Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-210/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (Tariyel Quliyevin sədrliyi, hakimlər Asif Əliyev və İlham Cəfərzadədən ibarət tərkibdə) ## #### 2000-ci ildə Rusiya Federasiyası, Krasnodar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarix, vaxt və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 10,654 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində yerləşən “Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin” yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ######## 2025ci il tarixdə saat 11:35-də Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində yerləşən “Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin” yaxınlığında saxlanılaraq həmin tarixdə saat 11:54-dən etibarən üstü yoxlanılmaqla üzərinə baxış keçirən zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə daşıyaraq üzərində saxladığı 1 ədəd sellofan bükümdə külli miqdarda 10,654 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və Təqsirləndirilən şəxs Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təsbit edilmiş hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbu edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə üzərində aşkar edildiyi bildirilən psixotrop maddə metafetamini ## ######## 2025-ci il tarixdə tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində yaşadığı evin yaxınlığında şəxsi istifadəsi üçün 60 manata aldığını bildirsə də, məhkəmə araşdırması zamanı ibtidai istintaqda verdiyi ifadələrini təkzib etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılmış araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, o heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməyib, çoxsaylı polis əməkdaşları onu Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin yanında saxlayaraq hər bir halda həbs edilməli olmasını bildirmiş, ona təzyiq göstərmiş və daha ağır ittihamların irəli sürülməsi ilə hədələmişlər. Bu vəziyyətdə o polis tərəfindən psixotrop maddənin ona məxsus olması təklifi ilə razılaşmağa məcbur qalmış və ona verilən təlimata uyğun olaraq faktiki səhnələşdirilmiş baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması istintaq hərəkəti zamanı ona polis əməkdaşları tərəfindən deyilmiş sözləri və hərəkətləri təkrarlamışdır. “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ## ######## 2025-ci il tarixli protokola əlavə edilmiş DVD-R diskdə əks olunmuş görüntülərdən də görünür ki, istintaq hərəkətində iştirak edən polis əməkdaşları Təqsirləndirilən şəxs tərəfindən təlimata uyğun olaraq büküm çıxarılıb təhvil verildikdən sonra baxışı qısa müddətə yekunlaşdırıb əlavə tədbirlər görmüşlər. Təqsirləndirilən şəxs tam şəkildə baxışa məruz qalmır, məsələn, onun ayaqqabısı və corabları ümumiyyətlə çıxarılmır, şalvarın bel və ayaq hissələrinə baxış keçirilmir. İş materiallarında Təqsirləndirilən şəxs üzərində sonradan aparıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) şəxsi axtarışın aparılması ilə bağlı heç bir təsdiqedici sənəd mövcud deyil. Bu ona dəlalət edir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərindən nə qədər psixotrop maddənin çıxacağından əvvəlcədən məlumatlı olublar və şəxsi axtarışın aparılmasına heç bir zərurətin olmadığını biliblər. Təqsirləndirilən şəxs saxlanılıb şübhəli şəxs qismində tutulduqdan sonra ona müdafiəçinin təmin olunması ilə bağlı müvafiq sənədlər hazırlanıb dövlət hesabına olan müdafiəçi dəvət edilsə də, müdafiəçinin iştirakı formal xarakter daşımışdır. Hazırki işin hallarından və materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamadan istintaq hərəkətlərinin həyata keçirilməsinə cəlb edilmiş, bununla da onun hüquqları bir daha məhrumiyyətə məruz qalmışdır. Belə ki, cinayət işinin materiallarında müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair heç bir sübut mövcud deyil. Qeyd edilən məsələ istər daxili qanunvericilikdə, istərsə də Avropa Məhkəməsinin qərarlarında kifayət qədər geniş şərh edilmiş və həmin pozuntu Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs müdafiə hüquqularının açıq və kobud pozuntusu şəraitində verdiyi ilkin ifadələri əsas götürməklə onun təqsirli olması qənaətinə gəlmiş və nəticə etibarilə qanunsuz və əsassız hökm ittihameidici hökm çıxarmışdır. Halbuki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində məhkəmə araşdırması zamanı verdiyi ifadələri hazırkı cinayət işi üzrə qanuni və əsaslı məhkəmə aktının çıxarılması üçün əsas götürülməlidir. Onun məhkəmə araşdırması zamanı verdiyi ifadələrdə heç bir ziddiyyət olmamış, hadisələrin xronoloji ardıcıllığı barədə dəqiq məlumatları əks etdirmiş, həmçinin məhkəmə iclaslarının gedişində cinayət prosesi tərəflərinin verdiyi suallar Təqsirləndirilən şəxs tərəfindən onun verdiyi ifadənin bütün xüsusatlarına müvafiq olaraq heç bir sual və ziddiyyət yaratmadan cavablandırılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs psixotrop maddənin olduğu bükümün ona məxsus olmaması və iradəsinə zidd olaraq ona verilərək hədə nəticəsində etiraf etmək məcburiyyətində qalmasına dair məhkəmə araşdırması zamanı verdiyi ifadələrinin şübhəli, ziddiyyətli olması ilə bağlı heç bir xüsusat mövcud deyil, bununla da həmin ifadələr mötəbər sübut kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı zamanı verdiyi ifadələr ibtidai istintaq orqanı, sonradan isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən ittihamın əsaslılığına dəlalət edən sübut növü kimi qiymətləndirildiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həmin prosessual statusda verdiyi ifadəsindəki xüsusatları dəqiqləşdirilərək müəyyən etməli, yəni yoxlamalı idi. Bu ibtidai istintaq orqanı və məhkəmə tərəfindən ümumiyyətlə həyata keçirilməyib. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-birilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların yoxlanlmasında məqsəd onun mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Hazırkı cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əks olunmuş faktlar və hallar, başqa sözlə desək ifadənin məzmunu, yəni konkret olaraq onun ##.##.2025-ci il tarixdə toy məclisində iştirak edərkən maraq üçün 60 manat müqabilində əldə etməsi və s. cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq təhlil edilməmiş və yoxlanılmamışdır. Birinci instansiya məhkəməsi də öz hökmündə hansı əsas(lar)a görə Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı verdiyi ifadəsinin qeyri- mötəbər olmasına dair dəlilləri göstərməyərək bu mövqeyini lazımınca əsaslandırmamışdır. Məhkəmənin ittihamın əsaslılığı üçün istinad etdiyi sübutlardan biri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İsmayılov İlham İnqlab oğlunun şahid ifadəsidir. Göründüyü kimi iş üzrə şahid təqsirləndirilən şəxs İsmayılov İlham İnqlab oğlunun ##.##.2025-ci il tarixində saxlayaraq nəzarətə götürən polis idarəsinin əməkdaşıdır. Bu fakt həmin şahidi işin nəticəsində maraqlı olan şəxsə çevirir və onun ifadələrinin mötəbərliyinə şübhələr yaratmış olur. Avropa Məhkəməsinin polislərin şahid qismində dindirilməsi ilə bağlı mövqeyinə görə, polis əməkdaşı iddia edilən xətanın "qurbanı" olduğuna görə, yerli məhkəmələr onların şahid ifadəsini ərizəçinin (təqsirləndirilən şəxsin) ifadəsindən daha obyektiv və etibarlı hesab etmələrinin adekvat səbəblərini təqdim etməli və polislə əlaqəsi olmayan şahidi çağırmağa cəhd etməlidirlər. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və Təqsirləndirilən şəxs Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təsbit edilmiş hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbu edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli törətməsi ilə bağlı qeyd edilməlidir ki, “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ## ######## 2025ci il tarixli protokoldan və ona ələvə edilmiş videodan Təqsirləndirilən şəxs metamfetamini könüllü olaraq təqdim etməsi müəyyən edilmiş, həmçinin məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, ****/K saylı rəyindən Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Bundan başqa, ## ######## 2025-ci il tarixli **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs psixosimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs barəsində aparılan ilkin isitintaq hərəkətləri zamanı ona hər hansı təzyiq edilməsi də təqsdiq olunmur. Belə ki, məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, ***/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 22- ##.##.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarətlər aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində metamfetamin aşkar edilməsi ilə bağlı xüsusatları ətraflı şəkildə qeyd etmiş, həmin ifadələrdə göstərilənlər digər sübutlarla dəstəkləndiyindən, eləcə də təqsirləndirilən şəxsin sərbəst iradə ifadəsinə əsaslandığından məhkəmə həmin ifadələri daha inandırıcı və mötəbər hesab edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun II siyahısının (Psixotrop maddələr) 118-ci bəndində əsasən xeyli miqdar (təmiz hal qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olma aşağı həddi 2 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət–hüquqi normaların işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisəli təhlil etməklə aşağıdakılar qeyd etməyi zəruri hesab olunmalıdır. Birinci insyansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-210/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-210/2026
09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver