Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-197/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X5 ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialın nümayəndəsi nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 iştirakları ilə. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (hakim X1) ## ###### 1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonunun Qaraqurdlu kəndində qeydiyyatda olmaqla yaşamış, təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə olan hissədə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata xitam verilməsi, CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 il müddətə dövlət, yerli özünüidarəetmə və kommersiya sahəsində rəhbər və maddiməsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Xaçmaz rayon Məhkəməsinin 1(067)- **/**** saylı ## #### 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 CM-nin 213.2.2- ci maddəsi ilə, həmin Məcəllənin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin olunmuş 02 il müddətə dövlət, yerli özünüidarətmə və kommersiya sahəsində rəhbər və maddi-məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 il müddətə dövlət, yerli özünüidarətmə və kommersiya sahəsində rəhbər və maddi-məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2023-cü il tarixdən hesablanması, hüquqi şəxs təqsirləndirilən şəxs1 MMC-nin barəsində CM-nin 308.2 və 313-cü maddələrinə münasibətdə cinayət hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və hal-hazırda cəzanı çəkməsi nəzərə alınması, iş üzrə mülki iddianın təmin olunması, təqsirləndirilən şəxs və mülki cavabdeh təqsirləndirilən şəxs2 882693,57 manat məbləğində pul alınaraq dövlət büdcəsinə (mülki iddiaçı Azərbaycan Respublikasının DSMF hesabına) ödənilməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti verərək cinayət işinə yenidən baxılmasını və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və apellyasiya şikayəti ilə əlaqədar CPM-nin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət müəyyən edilmişdir. Məhkəmə kollegiasyı qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməsinə baxmayaraq, məhkum apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət etməmişdir. Həmçinin, apellyasiya instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 çıxış edərək bildirmişdir ki, barəsində olan digər hökm üzrə məhkəmə mübahisəsini davam etdirir. Hazırki hökm üzrə verdiyi apellyasiya şikayətinə baxılmamasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirmişdir ki, hazırki iş üzrə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən hərəkətsiz saxlanılmış, lakin bu müddət ərzində vəsatət verilmədiyindən apellyasiya şikayəti baxılmamış saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin iclasında çıxış edən zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialın nümayəndəsi nümayəndəsi Nümayəndə çıxış edərək apellyasiya şikayətinin baxılamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 391, 408 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2- ci maddəsi ilə təqsirli bilinməsinə dair Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-197/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-197/2026
25.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver