Məhkəmə qərarları › İş №1(3-8)-215/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-215/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-215/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakim Elşad Əliyev) Təqsirləndirilən şəxs (## ##### 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 32, mənzil 30-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Bakı şəhər sakini zərərçəkmiş şəxs3 tanışlarının vasitəsilə bankdan ipoteka kreditinin ayrılmasında köməklik edəcəyi barədə həqiqətəuyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Ayna Sultanova küçəsi, «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında zərərçəkmiş şəxs3 mobil tətbiq vasitəsilə Kapital Bank kartından onun 4169738879990590 sayh Kapital Bank hesab kartına göndərdiyi 11.250 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 xeyli miqdarda - ümumilikdə 11.250 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Sumqayıt şəhər sakini zərərçəkmiş şəxs2 tanışlarının vasitəsilə «Rabitə bank»dan aşağı faizli biznes kreditinin alınmasında köməklik edəcəyi barədə həqiqətəuyğun olmayan məlumatlar verməklə zərərçəkmiş şəxs2 özünə, sonuncunun qardaşı şahid1 və tanışı şahid2 adma qrup şəklində «Rabitə bank»dan hər birinin adma 30.000 manat aşağı faizli biznes krediti təşkil edə biləcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mkr, «Qold Qayalı» marketdə quraşdırılmış «Online ödəmə» terminalı vasitəsilə zərərçəkmiş şəxs2 onun **************** saylı Kapital Bank hesab kartına göndərdiyi 400 manat, ##.##.2024- cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mkr, «Səda Store» marketdə quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsilə zərərçəkmiş şəxs2 onun **************** saylı Kapital Bank hesab kartına göndərdiyi ardıcıl olaraq 2700 manat və 2.800 manat, ##.##.2024-cü il tarixdə zərərçəkmiş şəxs2 mobil tətbiq vasitəsilə Kapital Bank kartından onun **************** saylı Kapital Bank hesab kartına göndərdiyi 500 manat, ##.##.2024-cü il tarixdə zərərçəkmiş şəxs2 mobil tətbiq vasitəsilə Kapital Bank kartından onun **************** saylı Kapital Bank hesab kartına göndərdiyi 100 manat, ##.##.2024-cü il tarixdə zərərçəkmiş şəxs2 mobil tətbiq vasitəsilə ABB Bank kartından onun **************** saylı Kapital Bank hesab kartına göndərdiyi 200 manat, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 16-cı mkr, Niyazi küçəsi, «Oba» marketdə quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsilə zərərçəkmiş şəxs2 onun **************** saylı Kapital Bank hesab kartına göndərdiyi 900 manat, 2024-cü ilin dekabr ayının ortalarında Sumqayıt şəhəri, 17-ci mkr, “Səda store” marketin qarşısında zərərçəkmiş şəxs2 3.000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 xeyli miqdarda - ümumilikdə 10.600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Sumqayıt şəhər sakini zərərçəkmiş şəxs1 tanışlarının vasitəsilə «Rabitə bank»dan aşağı faizli biznes kreditinin alınmasında köməklik edəcəyi barədə həqiqətəuyğun olmayan məlumatlar verməklə zərərçəkmiş şəxs1 adma qrupun üzvü kimi 30.000 manat aşağı faizli biznes krediti təşkil edə biləcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mkr, «Səda Store» marketdə quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsilə zərərçəkmiş şəxs1 onun **************** saylı Kapital Bank hesab kartına göndərdiyi 400 manat və 2024-cü ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, Sahil küçəsi, «Sea Life» restoranında zərərçəkmiş şəxs1 1.000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 1.400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən eyni məzmunlu apellyasiya şikayətləri verərək, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın həddən artıq yüngül olduğundan ləğv edilməsini və ona təqsirli bilindiyi maddənin ən son həddində azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətini belə əsaslandırmışlar ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərərçəkmiş şəxs2 vurduğu 10600 manat maddi ziyandan yalnız 1000 manatını qaytarmış, qalıq 9600 manatı, zərərçəkmiş şəxs1 isə vurduğu 1400 manat maddi ziyanı ödəməmişdir. Bundan əlavə təqsirləndirilən şəxs əvvəllər də dələduzluq cinayətləri törətdiyi üçün dələlərlə məhkum olunmuş, həmçinin bir neçə dəfə dələduzluq cinayəti törətdiyi üçün barəsində aparılan cinayət işi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə qərar qəbul edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, etdiyi əməlin ictimai təhlükəliliyini, vurduğu zərərin ödənilmədiyini və eyni əməli bir daha törətməsini nəzərə almamışdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 apellysiya şikayətlərini müdafiə edərək, vurulmuş ziyanın ödənilmədiyi təqdirdə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünü dəyişərək, Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışında apellyasiya şikayətlərinin təmin edilməsini, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsində çıxış etmiş dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətlərini müdafiə edərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin yuxarı həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə zərərçəkmiş şəxslərin, dövlət ittihamçısının, şikayətlərin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasına dair təqsirləndirilən şəxsin və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya protestində də mübahisələndirilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə görə açıq-aydın yüngül olması barədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlililk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən himayəsində azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, onun əməlində cəzanı ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın açıq-aydın yüngül olması səbəbindən ədalətsiz olması və Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinin tələblərini ödəməməsi barədə tutarlı dəlillər gətirilməmişdir. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərində daha yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin hansı zərurətdən əmələ gəlməsi əsaslandırılmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixi qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhuremtmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halları hökmdə əsaslandırmışdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi, cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirli bilindiyi cinayət əməli qəsdən törədilməklə Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət işinin materiallarından, həmçinin təqsirləndirilən şəxsin məhkəmədəki davranışından müəyyən olunur ki, təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edir və törətdiyi əməldən peşmançılıq çəkir və zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs3 vurulmuş ziyanı tam ödəmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, Cinayət Məcəlləsinin 8 (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə müvafiq hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM 9-cu maddə). Humanizm prinsipi cinayətdən zərər çəkən barəsində qayğı və mərhəmməti nəzərdə tutmaqla yanaşı eyni zamanda cinayətkara mərhəmətli münasibət bəslənməsini müəyyən edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində qeyd olunur ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs təyin edilmiş aşağı həddə azadlıqdan məhrumetmə cəzasını cəzanın məqsədinə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmlə təyin olunmuş cəzanın ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs X2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 197, 198, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar