Məhkəmə qərarları › İş №1(3-8)-217/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-217/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-217/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakimlər Nahid Mirzəyev (sədrlik edən), Nurəddin Hüseynli və Ilham Cəfərzadə) Təqsirləndirilən şəxs (## #### 1990-cı il tarixdə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Işin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 9,216 qram çəkidə psixotrop maddə metamfetamini, 01 ədəd odlu silah hesab edilən tapançanı, onun komplekt hissəsi hesab edilən 02 ədəd darağı və döyüş sursatı hesab edilən 13 ədəd patronu əldə edib psixotrop maddə metamfetamini üzərində saxlamaqla, 01 ədəd odlu silah hesab edilən tapançanı, onun komplekt hissəsi hesab edilən 02 ədəd darağı və döyüş sursatı hesab edilən 13 ədəd patronu idarə etdiyi avtomobildə saxlayıb gəzdirməklə Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən Nəriman Nərimanov parkının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ## ###### 2025-ci il tarixdə, saat 12:36-da yuxarıda qeyd olunan ünvanda idarə etdiyi “Lada Priora” markalı, Rusiya Federasiyasına məxsus E 460-QH-05 qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Qusar şəhəri, H.Əliyev prospekti 148 ünvanında yerləşən Qusar Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə orada həmin tarixdə saat 14:06-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,216 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra tədbirin davamı olaraq Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə ## ###### 2025-ci il tarixdə, saat 14:25-dən etibarən sonuncunun idarə etdiyi “Lada Priora” markalı, E 460-OH-05 qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin sağ ön saxlanc yerindən odlu yivli silah hesab edilən 9 mm kalibrli AP-**** nömrəli zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı “Makarov” konstruksiyalı tapança, zavod üsulu ilə istehsal edilmiş “Makarov” konstruksiyalı tapançanın komplekt hissəsi hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı 02 ədəd daraq və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli “Makarov” və “Steçkin” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı 13 ədəd patron aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Müdafiəçi müdafiəçi1 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız ittiham tərəfinin sübutlarına istinad etmiş, müdafiə tərəfinin mövqeyini faktiki olaraq rədd etmiş, əsas məqamlar araşdırılmamışdır, təqsirləndirilən şəxsin izahlarını “müdafiə xarakterli ifadə” kimi qiymətləndirmiş, şübhələri onun ziyanına şərh etmiş, sübut olunmamış halları fakt kimi qəbul etmişdir. Həmçinin şəxsi axtarışın aparılması, baxış keçirilməsi və götürülməsi proseduru pozulmuşdur ki, bu CPM-in müvafiq maddəsinin tələblərinə və Ali Məhkəmənin qərarında əks olunmuş tövsiyyələrə ziddir. Ittiham prosessual pozuntulara yol verilməklə aparılan şəxsi axtarış və baxış protokollara, təqsirləndirilən şəxsin təsir altında verilmiş ifadələrə və həqiqətə uyğun olmayan, düzgün olmayan şahid ifadələri əsasında qurulmuşdur, həmin narkotik vasitənin və silahın hardan və necə götürülməsi halları sübut olunmamışdır. Belə olan halda, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlməli idi ki, Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddəsinə əsasən şəxsin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılsın. Iş materiallarından və məhkəmə iclasında tədqiq olunmuş sübutlardan görünür ki, təqsirləndirilən şəxs öz ifadələrində həmin cinayət əməli ilə heç bir əlaqəsinin olmadığını açıq şəkildə qeyd etmişdir. Eyni zamanda, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq şahidlər və təqsirləndirilən şəxslər arasında zəruri üzləşmələr aparılmamışdır. Bu mühüm prosessual hərəkətlərin həyata keçirilməməsi iş üzrə faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılmasına mane olmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual boşluqlara və sübutların ziddiyyətlərinə hüquqi qiymət verməmiş, nəticədə işin faktiki halları tam və obyektiv şəkildə araşdırılmadan hökm çıxarılmışdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsindəki çıxışında müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, bəraət verilmədiyi halda onun hazırki vəziyyətini nəzərə alaraq, cəzasının yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsində videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsiri olmadığını, üzərində narkotik vasitə və silah olmadığını, taksi fəailyyəti ilə məşğul olduğunu, həmçinin etriaz əlaməti olaraq 19 gündür ki, aclıq etdiyini və ona bəraət verilməsini xahiş etdi. Əlavə onu da bildirdi ki, bəraət verilməsə, cəzasının yüngülləşdirilməsini xahiş edir, belə ki, tutulan vaxtı ona 2-3 il müddət cəza veriləcəyini demişdirlər. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu qeyd edib, apellyasiya şikayətini təmin etmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması barədə təqsirləndirilən şəxsin və müdafiəçinin, hökmün dəyişdirilmədən saxlanması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağırlığına görə dəyişdirilməlidir. Məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 228.1 və 234.1-1-ci maddəsi ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 228.1 və 234.1-1-ci maddələri ilə bəraət verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun bu əməli törətməsi şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onun əməli Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdi ki, “Mən günorta saat 12 radələrində Qusar şəhərində Nərimanov parkının qarşısında maşını saxlamışdım. Maşını orada saxlayıb hərdən taksi fəaliyyəti ilə məşğul olurdum. Polis əməkdaşları gəlib mənə yaxınlaşdılar və tez mənim qolumu bağladılar, mənə həbs olunacağımı dedilər. Onlar məni polis bölməsinə apardılar və üzərimə narkotik vasitə qoydular. Silahı qarşıma qoydular və mənlik olduğunu dedilər. Mənə orada təzyiq göstərdilər, vurdular, döydülər. Mənim sağ qulağımın pərdəsi cırılmışdı. Narkotik vasitənin mənə aid olduğunu söylədilər. Ümumiyyətlə, mən narkotik istifadəçisi deyiləm, silah da gəzdirən adam olmamışam.” Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənim narkotik vasitə ilə əlaqəm yoxdur. Mənə narkotik vasitəyə görə cərimə cəzası belə verməyiblər. Mən həmişə maşın sürmüşəm. Bir dəfə də olsun, üzərimdən narkotik vasitə çıxmayıb. Məni bir-iki dəfə saxlayıb aparıblar, tər-təmiz çıxmışam. Məni yol polisi saxlamışdı, reyd keçirirdi. Yol polisi ümumi test edirdi. Ittihamda göstərilən saxlanılma ünvanı, tarixi, saatı düzdür, ancaq nə narkotik vasitə, nə də silah məndə olub. Mən ibadət edirdim, saqqalım var idi. Mənə dedilər ki, sifarişliyəm. 5-6 il olardı ki, saqqal saxlayırdım. Saqqal saxladığım üçün tutulma hallarım olub. Məni tutublar, sonra polis şöbəsində sorğu sual edib buraxıblar. Saqqalım olduğu üçün üzərimə narkotik vasitə qoyub həbsə göndərilmə hallarım olmayıb. Mənim atamdan, babamdan qalma silahım olmayıb. Evdə, maşında silahım olmayıb. Barəmdə həbs qətimkan tədbiri seçilərkən narkotik vasitənin və silahın mənim olmadığını demədim, təzyiq altında olduğum üçün deyə bilmədim. Məni aparıb döyüblər və hədə-qorxu gəliblər. Mənə evdən bundan da çox narkotik vasitə çıxaracaqlarını deyiblər. Mənə nişanlım ilə də hədə-qorxu gəliblər. 4 saat tok veriblər. Mənim sol gözümün altı şişmişdi. Istintaq təcridxanasında olanda mənə təzyiq olunması ilə bağlı yazmışam, ancaq cavab gəlmədi. Buna baxmayaraq mən yenə yazmışam. Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmişəm. Polis əməkdaşları məni Nərimanov parkının yanında təxminən saat 12-də tutublar. Onlar mənə yaxınlaşıb heç nə demədilər, özlərini təqdim etmədilər. Məni götürdülər və əllərimi bağlayıb maşına atdılar. Polis əməkdaşlarından biri mənim maşınımın sükanında, bir nəfər öndə, iki nəfər də arxada əyləşdi. Mobil telefonları götürüb polis şöbəsinə apardılar. Polis əməkdaşlarından soruşanda mənə həbs olunacağımı dedilər. Mənimlə yerində çəkiliş olmayıb. Polis əməkdaşları mənə yaxınlaşan kimi nə üçün yaxınlaşdıqlarını, hansı tədbiri həyata keçirəcəklərini demədilər. Heç bir qərarla tanış etmə proseduru olmadı. Həmin anda mənim əllərimi burub maşına atdılar. Məni polis bölməsinə apardıqdan sonra birinci həbsə gedəcəyimi dedilər. Mən narkotik istifadəçisi olmadığımı, bu qədər saqqala üzərimə niyə narkotik vasitə qoydularını soruşdum. Mənə silah gətirdilər və ikisindən birini qəbul etməyi söylədilər. Sonda ikisini də mənim üzərimə qoydular. Üzərimə şəxsi axtarış aparılanda və üzərimə şəxsi axtarış keçirmək üçün polis bölməsinə aparılanda xeyli vaxt keçmişdi. Mənim üçün tərcüməçini sonra gətirdilər, məni döyüb, təzyiq göstərdikdən 2 saat sonra tərcüməçini gətirdilər. Deyəsən, bir nəfər vəkil də var idi. Mənə Qusarda polis şöbəsində, daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində təzyiqlər göstərdilər. Nərimanov Rayon Məhkəməsində barəmdə həbs qətimkan tədbiri seçildikdən sonra mənə təzyiq göstərdilər. Polis əməkdaşları mənə videoçəkiliş etdilər. Videoçəkilişdən sonra məni X2 apardılar. X3 sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirdilər. Daha sonra məni Bakı Istintaq Təcridxanasına apardılar. Mənim istintaq təcridxanasında halımı gördülər. Sol gözüm şişmişdi, qulağım eşitmirdi, bədənimdə göyərtilər var idi. Rejim məni qəbul etmirdi. Iki gündən sonra məni baş həkim, R Vüqar müəllimin yanına apardılar. Ancaq baxmadılar, məni yola saldılar. Mən gələndə qulağımda və dizlərimdə zədə var idi. Avqustun 25-dən 4-5 gün sonra birbaşa Bakı Istintaq Təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə apardılar. Nərimanov Rayon Məhkəməsində barəmdə həbs qətimkan tədbiri seçiləndə döyüldüyümü, narkotik vasitənin üzərimə qoyulduğunu deməmişəm. Polis əməkdaşları mənə hədə-qorxu gəlirdilər. Onlar mənim arxamda durmuşdu və birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparmışdılar. Həbs qətimkan tədbiri seçilərkən bu olanları deyə bilməmişəm. Ibtidai istintaqda silahı etiraf etməyimlə bağlı verdiyim ifadə yalandır. Mənim atamdan qalmış silahım olmayıb. Əvvəl dövlət hesabına vəkilim ola-ola, məni aparıb işgəncə veriblər, mənə 4 saat tok veriblər. Mənim ibtidai istintaqdakı müqavilə əsasında vəkilimlə verdiyim ifadədə silahın maşında olması və mənə aid olması ilə bağlı bildirdiklərimi təzyiq altında qaldığım üçün demişəm. Polis əməkdaşları məni aldatdılar, mənə dedilər ki, silaha görə məsuliyyət az olur. Məndə nə silah, nə də psixotrop maddə olub. Ibtidai istintaq zamanı verdiyim ifadələri qəbul etmirəm. Mən müdafiəçimlə yazmışdım ki, ibtidai istintaq zamanı verdiyim ifadələrlə razı deyiləm.” Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Hərdən bir “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. ## ###### 2025-ci il tarixdə yaşadığı Qusar şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manata “patı” almış və gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. ## ###### 2025-ci il tarixdə, saat 12:36-da Qusar şəhəri, N.Nərimanov parkının qarşısında idarə etdiyi “Lada priora” markalı, E 460-OH-05 qeydiyyat nişanlı avtomobilinin yanında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə, eləcə də narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Daha sonra onu Qusar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilmişdir. O, ilk olaraq tərcüməçi ilə daha sonra isə müdafiəçi ilə təmin edilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə metamfetamin olduğunu bildirib masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şalvarının sol yan cibindən 02 ədəd mobil telefonu, avtomobil açarını, sağ arxa cibindən isə 40 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra 01 ədəd sellofan bükümdə narkotik vasitə metamfetamin polis əməkdaşı tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” və 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Nokia” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Avtomobil açarı və 40 manat pul özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təxminən 1 gün əvvəl Qusar şəhəri ərazisindən tanımadığı şəxsdən 40 manat qarşılığında əldə etdiyini və həmin maddəni gələcəkdə şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin maddədən heç kimə satmadığını və heç kimin məlumatı olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı o, idarə etdiyi avtomobildə “Makarov” tipli tapança saxladığını, avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Daha sonra idarə etdiyi “Lada priora” markalı E 460-OH-05 qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi avtomobilin ön saxlanc hissəsində Makarov” tapança saxladığını bildirib avtomobili açaraq avtomobilin ön saxlanc hissəsini baxışa təqdim etmişdir. Təqdim edilmiş predmetlərə baxış zamanı orada 01 ədəd tapança tipli predmet, içərisində 05 ədəd və 08 ədəd patron olan 02 ədəd daraq olması müşahidə edilmişdir. Həmin predmetlərə baxış zamanı tapança tipli dəmir predmetin üzərində hərf və yazıların həkk olunması müşahidə edilmişdir. 02 ədəd darağa baxış zamanı içində olan patronlar boşaldılıb sayılarkən 13 ədəd patron olması müşahidə edilmişdir. Avtomobildən aşkar edilmiş 01 ədəd tapança, 02 ədəd daraq və 13 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən 01 ədəd ağ zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilə baxış davam etdirilərkən avtomobildən özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi iş üçün əhəmiyyət kəsb etdiyindən polis tərəfindən götürülmüşdür. Avtomobilə baxış davam etdirilərkən digər əşyalar aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanına ## ###### 2025-ci il tarixdə videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxış prosesindən əvvəl avtomobilindən aşkar edilmiş tapança, 02 ədəd daraq və 13 ədəd patron barəsində polis əməkdaşı tərəfindən suallar verilmişdir. O, şifahi sorğu zamanı həmin silah daraqlar və patronların təxminən 10 ildən çox müddətdir ki, onda olmasını, həmin predmetlərin vəfat etmiş atasından qaldığını, həmin silah və predmetlərlərlə hər hansı qanunsuz əməl törətmədiyini, əvvəlcə 14 patron olmasını sadəcə olaraq 2 ay əvvəl boş vaxtında 1 ədəd patronu yoxlanış üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra yaşadığı ünvana baxış zamanı yaşadığı evin qonaq otağından 09 ədəd Rus dilli dini ədəbiyyatlar polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi davam etdirilərkən yaşadığı ünvandan qanunsuz hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəllər istifadə etdiyi maddələri Qusar şəhərində tanımadığı müxtəlif şəxslərdən almışdır. Üzərindən aşkar edilmiş maddəni aldığı şəxsin, eləcə də əvvəllər istifadə etdiyi maddələri aldığı şəxslərin heç birini tanımır. Buna görə də, anket məlumatlarını bilmir. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. “xxxx” MMC-yə məxsus 055- 435-07-07 mobil nömrəsindən istifadə edir. Aşkar edilən silah və əşyalar ona atasından miras qalmış və onda maraq oyatdığı üçün özündə saxlamışdır. Başqa hər hansı bir məqsədi olmamışdır. Aşkar edilmiş silahdan heç bir cinayətin törədilməsində istifadə etməmişdir. Onda həmin silahın olmasından heç kimin məlumatı olmamışdır. Ondan aşkar edilən silahdan başqa heç yerdə odlu silah, onun komplekt hissəsi və ya döyüş sursatı, həmçinin soyuq silah saxlamır. Yaşadığı evdən aşkar edilərək götürülmüş ədəbiyyatlar ona məxsusdur. Təxminən dörd il bundan əvvəl tanışları ona Rusiya Federasiyası ərazisindən hədiyyə kimi gətirmişlər. Həmin kitablar hazırda ölkə ərazisində də satışdadır. Lakin o, Azərbaycan dilində tam şəkildə anlaya bilmədiyi üçün rus dilində oxumağa üstünlük verir. Həmin kitablar ona məxsusdur və yaşadığı evdə saxlamağından başqa heç kimin məlumatı olmamışdır. Üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış, nə avtomobilinə, nə də yaşadığı evə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Qarın nahiyəsində və döş qəfəsinin sağ tərəfində allergik reaksiyalardan əmələ gəlmiş qızartılar vardır. Bundan başqa təxminən üç dörd ay əvvəl yaşadığı evin həyətində yıxıldığı üçün sol ayağında yara izi və təxminən 15 il əvvəl ehtiyatsızlıqdan şüşə kəsdiyi üçün sağ biləyində kəsik izi vardır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrar təsvir etməyə zərurət görmür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan əsaslar yoxdur. Beləliklə, məhkəmə kolegiyası iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ##.##.2025-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, “avtomobilə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” ##.##.2025-ci il tarixli protokol, məhkəmə-fiziki kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli rəyi, məhkəmə-ballistik ekspertizasının ##.##.2025-ci il tarixli **/**** saylı rəyləri ilə onun CMin 228.1, 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü təqsirli bilməyərək, onu günorta saat 12 radələrində Qusar şəhərində Nərimanov parkının qarşısında maşını saxladığını, polis əməkdaşlarının gəlib ona yaxınlaşaraq, qolunu bağlamaları, həbs olunacağını demələri, polis bölməsinə aparıb üzərinə narkotik vasitə qoymaları, sonra silahı qarşısına qoymaları və ona təzyiq göstərmələri barədə bildirdiyi xüsusatlara tənqidi yanaşaraq bu xüsusatların təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin istintaq və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəylərini, üzərinə və evə baxış keçirilməsi haqqında protokolu, özünün və şahid ifadələrini, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən diski əsaslı hesab etmiş və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən Nəriman Nərimanov parkının yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 9,216 qram çəkidə psixotrop maddə metamfetamini, 01 ədəd odlu silah hesab edilən tapançanı, onun komplekt hissəsi hesab edilən 02 ədəd darağı və döyüş sursatı hesab edilən 13 ədəd patronu əldə edib psixotrop maddə metamfetamini üzərində saxlamaqla, 01 ədəd odlu silah hesab edilən tapançanı, onun komplekt hissəsi hesab edilən 02 ədəd darağı və döyüş sursatı hesab edilən 13 ədəd patronu idarə etdiyi avtomobildə saxlayıb gəzdirməklə daşıması səbəbindən onun CM-in 228.1, 234.1-1-ci maddələri ilə təqsirli bilinməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Apellyasiya məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla məhkumun verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Kollegiya qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması və təqsirinin sübut olunmaması səbəbindən iş üzrə çıxarılmış hökmün ləğv olunması barədə müdafiəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1,234.1-1-ci maddələri ilə nəzərdə tutulan əmələrli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində toplanmış sübutlar təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq etdikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu əməli törətməsi şahidlərin ifadələri, ekspertiza rəyi, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, verdiyi ilkin izahatı və bu əməllərin təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxsin müafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində bəraət hökmünün çıxarılması dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ədalətliliyini nəzərdən keçirərək onu da qeyd edir ki, işin halları təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etsə də, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verməmiş, cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının həddində kifayət qədər ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı, həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirkarın şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri aydınlaşdırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək islah işləri, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ildək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs anasının ağır xəstə olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, məhkəmədə səhhətini və davranışını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona Azərbaycan Respublikası CM-in 228.1, 234.1-1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının nisbətən azaldılmasını qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdiyi halda dəyişdirir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur, odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təyin olunmuş cəzanın ağırlığına görə dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar