Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-205/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər: X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim Qürur Abasov) ## #### 1981-ci ildə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ## ####### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 2 ay 26 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 il 6 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında dərhal həbsə alınması, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin vaxtından əvvəl cəzadan azad edilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, niyyətini həyata keçirtmək üçün, tanış olduğu X2 cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Taleh Atamaliyevin cəzasının çəkilməmiş hissəsindən azad etdirəcəyini bildirib, Cahangir Atamaliyevin ona qarşı yaranmış etibarından sui istifadə edərək, hər hansı bir səlahiyyətlərə malik olmadığı halda yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Cahangir Atamaliyev tərəfindən Şamaxı şəhəri, Şirvan küçəsində yerləşən “Məsim” marketə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə əvvəlcə ##.##.2025-ci il tarixdə, saat 1031-də 2000 (iki min) manat, saat 1033-də 1000 (min) manat, daha sonra ##.##.2025-ci il tarixdə, saat 2019-da 2000 (iki min) manat, saat 2042-də 1000 (min) manat məbləğində pul vəsaitinin özünə məxsus “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emisiya edilmiş ****-****-****-**** nömrəli bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitini ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxs X2 ümumlikdə 6000 (altı min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay 4 gün müddətə azadlıqdan məhrum edildiyini, ailə vəziyyətini nəzərə alaraq işinə yenidən baxılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, azadlıqda olarsa zərərçəkən şəxsə dəyən zərəri ödəmək imkanı olacağını və buna görə də barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli və Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, o cümlədən şahidlərin ifadələri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur və bu hissə üzrə hökmün əsaslılığı apellyasiya şikayətində mübahisələndirilmir. Bu səbəbdən də həmin sübutların hazırki qərarda təkrarlanmağı zəruri hesab edilmir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası şikayətin təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ilə bağlı dəlilləri ilə razılaşmasa da hesab edir ki, birinci instansiya məhkəməsi Süleymanov cəza təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə Nizami rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ləğv edilərək, cəzasını çəkmək üçün ** saylı cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Bakı şəhər Nizami rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ###### 2025-ci il tarix, saat 1710-dan, ## ###### 2025-ci il tarix, saat 1845-dək, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 3 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Amnistiya aktının tətbiq edilməsi haqqında Bakı şəhər Probasiya İdarəsinin Qərarından görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6cı bəndinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 4 (dörd) gün hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilməsi məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cinayət qanununun normasının düzgün tətbiq edilmədiyindən Şamaxı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini qanunun tələblərinə uyğun sayır. Belə ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin yuxarıda bəhs olunan Qərarında göstərilən qaydalara uyğun olaraq Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun qaydalara riayət etmədən cəza təyin etmişdir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində qaldırdığı digər məsələ, yəni onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinə dair müraciətinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işi materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs Etibar Süleymanov əvvəllər də eyni xarakterli əməllərə görə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar təyin edilməsinə baxmayaraq islah edilməmiş və yenidən eyni xarakterli cinayət əməllərini törətməyə davam etmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmaması kimi halları da nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-nin 403.0.2-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə 1 (bir) günə, 2 (iki) gün hesabı ilə hesablanmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınaraq hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmünə əsasən ## ###### 2025-ci il tarixdən saat 17:10-dan ## ###### 2025-ci il saat 18:45ədək, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün, həmin hökmə əsasən çəkdiyi 3 (üç) ay, 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası və Bakı şəhər Probasiya idarəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə azad olunduğu 2 (iki) il 8 (səkkiz) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası, cəmi 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasına nisbətdə 1 (bir) günə, 2 (iki) gün hesabı ilə hesablanmaqla 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, eləcə də ## ####### 2025-ci il tarixdən # ###### 2026-cı il tarixə kimi həbsdə olduğu 2 (iki) ay 26 (iyirmi altı) gün, cəmi 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.4, 399.1.4, 407 və 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli hökmü aşağıdakı hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə 1 (bir) günə, 2 (iki) gün hesabı ilə hesablanmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınaraq hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmünə əsasən ## ###### 2025-ci il tarixdən saat 17:10-dan ## ###### 2025-ci il saat 18:45ədək, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün, həmin hökmə əsasən çəkdiyi 3 (üç) ay, 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası və Bakı şəhər Probasiya idarəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə azad olunduğu 2 (iki) il 8 (səkkiz) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası, cəmi 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasına nisbətdə 1 (bir) günə, 2 (iki) gün hesabı ilə hesablanmaqla 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, eləcə də ## ####### 2025-ci il tarixdən # ###### 2026-cı il tarixə kimi həbsdə olduğu 2 (iki) ay 26 (iyirmi altı) gün, cəmi 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-205/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-205/2026
15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver