Məhkəmə qərarları › İş №1(3-8)-199/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-199/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-199/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxslərin hüquqi varisi Hüquqi varis, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakimlər: Asif Əliyev (sədrlik edən), Nurəddin Hüseynli və Ilham Cəfərzadə) təqsirləndirilən şəxs2 (## ###### 1983-cü il tarixdə Şabran şəhərində doğulmuş, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Ağır Cinayətlərə Dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə qəti olaraq, 14 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9 və 120.2.11-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasının, CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasınını hazırki hökmlə təyin edilmiş cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını həbsxanada çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs2 ona görə məhkum edilmişdir ki, o, Ağır Cinayətlərə dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.9, 120.2.11, 181.3.3, 228.4-cü maddələri və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilmədiyi və götürülmədiyi halda tanışı təqsirləndirilən şəxs1 ilə birlikdə 2024-cü ilin iyun ayının ortalarında Şabran şəhəri ərazisində olan avtovağzalın yaxınlığında fəaliyyət göstərən adsız kafedə spirtli içki qəbul edərkən təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 Şabran şəhəri ərazisində məişət əşyalarının alqı-satqısı və təmiri işləri ilə məşğul olan X1 və sonuncunun arvadı X4 yaşadıqları Şabran şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində 300.000 (üç yüz min) manat məbləğində yəni, külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə deməsindən sonra təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Arif Hüseynov və Gülnarə Hüseynovanın yaşadığı evə qanunsuz girib sonuncuların sağlamlığına ağır zərər vurmaqla quldurluq yolu ilə qəsdən onları həyatdan məhrum edərək külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gələrək, birlikdə Şabran şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən həmin yaşayış evinin yaxınlığına gedib orada müşahidələr aparmış, ## #### 2024-cü il tarixdə, saat 23 radələrində onlar yenidən Şabran şəhəri ərazisində olan avtovağzalın yaxınlığında fəaliyyət göstərən adsız kafedə görüşüb cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə törədəcəkləri cinayət əməllərini planlaşdırdıqdan sonra təqsirləndirilən şəxs1 oradan çıxaraq yaşadığı Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, ev 9-da yerləşən fərdi yaşayış evinə gedib qabaqcadan hazırladığı, ələ keçirəcəkləri pul və qızıl-zinət əşyalarını yığmaq üçün nəzərdə tutulan idman çantasını, eləcə də çantanın içərisinə qoyduğu hadisə vaxtı tanınmamaları üçün maska kimi istifadə etdikləri iki ədəd qara rəngli papağı, təsərrüfat-məişət təyinatlı bir ədəd metal materialdan olan mismarçıxaran aləti, 3,7 metr uzunluğunda sarı rəngli ipi, 7 metr uzunluğunda təsərrüfat ipini, bir cüt rezin tərliyi, bir ədəd kepkanı, bir ədəd narıncı rəngli alışqanı, bir ədəd mətbəx bıçağını, bir cüt əlcəyi və geyim əşyalarını götürüb, habelə evdəki bir ədəd turist bıçağını cibinə qoyaraq ## #### 2024-cü il tarixdə, saat 01 radələrində yenidən Şabran şəhərində yerləşən avtovağzalın yaxınlığına gəlmiş, onlar orada olan parkın qarşısında görüşərək birlikdə təxminən 25-30 dəqiqə piyada yol gedərək Arif Hüseynov və Gülnarə Hüseynovanın yaşadıqları Şabran şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəldikdən sonra təqsirləndirilən şəxs1 əynində olan bir ədəd qara rəngli qısaqol köynəyi, çantadan isə şəxsiyyətlərini gizlətməklə tanınmamaları üçün istifadə etdikləri iki ədəd papağı, cibindən isə qatlanan bıçağı çıxarıb təqsirləndirilən şəxs2 verdikdən sonra çantadan bir ədəd göy rəngli uzunqol köynəyi götürüb geyinmiş, təqsirləndirilən şəxs2 isə təqsirləndirilən şəxs1 ona verdiyi köynəyi əyninə geyindikdən sonra götürdüyü həmin bıçaqdan istifadə etməklə hər iki papaqda iki ədəd gözlük üçün yer açıb təqsirləndirilən şəxs1la birlikdə papağı başına keçirmiş, təqsirləndirilən şəxs1 mismarçıxaranı özü ilə götürüb təqsirləndirilən şəxs2 köməkliyi ilə hasardan aşaraq həyətə daxil olub evin darvazasının qapısının cəftəsini içəridən çəkib açmış, təqsirləndirilən şəxs2 isə çantanı özü ilə götürərək açıq halda olan qapıdan həyətə daxil olmuş, onlar birlikdə evin sol yan tərəfində yerləşən açıq halda olan pəncərəyə yaxınlaşmış, sintetik materialdan hazırlanmış pəncərə torunu yerindən çıxartdıqdan sonra pəncərənin açıq hissəsindən birlikdə qanunsuz olaraq yaşayış sahəsi olan evin zal hissəsinə daxil olub, evin yataq otağının bağlı halda olan qapısına yaxınlaşmış, yataq otağının qapısını qismən açıb otaqda X3 Hüseynovanın yatdıqlarına, habelə aşkar surətdə köməksiz vəziyyətdə olmalarına tam əmin olduqdan sonra otağa daxil olaraq hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib yatmış vəziyyətdə olan Gülnarə Hüseynova və Arif Hüseynovun üzərinə anidən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 birlikdə vahid niyyətlə hücum çəkərək onların bədən nahiyələrinə silah qismində istifadə etdikləri əşya olan təsərrüfat-məişət təyinatlı mismarçıxaran alət ilə, eləcə də yumruq və təpiklə zərbələr yetirməyə başlamış, Gülnarə Hüseynova və Arif Hüseynov oyanaraq onları görən zaman öz hərəkətlərini davam etdirib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib bununla da Arif Hüseynov və Gülnarə Hüseynovaya əzab və iztirab verəcəyini dərk edərək və buna şüurlu surətdə yol verərək xüsusi amansızlıqla Gülnarə Hüseynovanın bədən səthinin müxtəlif nahiyələrinə onlar birlikdə mismarçıxaran alətlə və yumruq, təpiklə çoxsaylı zərbələr yetirməkdə davam edərək ona sağlamlığına ağır zərər vuran başın təpə nahiyəsində azacıq sağda yerləşən və təpə sümüyünün basılmış sınığı, habelə başın alın nahiyəsində mərkəzdə yerləşən alın sümüyünün basılmış sınığı ilə nəticələnən əzilmişcırılmış yara xəsarətlərini, sağlamlığa yüngül zərər vuran başın sol təpə və sağ alın nahiyələrinin, üzün, boynun, sol bazu nahiyəsinin, sol əlin 2-ci barmağının əzilmiş-cırılmış yara xəsarətlərini və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol gözaltı nahiyənin və hər iki bazunun qançırları xəsarətlərini yetirərək Gülnarə Hüseynovanı qəsdən öldürmüş və Arif Hüseynova həmin mismarçıxaran alətlə, eləcə də yumruq və təpiklə yetirdikləri çoxsaylı zərbələr nəticəsində isə sonuncuya sağlamlığa ağır zərər vuran başın təpə nahiyəsinin təpə sümüyünün basılmış sınığı, başın ənsə nahiyəsinin ənsə-gicgah sümüyünün basılmış sınığı ilə nəticələnmiş əzilmiş-cırılmış yaraları, habelə başın ənsə nahiyəsinin 5 ədəd ayrı-ayrılıqda və birlikdə baş beyin kötüyünün ağır əzilməsinə səbəb ola bilən əzilmiş-cırılmış yaraları, sağlamlığa yüngül zərər vuran boynun arxa səthinin bir ədəd əzilmiş-cırılmış yarası və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədənin və ətrafların sıyrılmış yaraları xəsarətlərini yetirərək Arif Hüseynovun da ölməsinə əmin olduqdan sonra onlar birlikdə evin yataq, qonaq və digər otaqlarını axtararaq oradakı şkaflarda olan X4 məxsus 15,48 qram çəkidə, 585 əyarlı, orta bazar qiyməti 1.316 manat dəyərində olan, üzərində “Tiffany & Go” yazılmış bir ədəd sarı rəngli qızıl boyunbağını, 12,26 qram çəkidə, orta bazar qiyməti 10 manat dəyərində metalı qiymətsiz metal ərintisindən hazırlanmış və daşları qiymətli daşlara aid olmayan bijuteriya hesab edilən bir ədəd sarı rəngli metal muncuqlardan və müxtəlif rəngli daşlardan ibarət boyunbağını, 3,1 qram çəkidə, orta bazar qiyməti 5 manat dəyərində qaşı qiymətli qaşlara aid olmayan bijuteriya hesab edilən bir ədəd sap üzərində müxtəlif rəng çalarlı qaş olan boyunbağını, 0,56 qram çəkidə, orta bazar qiyməti 3 manat dəyərində muncuğu qiymətli daşlara aid olmayan bijuteriya hesab edilən bir ədəd qırmızı rəngli sap üzərində gözmuncuğu olan qolbağı, 9,46 qram çəkidə, 585 əyarlı, orta bazar qiyməti 804 manat dəyərində olmaqla, üzərində “CHANEL” yazısı olan bir ədəd sarı rəngli qızıl qolbağı, 6,35 qram çəkidə, 585 əyarlı, orta bazar qiyməti 540 manat dəyərində olmaqla, üzərində “Cartier 585” əyar və adlıq damğası həkk olunmuş bir ədəd sarı rəngli qızıl qolbağı, 6,23 qram çəkidə, 750 əyarlı, orta bazar qiyməti 685 manat dəyərində olmaqla, qaşları qiymətli qaşlara aid olmayan üzərində “D&G" yazısı olan açar və dairə formalı element içərisində və ağ-şəffaf qaşları olan qolbağı, 5,66 qram çəkidə, orta bazar qiyməti 12 manat dəyərində metalı qiymətsiz metal ərintisindən hazırlanmış və daşları qiymətli daşlara aid olmayan bijuteriya hesab edilən üzərində 3 ədəd gözmuncuğu olan bir ədəd sarı rəngli metaldan hazırlanmış boyunbağını, 10,36 qram çəkidə, orta bazar qiyməti 20 manat dəyərində metalı qiymətsiz metal ərintisindən hazırlanmış və qaşları qiymətli qaşlara aid olmayan bijuteriya hesab edilən üzərində 1 ədəd açıq cəhrayi və ağ-şəffaf qaşları olan gümüşü rəngli metaldan hazırlanmış qolbağı, 6,45 qram çəkidə, 750 əyarlı, orta bazar qiyməti 823 manat dəyərində olmaqla, üzərində “RE GOLD 750” adlıq və əyar damğası həkk olunmuş 82 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/4 keyfiyyətində ağşəffaf brilyant qaşları olan bir ədəd gümüşü rəngli qızıl sırğa cütünü, 4,36 qram çəkidə, 585 əyarlı, orta bazar qiyməti 371 manat dəyərində olmaqla, bir ədəd sarı rəngli metaldan hazırlanmış, halqa formalı qızıl sırğa cütünü, 4,03 qram çəkidə, 585 əyarlı, orta bazar qiyməti 434 manat dəyərində olmaqla, üzərində “SAF GOLD 585” adlıq və əyar damğası həkk olunmuş 1 ədədinin ölçüsü 0,045 karat, 10 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətində ağ-şəffaf brilyant qaşları olan bir ədəd sarı rəngli qızıl üzüyü, 4,38 qram çəkidə, 585 əyarlı, orta bazar qiyməti 372 manat olmaqla qaşları qiymətli qaşlara aid olmayan bir ədəd sarı rəngli metaldan hazırlanmış ilan başı formalı, üzərində qara və ağ şəffaf qaşları olan qızıl üzüyü, 5,68 qram çəkidə, 925 əyarlı, orta bazar qiyməti 28 manat olmaqla qaşları qiymətli qaşlara aid olmayan bir ədəd gümüşü rəngli metaldan hazırlanmış albalı formalı, üzərində ağşəffaf qaşları olan gümüş sırğa cütü-kulon dəstini, 3,05 qram çəkidə, 925 əyarlı, orta bazar qiyməti 15 manat olmaqla qaşları qiymətli qaşlara aid olmayan bir ədəd gümüşü rəngli metaldan hazırlanmış üzərində ağ-şəffaf və qara qaşları olan gümüş üzüyü, 6,7 qram çəkidə, 925 əyarlı, orta bazar qiyməti 33 manat olmaqla qaşları qiymətli qaşlara aid olmayan bir ədəd gümüşü rəngli metaldan hazırlanmış üzərində ağ-şəffaf və qara qaşları olan gümüş sırğa cütünü, 6,8 qram çəkidə, orta bazar qiyməti 12 manat dəyərində metalı qiymətsiz metal ərintisindən hazırlanmış və qaşları qiymətli qaşlara aid olmayan bijuteriya hesab edilən bir ədəd sarıgümüşü-qara rəngli metaldan hazırlanmış üzərində ağ-şəffaf və qara qaşları olan üzüyü, 2,86 qram çəkidə, orta bazar qiyməti 8 manat dəyərində olmaqla, metalı dəmir əsaslı ərintidən hazırlanmış və muncuqları qiymətli qaşlara aid olmayan bijuteriya hesab edilən bir ədəd gümüşü rəngli metaldan hazırlanmış üzərində firuzəyi rəngli qaşları olan sırğa cütünü, 0,78 qram çəkidə, orta bazar qiyməti 1 manat olmaqla metalı dəmir əsaslı ərintidən hazırlanmış, qırıntı hesab edilən və muncuğu qiymətli qaşlara aid olmayan bijuteriya sayılan 01 ədəd gümüşü rəngli metal hissəsi və üzərində 1 ədəd firuzəyi rəngli muncuq olan məmulat hissəsini, eləcə də üzərində dartınma nəticəsində qırılmaya xarakterik iz olan Arif Hüseynovun daim boğazına taxaraq üzərində gəzdirdiyi 14,79 qram çəkidə, 750 əyarlı olmaqla, orta bazar qiyməti 1.627 manat olan qızıl boyunbağını götürərək Gülnarə Hüseynovaya və Arif Hüseynova ümumilikdə 7.119 (yeddi min yüz on doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla quldurluq edərək həmin evi tərk edib çıxıb getməklə və Arif Hüseynovun aldığı xəsarətlərdən ## ###### 2024-cü il tarixdə Bakı şəhərində yerləşən “Yeni Klinika”da ölməsi ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurub qəsdən quldurluq etmiş və qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməklə əlaqədar xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan Gülnarə Hüseynovanı və Arif Hüseynovu qəsdən öldürmüşlər. Hökmdən digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmündən narazı olduğundan işinə yenidən və düzgün baxılmasını xahiş etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Müdafiəçi müdafiəçi1 apellyasiya məhkəməsindəki çıxışında apellyasiya şikayətini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasını müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərin hüquqi varisi Hüquqi varis apellyasiya məhkəməsindəki çıxışında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya məhkəməsindəki çıxışında təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar olmadığını qeyd edib, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən təqsirləndirilən şəxsin və müdafiəçinin, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə zərərçəkmiş şəxslərin hüquqi varisi və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilmişdir. Onun əməli təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, ekspertiza rəyləri, videogörüntü, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən hal müəyyən etməmiş, əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Iş materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 sonuncu dəfə Ağır Cinayətlərə dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinərək 14 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə müvafiq olaraq Ağır Cinayətlərə dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2010-cu il tarixli, 1(101 )-***/**** saylı hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 11 il 09 ay 03 gün hissəsinə qismən birləşdirilməklə ona qəti olaraq 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs2 sonuncu dəfə məhkum olunduğu cinayət əməli xüsusilə ağır cinayət olduğundan və Azərbaycan Respublikası CM-in 83.3.5-ci maddəsinə əsasən cəzasının sonu ilə cəzadan azad edildikdən sonra 08 il keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən xüsusilə ağır cinayət əməlləri törətdiyindən, onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh olunmasına dair” ## #### 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu cinayətlərin residivi və cinayətlərin residivinə görə cəza təyini ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, “...Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ömürlük azadlıqdan məhrum etmə cəzası təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə cəza təyin edərkən CM-in 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin qəsdən törədilməsini, cinayətin törədilmə üsulunu kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından ədalətli olmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs apellyasiya şikayətində əməlin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri törətməsi sübuta yetirilmişdir və apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə zərərçəkmiş şəxslərin hüquqi varisi və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026cı il tarixli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 197, 198, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar