Məhkəmə qərarları › İş №1(3-8)-214/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-214/2026

13.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-214/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim - Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər – X4 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X18 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (Hakim Abusət Qasımov) ## ##### 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən X1 2025-ci ilin sentyabr ayında 1988-ci ildə keçmiş SSRI dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı, yivli odlu silah hesab olunan, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd tapança, həmin kalibrli Tokarev konstruksiyalı tapançaların komplekt hissəsi olan 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı 01 ədəd daraq və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x25 mm kalibrli, atəş üçün yararlı, döyüş sursatı hesab edilən, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronlarını qanunsuz olaraq əldə edib, saxlamış, üzərində gəzdirmiş və daşımış, Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşlarının ## ###### 2025-ci il tarixdə saat 2022 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq, orada həmin gün saat 2022 dən 2030-dək üzəri yoxlanılarkən əldə edib belində kəmərin altında saxladığı həmin bir ədəd tapança silahı, bir ədəd tapança silahı üçün daraq və beş ədəd tapança patronu aşkar edilib götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilərək cəzasının azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ailə üzvlərinin 1-ci qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, törətdiyi cinayəti etiraf etməklə törətdiyi əməldən səmimi peşmançılıq keçirməsini, etdiyi əməldən nəticə çıxarıb tam islah olunduğunu nəzərə alıb cəzasının nisbətən azalıdılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək ailə üzvlərindən əlilliyi olan şəxsin olmasını, özünün bəzi elmi fəaliyyətlərinin olmasını, iki azyaşlı övladının olmasını nəzərə alıb cəzasının azaldılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5 hüquqlarını müdafiə etdiyi şəxsin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Onun barəsində olan tələbnamədən görünür ki, əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkəmə cəza təyin edərkən ağırlaşdırıcı və yüngülləşdirici halları nəzərə alaraq təqsirləndirilən şəxsə aşağı həddə yaxın cəza təyin etmişdir. Cəzanın işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olduğuna görə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi barədə, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mübahisəli hökm dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni özünün və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və işdə olan istintaq hərəkətlərinə dair protokollarla Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməli özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində mübahisələndirilmir. Bu səbəbdən də məhkəmə kollegiyası sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X1 əməlində CM-in 228.1ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxs X1 əməli onun özünün ifadəsi ilə yanaşı, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs X1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək və apellyasiya şikayətinin təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası DIN-nin BƏSII tərəfindən tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli tələbnamədən görünür ki, X1 Rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanın 11 ay 13 gün hissəsini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002) ****/**** saylı, ## ###### 2023-cü il tarixli qərarı ilə çəkməkdən vaxtından əvvəl azad edilmişdir. “Azemis” Elektron Informasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, X1 himayəsində ## ###### 2011-ci il təvəllüdlü X2 və ## ####### 2025-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşaqlarının olması qeyd edilsə də bu halın CM-in 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə almaması yenə də hökmün dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin yüngülləşdirici hal müəyyən edilsə də hökmün təsviri hissəsində həmin maddəyə istinad edilməsə belə təyin edilən cəza cinayətin xarakterinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə tam uyğun olmuşdur. Həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, onun əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınaraq Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni, ədalətli və əsaslı olmuşdur. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (## ##### 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində CM-nin 228.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan...Hüquqları Məhkəməsinin # #### 2013cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi cəmi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili X5 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar