Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-219/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim - Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər - X3 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakim Vaqif Həsənov) ##.##.1988-ci ildə Cəbrayıl rayonu, Doşulu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Balyan ərazi dairəsi, Doşulu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, yeni yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması, üzərinə yaşayış yerini 22:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İ. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bələdiyyə torpağında kənd təsərrüfatı (yararsız) təyinatlı torpaq kateqoriyalarına aid 39T X******, Y4483531 koordinatlarda 0,06 ha torpaq sahəsini özbaşına mişar daşlarından istifadə edib 1 metr 60 sm hürdürlüyündə hasarlayıb orada becərmə işləri görmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdfiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, mübahisəli hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmün özündə də torpağın mülkiyyətçisinin Abşeron rayonu Saray Bələdiyyəsi olduğu qeyd edilsə də cinayət işi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini X5 rayon Polis Idarəsinə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məktubu əsasında başlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayonu Saray Bələdiyyəsinin nümayəndəsi həmin torpaq sahəsinin bələdiyyənin balansında olub-olmamasını dəqiq bilmədiyini, həmin torpaqlara dair onlarda mülkiyyət sənədinin olmadığını bildirmişdir. Məhkəmə hökmü çıxararkən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, himayəsində üç azyaşlı uşağının olmasını, atasının bu torpağın uğrunda şəhid olmasını nəzərə almamışdır. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. III. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs çıxış edərək göstərmişdir ki, ittihamda qeyd edilən 0,06 ha torpaq sahəsini sahibsiz ev heyvanlarına görə hasarlamış, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ona yaxınlaşaraq həmin ərazini hasarlamasının səbəbini soruşmuşlar. Həmin şəxlərə şəhid ailəsi olmalarını bildirməklə bu barədə sənədləri təqdim etmiş, həmin şəxslər ona akt tərtib etdiklərini və şəhid ailəsi olduqlarına görə onlara heç bir şey edə bilməyəcəklərini demişlər. Hətta şəhid atasının təsviri olan plakatın yaxşı görsənə bilməsi üçün hasarı bir az da qaldırmasını ona bildirmiş, ona həmin hasarı sökməsi barədə heç bir bildiriş verməmişlər. Himayəsində üç azyaşlı uşaqları olmaqla yanaşı bacısının da ailəsinə baxmış, buna baxmayaraq Abşeron rayon Polis Idarəsində ona cinayət işi açılmışdır. Həmin ərazidə tərəvəz əkmiş, ərazinin onun mülkiyyətində olmaması barədə məlumatı olmuşdur. Şəhid ailəsi olmasını nəzərə alaraq ona altı ay sınaq müddəti ilə şərti cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham iş materialları ilə tam təsdiq edilmiş, birinci instansiya məhkəməsinin hökmü məhkəmə istintaqı zamanı tədqiq olunmuş və məhkəmə istintaqı zamanı toplanmış sübutlara əsaslanmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. IV.Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi barədə, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mübahisəli hökm dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərində göstərilənlərlə bağlı qeyd edir ki, CM-in 188.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əsas əlaməti kimi təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma nəzərdə tutulmuşdur. Bu zaman torpağın dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olmasının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi həmin Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında CM-in 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya həmin Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə CM-in 129.2, 130.2, 133, 134, 142.1, 148- 1, 148-2.1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən həmin Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Göründüyü kimi CM-in 188.3-cü maddəsi ilə cinayət təqibinin başlanması üçün cinayət haqqında məlumatın özbaşına tutulmuş torpaq sahəsinin mülkiyyətçisi tərəfindən verilibverilməməsinin heç bir əhəmiyyəti yoxdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özü də bəhs torpaq sahəsini özbaşına hasarlayaraq orada tərəvəz əkdiyini və həmin torpaq sahəsinin onun mülkiyyətində olmadığını dərk etdiyini bildirmişdir. Ona görə də məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə razılaşmır və onun əməlinin istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirildiyini hesab edir. Cinayət işi materiallarında olan DƏDRX-nin * saylı Abşeron Ərazi Idarəsinin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə təqdim etdiyi arayışdan görünür ki, Abşeron rayonu, Saray Qəsəbəsi ərazisində yerləşən, torpaq qanunvericiliyinin tələblərinin pozulması halının baş verdiyi torpaq sahəsinin kənd təsərrüfatı (yararsız) kateqoriyalı torpaqlara aid olmaqla «NECAS WEB» (TEKUIS)-ə əsasən bələdiyyə mülkiyyətindədir. Zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs Abşeron rayonu Saray bələdiyyəsinin nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası DIN BƏSII tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş ŞA №****** nömrəli vəsiqədən görünür ki, şahid1 şəhid ailəsi statusu verilmişdir. Elektron Məhkəmə Informasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2015-ci il təvəllüdlü X4, ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 adlı azyaşlı övladları vardır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınmışdır. Məhkəmə kоllеgiyаsı birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. CM-in 188.3-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfat təyinatlı torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona qanunla imkan verilən ən aşağı həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayətin ictimai təhlükəliliyini, xarakterini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, ona təyin edilmiş cəzanın aşağı həddə olmasını və işin digər hallarını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 07 (yeddi) iş saatına görə 77 (yetmiş yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 07 (yeddi) iş saatına görə 77 (yetmiş yeddi) manat məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-219/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-219/2026
20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver