Məhkəmə qərarları › İş №1(3-8)-200/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-200/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-200/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Elbəyli Vüsalə Rasim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası CM-in 126.1 və 221.3cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər İlham Cəfərzadə (sədrlik edən), Nahid Mirzəyev və Nurəddin Hüseynli) ##.##.1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Şirvanlı Ə/D Dəymədağıldı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Mehdiabad qəsəbəsinin “Gənclər Şəhərciyi”ndə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İlham oğlu Azərbaycan Respublikasının CM-in 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 126.1-сi maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs İlham oğluna qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs İlham oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs İlham oğlu ona görə məhkum olunmuşdur ki, o, ##.##.2025-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” * saylı binanın yaxınlığında yerləşən elektrik cihazların təmiri sexinin qarşısında həmin sexdə işləyən Zərərçəkmiş şəxs tərəfindən onun dayısı Şəfiyev İlqar Xasay oğluna məxsus laqondanın keyfiyyətsiz təmir edilməsi səbəbindən Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı sonuncunun onu söyməsi nəticəsində sonuncudan qisas almaq niyyəti ilə və Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan güclü olduğu üçün bu niyyəti tək reallaşdıra bilməyəcəyini düşünərək qohumları ilə birlikdə həmin sexə qayıtdıqdan sonra yerdən götürdüyü silah qismində istifadə olunan metlax parçası ilə Zərərçəkmiş şəxs boynunun arxa nahiyəsinə vurmaqla ictimai yer hesab edilən sexin qarşısında digər şəxslərin gözü qarşısında öz şəxsiyyətini qarşı tərəfin və ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə yaşayış qaydalarına etinasızlıq göstərərək həmin vaxt orada olan şəxslərin narahatlığına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək, daha sonra öz cinayətkar hərəkətlərini davam etdirərək şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sexdən götürdüyü silah qismində istifadə olunan dəmir çəkiclə Zərərçəkmiş şəxs başına qəsdən vurması nəticəsində sonuncunun açıq kəllə-beyin travması, baş beyin əzilməsi, sağ təpə sümüyünün basılmış sınığı, pnevmoensefaliya (kəllə boşluğuna havanın daxil olması) yarası kimi həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər yetirməklə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri : Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun məhkumluluğunun olmaması, təqsirini səmimi olaraq etiraf etməsini, etdiyi əmələ görə peşmançılıq çəkməsini, ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, eləcə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və Təqsirləndirilən şəxs İlham oğlundan heç bir şikayət və tələb olmadığı olan halda məhkəmə bunların bəzilərini hökmdə qeyd etsədə, lakin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğluna qeyri obyektiv və olduqca ağır cəza təyin edilmişdir. Proses iştirakçılarının çıxışları : Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətinin təmin edilməsini təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməsi üçün əsaslar olmadığını və təyin olunmuş cəza ilə razılaşdıqlarını bildirərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsin şərti olaraq məhkum edilməsi barədə qərar qəbul edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İlham oğlu CM-in 126.1 və 221.3cü maddələri ilə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmışdır. Eyni zamanda bu hissə üzrə hökmün əsaslılığı apellyasiya şikayətində də mübahisələndirilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs İlham oğluna Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının son həddinin dördə üçündən artıq olmayan həddə cəza təyin olunmasını məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi bu qənatə gələrkən maddi hüquq normalarının tələblərinə riayət etmişdir. Belə ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-nin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən normaların mənasına görə təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanun normalarını əsas tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs İlham oğlunun hərəkətləri, həmin hərəkətlərlə törədilən əməllərin baş vermə şəraiti, yeri, onun davranışları, cinayətin xarakteri, yəni cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək, şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sexdən götürdüyü silah qismində istifadə olunan dəmir çəkiclə Zərərçəkmiş şəxs başına qəsdən vurması nəticəsində sonuncunun açıq kəllə-beyin travması, baş beyin əzilməsi, sağ təpə sümüyünün basılmış sınığı, pnevmoensefaliya (kəllə boşluğuna havanın daxil olması) yarası kimi həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər yetirməklə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirməsi hallarının mövcud olması onun cəza çəkmədən islah olunmasını qeyri mümkün edən amillər kimi qiymətləndirilməlidir. Bir sözlə, təqsirləndirilən şəxsin islah olunması sonuncuya təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın real çəkilməsi ilə mümkündür, bu, daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixi qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhuremtmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən ahnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İlham oğlu Bərdə rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1 və 70-ci maddələrinə əsasən 1 il sınaq müddəti ilə 1 il 6 ay azadlıqdan mərhum etmə cəzası təyin edilmiş və ##.##.2018-ci ildə cəzası sona çatmışdır.(cild 1, iş və: 83-84) Hazırkı cinayət əməlinin törədildiyi vaxt R.Məhərrrəmovun üzərində məhkumluğu olmasa da, onun şəxsiyyətini səciyyələndirilən hallar kimi qəbul edilir və ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin sonuncuya təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İlham oğluna cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halları hökmdə əsaslandırmışdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumi qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməllərinə adekvat hesab edərək təqsirləndirilən şəxsin real cəza çəkmədən islah olunmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 381-407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar