Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-220/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə ## ####### 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, tutulana qədər fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 05 ay 01 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsi barədə sosial şəbəkədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Meysəm” adlı şəxslə istifadəsində olan “Samsung Galaxy J2” markalı mobil telefon avadanlığında quraşdırılmış “WhatsApp” proqram təminatından fərdi rabitə vasitəsi kimi istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə razılaşıb cinayət əlaqəsinə girərək, bu məqsədlə aralarında yaranmış cinayətkar razılaşmaya əsasən ona verilmiş bank kartının bank hesabına 150 (bir yüz əlli) manat ödəniş edildikdən sonra, ## ###### 2025-ci il tarixdə “Meysəm” adlı şəxs şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə 02 (iki) ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 2,778 qram təşkil edən narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,871 qram təşkil edən psixotrop maddə metamfetamini Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında gizlədib yerləşdirərək sonradan həmin narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi yerin fotoşəkillərini Təqsirləndirilən şəxs göndərmiş, sonuncu isə bundan istifadə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gedərək külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb satış məqsədi ilə üzərində saxlayıb, daşımaqla Sumqayıt şəhərinə geri qayıdarkən yolda 01 (bir) ədəd bükümdə, xeyli miqdarda psixotrop maddə metamfetamini daha sonra pulunu alacağı ilə bağlı aralarında razılığa gələrək tanışı X4 40 (qırx) manata satmış, bundan sonra isə həmin gün saat 20:40-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dörd Qardaş” restoranının yaxınlığında sərnişin qismində əyləşdiyi ** MX *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobildə tanışı Təbriz Fərzəliyevlə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı satış məqsədi ilə əldə edib əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,944 qram, 1,784 qram, ümumi təmiz çəkisi 2,778 qram, külli miqdarda eyni tərkibli, qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təbriz Fərzəliyevin üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.871 qram, xeyli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun təqsirliyi haqqında məsələnin əleyhinə həll edilməsinə təsir göstərmir, həmçinin irəli sürülmüş ittihama baxılması üçün əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökmündə ziddiyətli sübutlarla təsdiq edildiyindən məhkəmə tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmişdir. Sumqayıt Ağır Cinayətlər məhkəməsinin hökmü qanunsuz, əsassız, qərəzli olduğundan və ona verilmiş cəza çox ağır olduğuna görə barəsində verilmiş hökm ləğv olunmalıdır. Məhkəmə cinayət işində toplanmış hüquqi sənədləri, ekspert rəylərini, ifadələri tədqiq edərək onlar əsasında müəyyən edilmiş hallara düzgün qiymət verməmiş və ona ədalət, qanunsuz, ağır işin faktiki hallarına uyğun olmayan cəza vermişdir. Məhkəmə heç bir araşdırma aparmadan istintaq hərəkətləri keçirmədən ittiham aktında ona zor tətbiq edərək, işgəncə verərək, hədə qorxu gələrək, üzərinə yüklənən narkotik vasitələri və saxta sübutları hökmə köçürmüşlər. O, narkotik vasitəsinin istifadəçisidi, narkotik vasitəsinin alqı-satqısı ilə heç vaxt məşğul olmamışdır. Üzərindən götürülmüş narkotik vasitələri ona məxsus deyil. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X3 çıxış edərək apellyasia şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Bununla yanaşı təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər barədə (işgəncəyə məruz qalması, hədə qorxu gəlinməsi və s.) öz müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə rəsmi məlumat və şikayət verməmişdir. Sadalanan hallar verilmiş apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olduğunu və özünü məsuliyyətdən yayınmağa yönəldiyini göstərir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan 05 ay 01 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, əməlində cinayətin residivinin olmasını nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 1 CPM-nin 27.2, 51-2, 91.5, 311.1, 391.2.1-391.2.5, 391.3.4, 392.1.3, 392.1.4, 392.1.5-392.1.8, 393.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X1 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-220/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-220/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver