 manat olan 1,97 manat dəyərində 5,629 kq qarpız, 1 kq 1,29 manat olan 6,55 manat dəyərində 5,078 kq kartofu həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 103,06 AZN (yüz üç manat altı qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 1 ədəd 2,2 manat dəyərində 2 litr Cola, 1 kq 32,99 manat olan 21,91 manat dəyərində 0,664 kq mavi rəngli taha konfet, 26,13 manat dəyərində 400 qr “xxxx” firmasına məxsus konfet, 1 ədəd 2,59 manat dəyərində 240 qr “xxxx” firmasına məxsus paprika çipsi, 1 kq 4,99 manat olan 8,37 manat dəyərində 1,678 kq sarımsaq, 1 kq 1,79 manat olan 4,61 manat dəyərində 2,579 kq armud, 1 ədəd 28,79 manat dəyərində 300 qr “xxxx” firmasına məxsus dondurma, 1 ədədi 5,39 manat olan 2 ədəd 10,78 manat dəyərində 400 qr “xxxx” firmasına məxsus sardina balıq, 1 ədədi 10,79 manat olan 3 ədəd 32,37 manat dəyərində 250 qr “xxxx” çərəz firmasına məxsus püstə, 1 ədəd 44,59 manat dəyərində “xxxx В” firmasına məxsus diş fırçasını həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 182,34 AZN (yüz səksən iki manat otuz dörd qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 1 ədəd 5,39 manat dəyərində “xxxx” firmasına məxsus təmizləyici vasitə, 1 ədəd 2,2 manat dəyərində 2 litr Cola, 1 kq 1,49 manat olan 5,15 manat dəyərində 3,457 kq xiyar, 1 ədəd 2,59 manat dəyərində 240 qr “xxxx” firmasına məxsus paprika çipsi, 1 ədədi 7,99 manat olan 2 ədəd 15,98 manat dəyərində “xxxx” firmasına məxsus mobil telefona aid stend, 1 kq 27,49 manat olan 28,64 manat dəyərində 1,042 kq “xxxx” firmasına məxsus farel balığı, 1 kq 4,69 manat olan 13,62 manat dəyərində 2,904 kq pomidor, 1 kq 4,69 manat olan 12,75 manat dəyərində 2,718 kq portağal, 1 kq 2,59 manat olan 7,52 manat dəyərində 2,903 kq çili lobya, 1 kq 14,59 manat olan 7,82 manat dəyərində 0,536 kq “xxxx” firmasına məxsus toyuq hissələri, 1 ədəd 11,85 manat dəyərində 1 kq “xxxx” firmasına məxsus kərə yağı, 1 kq 36,99 manat olan 48,31 manat dəyərində 1,306 kq “xxxx” firmasına məxsus kolbasa, 1 ədədi 5,99 manat olan 2 ədəd 11,98 manat dəyərində 150 qr “xxxx” firmasına məxsus çipsini həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 173,80 AZN (yüz yetmiş üç manat manat səksən qəpik ) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 1 kq 2,89 manat olan 8,67 manat dəyərində 3 kq banan, 1 kq 14,49 manat olan 15,64 manat dəyərində 1,080 kq “xxxx” firmasına məxsus toyuq'hissələri, 1 ədədi 7,99 manat olan 2 ədəd 15,98 manat dəyərində 250 qr “xxxx” firmasına məxsus şokolad, 1 ədəd 4,99 manat dəyərində “xxxx” firmasına məxsus oyuncaq, 1 ədədi 7,45 manat olan 2 ədəd 14,90 manat dəyərində 350 qr “xxxx” firmasına məxsus südlü yemək, 1 ədəd 4 manat dəyərində 700 qr “xxxx” firmasına məxsus cici bəbə, 1 ədəd 6,8 manat dəyərində 3 kq qatıq, Ikq 1,29 manat olan 6,55 manat dəyərində 5,08 kq kartof, 1 kq 2,99 manat olan 8,55 manat dəyərində 2,860 kq şaftalı nektar, 1 kq 9,99 manat olan 28,57 manat dəyərində 2,860 kq gilas, 1 ədədi 0,09 manat olan 15 ədəd 1,35 manat dəyərində yumurtanı həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 116 AZN ( yüz on altı) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən Ikq 1,29 manat olan 6,55 manat dəyərində 5,08 kq kartof, 40,99 manat dəyərində 3 litr zeytun yağı, 5,39 manat dəyərində 1 ədəd zibil torbası, 1 kq 1,59 manat olan 4,19 manat dəyərində 2,638 kq ağ üzüm, 1 kq 1,25 manat olan 3,3 manat dəyərində 2,640 kq qara üzüm, 1 kq 2,89 manat olan 8,67 manat dəyərində 3 kq banan, 1 kq 4,29 manat olan 8,7 manat dəyərində 2,028 kq rəngli bibər, 1 kq 1,25 manat olan 3,3 manat dəyərində 2,640 kq qara üzüm, 10,79 manat dəyərində 250 qr "xxxx” çərəz firmasına məxsus püstə, 1 kq 1,49 manat olan 5,15 manat dəyərində 3,458 kq xiyar, 10,99 manat dəyərində 1 ədəd “xxxx” firmasına məxsus kişi üçün qısaqol köynək, 13,99 manat dəyərində 1 ədəd kişi üçün tərlik, 1 ədədi 2,2 manat olan 2 ədəd 4,4 manat dəyərində 100 qr “xxxx” firmasına məxsus şokolad, 7,45 manat dəyərində 1 ədəd 180 qr "xxxx” firmasına məxsus südlü yemək, 7,99 manat dəyərində 1 ədəd 1 kq “xxxx” firmasına məxsus düyü, 26,13 manat dəyərində 1 ədəd 400 qr “xxxx” firmasına məxsus şokoladı həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMCyə ümumilikdə 167,98 AZN (yüz altmış yeddi manat doxsan səkkiz qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 17,3 manat dəyərində 1 ədəd “xxxx” firmasına məxsus 180 qr kofe, 10,99 manat dəyərində 1 ədəd kişi üçün qısaqol köynək, 1 ədədi 5,39 manat olan 2 ədəd 10,78 manat dəyərində 250 qr “xxxx” firmasına məxsus file, 1 kq 69,99 manat olan 29,12 manat dəyərində 0,416 kq “xxxx” firmasına məxsus salyami kolbasa, 1 kq 1,79 manat olan 4,61 manat dəyərində 2,578 kq armud, 1 ədədi 7,45 manat olan 4 ədəd 29,8 manat dəyərində olan 180 qr “xxxx” firmasına məxsus südlü yemək, 1 kq 32,99 manat olan 17,15 manat dəyərində olan 520 qr “xxxx” firmasına məxsus sosu həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 119,75 AZN (yüz on doqquz manat yetmiş beş qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 1 ədədi 2,2 manat olan 2 ədəd 4,4 manat dəyərində 2 litr Cola, 5,39 manat dəyərində 1 ədəd “xxxx” firmasına məxsus üz üçün köpük, 1 ədədi 4,29 manat olan 3 ədəd 12,87 manat dəyərində “CİF” firmasına məxsus üz üçün krem, 4,99 manat dəyərində 1 ədəd oyuncaq, 12,59 manat dəyərində 1 ədəd 1 kq “xxxx”xxxx“Miratorf’ firmasına məxsus toyuq file, 1 ədədi 5,39 manat olan 21,56 manat dəyərində 4 ədəd 250 qr “xxxx” firmasına məxsus toyuq file, 26,13 manat dəyərində 1 ədəd 400 qr “xxxx” firmasına məxsus şokolad, 10,79 manat dəyərində 1 ədəd 400 qr “xxxx” çərəz firmasına məxsus püstəni həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 103,71 AZN (yüz üç manat yetmiş bir qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 10,99 manat dəyərində 1 ədəd kişi üçün qısaqol köynək, 2,2 manat dəyərində 1 ədəd 2 litr Cola, 1 kq 32,99 manat dəyərində mavi rəngli taha konfet, 1 kq 1,05 manat olan 3,34 manat dəyərində 3,180 kq yemiş, 1 kq 2,89 manat olan 8,67 manat dəyərində 3 kq banan, 2,59 manat dəyərində 1 ədəd 240 qr “xxxx” firmasına məxsus çipsi, 44,59 manat dəyərində 1 ədəd “xxxx” firmasına məxsus diş fırçası, 1 kq 1,29 manat olan 6,55 manat dəyərində 5,080 kq kartof, 1 kq 4,29 manat olan 8,7 manat dəyərində 2,028 kq rəngli bibər, 1 kq 1,39 manat olan 4,65 manat dəyərində 3,346 kq xiyar, 1 ədədi 10,99 manat olan 2 ədəd 21,98 manat dəyərində “xxxx” firmasına məxsus saç şampunu, 8,69 manat dəyərində 1 ədəd “xxxx” firmasına məxsus qadın bezi, 1 ədədi 0,55 manat olan 3 ədəd 1,65 manat dəyərində zavod çörəyini həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 157,59 AZN (yüz əlli yeddi manat əlli doqquz qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 10.05 manat dəyərində 1 ədəd 1 kq “xxxx” firmasına məxsus kərə yağı, 1 ədədi 2,2 manat olan 2 ədəd 4,4 manat dəyərində 2 litr Cola, 2,8 manat dəyərində 1 ədəd 1 litr “xxxx” firmasına məxsus meyvə şirəsi, 1 kq 4,29 manat olan 8,7 manat dəyərində 2,028 kq rəngli bibər, 1 kq 4,39 manat olan 8,52 manat dəyərində 1,941 kq portağal, 1 ədədi 0,55 manat olan 3 ədəd 1,65 manat dəyərində zavod çörəyi, 1 kq 0,99 manat olan 2,06 manat dəyərində 2,082 kq kök, 1 kq 2,69 manat olan 5,38 manat dəyərində 2 kq badımcan,! kq 2,69 manat olan 5,6 manat dəyərində 2,082 kq gavalı, 17,3 manat dəyərində 1 ədəd 180 qr “xxxx” firmasına məxsus kofe, 18,89 manat dəyərində 1 ədəd “xxxx” firmasına məxsus şərab, 5,99 manat dəyərində 1 ədəd 180 qr “xxxx” çipsi, 1 ədədi 10,79 manat olan 21,58 manat dəyərində 2 ədəd 400 qr “xxxx” çərəz firmasına məxsus püstə, 29,12 manat dəyərində 0,416 kq “xxxx” firmasına məxsus sos, 1 ədədi 7,99 manat olan 31,96 manat dəyərində 4 ədəd 200 qr “xxxx” firmasına məxsus şokolad, 13,99 manat dəyərində 1 ədəd tərlik, 2,59 manat dəyərində 1 ədəd 240 qr “xxxx” firmasına məxsus çipsi, 12,46 manat dəyərində 1 ədəd 500 qr “xxxx” firmasına məxsus çayı həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 203,04 AZN (iki yüz üç manat dörd qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, Yük həyəti ərazisində yerləşən “Araz” marketə özü ilə gətirdiyi üzərində “Bolt” sözləri yazılmış yük çantası ilə müştəri qismində daxil olaraq vitrinlərdən 1 ədədi 17,3 manat olan 2 ədəd 34,6 manat dəyərində 180 qr “xxxx” firmasına məxsus kofe, 1 ədədi 10,19 manat olan 20,38 manat dəyərində 2 ədəd 400 ml “xxxx” firmasına məxsus saç şampunu, 1 ədədi 12,46 manat olan 2 ədədi 24,92 manat dəyərində 500 qr “xxxx” firmasına məxsus çay, 1 ədədi 10,79 manat olan 2 ədədi 21,58 manat dəyərində 400 qr “xxxx” çərəz firmasına məxsus püstə, 1 kq 36,99 manat olan 48,31 manat dəyərində 1,306 kq “xxxx” firmasına məxsus kolbasa, 1 ədəd 12,59 manat dəyərində 1 kq “xxxx” firmasına məxsus it yemi, 1 ədəd 4,49 manat dəyərində 350 qr “xxxx” firmasına məxsus noxud, 1 ədəd 10.99 manat dəyərində 500 ml “xxxx” firmasına məxsus saç şampunu, 1 ədədi 5,99 manat olan 4 ədədi 23,96 manat dəyərində 180 qr “xxxx” firmasına məxsus çipsi, 1 ədəd 26,13 manat dəyərində 400 qr “xxxx” firmasına məxsus şokolad, 1 ədədi 1,4 manat olan 7 ədəd 9,8 manat dəyərində 40 qr “xxxx” firmasına məxsus jelebom, 1 ədədi 1,74 manat olan 7 ədəd 12,18 manat dəyərində 200 qr “xxxx” firmasına məxsus kökə, 1 ədəd 1,75 manat dəyərində 450 ml “Go” fırmsasına məxsus alkoqollu içkini həmin çantaya yığıb gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 251,68 AZN ( iki yüz əlli bir manat altmış səkkiz qəpik ) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsindəki yüngülləşdirici halların, özünün ikinci qrup əlil, arvadının 3 qrup əlil olması, himayəsində 2 azyaşlı uşağının olması, ailənin yeganə gəlir gətirən üzvü olmasını, yeni doğulan övladı üçün uşaq yeməyi və digər ərzaqlar oğurladığı üçün peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, ona təyin olunmuş cəzanın azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilib, təqsirləndirilən şəxsin ikinci qrup əlil, arvadının 3 qrup əlil olması, himayəsində 2 azyaşlı uşağının olması, ailənin yeganə gəlir gətirən üzvü olması nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayəti və müdafiə tərəfinin çıxışlarında təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyəti, həmçinin məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödəməməsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərib birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPMin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, hökmün dəyişdirilməklə, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, eləcə də apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilmədən saxlanması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi xxxxrafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin və müdafiə tərəfinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalan və müdafiə tərəfinin məhkəmə iclasında qeyd etdiyi hallar təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsinə əsas vermir. Apelyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsə daha yüngül növdə cəzanın təyin edilməsi barədə dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsi cəzanın ümumi məqsəd və prinsipləri baxımından əsaslı və ədalətli olmadığından, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətində və müdafiə tərəfinin çıxışlarında təqsirləndirilən şəxsin ikinci qrup əlil, arvadının 3 qrup əlil olması, himayəsində 2 azyaşlı uşağının olması, ailənin yeganə gəlir gətirən üzvü olmasına görə ona daha yüngül cəza təyin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ailəli olmaqla iki azyaşlı uşağının olmasını və vurulmuş maddi ziyan üzrə 300 manat ödəniş etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, başqa yüngülləşdirici hal müəyyən etməmiş, həmçinin əməlində cinayətlərin təhlükəli residivinin olmasını nəzərə almışdır. Ona görə də qeyd olunan hal apellyasiya məhkəməsi tərəfindən bir daha nəzərə alınaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsaslar görülmür. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yuxarıda göstərilən yüngülləşdirən halları müəyyən etməklə yanaşı, cinayətin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 28,181.2.1, 28, 181.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 sınaq müddəti tətbiq edilmişdir; 2) Hacıqabul Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarına əsasən Hacıqabul Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi hökmdən xaric edilmiş və Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı ləğv edilərək üzərində 06 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır; 3) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası ##.##.2017ci il tarixli qanunu tətbiq edilməklə onun məhkum edildiyi iş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, təyin olunmuş cəzası 03 il 06 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə çəkilməmiş 09 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl azad edilmiş, ##.##.2019cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır; 4) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəinsə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ##.##.2025-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yexxxxən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yexxxxən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yexxxxən qəsdən ağır cinayət törətdikdə. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkum edildiyi cinayət əməlləri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü üzrə əməllərində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə ki, həmin işlər üzrə, yəni ağır və az ağır cinayətlərə görə Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsi ilə, yəni hökmlərin məcmusu ilə təyin edilmiş cəzaları üzrə cəzadan vaxtından əvvəl azad edildiyi ##.##.2018-ci il tarixdən 06 il müddət keçmədən hazırki iş üzrə cinayət əməllərini törətmişdir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh olunmasına dair” ## #### 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu cinayətlərin resedivi və cinayətlərin resedivinə görə cəza təyini ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, “...Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, cinayətlərin təhlükəli residivi müəyyən edildikdə, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-nin 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır...”. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009-cu il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirlən şəxsin əməlində cinayətin təhlükəli residivinin olması onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMnin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş çərçivədə cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını da nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. İş materiallarında təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi və ya barəsində azadlıqdan məhrumetmə ilə bağlı omayan cəza təyinə edilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 7 iş saatına görə 77 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsinin iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 manat hesabı ilə 7 iş saatına görə 77 manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar