Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-195/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi Bünyadov Adil İbrahim oğlunun, Xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi2 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından xüsusi ittihamçının nümayəndəsi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərarından xüsusi ittihamçının nümayəndəsi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət cinayət məsuliyyətinə cəlb olunaraq, cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi (bundan sonra Federasiya) ## #### 1995-ci ildə 914 nömrəsi ilə dövlət qeydiyyatına alınıb. ## #### 2022-ci ildə keçirilən Federasiyanın sonuncu ümumi yığıncağında o, Xüsusi ittihamçı Federasiyasının prezidenti seçilmişdir. Bu dəyişikliklər Ədliyyə Nazirliyi tərəfindən ## #### 2022-ci ildə qeydə alınmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Şamaxı Muay Tay klubunun rəhbəri və məşqçisidir. 2025-ci ilin may ayından başlayaraq, cavabdeh özünün Facebook sosial şəbəkəsində olan profilindən onun ünvanına çoxsaylı yalan və təhqiredici ifadələr daşıyan statuslar paylaşmışdır. Belə ki, o, paylaşdığı statuslarda aşağıdakı ifadələri işlətmişdir: ## ### 2025-ci ildə onu nəzərdə tutaraq, "mənim tələbəm dünya ikincisi Aqşin Dəmirovu aldadaraq”, ## #### 2025-ci ildə onun xəstəxanada yataqda şəkilini emojilərlə paylaşmış, ## ###### 2025-ci ildə barəsində “bu adam mənə hədə qorxu gəlib”, ## ###### 2025-ci ildə yenə onun barəsində “Sən isə saxtakar, şər böhtançı bir məxluqsan”, ## ###### 2025ci ildə “Xüsusi ittihamçı kimi idmançılardan rüşvət yığıb, pul müqabilində zəyif, layiq olmayan idmançı aparımırıq yarışa”, “yarışa layiq olmayan idmançı aparırlar”, ## ###### 2025-ci ildə onun şəkilini paylaşaraq, “bu adam bu yaxınlarda öz bandası ilə dünya çempionatına gedəcək”, “bizə qarşı orda provaksiya hazırlayırlar”, “bandası sorumludur”, “bu adam hamı üçün təhlükəlidir”, ## ###### 2025-ci ildə “Xüsusi ittihamçı federasiya prezidenti olmadığı halda dünya çempionatına layiq olmayan idmançılar aparır pul müqabilində”, ## ###### 2025-ci ildə “Yarışlara adam, rüşvət vasitəsi ilə idmançı aparır dövlətin qərarına qarşı gəlir, saymır məşqçiləri təhqir və təhdid edir”, ## ###### 2025-ci ildə onun şəkilini paylaşaraq “məni ölümlə təhdid edir”, “bu adam məni və qanuni yarışa gedən idmançıları ölümlə təhdid edir”, “Bu adam federasiya prezidenti deyil, bu adam bizi yarışda öldürüb, qanımızı batırmaq istəyir” kimi ifadələr istifadə etmişdir. Həmçinin həmin dövr ərzində müxtəlif vaxtlarda onun haqqında aşağıdakı ifadələr işlətmişdir: “idmançıların haqqına girən”, “Azərbaycanı biabır edən”, “Qanunsuz federasiya prezidenti Xüsusi ittihamçı qanunsuz dəstəsi yenə haqqımıza girdi”, “Yenə Muay Taydan xəbəri olmayanları pul müqabilində, rüşvət müqabilində yığıb apardılar qoyun kimi Avropa Çempionatına”, “Ömər Mehralıyevin haqqına girərək, onun yerinə pul və rüşvət müqabilində göndərilən”, onu nəzərdə tutaraq “Çaqqalların dövrü Aslanlar ayağa qalxana qədərdir”. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədilən bu əməllər Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməllərdir. Onun barəsində dediyi “saxtakar", “şər-böhtançı", "çaqqal” kimi ifadələr onun təhqir edən ifadələrdir. Qalan aşağıda xüsusi qeyd etdiyi ifadələr böhtan xarakterli ifadələrdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs idmançıların və konkret hər hansı şəxsin haqqına girdiyini, idmançılardan pul və rüşvət alıb yarışlara apardığını, onun başına dəstə yığıb banda yaratdığını, qanunsuz federasiya rəhbəri olduğunu, onu və digər şəxsləri ölümlə hədələdiyini, həmçinin onu və digər şəxsləri öldürüb qanını batıracağını, qanunları və dövləti saymadığını, məşqçiləri təhqir və təhdid etdiyini, provaksiyalar etdiyini, insanlar üçün təhlükə olduğunu və adamları aldatdığını iddia edərək ona böhtan atmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs istifadə etdiyi yuxarıda göstərilən ifadələr onun şərəf və ləyaqətinə, işgüzar nüfuzunu ləkələyir, cəmiyyətdə onun barəsində çox mənfi obraz yaradır. Bu ifadələr vasitəsi ilə o, onu cəmiyyətə qeyri-peşəkar, saxtakar, əhli-kef və rüşvətxor və cinayətkar kimi təqdim etmişdir. Bununla o, Avropa «İnsan Hüquqları Haqqında» Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş onun şəxsi və ailə həyatına hörmət hüququnu pozmuşdur. Qədir Talıbovun “Facebook.com” sosial şəbəkəsində paylaşdığı statusları yüzlərlə adam görüb, müxtəlif emojilərlə reaksiyalar verib, şərhlər yazıb və hətta təkrarən yenidən paylaşıb. Bununla onun bu fikirləri kütləvi çıxışda yayılmış sayılmalıdır. CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin əsas əlamətlərindən biri məlumatların yalan olduğunu bilə-bilə yayılmasıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində paylaşdığı statusda göstərilən məlumatlar həqiqəti əks etdirmir və o, bu məlumatları yayanda olanların həqiqət olmadığını bilmişdir. Ən azından bu məlumatların həqiqət olduğunu təsdiq edən əlində heç bir sübut yox idi. Bundan əlavə, hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 10cu maddəsinin 1-ci bəndində təsbit edilən ifadə azadlığına bu şikayətdə tələb edilən tədbirlər vasitəsi ilə müdaxilə edilməsi Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan müdaxilə şərtlərinə cavab verir. Belə ki, bu müdaxilə qanunda (CM-nin 147.1 və 148-ci maddələrində) nəzərdə tutulub, legitim məqsəd daşıyır, yəni digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün nəzərdə tutulub. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs törətdiyi əməlləri bu şikayətə əlavə etdiyi onun facebook.com sosial şəbəkəsindəki hesabından çap etdiyi səhifələr ilə təsdiq edilir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yaşayış yeri Şamaxı şəhəridir, bu səbəbdən xüsusi ittiham qaydasında şikayət Şamaxı rayon məhkəməsinə verilmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan xüsusi ittihamçının nümayəndəsi müdafiəçi2 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin *(*- ***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında verdiyi şikayətə yenidən hazırlıq iclasında baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin birinci arqumenti ilə bağlı qeyd edir ki, CPM-nin 293.3.4-cü maddəsi xüsusi ittiham qaydasında şikayət verən şəxsdən tələb edir ki, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi göstərilməlidir. Həmin normanın məzmunundan görünür ki, belə sübutlar qismində şahid konkret olaraq hansı şəxslərin ifadələri, sənədlər və digər sübutlar çıxış edə bilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində böhtan və təhqir xarakterli ifadələri “facebook.com” sosial şəbəkəsində yaydığı üçün, o da şikayətində “facebook.com” sosial şəbəkəsində Qadir İbrahimov paylaşdığı həmin statusları göstərmiş və həmin paylaşımların çap edilmiş sürətini şikayətə əlavə etmişfir. Hətta xüsusi ittiham qaydasında şikayətdə CPM-nin 293.3.4-cü maddəsinə istinad edilərək sübutlar sadalanıb. Belə olan halda Şamaxı rayon məhkəməsinin hakiminin hökmən şahid ifadələrinə istinad etmədiyinə əsaslanması yersiz və absurddur. Əgər Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində böhtan və təhqir xarakterli ifadələri başqa şəxslərin yanında istifadə etsəydi, o zaman ondan şahid ifadələrinə istinad etməyi tələbi məntiqli görünə bilərdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bü ifadələri sosial şəbəkə üzərindən edib. Bunun sübutu da, həmin səhifələrin çap edilib məhkəməyə təqdim edilməsidir. Maraqlısı odur ki, rayon məhkəməsinin hakimi qərarında özü də həmin sübutlara istinad edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin bu arqumenti əsassızdır. Şamaxı rayon məhkəməsinin ikinci arqumentinə gəldikdə isə aşağıdakıları qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti icraata qəbul etməkdən imtina etməsini şikayətin əsassız olması və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmaması ilə əsaslandırır. Şamaxı rayon məhkəməsinin hakimi əməldə cinayət əlamətlərinin olmadığını qeyd etsə də, konkret olaraq hansı əlamətin əksik olunduğunu qərarında qeyd etmir. Bununla məhkəmənin bu arqumenti mücərrəd şəkildə istifadə olunmuş və şikayəti qəbul etməkdən imtina etmək üçün istifadə olunmuş bəhanəyə oxşayır. Onun şikayəti cinayət əməllərini törətmiş şəxs (cinayətin subyekti) göstərilib. Bu 1981-ci il təvəllüdlü (16 yaşma çatmış) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsdur. Şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qəsd etdiyi cinayətin obyekti göstərilib: onun şərəf, ləyaqəti və işgüzar nüfuzu. Şikayətdə bu cinayətlərin obyektiv cəhəti olan əməldə göstərilib. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində məlumatlar yayıb. Bunu elə formada edib ki, ikidən artıq şəxs bu yayılanları görüb. Bu yayılan məlumatlar isə barəsində cəmiyyətdə mənfi rəy yaradıb. Bunu, yəni ifadələrin barəsində cəmiyyətdə mənfi rəy yaratmasını məhkəmə öz qərarında dolayısı qəbul edir, lakin qərarını onun buna dözmə vəzifəsi olması ilə əsaslandırıb. Göründüyü kimi şikayətində cinayətin əlamətləri göstərilib, bunları təsdiq edən sübutlar da əlavə edilib və şikayət açıq aşkar əsassız da sayıla bilməz. Birinci instansiya məhkəməsi bu şəkildə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət yetərli əsaslandırma baxımdan məhkəmə hazırlıq iclası üçün yetərli olmalı idi. Sübutların tam, hərtərəfli obyektiv qiymətləndirilməsi məhkəmə baxışının və məhkəmə istintaqının predmeti olmalı idi. Məhkəmə baxışında proses iştirakçılarının əlavə sübutlar təqdim etmək, ekspertizalar təyin edilməsini tələb etmək hüquqları var idi. Məsələn, məhkəməlinqvistik ekspertizasının rəyini təqdim edib və ya ekspertiza təyin edib şikayətdə istinad olunan ifadələrin şəxs barəsində cəmiyyətdə mənfi rəy yaradıb yaratmaması müəyyən edilə bilərdi. Digər tərəfdən barəsində şikayət verilən şəxs yaydığı məlumatların həqiqət olduğunu sübut etmək imkanı verilə bilərdi. Buna rəğmən birinci instansiya məhkəməsi hakimi iş üzrə məhkəmə istintaqı aparmaqdan imtina etmiş, özü Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs istifadə etdiyi ifadələrə qiymət verərək ekspert-linqvistin səlahiyyətlərini də mənimsəmişdir. Şamaxı Rayon Məhkəməsinin hakimi məhkəmə hazırlıq iclasının həddlərini aşaraq qərar qəbul edib. Bütünlüklə sübutların qiymətləndirilməsi məhkəmə istintaqında həll edilməli məsələdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərarında gətirdiyi ikinci arqument arqumenti əsassız olmaqla yanaşı, həm də qanunsuzdur, məhkəmə hazırlıq iclası barədə prosessual tələblərin pozulması ilə qəbul edilib. Xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında verdiyi şikayətə yenidən hazırlıq iclasında baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi Bünyadov Adil İbrahim oğlu çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası şikayətdə göstərilməlidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarının 11-ci bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 5-ci bəndinin 6-cı hissəsində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İş materiallarının tədqiqi nəticəsində müəyyən olunur ki, törədilmiş cinayət barədə məlumatlar dəqiq göstərilməmiş, yəni harada və nə vaxt törədilməsi qeyd olunmamışdır. Bu isə xüsusi ittihamın tərtib edilməsində önəmli hallardan biri hesab olunur. Bu olmadığı halda xüsusi ittihamın mövcud qanunvericiliyin tələblərinə cavab verilmədiyi hesab olunur. Belə ki, “idmançıların haqqına girən”, “Azərbaycanı biabır edən”, “Qanunsuz federasiya prezidenti Xüsusi ittihamçı qanunsuz dəstəsi yenə haqqımıza girdi”, “Yenə Muay Taydan xəbəri olmayanları pul müqabilində, rüşvət müqabilində yığıb apardılar qoyun kimi Avropa Çempionatına”, “Ömər Mehralıyevin haqqına girərək, onun yerinə pul və rüşvət müqabilində göndərilən”, “Çaqqalların dövrü Aslanlar ayağa qalxana qədərdir” ifadələrinin nə vaxt və harada işlədiləməsi şikayət ərizəsində göstərilməmişdir. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Xüsusi ittihamçı kimi idmançılardan rüşvət yığıb, pul müqabilində zəyif, layiq olmayan idmançı aparımırıq yarışa”, “Xüsusi ittihamçı federasiya prezidenti olmadığı halda dünya çempionatına layiq olmayan idmançılar aparır pul müqabilində”, “Yarışlara adam, rüşvət vasitəsi ilə idmançı aparır dövlətin qərarına qarşı gəlir, saymır məşqçiləri təhqir və təhdid edir” ifadələri ilə bağlı qeyd edilməlidir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ifadəsindən aydın olur ki, onu və övladının yarışlara aparılması üçün Xüsusi ittihamçı pul istədiyindən digər şəxslərin də pul qarşılığında yarışlara aparılmasını bilir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçılə aralarında olan telefon danışığında yarışlarda iştirak barədə söhbət gedir və səs yazısının 12:45 dəqiqəsində Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “keçən dəfə verdiyiniz pulda qalmışıq” ifadəsini işlətmişdir. Bu da onu yarışa gedilməsi müqabilində pulun alınmasını təsdiq edir. Xüsusi ittihamçı saxtakar, Federasiya Prezidenti olmaması kimi ifadələr işlətməsi ilə bağlı qeyd edilməlidir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “saxtakar” ifadəsini məhz həmin vaxtı “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin prezidenti olmadığı halda özünü həmin Birliyin Prezidenti kimi təqdim etməsinə görə deyilmişdir. İş materialında olan Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli Qətnaməsindən görünür ki, ##.##.2024-cü il tarixdə keçirilən “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” Konfransın protokolunun çıxarışına əsasən Xüsusi ittihamçı Azərbaycan Muay Tay-Tayboks Federasiyasının Prezidenti vəzifəsindən azad edilmiş, X1 həmin Federasiyanın Prezidenti seçilmişdir. Qeyd olunanla əlaqədar iddiaçılar Xüsusi ittihamçı və Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin cavabdeh X2 qarşı “konfransın nəticələrinin, protokoldan çıxarışın etibarsız hesab edilməsi, Federasiyaya aid möhür və təsis sənədlərinin təhvil verilməsi” iddiası üzrə Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənini ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Göründüyü kimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs da həmin vaxtı mövcud olan yuxarıdakı sənədlərdən çıxış edərək qeyd olunan ifadələri işlətmişdir. “Yarışlara adam, rüşvət vasitəsi ilə idmançı aparır dövlətin qərarına qarşı gəlir, saymır məşqçiləri təhqir və təhdid edir”, “məni ölümlə təhdid edir”, “bu adam məni və qanuni yarışa gedən idmançıları ölümlə təhdid edir”, “Bu adam federasiya prezidenti deyil, bu adam bizi yarışda öldürüb, qanımızı batırmaq istəyir” ifadələrində qeyd edilən təhdid, təhqir kimi ifadələrlə bağlı qeyd edilməlidir ki, həmin ifadələr yayılmış ümumi mətndə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış müraciətdir və həmin müraciətlə özünün qorunmasını, təhlükəsizliyinin təmin edilməsini xahiş etməkdən ibarət olan fikirlərini ifadə edir. Həmçinin yayılmış bu ifadələri ümumilikdə götürüldükdə Xüsusi ittihamçı “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin prezidentliyinin qanuna uyğun olmamasına və onun tərəfindən yarışlara aparılan şəxslərin uğursuz olmasına yönələn şəxsi fikirinin ifadəsidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda, onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Həmçinin Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edilir və onun hüquqi qiymətləndirməsi qanuna uyğun hesab edilir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittihamın əsassız olması və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyildir. Lakin həmin əsaslandırmaları təkrar qeyd etməyi zəruri hesab etmir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Xüsusi ittihamçının nümayəndəsi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Bünyadov Adil İbrahim oğluna 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-195/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-195/2026
07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver