Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-207/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və onun nümayəndəsi X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının CMnin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə şikayətin icraata qəbul edilməsindən imtina olunmasına dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müxtəlif vaxtlarda və sonuncu dəfə ##.##.2026-cı il tarixdə ünvan 1 6 ünvanında yerləşən qanuni qaydada Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bacısı Nisəxanım Əhmədovanın mülkiyyətində olan 10 (on) sot torpaq sahəsinin Xüsusi ittihamçı tərəfindən ona satılması daha sonra isə verdiyi vədə əməl etməyərək ona qarşı dələduzluq etməsi barədə mülki xarakterli mübahisəyə baxan müxtəlif məhkəmə instansiyalarında həqiqətə uyğun olmayan, uydurma və böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, 2016-cı ildən 2022-ci ilə qədər olan müddət ərzində mütəmadi olaraq bütün məhkəmələrdə eyni ifadələri işlətmiş, lakin ## ###### 2025-ci il tarixdə Masazır bələdiyyəsində olan izahatlarda Nisəxanım Əhmədova torpaq sahəsinin 1996-cı ildə ona verildiyini, sonradan torpaq sahəsini etibarnamə ilə qardaşı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs verdiyini bildirmiş, sonuncunun torpaq sahəsinin bir hissəsini etibarnamə əsasında satmasını təsdiq etmişdir. Lakin hazırkı vaxta qədər Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mütəmadi olaraq şikayətçinin barəsində cəmiyyətdə onu nüfuzdan salan məlumatlar yaymağa davam edir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məhkəmədən xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim E.Teymur-Zadə) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin qeyd edilən qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd olunan qərarı qanunsuz, əsassız və ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Bu səbəbdən qərar ləğv edilməli, şikayət icraata qəbul olunaraq məhkəmə baxışına verilməlidir. Vurğulanır ki, məhkəmə tərəfindən prosessual hüquq normaları (Azərbaycan Respublikası CPM-nin 293 və 302-ci maddələri) pozulmuş və ziddiyyətli nəticəyə gəlinmişdir. Məhkəmə qərarının əsaslandırma hissəsində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət CPM-nin 293.3.1 -293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Lakin dərhal növbəti bəndlərdə məhkəmə işin mahiyyətinə vararaq, təqsirləndirilən şəxsin hərəkətlərində cinayət tərkibinin (böhtan elementlərinin) olmadığını, tərəflər arasında mülki mübahisənin mövcudluğunu analiz edir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinin mənasma görə, şikayətin formaca uyğunsuzluğu (302.1.3) ilə onun əsassız olması (302.1.7) tamamilə fərqli hüquqi əsaslardır. Əgər şikayət formaca qüsurlu idisə, məhkəmə mahiyyət üzrə sübutların qiymətləndirilməsinə daxil ola bilməzdi. Məhkəmə faktiki olaraq hazırlıq iclası mərhələsində öz səlahiyyətlərini aşaraq, yalnız tam məhkəmə baxışında (müttəhimlər kürsüsündə cinayət işinin mahiyyəti araşdırılarkən) proqnozlaşdırıla bilən nəticələrə gəlmiş, sübutları birtərəfli qiymətləndirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 2018-ci il tarixində Masazır bələdiyyəsində rəsmi izahat verərkən və digər instansiyalarda mütəmadi olaraq onun "dələduzluq” etdiyini bəyan etmişdir. Dələduzluq (CM-nin 178-ci maddəsi) konkret cinayət tərkibidir. Şəxs mülki mübahisəni bəhanə edərək qarşı tərəfi cinayətkar elan edirsə və bu mülki məhkəmə qərarları ilə təsdiqini tapmır. Akim Abbasov küçəsi (keçmiş Niyazi Əskərov 103) * saylı dalanda dörd yaşayış evdə vətəndaşlar X9, X2, X8 və X3 öz ailəsi ilə yaşayırlar. Qərarda AR Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2014-cü il tarixli Qərarına istinad olunaraq böhtanın yalnız kütləvi informasiya vasitələri, internet və ya kütləvi çıxışlarla yayılması halında cinayət məsuliyyəti yaratdığı qeyd olunmuşdur. Lakin məhkəmə bəndin sonrakı hissəsini diqqətdən qaçırmışdır. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların üçüncü şəxslərə (bu halda polis orqanlarına və digər mülki proses iştirakçılarına) çatdırılması və bunun mütəmadi xarakter alması da kütləvi yayılma qədər şəxsin işgüzar nüfuzuna və şərəfinə ağır zərbə vurur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məqsədi hüquqi müdafiə yox, qəsdən Xüsusi ittihamçı cəmiyyətdə nüfuzdan salmaq olmuşdur. Məhkəmə bu subyektiv cəhəti (qəsdi) araşdırmaqdan əsassız olaraq imtina etmişdir. Proses iştirakçılarının çıxışları Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu hakimlərin, polislərin gözü qarşısında, elə məhkəmə zalındaca təhqir edib. Üstəlik, ona qarşı dələduzluq da törədib. Buna görə həm ona qarşı edilən təhqirə hüquqi qiymət verilməsini, həm də dələduzluq yolu ilə əlindən alınan pulun geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, hər bir vətəndaşın məhkəmədə özünü müdafiə etmək hüququ var. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə CPM-nin 293.3.1 və 293.3.7-ci maddələri əsas gətirilərək şikayət icraata qəbul edilməyərək işə xitam verilmişdir. Əsas məsələ qarşı tərəfin Xüsusi ittihamçı və ona şər-böhtan atmasıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmədə yalandan çıxış edərək demişdir ki, guya onlar 2013-cü ildə hansısa ünvandakı torpağı ona satıblar. Halbuki həmin torpaq ona deyil, bacısına məxsus olub. Məhkəmənin diqqətinə çatdırır ki, qarşı tərəf tamamilə yalan danışır və 2015-ci ildən 2022-ci ilə qədər olan bütün məhkəmə instansiyalarında onların lehinə qərarlar qəbul edilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, bir torpaq sahəsi üzərində ev tikmək istəyirmişlər. O, müqavilə bağlayıb qarşı tərəfə 25.000 dollar pul vermişdir. Pulu notarius vasitəsilə verdiyi rəsmi kağızla da sübut olunur. Sonra məhkəmə qərarı ilə bu müqavilə ləğv olunmuşdur. Onun bu pulla bağlı polisə müraciət etməməyinin yeganə səbəbi artıq 2015-ci ildə xeyrinə çıxmış məhkəmə qərarının mövcud olmasıdır. Qarşı tərəf isə əsassız olaraq borcunun olmadığını iddia edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tam 5 il boyunca ona hər ay 41 manat 21 qəpik pul ödəyib. Ümumilikdə, ona 4151 manat pul vermişdir. 2022-ci ildə müqavilə məhkəmədə ləğv olunandan sonra, o, həmin pulu geri qaytarmalı olub. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs çıxış edərək bildirdi ki, bu işin əsl mahiyyəti çoxdan bitmiş bir məsələ ilə bağlıdır. Vaxtilə qarşı tərəf ona bir torpaq göstərmişlər, lakin torpağın heç bir sənədi olmamışdır. Torpaq üzərində heç bir rəsmi alqı-satqı da olmayıb. Pulu onlara sənədlərin düzəldilməsi üçün vermişdir. İndiyə qədər də ona 3000 dollar borcludurlar. O, sənədləşdirmə üçün bələdiyyəyə müraciət etdikdə ona "Bu torpaq bələdiyyənindir, həmin şəxslər hansı səlahiyyətlə bələdiyyənin torpağını sənə satırlar?" –deyə bildirmişlər. Elə bələdiyyə özü onları çağırıb izahat tələb etmiş, sonra da məhkəməyə müraciət edərək torpağı geri almışdır. Bununla da məsələ həll olunmuşdur. Sənədlər hazırda bələdiyyədədir, qarşı tərəfin özlərinə sənəd düzəldib-düzəltmədiklərindən məlumatsızdır. Bu dediklərimin hamısı Ali Məhkəmənin müvafiq qərarında da qeyd edilib. Onun tək "təqsiri" öz qanuni hüquqlarını tələb etmək olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, materialdan görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini onunla əsaslandırmışdır ki, şikayət forma və məzmunca Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməlində cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət əməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli * saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, CM-nin 147-ci maddəsinin tövsifedici əlamətləri olan böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını təsdiq edən hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Eyni zamanda qeyd olunan qərarın 11-ci bəndinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri) göstərilməlidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayətdə xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məşğuliyyət növü, vəzifəsi göstərilməmişdir. Bundan başqa Kollegiya apellyasiya şikayətinin şikayətin formaca uyğunsuzluğu (302.1.3) ilə onun əsassız olması (302.1.7) tamamilə fərqli hüquqi əsaslar olması, əgər şikayət formaca qüsurlu idisə, məhkəmənin mahiyyət üzrə sübutların qiymətləndirilməsinə daxil ola bilməməsi barədə dəlilinə hüquqi qiymət verərək, həmin dəlili əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli * saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələr xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.6, 302.1.7, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CMnin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-207/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-207/2026
07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver