Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-216/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Babayev İlham Məmmədəli oğlunun və onun müdafiəçisi Aqamov İbrahim Aleksandr oğlunun, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Babayev İlham Məmmədəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Babayev İlham Məmmədəli oğlunun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə ##.##.1976-cı il tarixdə Xaçmaz rayonu, Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 259.3cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Qaqaqurtlu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Babayev İlham Məmmədəli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 01 (bir) il 06 (altı) ay müddətinə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Babayev İlham Məmmədəli oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Babayev İlham Məmmədəli oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasına göndərilməsi, Babayev İlham Məmmədəli oğlunun cəzaçəkmə müddətinin əvvəlinin Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi ## ### 2026-cı il tarixdən hesablanması, Babayev İlham Məmmədəli oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Babayev İlham Məmmədəli oğluna təyin edilmiş yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddətinin əsas cəza çəkilib qurtardığı vaxtdan sonra hesablanması, mülki iddianın təmin edilməsi, təqsirləndirilən şəxs1 Babayev İlham Məmmədəli oğlundan müştərək qaydada 7070 (yeddi min, yetmiş) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməsi hökm edilmişdir. İş üzrə maddi sübut məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Babayev İlham Məmmədəli oğlu ##.##.2025-ci il tarixdə Qusar rayonu Əniq-oba kənd sakini X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Müxtəsər Fərzəliyevə məxsus rayonun Əniğ oba kəndi fərdi yaşayış evinin həyətyanı sahəsinin yaxınlığındakı bələdiyyə fonduna məxsus torpaq sahəsində çəpər boyu əkilmiş dəyəri 150 manat diametri 16 sm olan 01 ədəd, dəyəri 720 manat diametri 20 sm olan 04 ədəd, dəyəri 200 manat diametri 21 sm olan 01 ədəd, dəyəri 200 manat diametri 22 sm olan 01 ədəd, dəyəri 200 manat diametri 24 sm olan 01 ədəd, dəyəri 500 manat diametri 25 sm olan 02 ədəd, dəyəri 250 manat diametri 27 sm olan 01 ədəd, dəyəri 1000 manat diametri 28 sm olan 04 ədəd, dəyəri 600 manat diametri 29 sm olan 02 ədəd, dəyəri 1200 manat diametri 30 sm olan 04 ədəd, dəyəri 600 manat diametri 32 sm olan 02 ədəd, dəyəri 350 manat diametri 34 sm olan 01 ədəd, dəyəri 700 manat diametri 35 sm olan 02 ədəd və dəyəri 400 manat diametri 39 sm olan 01 ədəd Qovaq cinsli yaş köküstü ağacları qanunsuz kəsərək cəmi 7070 manat olmaqla təbiətə xeyli miqdarda ziyan vurmuşlar. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ləğv edilməsini, bəraət hökmü çıxarılmasını və ya əməlin tövsifi dəyişdirilməsini və daha yüngül cəza təyin edilməsini və ya hökm dəyişdirilərək təyin olunmuş cəza yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Məhkəmə tərəfindən sübutların mötəbərliyi və kifayətliliyi düzgün qiymətləndirilməmişdir. Hökmün nəticə hissəsində göstərilən hallar məhkəmə iclasında tədqiq edilmiş sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsin xeyrinə olan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Təyin edilmiş cəza törədilmiş əmələ və məhkumun şəxsiyyətinə uyğun deyildir,həddən artıq ağırdır. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Babayev İlham Məmmədəli oğlu və onun müdafiəçisi Aqamov İbrahim Aleksandr oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilədək azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 çıxış edərək dəymiş ziyanın ödənildiyini, şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasia şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Babayev İlham Məmmədəli oğlunun CMin 259.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən Babayev İlham Məmmədəli oğlunun yuxarıda sadalanan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 1 (029)- */**** saylı hökmünün surətindən görünür ki, Babayev İlham Məmmədəli oğlu Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qusar Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 1 (029)- */**** saylı hökmü ##.##.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla yaşayan, ##.##.1976-cı il təvəllüdlü Babayev İlham Məmmədəli oğlu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə olan cəzasının çəkilməmiş hissəsindən azad edildiyi üçün ##.##.2026-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin məlumat məktubundan görünür ki, məhkum Babayev İlham Məmmədəli oğlunun Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə yaşıllıqların mühafizəsi və bərpası ilə bağlı hər hansı vəzifə tutma və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə olan Qusar rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmün əlavə cəzaya aid hissəsinin cəza müddəti ##.##.2026-cı il tarixdə başa çatdığı üçün həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Babayev İlham Məmmədəli oğlu 7070 (yeddi min yetmiş) manat dəymiş ziyan məbləği ##.##.2026-cı il tarixdə “X2 üzrə Dövlət Fondu”na ödənilmişdir. Apellyasiya instansiya məhkəməsi əməlindən peşman olmasını, dəymiş ziyanı tam ödənilməsini Babayev İlham Məmmədəli oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, təyin edilmiş cəzanın əsas məqsədlərindən biri kimi şəxsin islah olmasıdır. Bu hissədə mümkün olan cəza növü və həddi seçilməsi önəmlidir. Belə ki, bu həddin düzgün müəyyən edilməməsi, təyin edilmiş cəza şəxsin islahına deyil, hüquq pozulmasına səbəb olur, cəzanın məqsədlərinə çatmamasına, o cümlədən cəmiyyətin dövlətə və qanunvericiliyə olan inamının sarsılmasına səbəb olur. Bu baxımdan daha yüngül cəza növü ilə məqsədə çatmaq mümkün olduğu halda, daha ağır cəza növünün seçilməsi qanunvericiliyin tələbinə ziddir. Buna uyğun olaraq Babayev İlham Məmmədəli oğluna münasibətdə məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən apellyasiya məhkəməsindəki icraat zamanı dəymiş ziyanın tam ödənilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Babayev İlham Məmmədəli oğlunun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Babayev İlham Məmmədəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 06 (altı) ay müddətinə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Babayev İlham Məmmədəli oğlunun ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 3 (üç) gün müddət Azərbaycan Respublikası CMnın 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Babayev İlham Məmmədəli oğlunun üzərində 03 (üç) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Babayev İlham Məmmədəli oğlunun Xaçmaz rayonu, Qaqaqurtlu kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba, Qusar və Xaçmaz rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri onun üzərinə qoyulsun. Qərarın icrasına nəzarət Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Babayev İlham Məmmədəli oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü qanuni qüvvəyə mindiyi andan hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-216/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-216/2026
23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver