Məhkəmə qərarları › İş №1(3-8)-213/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-213/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-213/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X27 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1 qızı, Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri müdafiəçi1, müdafiəçi2 və müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 133.2.1-ci və 133.2.3-cü, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 133.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi10, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (Hakimlər: X5 (sədrlik edən), X1 və X11) ## ######## 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2026-cı il il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ## ###### 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, ## ### 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Binəqədi Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarına təyin edilmiş əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 ay azaldılmış və ## ### 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 28, mənzil 1-də qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 133.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi və “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ## ###### 1990-cı il tarixdə Ağdam rayonu, Keştazlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, evli, “SMTS”xxxx”) MMC-də fəhlə işləmiş, Ağdam rayonu, Qiyaslı ərazi dairəsi, Keştazlı kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 133.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi və “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxs4 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 133.2.1-ci və 133.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İ. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə təqsirləndirilən şəxs1 Abşeron rayonu, Fatmayı kəndində yerləşən üç mərtəbədən ibarət fərdi yaşayış evində alkoqol və narkotiklərdən sui-istifadə edən, psixi pozuntuları və ya fiziki çatışmazlıqları olan şəxslərə yaşayış təminatı daxil olmaqla sosial xidmətlərin göstərilməsi adı ilə fəaliyyət göstərən, nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərindən fərqli olaraq asılılıqdan əziyyət çəkən şəxslərin qeyri-tibbi formada, faktiki olaraq psixoloji yardım reabilitasiyası ilə məşğul olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra MMC) qeyri-rəsmi könüllü kimi fəaliyyət göstərərkən, həmin MMCnin direktoru şahid7 tapşırığına əsasən sonuncu ilə əlbir olan şahid3, şahid6, şahid5 və şahid4 ## ##### 2024-cü il tarixdə özlərini prokurorluq orqanı əməkdaşları kimi təqdim edib hakimiyyət nümayəndəsi funksiyalarının həyata keçirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərilərinə götürərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib Zərərçəkmiş şəxs yaşadığı Göygöl şəhəri, ünvan 4 ünvanından guya sonuncu barəsində hüquq-mühafizə orqanlarında aparılan araşdırma ilə əlaqədar onlarla birgə və nəzarətləri altında Bakı şəhərinə getməli olmasını bəyan edib aldatmaqla oğurlayıb saxlaması üçün MMC-nin faktiki fəaliyyət göstərdiyi Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi evə gətirmələrindən sonra Zərərçəkmiş şəxs hər hansı hüquq-mühafizə orqanının inzibati binasına deyil, aldadılaraq oğurlanıb Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi evə gətirmələrindən və şahid7 tapşırığına əsasən həmin “Mərkəz”-də muzdlu əsaslarla qeyri-rəsmi filial müdiri - proqram rəhbəri işləyən təqsirləndirilən şəxs4 tərəfindən qəbul edildikdən sonra Zərərçəkmiş şəxs hər hansı hüquqmühafizə orqanının inzibati binasına deyil, aldadılaraq oğurlanıb Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi evə gətirildiyini və orada iradəsinə zidd qanunsuz saxlanılacağını başa düşüb etiraz edərək, orada buraxılmasını tələb etdikdə artıq sonuncunun oğurlanıb gətirildiyini bilən təqsirləndirilən şəxs4 özü yalnız narko-testerin nəticələrinə istinad edib hər hansı tibbi sənədə əsaslanmadan narkotik vasitə istifadəçisi olduğunu və buraxılmayacağını dəfələrlə bildirib Zərərçəkmiş şəxs azadlıqdan məhrum etmə prosesində oğurluqla bağlı davamlı psixi təsir göstərib iztirab verməsinə baxmayaraq, Zərərçəkmiş şəxs hər hansı müalicə kursu keçməkdən qəti şəkildə imtina edib həmin ünvandan ayrılmaq istəməsini tələb etdiyinə görə təqsirləndirilən şəxs4 xahişinə əsasən o, zərərçəkmişi həmin evdə oğurlanaraq saxlanılması, azadlığın məhdudlaşdırılması və məcburi müalicəyə cəlb edilməsi ilə bağlı hər hansı bir qərar vermək səlahiyyətləri olmayan, eləcə də Zərərçəkmiş şəxs verilən əzabların oğurluqla bağlı olmasından da özü kimi məlumatı olmayan digər könüllülər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 ilə birgə zərərçəkmişə əzab verilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında öz hərəkətlərini uzlaşdırıb ## ##### 2024-cü il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs əl, ayaq və baş nahiyələrindən tutub evin birinci mərtəbəsində yerləşən hamam otağına zorla aparıb orada birlikdə soyundurmaqla və qeyd olunan nahiyələrdən tutub saxlamaqla təqsirləndirilən şəxs4 tabesızlik göstərən müalicə alan şəxslərin iradəsini qırmaq üçün özünün bildiyi və tətbiq etdiyi “üsuldan” istifadə edərək xüsusi olaraq bu kimi “prosedurlar” üçün nəzərdə tutulmuş soyuducuda saxlanılan çoxsaylı qablarda suları daşıyıb təqsirləndirilən şəxs4 verməklə, habelə əlavə olaraq şlanq vasitəsilə təzyiq altında olan soyuq su ilə alt tumanınadək şəxsiyyəti alçaldılaraq soyundurulmuş və hamamın döşəməsinə yerə uzadılmış vəziyyətdə Zərərçəkmiş şəxs qarşı birgə zor tətbiq etməklə sulayıb, bir-biri ilə daxili vəhdət təşkil edən 3 saat müddətdə, yəni həmin gün saat 04-dək mütəmadi və davamlı fiziki zor tətbiq edib Zərərçəkmiş şəxs döyməklə, habelə üzərinə oturub dizləri ilə qollarını yerə sıxmaqla və sair bu kimi fiziki zorakı hərəkətlər etməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “Sağ üst göz qapağının, sağ yanaq, sağ qulaqaltıçeynəmə, sağ kürək, sol bazu, sol baldır nahiyələrinin eləcə də, sol bazu oynağı və sol kürək nahiyəsini əhatə edən qançırları” və “Sağ kürəküstü, sol baldır nahiyələrinin sıyrıqları” kimi bədən xəsarətləri yetirib ona güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermişdir. təqsirləndirilən şəxs3 Abşeron rayonu, Fatmayı kəndində yerləşən üç mərtəbədən ibarət fərdi yaşayış evində alkoqol və narkotiklərdən sui-istifadə edən, psixi pozuntuları və ya fiziki çatışmazlıqları olan şəxslərə yaşayış təminatı daxil olmaqla sosial xidmətlərin göstərilməsi adı ilə fəaliyyət göstərən, nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərindən fərqli olaraq asılılıqdan əziyyət çəkən şəxslərin qeyri-tibbi formada, faktiki olaraq psixoloji yardım reabilitasiyası ilə məşğul olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra MMC) qeyri- rəsmi könüllü kimi fəaliyyət göstərərkən, həmin MMC-nin direktoru şahid7 tapşırığına əsasən sonuncu ilə əlbir olan şahid3, şahid6, şahid5 və şahid4 ## ##### 2024-cü il tarixdə özlərini prokurorluq orqanı əməkdaşları kimi təqdim edib hakimiyyət nümayəndəsi funksiyalarının həyata keçirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərilərinə götürərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib Zərərçəkmiş şəxs yaşadığı Göygöl şəhəri, ünvan 3 ünvanından guya sonuncu barəsində hüquq-mühafizə orqanlarında aparılan araşdırma ilə əlaqədar oniarla birgə və nəzarətləri altında Bakı şəhərinə getməli olmasını bəyan edib aldatmaqla oğurlayıb saxlaması üçün MMC-nin faktiki fəaliyyət göstərdiyi Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi evə gətirmələrindən sonra Zərərçəkmiş şəxs hər hansı hüquqmühafizə orqanının inzibati binasına deyil, aldadılaraq oğurlanıb Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi evə gətirmələrindən və şahid7 tapşırığına əsasən həmin “Mərkəz”-də muzdlu əsaslarla qeyri-rəsmi filial müdiri - proqram rəhbəri işləyən təqsirləndirilən şəxs4 Tcyyub oğlu tərəfindən qəbul edildikdən sonra Zərərçəkmiş şəxs hər hansı hüquq-mühafizə orqanının inzibati binasına deyil, aldadılaraq oğurlanıb Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi evə gətirildiyini və orada iradəsinə zidd qanunsuz saxlanılacağım başa düşüb etiraz edərək, orada buraxılmasını tələb etdikdə artıq sonuncunun oğurlanıb gətirildiyini bilən təqsirləndirilən şəxs4 özü yalnız narkotesterin nəticələrinə istinad edib hər hansı tibbi sənədə əsaslanmadan narkotik vasitə istifadəçisi olduğunu və buraxılmayacağmı dəfələrlə bildirib Zərərçəkmiş şəxs azadlıqdan məhrum etmə prosesində oğurluqla bağlı davamlı psixi təsir göstərib iztirab verməsinə baxmayaraq Zərərçəkmiş şəxs hər hansı müalicə kursu keçməkdən qəti şəkildə imtina edib həmin ünvandan ayrılmaq istəməsini tələb etdiyinə görə təqsirləndirilən şəxs4 xahişinə əsasən o, zərərçəkmişi həmin evdə oğurlanaraq saxlanılması, azadlığın məhdudlaşdırılması və məcburi müalicəyə cəlb edilməsi ilə bağlı hər hansı bir qərar vermək səlahiyyətləri olmayan, eləcə də Zərərçəkmiş şəxs verilən əzabların oğurluqla bağlı olmasından da özü kimi məlumatı olmayan digər könüllülər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə birgə zərərçəkmişə əzab verilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında öz hərəkətlərini uzlaşdırıb ## ##### 2024-cü il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs əl, ayaq və baş nahiyələrindən tutub evin birinci mərtəbəsində yerləşən hamam otağına zorla aparıb orada birlikdə soyundurmaqla və qeyd olunan nahiyələrdən tutub saxlamaqla təqsirləndirilən şəxs4 tabesizlik göstərən müalicə alan şəxslərin iradəsini qırmaq üçün özünün bildiyi və tətbiq etdiyi “üsuldan” istifadə edərək xüsusi olaraq bu kimi “prosedurlar” üçün nəzərdə tutulmuş soyuducuda saxlanılan çoxsaylı qablarda suları daşıyıb təqsirləndirilən şəxs4 verməklə, habelə əlavə olaraq şlanq vasitəsilə təzyiq altında olan soyuq su ilə alt tumanınadək şəxsiyyəti alçaldılaraq soyundurulmuş və hamamın döşəməsinə yerə uzadılmış vəziyyətdə Zərərçəkmiş şəxs qarşı birgə zor tətbiq etməklə sulayıb, bir-biri ilə daxili vəhdət təşkil edən 3 saat müddətdə, yəni həmin gün saat 04-dək mütəmadi və davamlı fiziki zor tətbiq edib Zərərçəkmiş şəxs döyməklə, habelə üzərinə oturub dizləri ilə qollarını yerə sıxmaqla və sair bu kimi fiziki zorakı hərəkətlər etməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “Sağ üst göz qapağının, sağ yanaq, sağ qulaqaltı-çeynəmə, sağ kürək, sol bazu, sol baldır nahiyələrinin eləcə də, sol bazu oynağı və sol kürək nahiyəsini əhatə edən qançırları” və “Sağ kürəküstü, sol baldır nahiyələrinin sıyrıqları” kimi bədən xəsarətləri yetirib ona güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermişdir. təqsirləndirilən şəxs2 Abşeron rayonu, Fatmayı kəndində yerləşən üç mərtəbədən ibarət fərdi yaşayış evində alkoqol və narkotiklərdən sui-istifadə edən, psixi pozuntuları və ya fiziki çatışmazlıqları olan şəxslərə yaşayış təminatı daxil olmaqla sosial xidmətlərin göstərilməsi adı ilə fəaliyyət göstərən, nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərindən fərqli olaraq asılılıqdan əziyyət çəkən şəxslərin qeyri-tibbi formada, faktiki olaraq psixoloji yardım reabilitasiyası ilə məşğul olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra MMC) qeyri- rəsmi könüllü kimi fəaliyyət göstərərkən, həmin MMC-nin direktoru şahid7 tapşırığına əsasən sonuncu ilə əlbir olan şahid3, şahid6, şahid5 və şahid4 ## ##### 2024-cü il tarixdə özlərini prokurorluq orqanı əməkdaşları kimi təqdim edib hakimiyyət nümayəndəsi funksiyalarının həyata keçirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərilərinə götürərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib Zərərçəkmiş şəxs yaşadığı Göygöl şəhəri, ünvan 3 ünvanından guya sonuncu barəsində hüquq-mühafizə orqanlarında aparılan araşdırma ilə əlaqədar onlarla birgə və nəzarətləri altında Bakı şəhərinə getməli olmasını bəyan edib aldatmaqla oğurlayıb saxlaması üçün MMC-nin faktiki fəaliyyət göstərdiyi Abşeron rayonu. Fatmayi kəndində yerləşən fərdi evə gətirmələrindən sonra Zərərçəkmiş şəxs hər hansı hüquqmühafizə orqanının inzibati binasına deyil, aldadılaraq oğurlanıb Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi evə gətirmələrindən və şahid7 tapşırığına əsasən həmin “Mərkəz”-də muzdlu əsaslarla qeyri-rəsmi filial müdiri - proqram rəhbəri işləyən təqsirləndirilən şəxs4 tərəfindən qəbul edildikdən sonra Zərərçəkmiş şəxs hər hansı hüquq-mühafizə orqanının inzibati binasına deyil, aldadılaraq oğurlanıb Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi evə gətirildiyini və orada iradəsinə zidd qanunsuz saxlanılacağım başa düşüb etiraz edərək, orada buraxılmasını tələb etdikdə artıq sonuncunun oğurlanıb gətirildiyini bilən təqsirləndirilən şəxs4 özü yalnız narko-testerin nəticələrinə istinad edib hər hansı tibbi sənədə əsaslanmadan narkotik vasitə istifadəçisi olduğunu və buraxılmayacağını dəfələrlə bildirib Zərərçəkmiş şəxs azadlıqdan məhrum etmə prosesində oğurluqla bağlı davamlı psixi təsir göstərib iztirab verməsinə baxmayaraq, Zərərçəkmiş şəxs hər hansı müalicə kursu keçməkdən qəti şəkildə imtina edib həmin ünvandan ayrılmaq istəməsini tələb etdiyinə görə təqsirləndirilən şəxs4 xahişinə əsasən o, zərərçəkmişi həmin evdə oğurlanaraq saxlanılması, azadlığın məhdudlaşdırılması və məcburi müalicəyə cəlb edilməsi ilə bağlı hər hansı bir qərar vermək səlahiyyətləri olmayan, eləcə də Zərərçəkmiş şəxs verilən əzabların oğurluqla bağlı olmasından da özü kimi məlumatı olmayan digər könüllülər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 ilə birgə zərərçəkmişə əzab verilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında öz hərəkətlərini uzlaşdırıb ## ##### 2024-cü il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs əl, ayaq və baş nahiyələrindən tutub evin birinci mərtəbəsində yerləşən hamam otağına zorla aparıb orada birlikdə soyundurmaqla və qeyd olunan nahiyələrdən tutub saxlamaqla təqsirləndirilən şəxs4 tabesizlik göstərən müalicə alan şəxslərin iradəsini qırmaq üçün özünün bildiyi və tətbiq etdiyi “üsuldan” istifadə edərək xüsusi olaraq bu kimi "prosedurlar” üçün nəzərdə tutulmuş soyuducuda saxlanılan çoxsaylı qablarda suları daşıyıb təqsirləndirilən şəxs4 verməklə, habelə əlavə olaraq şlanq vasitəsilə təzyiq altında olan soyuq su ilə alt tumanınadək şəxsiyyəti alçaldılaraq soyundurulmuş və hamamın döşəməsinə yerə uzadılmış vəziyyətdə Zərərçəkmiş şəxs qarşı birgə zor tətbiq etməklə sulayıb, bir-biri ilə daxili vəhdət təşkil edən 3 saat müddətdə, yəni həmin gün saat 04-dək mütəmadi və davamlı fiziki zor tətbiq edib Zərərçəkmiş şəxs döyməklə, habelə üzərinə oturub dizləri ilə qollarını yerə sıxmaqla və sair bu kimi fiziki zorakı hərəkətlər etməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “Sağ üst göz qapağının, sağ yanaq, sağ qulaqaltı-çeynəmə, sağ kürək, sol bazu, sol baldır nahiyələrinin eləcə də, sol bazu oynağı və sol kürək nahiyəsini əhatə edən qançırları” və “Sağ kürəküstü, sol baldır nahiyələrinin sıyrıqlan” kimi bədən xəsarətləri yetirib ona güclü fiziki ağn və psixi iztirablar verməklə əzab vermişdir. II Apellyasiya şikayətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi10 apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığından barəsində bəraət hökmü çıxarılmasını, məhkəmə müşavirə otağında bəraət hökmünün çıxarılması barədə nəticəyə gəlmədiyi təqdirdə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Hökm əsasən ittiham tərəfinin mövqeyinə üstünlük verilməklə çıxarılmış, müdafiə tərəfinin təqdim etdiyi dəlillərə lazımi hüquqi qiymət verilməmişdir. Məhkum təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə araşdırması zamanı özünü təqsirli bilməmiş, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmədiyini, ittihamda göstərilən hərəkətlərdə iştirak etmədiyini bildirmişdir. Iş materiallarında onun tərəfindən konkret olaraq hansı zorakı hərəkətin törədilməsini təsdiq edən mötəbər və şübhədən kənar sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının və CPM-in tələblərinə əsasən şəxsin təqsiri şübhədən kənar sübut edilməlidir. Aradan qaldırılması mümkün olmayan bütün şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə bu prinsipə tam əməl etməmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən məhkumun şəxsiyyətini xarakterizə edən mühüm halları kifayət qədər nəzərə almamışdır. Belə ki, X6 əvvəllər məhkum olunmamışdır, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur, sosial baxımdan çətin şəraitdə yaşamışdır, atasını itirmişdir və narkotik asılılığı ilə bağlı problemlər yaşamışdır. Bu hallar CPM və CM-in tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsinin təyin etdiyi 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası işin faktiki hallarına və məhkumun şəxsiyyətinə uyğun olmayan dərəcədə ağırdır. məhkəmə işə baxarkən ittiham mövqeyini üstün tutaraq təqsirləndirilən şəxsin xeyrinə olan sübutlara əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdən narazıdır. Belə ki, hökm çıxarılarkən onun xəstə olması, ilk məhkumluğunun olması, əməlini səmimi etiraf etməsi, əməlindən səmimi peşman olduğu nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs2 əsassız və qanunsuz olaraq təqsirli bilinərək üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materialları və məhkəmə araşdırması ilə təqsirləndirilən şəxsin cinayət əməlləri subuta yetirilməmişdir. CPM-nin 21, 39, 42 maddələrinin, CM-nin 7-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddələrin tələblərinə riayət olunmamışdır. Istintaq və məhkəmə proseslərində dindirilən bütün şahidlərin ifadələri və digər sübutlar bir-biri ilə ziddiyətlər təşkil edir. Heç bir şahid ifadəsi və ya digər sübut olmadı ki, hansı ilə Əhədovun təqsirli olması müəyyən oluna bilsin. təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə qarşı zorakılıq törətməsi, ona xəsarətlər yetirilib, işgəncə verilməsinə dair heç bir sübut müəyyən olunmamışdır. Müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə heç toxunmamışdır, əksinə onun səhhətində olan problemlərin aradan qaldırılması və köməklik xarakterli olan məsləhətləri olmuşdur. Əhədov ilkin olaraq ehtimal edib demişdir ki, zərərçəkmiş şəxsdə narkotikdən zəhərlənmə başlayıb və həkimə müraciət olunmasını bildirərək, naşatır spirti almaq üçün apteklərə getmişdir. Təqsirləndirilən şəxs hər dəfə Istintaq və Məhkəmədə səmimi, doğru ifadələr vermişdir, bu ifadələrin həqiqətə uyğun olmamağına dair heç bir şübhə yaranmamışdır və onun təqsirli olunması heç bir faktla müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi8 apellyasiya şikayəti verərək hökmün cəza hissəsində dəyişdirilərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bildiyi cinayətə görə müəyyən edilmiş cəzanın aşağı həddindən daha yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 5.1.10-cu maddələrinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını və cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini formal nəzərə almaqla, ədalətsiz olaraq ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təyin edilən cəza işin hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan dərəcədə ağırdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməklə peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 5 nəfərdən ibarət ailədə yeganə işləyib qazanc gətirən şəxs olması, həyat yoldaşının heç bir yerdə işləməsi və qazancının olmaması, məcburi köçkün olub ağır şəraitdə yaşaması, əvvəllər məhkum olunmaması, bibisi oğlu X2 Qarabağ Müharibəsinin şəhidi, dayısı X7 müharibə iştirakçısı olması, onunla bir ailədə yaşayan yaşlı xəstə anası olması, atasının vəfat etməsi, cinayət hadisəsindən sonrakı davranışı, yəni heç bir hüquqa zidd əməl törətməməsi, məhkəmə prosesi gedişində zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsinə cəhd etməsi kimi halları nəzərə almamışdır. Hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 törətdiyi cinayətə görə müəyyən edilmiş cəzanı daha yüngül cəza ilə dəyişdirilməklə islah olunması mümkündür. III Proses iştirakçılarının çıxışları Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, cinayət işi materiallarından və işin hallarından görünür ki, təqsirləndirilən şəxs1 ümumiyyətlə zərərçəkmişə toxunmamışdır. Çünki həmin vaxt o, yuxarıda kamera arxasında olmuş, kameradan nəzarət etmişdir. Zərərçəkmiş şəxs oraya həddindən artıq yüksək dozada narkotik vasitədən qəbul etmiş vəziyyətdə gətirilmişdir. Həmin vaxt buna görə də halı pisləşmişdir. Təcili-tibbi yardım çağırılmışdır. Zərərçəkmiş şəxsin ölüm səbəbi narkotik vasitədən zəhərlənməyə görə olsa da verilmiş ittihamdan görünür ki, guya zərərçəkmiş şəxsə işgəncələr verilmişdir. Lakin təcili yardım gələnə qədər onun ayıldılması üçün tədbirlər görülmüşdür. Məqsəd onu ayıltmaq olmuşdur. Bu məqsədlə də onu yuxarıdan aşağıya düşürmüşlər. Həmin vaxt ola bilər ki, zərərçəkmiş xəsarətlər almışdır. təqsirləndirilən şəxs1 isə bu proseslərin heç birində iştirak etməmişdir. O yalnız təqsirləndirilən şəxs4 göstərişinə əsasən zərərçəkmiş şəxsin vəziyyəti pisləşərkən kamera çəkilişini saxlamışdır. Odur ki, onun əməlində cinayət tərkibinin olmadığını və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsində bildirdi ki, qeyd olunan reabilitasiya mərkəzinin Novxanı filialında müalicə almış, hadisə isə Fatmayi filialında baş vermişdir. təqsirləndirilən şəxs4, Qurban və onu şəhərə bilyard oynamağa aparmış, bu zaman təqsirləndirilən şəxs4 zəng gələrərk sonuncuya Fatmayi filialına xəstənin gəldiyi bildirilmişdir. təqsirləndirilən şəxs4 da onlarla birgə oraya getmiş, sonradan onları geri qaytaracağını demişdir. Həmin filialda heç kimi tanımamış, yeganə təqsiri təqsirləndirilən şəxs4 ona qonşulardan şikayət gələr deyə kamera görüntülərini silməyi dediyinə görə həmin görüntüləri silmək olmuşdur. Mərhum o kamera görüntülərini sildikdən 5-6 saat sonra vəfat etmiş, zərərçəkmiş şəxsin vəfat edəcəyini düşünməmişdir. Otaqdan kənara çıxmamış, zərərçəkmişə münasibətdə edilən heç bir hərəkətdə iştirak etməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 apellyasiya instansiyası məhkəməsində bildirdi ki, oxuma və yazma bacarığı yoxdur. O, növbə rəisinin adını versə də təqsirləndirilən şəxs1 adı qeyd edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, şəxsin müalicəsində həkimlər tərəfindən çıxış yolu tapılmayan zaman reabilitasiya mərkəzlərinə müraciət olunur. Vətəndaşlar reabilitasiya mərkəzləri barədə reklamlar vasitəsilə məlumatlı olublar. Zərərçəkmiş şəxsə artıq həkimlər, polislər kömək edə bilməmiş, sonuncu dəfələrlərlə intihara cəhd etmişdir. Zərərçəkmiş CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum edilmişdir. Valideynləri reabilitasiya mərkəzinə müraciət edərək onun müalicəsi üçün 6 aylıq müalicə kursunun ayrılmasını xahiş etmişlər. Amma onların övladlarını hara göndərməsi barədə fikri olmamışdır. Zərərçəkmiş şəxsin anası həmin şəxslərə oğlunun könüllü müalicə üçün getməyəcəyini, sonuncunu aldadıb başqa yolla müalicə üçün aparmaq lazım olduğunu bildirmiş, əməkdaşlar polis kimi gələrək zərərçəkmiş şəxsi müalicə mərkəzinə aparmışlar. Müalicə üçün aparılan şəxslərin müqavimətini qırmaq üçün onlara təzyiq, bəzən fiziki şiddət göstərmişlər. Zərərçəkmiş şəxs təkidlə qayıtmaq istəyəndə bu barədə valideynlərinə, yaxınlarına məlumat verilmiş, lakin anası oğlunun geri qaytarılmamasını və sonuncunu bu asılılıqdan xilas etmələrini bildirmişdir. Bu mübahisələndirilməyən hallardır. Elgiz Vilayətə zəng edib yeni bir şəxsin gətirildiyini bildirib. Müalicə müəssisəsinə gətirilən şəxslərin hamısı narkotik vasitənin təsiri altında olur. Bütün şəxslər əvvəlcə narkotik vasitə qəbul etmədiklərini bildirirlər. Bu zaman əməkdaşlar ondan qan analizi götürürlər. Əgər analizin nəticəsi təmiz olursa, bu zaman şəxsi buraxırlar və bu barədə şəxsin yaxınlarına məlumat verirlər. Əgər analizin nəticəsi təmiz olmursa, şəxsi saxlayaraq müalicə üsullarını tətbiq edirlər. Zərərçəkmiş şəxsin anası zəng edərək oğlunun narkotik vasitə istifadə etdiyini bildirmişdir. Qeyd etmişdir ki, oğlu 7 il Rusiyada yaşayıb və o zamandan etibarən narkotik vasitə istifadə edir. Vəfatından 7-8 saat əvvəl zərərçəkmiş şəxs tərəfindən narkotik vasitə qəbul edilmişdir. Ekspertizanın nəticəsi bu faktı təsdiq edir. Bu da onu sübut edir ki, şəxs işgəncənin nəticəsi olaraq yox, narkotik vasitədən zəhərlənərək vəfat etib. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin öldürülməsində nə kimi məqsədləri ola bilərdi? Təqsirləndirilən şəxslər zərərçəkmişin həyatını qutarmaq üçün çalışıblar. Təqsirləndirilən şəxslər də keçmişdə narkotik vasitə istifadəçisi olublar və bu üsullarla sağalıblar. təqsirləndirilən şəxs2 başqa müalicə müəssisəsində sağalıb. Zərərçəkmişin zəhərlənməsini ilk təqsirləndirilən şəxs2 anlayıb. Çünki onun dayısıoğlu da narkotik vasitədən zəhərlənərək vəfat edib. Zəhərlənmə zamanı şəxsin ağzında köpüklənmə olub. Vilayət naşatr spirti almaq üçün gecə saat 2 də aptekə gedib. Zəhərlənmə zamanı təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi hamam otağına aparıblar. Zərərçəkmiş şəxsin təqribən 120-140 kq çəkisi olmuşdur. Ifadələrdən görünür ki, 4 nəfər şəxs onu hamam otağına aparmış, onların arasında təqsirləndirilən şəxs2 olmamışdır. Ilk yardım edilməsinə baxmayaraq zərərçəkmiş şəxs qəbul etdiyi narkotik vasitədən vəfat etmişdir. Təqsirləndirilən şəxslərin öldürmək niyyəti olmamışdır. Müalicə müəssisəsinə aparılma isə zərərçəkmiş şəxsin anasının təkidi ilə olmuşdur. O zaman anasına da təqsirləndirilən şəxslərlə birgə iştirakçı kimi cəza verilməli idi. Zərərçəkmiş şəxsin bədənində olan izlər isə o evdə olan zaman bir neçə dəfə intihara cəhd etdiyi üçün yaranmışdır. Iş üzrə 12 nəfər şahid dindirilib, lakin onların ifadələri bir-biri ilə ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində bildirdi ki, nə onun, nə də ki digər təqsirləndirilən şəxslərin hər hansı məsuliyyəti olmamış, heç bir ixtiyarı olmamışdır. Özü Goradildə reabilitasiya mərkəzində könüllü müalicə alan xəstə olmuşdur. Üzərinə məsuliyyət düşən heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Həmin gün məsuliyyət növbə rəisinin üzərində olmuşdur. Kamera görüntülərinin olmadığını sonradan bilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxslərə elan olunmuş ittiham üzrə təqsirləri iş materiallarında olan zərəçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq sanksiya çərçivəsində ədalətli cəza təyin etmişdir. Həmçinin zərəçəkmiş şəxsin hüquqi varisi ilə də barışıq əldə edilməmişdir. Odur ki, apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. IV Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin “Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009cu il tarixli” Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmişdir. Cinayət işi materiallarında olan: Təcili və X16 Stansiyasının Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ## ##### 2024-cü il tarixdə saat 04:01-də Fatmayi bağ evi massivində Zərərçəkmiş şəxs həkimə qədər ölümü qeydə alınmışdır (Iş vər. cild 1, səh. 38). “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ##### 2026-cı il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən ikimərtəbəli fərdi bağ evidir. Evin, darvazanın sol tərəfində divann üzərində və həyətin perimctri üzrə müşahidə kameraları vardır. Baxışda iştirak edən şahid7 deməsinə görə fərdi ev icarədədir, həmin evdə direktoru olduğu “xxxx” MMC-nin filialı yerləşir, burada narkomaniya asılılığından əziyyət çəkən şəxslərə psixoloji yardım göstərməklə müalicəsi ilə məşğul olurlar. Daha sonra o, evin birinci mərtəbəsinin mətbəx otağında bildirmişdir ki, Göygöl şəhər sakini Zərərçəkmiş şəxs ## ##### 2024-cü il tarixdə saat 23 radələrində narkotik vasitə asılılığı olan şəxs kimi gətirilmiş və ## ##### 2024-cü il tarixdə saat 02-03 radələrində yemək yeyən zaman boğularaq ölmüşdür. Mətbəxə daxil olduqda bədəninin yuxarı hissəsi çılpaq vəziyyətdə, sağ qolunda dirsəkdən çiyinə qədər qırmızı və tünd yaşıl rənglərdə döymə olan kişi meyiti aşkar edilmiş, meyitin əynində yalnız idman şalvarı olmuşdur. Meyitin dodağının sağ küncündən qulağına doğru qırmızı rəngli maye axmış, meyit üzərində gözlə görünən xəsarət və xəsarət izi aşkar edilməmişdir. şahid7 baxış zamanı Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini və narkotesteri təqdim etmiş və dediyinə görə müşahidə kameralarının idarəetmə blokunda yaddaş qurğusu mövcud olmamış, müşahidə onlayn qaydada aparılmış, görüntülər qeyd alınmamışdır. Kameraların idarəetmə sisteminə daxil olduqda sərt diskin mövcud olmaması xəbərdarlığı edilmiş, buna görə də görüntülərin götürülməsi mümkün olmamışdır. Bundan sonra şahid7 təqdim etdiyi mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları - idman gödəkcəsi və iki ədəd qara rəngli mayka götürülmüşdür (Iş vər. cild 1, səh. 22-37). Məhkəmə-tibbi ekspertizasının ## ##### 2024-cü il tarixli, ** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Zordan oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində “sağ üst göz qapağının, sağ yanaq, sağ qulaqaltı-çeynəmə, sağ kürək, sol bazu, sol baldır nahiyələrinin eləcə də, sol bazu oynağı və sol kürək nahiyəsini əhatə edən qançırları, sağ kürəküstü, sol baldır nahiyələrinin sıyrıqları” xəsarətləri aşkar edilmişdir; Qeyd olunan xəsarətlər Zərərçəkmiş şəxs ölümündən az əvvəl, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, ölümlə səbəbli əlaqələri yoxdur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Xəsarətlərin xarakteri və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs kənar şəxs tərəfindən insan bədəni hissələri (əl, ayaq və s.) ilə endirilmiş zərbələrin təsirindən, eləcə də müxtəlif şəraitlərdə əmələ gələ bildiyindən konkret olaraq hansı şəraitdə əmələ gəlməsi istintaq yolu ilə aydınlaşa bilərdi. Həmin xəsarəti aldıqdan sonra sərbəst hərəkət etmək iqtidarında ola bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb qaraciyərin piy distrofiyası və xroniki qeyri-aktiv hepatit ilə müşayiət olunan narkotik maddə ilə (amfetamin və metamfetamin) zəhərlənmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (## ##### 2024-cü il tarixdə saat 10:00-dan) 5-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin adlı maddə aşkar edildi. Metil, etil, propil, butil və amil spirtləri, barbıtur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pırazalon, 1.4 benzodiazepin törəmələri və salısilatlar aşkar edilmədi (Iş vər. cild 1, səh. 131-137). Məhkəmə-kimyəvi ekspertizasının ## ### 2024-cü il tarixli ****/K saylı rəyindən görünür ki, narkotik, psixotrop və güclü təsiredici maddələrin miqdarı təyini məhkəmə-kimya şöbəsində “Agilent Ultivo LC-MS/MS” ikiqat kütlə spektrometriyalı maye xromatoqrafında aparılır. Müvafiq metodikaya uyğun olaraq maddələrin miqdarının təyini yalnız sidik nümunəsində və qanın plazmasında aparıla bilər. Lakin əksər hallarda meyitlərdə götürülmüş qan nümunələri hemolizə uğradığı üçün qanın plazması ayrılmır və bu səbəbdən qanda maddələrin miqdarı təyini aparmaq mümkün olmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi hemolizə uğramışdır və tədqiqat nazik təbəqəli xromatoqrafiya üsulu ilə aparılmışdır. Məhkəmə-kimyəvi tədqiqat nəticəsində aşkarlanan Amfetamin və Metamfetamin adlı maddələrin miqdarı təyini yuxarıda qeyd edilən səbəbdən aparmaq mümkün olmamışdır (Iş vər. cild 1, səh. 242-244). Təkrar kompleks məhkəmə-tibbi ekspertizasının ## ### 2024-cü il tarixli T-***/**** saylı rəyinən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı sağ üst göz qapağında, sağ yanaq, sağ qulaqaltı çeynəmə, sağ kürək, sol bazu, sol baldır nahiyəsində, sol bazu oynağı və sol kürək nahiyəsini əhatə edən qançır, sağ kürəküstü və sol baldırda sıyrıq müəyyən edilmiş, qeyd edilən xəsarətlər ölümdən qısa müddət əvvəl küt əşyanın (əşyaların) təsirindən törənmiş, canlı şəxslərdə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir və ölümlə səbəbli əlaqəsi yoxdur. Qeyd edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr şəxsin özü tərəfindən yetirilməsi üçün xarakterik deyildir, bu xəsarətləri aldıqdan sonra o, sərbəst hərəkət etmək iqtidarında olmuşdur və onun sərbəst hərəkət etməsinə mane ola bilməzdi. Zərərçəkmiş şəxs ölümünə səbəb qaraciyərin xroniki qeyri-aktiv hepatiti fonunda narkotik maddə olan amfetamin və metamfetaminlə kəskin zəhərlənmə olmuşdur. Qeyd edilən ilkin meyit əlamətləri ölümün meyitin müayinəsindən 5-8 saat əvvəl baş verə bilməsini inkar etmir. Qeyd edilən xəsarətlər orqanizmin zəhərlənməsini sürətləndirə və ya ölümə səbəb ola bilməzdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində aşkar edilən amfetamin və metamfetamin narkotik maddələrinin miqdarını qan hemolizə uğradığından plazmaya ayırmaq və ekspertiza zamanı sidik nümunəsi götürülmədiyindən miqdarı təyinat aparmaq mümkün olmadı. Aşkar edilən narkotik maddələrin nə vaxt qəbul edilməsi ekspert tərəfindən deyil, istintaq yolu ilə aydınlaşdırılmalıdır. Bu maddələrin qanda qalma müddəti orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq adətən 3-4 gün olur. Amfetamin və metamfetamin kimi maddələrlə zəhərlənmə orqanizmin fərdi xüsusiyyətindən, yaşından, sağlamlıq durumundan asılıdır. Onların letal fazası 20-25 mq/kq, təsir müddəti isə hər şəxs üçün eyni deyildir (Iş vər. cild 2, səh. 27-35). “Baxış keçirilməsi haqqında” ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx” MMC-dən götürülmüş elektron məlumat daşıyıcısı olan diskə baxış keçirilmiş və ## #### 2024-cü il tarixdən ## ### 2024-cü il tarixədək olan müddətdə aşağıdakılar müəyyən olunmuşdur: şahid7 istifadəsində olan 994102020002 mobil telefon nömrəsi ilə mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** və ********** telefon nömrələri, şahid6 istifadəsində olan ********** və ********** telefon nömrələri, şahid4 istifadəsində olan ********** telefon nömrəsi, şahid2 istifadəsində olan ********** telefon nömrəsi, şahid21 istifadəsində olan ********** nömrəsi (halbuki onun istifadəsində olan ********** nömrəsi ilə bir danışıq olmuş) və şahid5 istifadəsində olmuş ********** telefon nömrəsi ilə hər hansı bir danışıqlar aparılmamışdır. Bundan sonra şahid21n istifadəsində olan nömrəsinə dair “505029009 SMS” adlı fayla baxış aparıldı və hadisə ərəfəsinə təsadüf edən aşağıdakı sms-lər vardır: - ##.##.2024-cü il tarixdə saat 04:48:28-də ************ nömrəli abonentə «**********» mətnli qısa mesaj; - ##.##.2024-cü il tarixdə saat 05:10:36-da ************ nömrəli abonentə “X3” mətnli qısa mesaj; - ##.##.2024-cü il tarixdə saat 05:14:00-da ************ nömrəli abonentə “Abweron gedir bura" mətnli qısa mesaj; - ##.##.2024-cü il tarixdə saat 05:23:03-də ************ nömrəli abonentə "Abweronun erazisidi ora aparacaqlar'" mətnli qısa mesaj; - ##.##.2024-cü il tarixdə saat 05:41:57-də ************ nömrəli abonentə “**********” mətnli qısa mesaj; - ##.##.2024-ci il tarixdə saat 05.43.58-də ************ nömrəli abonentdən ************ nömrəli abonentə “sen ozune de bu tel mendedi lazim olsa yigsin oyaqiq xeber ele”. Bundan sonra şahid21 istifadəsində olan nömrəsinə dair “994504720006” adlı fayla baxış aparıldı və müəyyən edildi ki, təqdim edilmiş siyahıda hadisə gününə təsadüf edən və araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı bir zənglər olmamışdır. Bundan sonra şahid21 istifadəsində olan nömrəsinə dair “994505029009” adlı fayla baxış aparıldı və müəyyən edildi ki, həmin telefon nömrəsi onun öz adına rəsmiləşdirilmiş və təqdim edilmiş siyahıda hadisə ərəfəsinə təsadüf edən araşdırma üçün əhəmiyyət kəsb edə biləcək təqsirləndirilən şəxs4 istifadəsində olan ********** və şahid7 istifadəsində olan ********** mobil telefon nömrələri ilə danışıqlar aparılmışdır. şahid21 istifadəsində olan 994505029009 mobil telefon nömrəsi ilə mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** və ********** telefon nömrələri, şahid6 istifadəsində olan ********** və ********** telefon nömrələri, şahid4 istifadəsində olan ********** telefon nömrəsi, şahid2 istifadəsində olan ********** telefon nömrəsi və X12 istifadəsində olmuş ********** telefon nömrəsi ilə hər hansı bir danışıqlar aparılmamışdır (Iş vər. cild 2, səh. 122-124). “Baxış keçirilməsi haqqında” ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən götürülmüş elektron məlumat daşıyıcısı olan diskə baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur. Bütün nömrələr təhlil edildikdən sonra müəyyən edilir ki, şahid6 şahid7, mərhum Zərərçəkmiş şəxs, şahid21, şahid4, təqsirləndirilən şəxs4 və şahid5 ilə göstərilən müddətlərdə telefon danışıqları və sms-lər olmamışdır. Buna baxmayaraq onun yuxanda qeyd edilən tarixlərdə mərhum Zərərçəkmiş şəxs anası şahid2 və şahid3 ilə hadisə günü kifayət qədər danışıqlarının, habelə şahid6 Göygöl rayonu ərazisində olması müəyyən edilmişdir. şahid5 istifadəsində olan 558353541 mobil telefon nömrəsi ilə şahid7 istifadəsində olan **********, **********, mərhum Zərərçəkmiş şəxs istifadəsində olan **********, **********, şahid6 istifadəsində olan 557721472, **********, şahid2 istifadəsində olan **********, şahid4 istifadəsində olan **********, şahid3 istifadəsində olan **********,********** mobil telefon nömrələri arasında ## #### 2024- cü il tarixdən ## ### 2024-cü il tarixədək olan danışıqların olmadığı müəyyən edilmişdir; Baxış zamanı şahid5 dair təqdim edilən məlumatlarda hadisə günü, yəni ## ##### 2024-cü il tarixdə saat 18:39-da onun istifadəsində olan mobil telefon Yevlax rayonu, Aşağı Qarxun kəndi, saat 19:47-də Yevlax rayonu, Yuxarı Qarxun kəndi koordinatlarında, yəni Göygöl rayonu istiqamətində hərəkətdə olduğu, daha sonra saat 22:54-də Abşeron rayonu, Mehdiabad kəndi koordinatında qeydə alındığı müəyyən edilmişdir. Mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** mobil telefon nömrəsi ilə şahid7 istifadəsində olan ********** və **********, həmin MMCdə çalışan şahid21 istifadəsində olan ********** və **********, həmin MMC-də çalışan təqsirləndirilən şəxs4 istifadəsində olan **********, həmçinin ## ##### 2024-cü il tarixdə yaşadığı evə gəlmiş şahid6 istifadəsində olan ********** və **********, şahid4 istifadəsində olan **********, şahid5 istifadəsində olan **********, habelə sonradan gətirilən avtomobilə oturmuş şahid3 istifadəsində olan ********** və ********** nömrələri ilə ##.##.2024 00:00:00 - ##.##.2024 00:00:00 tarixlərində heç bir telefon danışığı qeydə alınmamışdır. Mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** nömrəli telefon nömrəsi ilə anası şahid2 istifadəsində olan ********** telefon nömrəsi arasında hadisə gününə təsadüf edən 2 zəng olmuş, belə ki, Zərərçəkmiş şəxs şahid2 zəng edib saat 18:49-da 56 saniyəlik (Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun ərazisi), saat 19:03:15-də isə 22 saniyəlik (Shusha sheherciyi/Gəncə şəhəri, Göygöl yolu) danışıq aparmışdır. şahid2 istifadəsində olan 557114941 mobil telefon nömrəsi ilə şahid7 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi ilə ümumi 9 zəng olması müəyyən edilmiş, belə ki, ## #### 2024-cü il tarixdə saat 14:13-də şahid2 tərəfindən şahid7la 391 saniyəlik, ## ##### 2024-cü il tarixdə saat 12:11-də 114 saniyəlik, saat 18:58-də 54 saniyəlik, saat 18:59-da 81 saniyəlik, saat 23:04də 30 saniyəlik, şahid7 tərəfindən isə Südabə Həsənov ilə saat 23:15də 25 saniyəlik, 23:54-də 17 saniyəlik və 56 saniyəlik, ## ##### 2024-cü il tarixdə saat 21:38də 16 saniyəlik danışıqlar aparılmışdır. şahid2 istifadəsində olan 557114941 mobil telefon nömrəsi ilə şahid21 istifadəsində olan ********** və ********** nömrəli telefon nömrələri ilə, təqsirləndirilən şəxs4 istifadəsində olan ********** nömrəli telefon nömrəsi ilə, şahid6 istifadəsində olan ********** nömrəli telefon nömrəsi ilə, şahid4 istifadəsində olan ********** nömrəli telefon nömrəsi ilə, şahid5 istifadəsində olan ********** nömrəli telefon nömrəsi ilə ## #### 2024-cü il tarixdən ## ### 2024-cü il tarixədək hər hansı bir zəng qeydə alınmamışdır. şahid2 istifadəsində olan 557114941 mobil telefon nömrəsi ilə şahid3 istifadəsində olan ********** nömrəli telefon nömrəsi arasında hadisə gününə və vaxtına təsadüf edən 3 zəng qeydə alınmış, belə ki, ## ##### 2024-cü il tarixdə saat 12:20-də şahid3 tərəfindən şahid2 ilə 142 saniyəlik, saat 16:45:48-də şahid2 tərəfindən şahid3 ilə 26 saniyəlik, saat 18:47də şahid3 tərəfindən şahid2 ilə 74 saniyəlik danışıq aparılmışdır. şahid3 istifadəsində olan 559282292 mobil telefon nömrəsi ilə şahid21 istifadəsində olan ********** və ********** mobil telefon nömrələri ilə, şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə danışıqlar olmamışdır; şahid3 istifadəsində olan 559282292 mobil telefon nömrəsi ilə təqsirləndirilən şəxs4 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə hadisə gününə və vaxtına təsadüf edən 3 zəng qeydə alınmış, belə ki, saat 20:40:54-də təqsirləndirilən şəxs4 tərəfindən şahid3lə 43 saniyəlik (şahid3 telefon koordinatları: Pasha inshaat/Əhməd Rəcəbli 11/33/Binagadi), saat 22:32:41-də 14 saniyəlik (şahid3 telefon koordinatları: Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi), saat 23:35də 14 saniyəlik (Fatmai baglar/Binəqədi rayonu, Goradil qəsəbəsi, bağ sahəsi) danışıqlar aparılmışdır. təqsirləndirilən şəxs4 istifadəsində olan 556903944 mobil telefon nömrəsi ilə şahid7 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə hadisə gününə təsadüf edən 2 zəng aşkar edilmiş, belə ki, ## ##### 2024-cü il tarixdə saat 02:42-də şahid7 tərəfindən təqsirləndirilən şəxs4la 58 saniyəlik (təqsirləndirilən şəxs4 telefon koordinatları: Bakı şəhəri, Xətai rayonu. Məzahir Rüstəmov 21), saat 20:31 -də 60 saniyəlik (təqsirləndirilən şəxs4 telefon koordinatları: (Novxanı bağları/Bakı ş. Binəqədi ray., Görədil kəndi, ev 200) danışıq aparılmışdır. təqsirləndirilən şəxs4 istifadəsində olan 556903944 mobil telefon nömrəsi ilə mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** və ********** mobil telefon nömrələri, şahid21 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında danışıqlar müəyyən edilməmiş, şahid21 digər ********** mobil telefon nömrəsi ilə hadisə gününə təsadüf edən 5 zəng aşkar edilmiş, belə ki, ## ##### 2024-ci il tarixdə saat 11:35-də təqsirləndirilən şəxs4 tərəfindən şahid21 ilə 13 saniyəlik, saat 1 l:53-də şahid21 tərəfindən təqsirləndirilən şəxs4 ilə 70 saniyəlik, saat 12:00-da təqsirləndirilən şəxs4 tərəfindən şahid21 ilə 24 saniyəlik, saat 19:02-də 162 saniyəlik (təqsirləndirilən şəxs4 telefonun koordinatları: Abşeron rayonu, Göradil kəndi), saat 23:34:40-də 19 saniyəlik (təqsirləndirilən şəxs4 telefonun koordinatları: Saray bağlar massivi/Sumqayıt şəhəri, Novxanı bağ massivi) danışıqlar aparılmışdır. təqsirləndirilən şəxs4 istifadəsində olan 556903944 mobil telefon nömrəsi ilə şahid6 istifadəsində olan ********** və **********, şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsi. şahid4 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə danışıqlar olmamışdır. təqsirləndirilən şəxs4 istifadəsində olan 556903944 mobil telefon nömrəsi ilə şahid3 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında hadisə gününə 3 zəng təsadüf etmiş, belə ki, ## ##### 2024-ci il tarixdə saat 20:40-də təqsirləndirilən şəxs4 tərəfindən şahid3lə 43 saniyəlik (təqsirləndirilən şəxs4 telefon koordinatları: Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Z.Tağıyev küçəsi 57), saat 22:32-də 14 saniyəlik, saat 23:35-də 14 saniyəlik (təqsirləndirilən şəxs4 telefonun koordinatları: Abşeron rayonu, Masazır qəsəbəsi. Zəngilan köçkün şəhərciyi/Binagadi) danışıqlar olmuşdur. təqsirləndirilən şəxs4 istifadəsində olan 556903944 mobil telefon nömrəsi ilə şahid3 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında hadisə gününə 1 zəng təsadüf etmiş, belə ki, ## ##### 2024-cü il tarixdə saat 23:26-da şahid3 tərəfindən təqsirləndirilən şəxs4la 14 saniyəlik danışıq aparılmışdır. təqsirləndirilən şəxs4 istifadəsində olan 556903944 mobil telefon nömrəsi ilə şahid5 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə danışıqlar olmamışdır. Beləliklə, aparılmış baxış zamanı müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** nömrəli telefon nömrəsi ilə “xxxx'’ MMC-nin direktoru şahid7 istifadəsində olan ********** və **********, həmin MMC- də çalışan şahid21 istifadəsində olan ********** və **********, həmin ММС-də çalışan təqsirləndirilən şəxs4 istifadəsində olan **********, həmçinin onu ##.##.2024-cü il tarixdə yaşadığı evinə gəlmiş şahid6 istifadəsində olan ********** və **********, şahid4 istifadəsində olan **********, şahid5 istifadəsində olmuş **********, habelə sonradan gətirilən avtomobilə oturmuş şahid3 istifadəsində olan ********** və ********** nömrələri ilə ## #### 2024-cü il tarixdən ## ### 2024-cü il tarixədək heç bir telefon danışığı qeydə alınmamışdır. Bundan başqa, mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** nömrəli telefon nömrəsi ilə anası şahid2 istifadəsində olan ********** telefon nömrəsi arasında həmin müddətdə hadisə gününə və vaxtına təsadüf edən iki zəng qeydə alınmışdır. Mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** nömrəli telefonun anten məlumatlarına əsasən, hadisə günü, yəni ## ##### 2024-cü il tarixdə telefon koordinatları təhlil olunan zaman müəyyən edildi ki, saat 00:10:53-dən saat 18:49:55-dək onun koordinatları dəyişməz olaraq Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun ərazisi olmuş, sonrakı vaxtlarda isə koordinatlar dəyişməyə başlamış, yəni saat 19:00:03-də telefonun koordinatları Shusha sheherciyi/Gəncə şəhəri, Göygöl yolu, saat 19:04:13-də Ucar rayonu, Barguşad kəndi, saat 20:34:50-də Ucar rayonu, Müsüslü kəndi və sonuncu koordinatları saat 20:36:34-də GarabujagZ/Kurdamir olmuş, həqiqətən o, Bakı şəhər istiqamətində hərəkətdə olmuş, saat 20:36-dan sonra isə telefonun koordinatları qeydə alınmamışdır.(Iş vər. cild 2, səh. 127-143) “Baxış keçirilməsi haqqında” ## ####### 2024-cü il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən götürülmüş elektron məlumat daşıyıcısı olan diskə baxış keçirilmiş və ## #### 2024-cü il tarixdən ## ### 2024-cü il tarixədək olan müddətdə aşağıdakılar müəyyən olunmuşdur: Mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ********** nömrəli telefon nömrəsi ilə “xxxx” MMC-nin direktoru şahid7 istifadəsində olan ********** və **********, həmin MMC-də çalışan şahid21 istifadəsində olan ********** və **********, həmin MMC-də çalışan təqsirləndirilən şəxs4 istifadəsində olan **********, həmçinin onu ##.##.2024-cü il tarixdə yaşadığı evinə gəlmiş şahid6 istifadəsində olan ********** və **********, şahid4 istifadəsində olan **********, şahid5 istifadəsində olmuş **********, habelə sonradan gətirilən avtomobilə oturmuş şahid3 istifadəsində olan ********** və ********** nömrələri ilə ##.##.2024 00:00:00 - ##.##.2024 00:00:00 tarixlərində heç bir telefon danışığı qeydə alınmamışdır. Bundan başqa, şahid3 istifadəsində olan 709282292 mobil telefon nömrəsi ilə İ lavarxanov Vilayət Teyyub oğlunun istifadəsində olan ********** mobil telefon nömrəsi ilə hadisə gününə və vaxtına təsadüf edən danışığın olması müəyyən edilmişdir. Həmin danışıq zamanı, həmçinin ##.##.2024-cü il tarixdə saat 23:ll:28-dən sonra şahid3 telefonun GPRS (internetdən istifadə etmə) koordinatları saat 00:17:18-dək dəyişməz olaraq eyni olmuş və sonradan LBBK3984O4/LBBK3984 Binagadi oil Dairevi 106 //Binagadi/ (40.45745/49.8122) göstərməklə növbəti koordinatlar dəyişmişdir. Bu da onu göstərir ki, şahid3 telefonu Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən antenlərin əhatə dairəsində 01 saat 06 dəqiqəyədək müddət ərzində qeydə alınmışdır. Həmçinin, müəyyən edilmişdir ki, şahid4 istifadəsində olan 774667696 mobil telefon nömrəsi ilə şahid7 istifadəsində olan ********** və **********, şahid21 istifadəsində olan ********** və **********, təqsirləndirilən şəxs4 istifadəsində olan **********, şahid6 istifadəsində olan ********** və **********, şahid2 istifadəsində olan ********** mobil telefon nömrələri ilə danışıqlar aparılmamışdır. şahid4 istifadəsində olan 774667696 mobil telefon nömrəsi ilə şahid3 istifadəsində olan ********** mobil telefon nömrəsi hadisə gününə, yəni ##.##.2024-cü il tarixə təsadüf edən 04 dəfə danışıqların aparılması müəyyən edilmiş və bu danışıqlar zamanı onun istifadəsində olan telefonun Göygöl rayonu ərazisində olması təsdiqini tapmışdır (Iş vər. cild 2, səh. 198-207) Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin əməlini düzgün tövsif edərək onların barəsində ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ### 2022-ci il tarixli qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in “Əzab vermə” adlanan 133-cü maddəsində nəzərdə tutulan əməllər insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edir. ”Əzab vermə”nin CM-in 133.1-ci maddəsində müəyyən edilmiş anlayışından görünür ki, şəxsin həmin cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edilməsi üçün əməlin obyektiv cəhətinin zəruri elementi “mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə”də ifadə olunan hərəkətlərdir. Burada fiziki ağrılar zərərçəkmişə sistematik olaraq çoxsaylı ağrılar yetirən hərəkətlərin – çimdikləmə, kəsmə, az əhəmiyyətli olsa da çoxsaylıl küt əşyalarla vurma, yandırıcı təsir, alçaldıcı xarakterli zorakı hərəkətlər və s. başa düşülür. Bütün sadalanan hərəkətlər o zaman iztirab vermənin əlamətllərinə malik olur ki, onlar sistematik və davamlı şəkildə törədilməklə uzun sürən fizki və psixi əzabla bağlı olur. Eyni zərərçəkmiş şəxsə əhəmiyyətli zaman kəsimində ayrı-ayrı bir neçə fiziki ağrıların yetirilməsi özülüyündə əzab vermə kimi qiymətləndirmək olmaz. Burada mütəmadilik dedikdə döymənin üç və daha artıq dəfə törədilməsi başa düşülür və bu zaman ayrı-ayrı döymə aktları biri-biri ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını yaratmalıdır. Burada əsas diqqət yetirilməli məqam şəxsin niyyətinin nədən ibarət olmasıdır. Əzab vermənin üsulu kimi sair zorakı hərəkətlər dedikdə, şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə (çimdikləmə, kəsib-doğrama, küt və ya iti batıcı alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə) və buna oxşar digər hərəkətlər başa düşülməlidir. Şərh edilən maddə üzrə məsuliyyətin yaranması üçün döymə və ya sair zorakı hərəkətlər zərərçəkmiş şəxsə güclü fiziki ağrı və ya psixi iztirablar yetirmədir. Bu əməl çox zaman eyni vaxtda həm güclü fiziki ağrı, həm də psixi iztirablar yetirilməsi ilə xarakterik olur. CM-nin 133.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, apellyasiya şikayətlərinin təqsirləndirilən şəxslərə bəraət verilməsi və ya CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə dəlilləri iş üzrə toplanmış obyektiv sübutların məcmusu, o cümlədən məhkəmə-tibbi ekspertiza rəyləri və zərərçəkmişin bədənindəki xəsarətlərin xarakteri ilə tamamilə təkzib olunur. Belə ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş qançırlar və sıyrıqlar onun tərəfindən özünə yetirilməsi qeyri-mümkün olan, küt əşyaların və ya insan bədəni hissələrinin (əl, ayaq) təsiri ilə əmələ gəlmiş xəsarətlərdir. Istintaq və məhkəmə araşdırmaları zamanı sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxslər zərərçəkmişin iradəsini qırmaq məqsədilə onu hamam otağında soyunduraraq soyuq su ilə sulamaq, fiziki zor tətbiq etmək və üzərinə oturmaqla mütəmadi olaraq zorakı hərəkətlər törətmiş, nəticədə ona güclü fiziki ağrı və psixi iztirablar vermişlər. Cinayət qanunvericiliyinin tələblərinə görə, bu cür hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş və Azərbaycan Respublikası CM-in 133.2.3-cü maddəsində nəzərdə tutulmuş əzab vermə cinayətinin bütün tərkib əlamətlərini tam şəkildə yaradır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər saat 01 radələrində Zərərçəkmiş şəxs əl, ayaq və baş nahiyələrindən tutub evin birinci mərtəbəsində yerləşən hamam otağına zorla aparıb orada birlikdə soyundurmaqla və qeyd olunan nahiyələrdən tutub saxlamaqla təqsirləndirilən şəxs4 tabesizlik göstərən müalicə alan şəxslərin iradəsini qırmaq üçün özünün bildiyi və tətbiq etdiyi “üsuldan” istifadə edərək xüsusi olaraq bu kimi “prosedurlar” üçün nəzərdə tutulmuş soyuducuda saxlanılan çoxsaylı qablarda suları daşıyıb təqsirləndirilən şəxs4 verməklə, habelə əlavə olaraq şlanq vasitəsilə təzyiq altında olan soyuq su ilə alt tumanınadək şəxsiyyəti alçaldılaraq soyundurulmuş və hamamın döşəməsinə yerə uzadılmış vəziyyətdə Zərərçəkmiş şəxs qarşı birgə zor tətbiq etməklə həmin hərəkətləri özlüyündə sistematik və az zaman kəsimində artıq mütəmadilik əlamətləri almışdır. Bundan başqa məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə təzyiq altında soyuq su ilə zor tətbiq etməsini sonuncunun narkotik zəhərlənməsindən qurtarmaq tədbiri təqdim etməsi və bunun sübutu kimi zərərçəkmiş şəxsə dərhal təcili-tibbiyardım çağırmalarına dair dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxslər həmin vaxt zərər çəkmiş Zərərçəkmiş şəxs zəhərlənməsindən məlumatı olmamış, bu fakt hər kəsə ancaq şəxsin meyitinin məhkəmə-tibbi müayinəsindən sonra məlum olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxslər tərəfindən təcili-tibbi yardım Zərərçəkmiş şəxs öldükdən dərhal sonra deyil, sonuncunun həyata qaytarılması üçün müəyyən tədbirlər görülməyə cəhd etdikdən bir-iki saat sonra çağrılmışdır. Ona görə də bu hissədə məhkəmə tərkibi birinci instansiya məhkəməsinin cinayətin tövsifinə münasibətdə gəldiyi nəticə ilə razılaşır. Təqsirləndirilən şəxslərin törөtdikləri əməllərin xarakteri, iş üzrə müəyyən edilən faktiki hallar nəzərə alınmaqla, onların əməlləri birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir və bəraət verilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti və təyin ediləcək cəzanın onların islah olunmasına təsiri nəzərə alınmışdır. Azərbaycan Respublikası DIN-nin BƏSII-dən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, təqsirləndirilən şəxs2 oglu ## ### 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Binəqədi Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarına təyin edilmiş əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 ay azaldılmış və ## ### 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (Iş vər. cild 2, səh. 43, cild 4, 147-149, cild 5, 33-35) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. təqsirləndirilən şəxs2 cəzasının sonu ilə azad edildiyi vaxtdan (## ### 2022-ci il) cinayət əməlini törətdiyi vaxtadək (## ##### 2024-cü il ) Məcəllənin tələbi ilə müəyyən edilmiş müddət (iki il) keçmədiyindən CM-nin 83.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir və Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin izlərinin itirilməsini təmin etməklə onun törədilməsində xüsusilə fəal iştirak etməsidir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxs3 himayəsində ##.##.2017-ci il təvəllüdlü X8 və ##.##.2018-ci il təvəllüdlü X9 adında azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.10 maddələrinə əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşaqlarının olması və cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif edilərək və cinayətin törədilmə şəraiti, halları, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq məhkəmə tərəfindən onlara qanunla imkan verilən həddə cəza təyin edilmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il ## ### tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməllərinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayətin ictimai təhlükəliliyini, xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onlara təyin edilmiş cəzanın həddini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmaması və işin digər hallarını nəzərə alaraq apellyasiya şikayətlərinin təmin olunmaması qənaətinə gəlir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs3 apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 hər birinə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi2 hər birinə ayrı-ayrılıqda məhkəmədə iştirak etdikləri cəmi 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396, 397.1, 397.2, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi10, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 hər birinə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi2 hər birinə ayrı-ayrılıqda sərf etdikləri hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar