Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-218/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X8 ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlu və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Dəmirov Mahir Qulu oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlu və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə (Hakim: X2) ## ###### 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 32/78A, mənzil 18 ünvanında yaşamış Dəmirov Mahir Qulu ğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İ İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlu satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdar təşkil edən 06 (altı) ədəd kibrit qutusunda tərkiblərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 20, 981 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 01 (bir) ədəd üzərində narkotik vasitə marixuana izləri olan elektron tərəzini əldə edib üzərində saxlayaraq daşıyıb ## ###### 2025-ci il tarixdə, saat 13:11 radələrində Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən ATS-in arxa tərəfində saxlanılmış və üzərinə baxış keçirilən zamanı xeyli miqdarda 06 (altı) ədəd kibrit qutusunda tərkiblərinə görə eynilik təşkil edən ayrı- ayrılıqda təmiz çəkiləri 3,433 qram, 3,382 qram, 3,214 qram, 3,519 qram, 3,707 qram və 3,726 qram, ümumi təmiz çəkisi 20,981 qram narkotik vasitə qurudulmuş marixuana əynindəki gödəkcəsinin sol iç cibindən və 1 ədəd üzərində narkotik vasitə marixuana izləri olan elektron tərəzi əynindəki şalvarının sağ arxa yan cibindən aşkar edilərək götürülmüşdür. II Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ədalətsiz və qərəzsiz olduğunu bildirərək hökmün ləğv edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, heç bir fakt və sübuta əsaslanmadan barəsində həmin hökm çıxarılmışdır. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti verərək, bildirmişdir ki, təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclasında narkotik vasitələrin satışı ilə məşğul olmasını inkar etmiş, saxlanılan zaman üzərində şəxsi istifadəsi üçün 3 bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildiyini, bundan sonra polis əməkdaşları tərəfindən ona marixuana və elektron tərəzinin “götürülməsi” barədə təzyiq göstərildiyini bildirmişdir. O, videoçəkilişə qədər polis əməkdaşlarının nəzarəti altında saxlanıldığını, ona işinin “yüngül” olacağı deyildiyini, hədə-qorxu və psixoloji təzyiq səbəbindən videoçəkilişdə təqdim edilən predmetlərin ona məxsus olması barədə ifadə verməyə məcbur olduğunu göstərmişdir.Təqsirləndirilən şəxs tutulmasında iştirak etmiş və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da onun üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini təsdiq edən ifadə verməmiş, göstərmişlər ki, şəxs tutularkən üzərində aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün üstündə daşımaqla gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü yalnız şəxsi istifadə ilə bağlı faktiki epizod üzrə təqsirli bildiyini, satış məqsədi ilə marixuana əldə etmədiyini və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Hökmə görə təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 13:11-də şübhəli şəxs qismində tutulmuşdur. Lakin təqsirləndirilən şəxs onun saat 12 radələrində yaşadığı binanın blokunda saxlanıldığını, bundan sonra polis əməkdaşlarının onunla təxminən 1 saat söhbət apardığını, təzyiq və hədə-qorxu göstərdiyini, sonra isə binanın arxasında videoçəkiliş aparıldığını bildirmişdir.Polis şahidlərinin ifadələri də bu baxımdan bir-biri ilə tam uyğun deyil: şahid4 şəxsin günorta saat 2-3 radələrində saxlanıldığını, şahid3 isə günorta saat 1-2 radələrində saxlanıldığını göstərmişdir. Bu ifadələr protokolda göstərilən 13:11 vaxtı ilə də, təqsirləndirilən şəxsin saat 12 radələri ilə bağlı izahatı ilə də tam uzlaşmır. Məhkəmə istintaqında araşdırılmış anten məlumatlarına görə, şahid3 adına olan mobil nömrənin ##.##.2025-ci il tarixdə saat 10:56 radələrində təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə anten dairəsində (LABS574101/LABS4533 Sumgayit-ATC2/Sumqayıt şəhəri, Heydər Əliyev prospekt, Sumqayıt ATS, * saylı poçt /Sumgayit/) olması göstərilmişdir. Hazırkı işdə də ittihamın mərkəzi sübutları 6 ədəd kibrit qutusunda marixuana və elektron tərəzidir. Bu sübutların məhz faktiki tutulma anında, fasiləsiz videoçəkiliş altında, müdafiə hüququ izah edildikdən sonra və kənar təsirdən uzaq şəkildə aşkar edilməsi inandırıcı sübutlarla təsdiq edilmədikcə, onların mötəbərliyi ciddi şübhə altındadır. Hökmə görə videoçəkilişdə polis əməkdaşları özlərini təqdim etmiş, hüquq və vəzifələri, o cümlədən tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, sonra üzərinə yoxlama keçirilmişdir. Lakin müdafiə tərəfinin mövqeyinə görə videoçəkiliş faktiki saxlanma anından başlamamış, təqsirləndirilən şəxs əvvəlcədən polis əməkdaşlarının nəzarətində olmuş və videoçəkiliş qurulmuş mərhələni əks etdirmişdir. Təqsirləndirilən şəxs nə ittiham aktında qeyd edildiyi kimi, nə də şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrindəki kimi saxlanılmışdır. Şəxs piyada hərəkətdə olan zaman binanın küncündə duran mülki geyimdə olan şahid şahid3 onun sol qolundan tutaraq özünə tərəf çəkərək, özlərini təqdim etmiş, saxlanılma səbəbini bildirmiş, hüquq və vəzifələri, müdafiəçiyə malik olmaq hüququ izah edilməmişdir. Bundan başqa, şəxs tutulmasında 2 əməliyyat müvəkkilinin yox, daha çox əməliyyat müvəkkilinin iştirak etdiyini, ona 1 saat təzyiq etdiklərini, hədə-qorxu gəldiklərini və videoçəkilişə razı olduğunu bildirdi. Hakimin sualına cavab olaraq şəxs digər əməliyyatçılardan birinin adının Orxan, digərlərinin adını bilmədiyini bildirdi. ##.##.2026cı il tarixli məhkəmə baxışının iclasında video çəkilişə diqqətlə baxılan zaman video çəkilişlə aparılan əməliyyat-axtarış tədbirləri zamanı M.Dəmirovun arxasında olan pəncərədən bir nəfər şəxsin sağa-sola hərəkət ediyi göründüyündən məhkəmənin özündə həmin şəxsin əvvəllər məhkəmə iclaslarında şahid qismində iştirak edən əməliyyat müvvəkkili şahid1 olması şübhəsi yaranmış, hakim bununla bağlı şahid şahid3 iclas zalına təkrar dəvət edərək sual vermiş, lakin o əməliyyat-axtarış tədbirində yalnız qərarda qeyd edilən əməliyyat müvvəkkillərinin iştirak etdiyini və videoçəkilişə düşən şəxsin hər hansı bir mülki şəxs olmasını bildirmişdir. X5 və şahid1 dindirilməsi üçün əlavə şahid qismində məhkəmə iclasına dəvət edilməsi barədə vəsatət verilmiş və X1 və şahid1 iştirakları təmin edilmişdir. şahid3 əməliyyat-axtarış tədbirində yalnız özü və şahid4 iştirak etdiyini, başqa şəxsin olmadığını bildirsə də, iş üzrə dindirilmiş əlavə şahidlər şahid2 və şahid1 ifadələrində həmin əraziyə gəldiklərini, çəkilişin getdiyini gördüklərini, şahid2 nə onun, nə də şahid1 avtomobildən düşmədiyini bildirmiş, lakin şahid1 isə tam xatırlamasa da, həmin yerdə gəzmiş və ya oradan keçmiş ola biləcəyini bildirmişdir. Bu ifadələr əməliyyat tədbirində iştirak edən şəxslərin dairəsinin protokol və videoçəkilişdə tam və düzgün əks etdirilibetdirilmədiyini sual altında qoyur. Əgər əməliyyat tədbirinin keçirilməsi barədə qərarda adları göstərilməyən əməliyyat müvəkkilləri faktiki olaraq həmin ərazidə olmuş, tədbirin gedişindən xəbərdar olmuş və ya tədbirə hər hansı formada təsir göstərmişlərsə, bu hallar əməliyyat-axtarış tədbirinin şəffaflığına və sübutların mötəbərliyinə ciddi təsir edir. Birinci instansiya məhkəməsi həmin ziddiyyətləri “mühüm olmayan hal” kimi kənara qoymaq əvəzinə, videoçəkilişi tam araşdırmalı, çəkilişin fasiləsizliyini, başlanğıc anını, kənarda olan şəxsləri və tədbirdə faktiki iştirak edənlərin siyahısını müəyyən etməli idi. İttihamın əsas hissəsi saxlanılmada iştirak edən polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Halbuki həmin şəxslər əməliyyat tədbirinin qanuniliyinin təsdiqində, öz xidməti hərəkətlərinin qanuni hesab edilməsində və ittihamın sübuta yetirilməsində birbaşa prosessual marağı olan şəxslərdir. Bu, onların ifadələrinin avtomatik olaraq rədd edilməsi demək deyil, lakin belə ifadələr daha ciddi və tənqidi qiymətləndirilməli, müstəqil sübutlarla təsdiq olunmalıdır. şahid4 “əvvəllər də bir neçə gün güdmüşdülər” ifadəsi, şahid4, şahid3 başqa əməliyyatçıların iştirakını inkar etməsi, şahid2 və şahid1 həmin ərazidə olmalarını təsdiqləyən ifadələri, saxlanılma vaxtı barədə fərqli rəqəmlər, təqsirləndirilən şəxsin üzərində pul, siqaret və bank kartının olub-olmaması ilə bağlı uyğunsuzluqlar hökmün əsaslandırıcı hissəsində ayrıca təhlil edilməmişdir. Hökmdə ##.##.2025-ci il tarixli, **** saylı məhkəmə-narkoloji ekspert rəyinə istinad edilərək M.Dəmirovda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun aşkar olunduğu göstərilmişdir. Müdafiə tərəfi bu ekspert rəyinin mövcudluğunu nəzərə alır, lakin onun hazırkı ittihamın - satış məqsədi ilə marixuana saxlama ittihamının sübutu kimi istifadəsini mübahisələndirir. Təqsirləndirilən şəxs məhkəmədə əsasən metamfetamindən istifadə etdiyini, üzərində marixuana olmadığını və marixuana satışını həyata keçirmədiyini bildirmişdir. Bu halda narkoloji ekspert rəyinin hansı klinik və laborator göstəricilərə əsasən “kannabinoid asılılığı” nəticəsinə gəldiyi, həmin rəyin nə üçün təqsirləndirilənin ifadələri ilə ziddiyyət təşkil etdiyi və bu ziddiyyətin ittihamın sübutuna necə təsir etdiyi hökmün əsaslandırıcı hissəsində izah edilməmişdir. Narkoloji rəy şəxsin narkotik vasitələrdən istifadəsi və məcburi müalicəyə ehtiyacı məsələsində əhəmiyyət daşıya bilər. Lakin bu rəy narkotik vasitənin satış məqsədi ilə saxlanıldığını, satış niyyətini və ya alıcılarla əlaqəni sübut etmir. Bu səbəbdən həmin rəy yalnız CM-nin 234.2-ci maddəsinin subyektiv əlamətini təsdiqləyən sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və onun barəsində bəraətverici hökmün çıxarılmasını, məhkəmə bəraət üçün əsasların olmadığı nəticəsinə gəldiyi halda isə onun əməlinin Cinayət məcəlləsinin 234.2ci maddəsindən 234.1-ci maddəyə tövsif edilməklə ailə vəziyyəti, şəxsiyyəti, narkotik asılığı, yüngülləşdirici və ağırlaşdırıcı hallar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. III Proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlu apellyasiya instansiyası məhkəməsində çıxış edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs məhkəmədə əməliyyat tədbirindən 1 saat əvvəl saxlanıldığını bildirib. O, sübut kimi də siqaret çəkdiyi halda alışqanın aşkar edilmədiyini, evdən çıxdığı halda pulun aşkar edilmədiyini dedi. Telefon yazışmalarında satış faktı sübuta yetirilmir. Apellyasiya şikayətləri əsaslıdır. Onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, şikayətdə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmadığı, bunu təsdiq edən sübutun olmadığı, tərəzinin onun özü üçün narkotik vasitə alarkən çəkməsi üçün istifadə edildiyi göstərilib. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin verdiyi vəsatətlər təmin olunaraq əlavə sübutlar toplanmışdır. Apellyasiya qaydasında da işə qismən məhkəmə istintaqı ilə baxılaraq yenidən araşdırma aparıldı. Ali Məhkəmənin müvafiq Plenum Qərarına əsasən, müxtəlif bükümlər və tərəzi satış faktını təsdiq edən sübutlardan biridir Yəni, satış faktının sübut olunması üçün onun açıq şəraitdə müvafiq qiymət qeyd edilməklə satılması halının aşkar edilməsi zəruri deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. IV Hüquqi məsələlər Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Həmçinin “Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlu birinci və apellyasiya instansiya məhkəmələrində ona elan olunan ittiham üzrə özünü təqsirli bilməsə də, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş digər sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Dəmirov Mahir Qulu oğlunun ittiham olunduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və bu hissə üzrə hökmün əsaslılığı şübhə doğurmur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Dəmirov Mahir Qulu oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılarkən üzərində elektron tərəzi olmamışdır. Sadəcə xəstə olduğuna görə özünü təqsirli bilir. Onu yaşadığı 4-cü mikrorayon ünvanının blokunda saxlamış və binanın arxasına apararaq videoçəkiliş etmişlər. Üzərinə polis əməkdaşları tərəfindən axtarış keçirilərkən üzərindən 3 büküm psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları onun cibindəki 3 ədəd bükümdə metamfetamini götürərək, marixuana və elektron tərəzi qoymuş, ona işinin yüngül olacağı bildirilmiş, bu səbəbdən polislərlə razılaşmışdır. O, narkotik vasitələrin metamfetamin növündən çəkmə üsulu ilə istifadə etmişdir. Üzərində olan metamfetaminləri 9-cu mikrorayonda yaşayan tanımadığı şəxsdən əldə etmişdi. Narkotik vasitəni saxlanılmamışdan 1 saat əvvəl 30 manata almışdı. Narkotik vasitə ayrıayrılıqda hərəsi 0.1 qram olmaqla 3 büküm, cəmi 0.3 qram çəkidə idi. Əvvəllər 9-cu mikrorayonda yaşamış və həmin şəxsin narkotik vasitə satdığını bilirmiş, Videoçəkiliş evinin arxasında, bağçanın qarşısında olmuşdur. Evi və videoçəkiliş olan yer arasındakı məsafə 50 metrdir. Marixuanadan uşaq vaxtı, təxminən 20 yaşında istifadə etmişdir. O, indiyədək elektron tərəzidən istifadə etməmişdir. Onu saxlayanlar 4-5 nəfər əməliyyatçı idi, birinin adı isə Samir idi. Polis əməkdaşları tərəfindən döyülməsə də, ona qışqırılmış, hədə-qorxu gəlinmişdir. Müstəntiqə aldadılmağı və hədə-qorxu gəlinməsi ilə bağlı ifadə vermişdir. Sənədləşdirmədə iştirak etmiş və imzalamışdır. Polis əməkdaşları tərəfindən 20 noyabr tarixində saxlanılmışdır. O, polis əməkdaşlarını əvvəlcədən tanımamış, ədavəti, düşmənçiliyi olmamışdır. Onu avtomobilə mindirmiş, 1 saat söhbət aparılmış, işinin yüngül olacağı bildirilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq M.Dəmirov bildirmişdir ki, 3 büküm metamfetamini aldıqdan sonra evinə getmiş, daha sonra Bakı şəhərinə, xalasının evinə getmək üçün öz evindən çıxmış, həmin vaxt da polis əməkdaşları tərəfindən saxlanılmışdır. 2 aydır ki, çəkmə üsulu ilə mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir.Saxlanılarkən orada Orxan adlı balaca boy, qaraşın polis əməkdaşı da olmuşdur və o, ona ağ rəngli avtomobilində hədə-qorxu gəlmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evin blokunda tutulmuşdur. Elektron tərəzini götürməsi ilə bağlı ona hədə-qorxu gəlinmişdir. Saxlanılarkən üzərində siqaret, pul və bank kartı olmuşdur. Lakin şahidlər bunları qeyd etmir, həmçinin ifadələrində narkotik vasitənin hansı cibindən çıxdığını da dəqiq bilmirlər. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş şahid2 onun əməliyyat tədbirində gördüyü Orxan deyil, simasına görə onun gördüyü şəxsə oxşamır. Çəkilişdə arxadan keçən 1 nəfər şəxs Şaiqdir, onu tanıyır. Şaiq ona qarşı təzyiq göstərməmişdir. Lakin blokda 2 nəfər tərəfindən saxlanıldıqdan sonra təxmini 3-4 avtomobil gəlmiş, onun üzərinə narkotik vasitəni götürməsi ilə bağlı təzyiq edilmişdir. Şaiq onun üzərinə qışqırmamışdır. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlu ifadə verərək, birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmişdir. Ona verilən suallara cavab olaraq isə bildirmişdir ki, tutulma saatları düzgün qeyd olunmadığı üçün müdafiəçisi tərəfindən əməliyyat işi tələb olunmuş, özünü narkotik vasitələrin satışı ilə deyil, istifadəçisi kimi təqsirli bilir, üzərindən aşkar edilən tərəzi onun olmamış, ancaq polislərin dediyinə görə ona aid olmuş, narkotik vasitə bükümləri ona aid olmamış, satış faktını təsdiq edən telefon danışığı və digər sübutlar mövcud deyildir. Bundan başqa narkotik vasitələri büküm formasında almış, tərəzini isə narkotik vasitəni çəkmək üçün almışdır, belə ki, narkotik vasitəni alarkən tərəzi ilə çəkirmiş, aldığı narkotik vasitə 3 günlük tələbatımı ödəyəcəkmiş, belə ki gündəlik bir büküm istifadə edirmiş, narkotiki 300 manata almışdır. marixuana və tərəzi üzərində olmayıb, bunlar polislər tərəfindən üzərinə qoyulmuşdur. Onun üzərimdən 3 büküm metanfetamin aşkar edilmişdir. Narkotik vasitəni saxlanılan gün alıb evə gəlmiş və evdən çıxıb xalasıgilə ad gününə gedərkən saxlanılmışdır. Üzərimdə 0.6 metanfetamin olmuş və onu 30 manata almışdır. Yenə də verilən suallara cavab olaraq bildirmişdir ki, saat 12:00 – 13:00 arası saxlanılmışdır. Telefon yazışmalarında narkotik vasitəni özü üçün istəmişdir və bu satış faktını təsdiq etmir. Narkotik vasitəni alarkən tərəzi ilə çəkirmiş. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili, R şahid4 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Dəmirov Mahir Qulu oğlunun narkotik vasitələrin qəbulu, istifadəsi, daşınmasında şübhəli bilindiyi üçün ##.##.2025-ci il tarixində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü mikrorayondakı binanın arxasında hərəkətdə olarkən saxlanılmış, videoçəkilişlə üzərinə baxış keçirilmiş və əynindəki gödəkçənin cibindən 6 ədəd kibrit qutusunda marixuana, Samsung markalı mobil telefon, elektron tərəzi aşkar edilmişdir. Həmin narkotik vasitə qablaşdırılmış və Sumqayıt ŞPİ-nin TŞ-ə təqdim edilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyataxtarış tədbirində şahid3 da iştirak etmişdir. Şəxs tutulan kimi çəkiliş aparılmışdır. Mahirə qarşı təsir və ya təzyiq göstərilməmiş, üzərinə narkotik vasitə qoyulmamışdır. Marixuana 6 büküm idi. Elektron tərəzi də şəxsin özünə məxsus idi. Mahir tərəflərindən günorta saat 2-3 arası saxlanılmışdır. Şəxsin üzərindən metamfetamin aşkar olunub marixuana kimi sənədləşdirilməsi halı baş verməmişdir. Mahirin yaşadığı yer barədə məlumat var idi, əvvəllər bir-iki dəfə güdmüşdülər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili, R şahid3 şahid4 ifadəsinə oxşar ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Mahir daxil olmuş əməliyyat məlumatı əsasında təxminən 18-## ###### 2025-ci il tarixində günorta saat 1-2 radələrində hərəkətdə olarkən saxlanılmış, üzərindən 5-6 ədəd kibrit qutusunda marixuana aşkar edilmişdir. Mahir tərəflərindən 4-cü mikrorayon ərazisində, “ATS”-in arxasındakı binada saxlanılmışdır. Saxlanılarkən tək idi və piyada hərəkət edirdi. Saxlanılarkən polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, videoçəkilişlə saxlanılmışdır. Videoçəkilişə qədər şəxslə hər hansı söhbət aparılmamışdır. Əməliyyat tədbirində Sahillə birlikdə iştirak etmiş, başqa şəxs olmamışdır. Sahil videoçəkilişi aparmış, özü isə şəxsi tutmuşdur. Şəxsi 5-10 dəqiqə yaşadığı ərazidə evi yaxınlaşıb hərəkət etməsi üçün müşahidə etmişlər. Saxlanılarkən üzərində pul, siqaret olmamışdır. Şəxsin üzərindən metamfetamin aşkar olunub marixuana kimi sənədləşdirilməsi halı baş verməmişdir. Şəxs özü saxlanılarkən təqsirini etiraf etmişdir. Həmçinin, elektron tərəzini isə narkotik vasitəni aldığı adamın onu aldatmaması üçün istifadə etdiyini bildirmişdir. İdarədə Mahirə vəkil təqdim olunmuş, şəxs hər hansı narazılığını və etirazını bildirməmişdir. Mahiri əməliyyat məlumatı daxil olandan etibarən tanıyır, onunla hər hansı ədavəti yoxdur. İdarədə Orxan adlı polis əməkdaşı olmuşdur. Lakin Orxan əməliyyat tədbirində iştirak etməmiş, Sahillə özü iştirak etmiş, biri çəkilişi etmiş, digəri isə şəxsi saxlamışdır. Əməliyyat məlumatı şəxsin narkotik vasitə istifadə etməsi ilə bağlı daxil olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat tədbiri keçirilərkən Şaiqlə o, avtomobil ilə həmin ərazidən keçmişlər. Onlar həmin yerə çatanda artıq çəkiliş gedirmiş və müdaxilə etməmişlər. O, avtomobilin içərisində olmuş və yerə düşməmişdir. Çəkilişdə də iştirak etməmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, şəxsi tanımır. İdarənin əməkdaşları çəkiliş edərkən Orxanla birlikdə avtomobil ilə həmin istiqamətdə hərəkət etmişdir. Onların çəkiliş etdiyini görüb müdaxilə etməmişdir. Həmçinin, avtomobildən düşdüyünü xatırlamır. Lakin həmin yerdə gəzmiş ola bilər, oradan keçməyi mümkündür. Hansı saatda olduğunu isə xatırlamır. Cinayət işinin 22-ci vərəqəsində olan ##.##.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, M.Q.Dəmirov həmin tarixdə saat 13:11-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, M.Q.Dəmirov CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 79-82-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025- ci il tarixli qərarından görünür ki, M.Q.Dəmirov barəsində 03 (üç) ay müddətində ## ###### 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan ##.##.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Dəmirov Mahir Qulu oğlu əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 06 ədəd kibrit tutusubub içərsində olan spesifik iyə malik yaşıl rəngli marixuanaya bəzər bitki kütləsini və əyində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd elektron tərəzi və scü агхц, cibindən 01 ədə Samsug markalı mpbil telefonun bizə təqdim etdi. Tərəfimizdən həmin kibirit qutularına baxış keçirilən zaman içərisində narkotik vasitə olan marixuannaya bənzər maddənin olması müəyyən edildi. Həmin marixuannaya bənzər maddə tərəfimizdən elektron tərəzidə çəkildi və ümumi çəkisinin 38.9 qram olması müəyyən olundu. Dəmirov Mahir Qulu oğlu marixuannaya maddənin nə olması, kimdən, nə vaxt, haradan və neçiyə alması barədə sual olundu və sonuncu həmin maddənin narkotik vasitə olan marixuanna olduğunu, ##.##.2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazində yerlşən “Aygün” mərasim evinin yaxınlığda adını bilmədiyi şəxsdən 200 (iki yüz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan ##.##.2025-ci il tarixli şəxsi axtarışın keçirilməsi protokolundan görünür ki, baxışda iştirak edən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, R şahid3 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin *** saylı möhürü ilə möhürlənmiş ağ rəngli zərfləri təqdim etdi və həmin zərfin içərisində Dəmirov Mahir Qulu oğlu saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 6 ədəd kibrit qutusunda olan narkotik vasitəni təqdim etdiyini, daha sonra həmin narkotik vasitələr müvafiq qaydada götürülərək qablaşdırıldığını, narkotik vasitələrin çəkisinin 38,9 qram olduğunu bildirdi. Sorğu zamanı Dəmirov Mahir Qulu oğlu həmin zərfin içərisinə qablaşdırılaraq götürülmüş narkotik vasitə olan “marixuana”nın ona məxsus olduğunu, həmin narkotik vasitəni ##.##.2025 tarixdə saxlanılmamışdan 2-3 saat əvvəl Sumqayıt şəhəri, 9-cu mkr/n, Aygün mərasim evinin qarşısında tanımadığı şəxsdən 200 manata aldığını bildirdi. Eyni zamanda öz şəxsi istifadəsi üçün üzərində saxladığını bundan başqa üzərindən aşkar edilən elektron tərəzinin isə narkotik vasitəni alan zaman çəkidə onu aldatmamalarından ötrü üzərində saxladığını qeyd etdi. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Saxlanılan şəxs Dəmirov Mahir Qulu oğlu...” yazılar və imzalar olan kağız paketdəki, 06 ədəd kibrit qutularında ayrı-ayrı təmiz çəkiləri 3,433 qram, 3,382 qram, 3,214 qram, 3,519 qram, 3,707 qram, 3,276 qram ümumi təmiz çəkisi 20,981 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -- qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Dəmirov Mahir Qulu oğlu saxlanılan şəxs...” yazılar və imzalar olan kağız paketi açdıqda içərisində 01 ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə - marixuana hissəcikləri vardır, həmin hissəciklər tərəzinin ölçmə həddindən aşağı olduğuna görə çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işinin 89-90-cu vərəqəsində olan ##.##.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dəmirov Mahir Qulu oğlunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ##.##.2025-ci il tarixdə saat 13:11-də Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən ATS-in arxa tərəfində piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla ona yaxınlaşıb polis əməkdaşları özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini xahiş edirlər. O da özünü təqdim edir. Daha sonra ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib, üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunur. Onun üzərinə yoxlama keçirilməyə başlanılır. Yoxlamadan öncə Mahir Dəmirova üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa təqdim etməsi təklif edilir. O da əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 06 ədəd kibrit qusutunu, göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli elektron tərəzini və şalvarın arxa sol cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu təqdim etir. Həmin qurudulmuş marixuana tərəzidə çəkilir və ümumi çəkisinin 38,9 qram olması müəyyən olunur. Sorğu zamanı Mahir qurudulmuş marixuananı ##.##.2025-ci il tarixdə 2-3 saat əvvəl Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Aygün» mərasim evinin yaxınlığında adını bilmədiyi şəxsdən 200 manat pul müqabilində şəxsi istifadə üçün aldığını, üzərindən aşkar edilən elektron tərəzinin isə narkotik vasitəni alan zaman çəkidə onu aldatmamaları üçün üzərində saxladığını bildirir. Daha sonra qurudulmuş marixuana, qara rəngli eletkron tərəzi və 01 ədəd «Samsung» markalı mobil telefon ayrı-ayrı zərflərə xüsusi qaydada qablaşdırılır, qablaşdırılmış zərflər onun və polis əməkdaşları tərəfindən imzalanır. Bundan sonra videoçəkliş dayandırılır. Cinayət işinin 111-112-ci vərəqələrində olan məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, müayinə zamanı Dəmirov Mahir Qulu oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Dəmirov Mahir Qulu oğlu CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Dəmirov Mahir Qulu oğlu Xəzər Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci və 67.1-ci maddələri ilə təqsirli bilinərək 08 il 02 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ##.##.2024-cü ildə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin 97-101-ci vərəqələrində olan Xəzər rayon Məhkəməsinin ##.##.2016cı il tarixli hökmündən görünür ki, Dəmirov Mahir Qulu oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu hökmlə təyin edilmiş cəzaya Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2013-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 07 (yeddi) il 02 (iki) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə, Dəmirov Mahir Qulu oğluna qəti olaraq 08 (səkkiz) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilmişdir. Cinayət işi materiallarına məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin anten məlumatları əldə edilərək əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin dəftərxanasından daxil olmuş ##.##.2026-cı il tarixli məlumatdan görünür ki, Dəmirov Mahir Qulu oğlunun barəsində əməliyyat-axtarış tədbirinin aparılmasına dair əsaslandırılmış qərarın məhkəmə nəzarəti qaydasında qanuniliyinin yoxlanılması ilə bağlı material 2025-ci ilin noyabr ayı ərzində Sumqayıt Şəhər Məhkəməsinə daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində şəxsi axtarış və baxış keçirilməsi haqqında istintaq hərəkətlərinin görüntüləri əks olunmuş diskdə video görüntülərə baxış keçirilmiş və protokollarda qeyd olunan xüsusatlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi və əməlinin tövsifi məsələləri üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları və irəli sürdüyü iddiaları haqlı olaraq özünü müdafiə xarakterli ifadə kimi, şahidlərin verdiyi ifadələri isə əsaslı olaraq mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin irəli sürdüyü əsas arqumentlərlə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaq, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində verdiyi ifadələrə diqqəti çəkmək istəyir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar edilən narkotik vasitənin 6 büküm olmaqla marixuana olduğunu, tərəzinin isə narkotik vasitəni alarkən onu aldatmamaları üçün istifadə etdiyini bildirmişdir. Bu hal digər polis əməkdaşlarının ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə protokol və diskin müayinəsi zamanı da təsdiq edilir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə bildirmişdir ki, saxlanılarkən üzərində elektron tərəzi olmamışdır. Üzərinə polis əməkdaşları tərəfindən axtarış keçirilərkən üzərindən 3 büküm psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları onun cibindəki 3 ədəd bükümdə metamfetamini götürərək, marixuana və elektron tərəzi qoymuş, ona işinin yüngül olacağı bildirilmiş, bu səbəbdən polislərlə razılaşmışdır. Narkotik vasitə ayrıayrılıqda hərəsi 0.1 qram olmaqla 3 büküm, cəmi 0.3 qram çəkidə olmuş, indiyədək elektron tərəzidən istifadə etməmişdir. Təqsirləndirilən şəxsin apellyasiya instansiya məhkəməsində dindirilərkən ona verilən suallara ardıcıl olaraq verdiyi cavablar isə nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində tam sərbəst verdiyi ifadə ilə üstüstə düşməməklə bərabər ümumiyyətlə özlüyündə ziddiyyətli olmuşdur. Belə ki, o verilən suallara cavab olaraq ardıcıl şəkildə bildirmişdir ki, ittihamda tutulma saatları düzgün qeyd olunmadığı üçün müdafiəçisi tərəfindən əməliyyat işi tələb olunmuş, saat 12:00 – 13:00 arası saxlanılmışdır. üzərindən aşkar edilən tərəzi onun olmamış, ancaq polislərin dediyinə görə ona aid olmuş, narkotik vasitə bükümləri ona aid olmamışdır. Bundan başqa narkotik vasitələri büküm formasında almış, tərəzini isə narkotik vasitəni çəkmək üçün almışdır, belə ki, narkotik vasitəni alarkən tərəzi ilə çəkirmiş, narkotiki 300 manata almışdır. marixuana və tərəzi üzərində olmayıb, bunlar polislər tərəfindən üzərinə qoyulmuşdur. Narkotik vasitəni saxlanılan gün alıb evə gəlmiş və evdən çıxıb xalasıgilə ad gününə gedərkən saxlanılmışdır. Üzərində 0.6 metanfetamin olmuş və onu 30 manata almışdır. Narkotik vasitəni alarkən tərəzi ilə çəkirmiş. Bundan başqa müdafiə tərəfi təqsirləndirilən şəxsin üzərindən metanfetamin aşkar olunsa da, bunun polis əməkdaşları tərəfindən marixuana ilə dəyişdirildiyini irəli sürsə də, cinayət işinin 111-112-ci vərəqələrində olan məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, müayinə zamanı Dəmirov Mahir Qulu oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında ## #### 2005-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Siyahıya görə kannabinoidlər (Marixuana, Haşış, Tetrahidrokannabinol Qanuna əlavə edilmiş İ Siyahıya — "Dövriyyəsi qadağan edilmiş narkotik vasitələr" bölməsinə daxildir. Sənədlərdə çətənə bitkisi və onun törəmələri kimi təsnif olunur. Metamfetamin isə narkotik vasitə kimi deyil, II Siyahıya — "Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr" bölməsinə daxildir. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, irəli sürülən dəlillər şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, ekspertizasının rəyləri, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə təkzib olunur. ““Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qram müəyyən edilmişdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən n narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin “məhkəmə istintaqında araşdırılmış anten məlumatlarına görə, şahid3 adına olan mobil nömrənin ##.##.2025-ci il tarixdə saat 10:56 radələrində təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə anten dairəsində (LABS574101/LABS4533 Sumgayit-ATC2/Sumqayıt şəhəri, Heydər Əliyev prospekt, Sumqayıt ATS, * saylı poçt /Sumgayit/) olması göstərilmişdir” dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə iş üzrə şahid şahid3 istifadəsində olan *** *** ** ** mobil telefon nömrəsinin ##.##.2025-ci il tarixə aid anten ərazi məlumatlarının götürülməsi qərara alınsa da, “xxxx” MMC-dən daxil olmuş ## #### 2026-cı il tarixli məktubda həmin nömrənin qeyd olunan tarixə dair anten məlumatlarının əldə olunmasının mümkün olmadığı göstərilmişdir. Bundan sonra məhkəmə tərəfindən həmin qərar icra edilməsi üçün “xxxx” MMC-yə göndərilsə də, ## ##### 2026-cı il tarixli məktubda sorğulanan nömrənin xxxx şəbəkəsində itifadə edilmədiyi göstərilmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətində təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə bağlı irəli sürdüyü digər dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ittiham aktında qeyd olunan şahidlərdən əlavə müdafiə tərəfinin vəsatəti üzrə əlavə 2 nəfər polis əməkdaşı da dindirilmiş və onların heç biri müdafiə tərəfinin irəli sürdüyü arqumentləri təsdiq edəcək ifadə verməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş anten əhatə dairəsinə dair məlumatlar apellyasiya qaydasında da müayinə edilmiş və həmin sübutlar da müdafiə tərəfinin irəli sürdüyü dəlillər üzrə əhəmiyyətli bir məlumat verməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq cəhdidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmış, gəlinən nəticə hökmdə ətraflı şərh edilməklə əsaslandırılmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri də birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» ##.##.2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. (CPM-nin 349.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarının 23-cü bəndində görə məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlunun özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, onun bu əməli törətməsi şahidlərin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapır. İbtidai istintaq orqanı tərəfindən Dəmirov Mahir Qulu oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsas mövcud deyil. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini məsələsini də müzakirə edərək hesab edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandırmış, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə almışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (## ##### 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, m əhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası hesab edir ki, Dəmirov Mahir Qulu oğlunun yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuşdur. Ona təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi üçün əsas yoxdur. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Dəmirov Mahir Qulu oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlunun apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğluna göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Dəmirov Mahir Qulu oğlu və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dəmirov Mahir Qulu oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dəmirov Mahir Qulu oğlunun apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada AzərbaycanRespublikası Ali Məhkəməsinə kassasiya şikayəti vəya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-218/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-218/2026
11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver