Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-223/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə ##.##.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,iki uşaq atası, orta təhsilli, işləməyən, məhkumluğu olan,əməlində cinayətlərin residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsi, ev 5 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Babazadə Famil Vəlican oğlunun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir.. Iş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 05 ədəd ayrı-ayrı bükümdə təmiz çəkiləri 0,092 qram, 0,064 qram, 0,304 qram, 0,113 qram, 0,215 qram olmaqla, ümumi təmiz çəkisi 0,788 qram olan, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, ## ###### 2026-cı il tarixdə saat 12:27 radələrində Sumqayıt şəhər Polis Idarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsi ** nömrəli evin qarşısında saxlanılaraq, üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 05 ədəd ayrı- ayrı bükümdə təmiz çəkiləri 0,092 qram, 0,064 qram, 0,304 qram, 0,113 qram, 0,215 qram olmaqla ümumi təmiz çəkisi 0,788 qram olan, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, narkotik vasitəsinin satış məqsədilə əldə edilməsi heç bir sübutla təsdiq olunmamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yaşlı anası 2-ci qrup əlildir. Oğlu nişanlıdır. Eyni zamanda qızı boşanmış, 2 körpə uşaqla birlikdə himayəsindədir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinə əlavə verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyası, işin faktiki halları, narkotik asılılığını təsdiq edən rəy, ailə vəziyyəti və cəzanın fərdiləşdirilməsi prinsipi nəzərə alınmaqla ədalətli və mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, əməliyyat məlumatının hansı faktlara, hansı müşahidəyə, hansı şəxs və ya hadisəyə əsaslandığı ittiham aktında açıqlanmır. Əksinə, həmin məlumatın yoxlanılması üzrə müsbət nəticə əldə olunmadığı rəsmi cavabla təsdiqlənir. Bu halda yoxlanılmamış ilkin məlumat öz-özlüyündə satış məqsədinin mötəbər sübutu sayıla bilməz. Beş bükümün olması onların məhz Təqsirləndirilən şəxs tərəfindən satış üçün çəkilib qablaşdırıldığını göstərmir. O, həmin bükümləri bu vəziyyətdə aldığını bildirmişdir. Iş üzrə ayrıca sellofanlar, boş bükümlər, yapışdırıcı vasitələr, qablaşdırma materialları və ya bükmənin məhkum tərəfindən aparıldığını göstərən izlər aşkar edilməyib. Hər bir bükümün fərqli çəkidə olması da, standart satış vahidlərinin hazırlandığına dair qəti nəticə yaratmır. Məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2026-cı il tarixli **/*** nömrəli rəyinin mətnində tərəzinin səthində metamfetamin izlərinin müəyyən edildiyi göstərilir. Eyni zamanda heroin izinə dair ayrıca cümlə yer alır. Hökm və ittiham aktı isə tərəzini yalnız "üzərində heroin izləri olan tərəzi" kimi təqdim edir. Rəyin bu hissəsi aydınlaşdırılmadan tərəzinin konkret olaraq götürülən beş heroin bükümünün satış üçün hazırlanmasında istifadə edildiyi nəticəsinə gəlmək mümkün deyil. Tərəzinin Təqsirləndirilən şəxs nə vaxtdan məxsus olduğu, texniki vəziyyəti, üzərindəki izlərin yaranma vaxtı, həmin izlərlə götürülən maddə arasında eyniləşdirmə və tərəzinin bükümlərin hazırlanmasında işlədilməsi müəyyən edilməyib. Məhkumun verdiyi izah - dozanı müəyyən etmək üçün istifadə narkoloji rəy və uzunmüddətli istifadə faktı ilə uyğun gəlir. Bu izahı təkzib edən ekspert və ya digər mötəbər sübut yoxdur. Polis əməkdaşları şahid2 və şahid1 narkotik vasitənin götürülməsini təsdiqləmişlər, lakin onların heç biri məhkumun alıcı ilə görüşdüyünü, narkotik satdığını, satış üçün razılaşma apardığını və ya bükümləri satış üçün hazırladığını görməmişdir. Əksinə onların ifadələrində də Təqsirləndirilən şəxs tutulduğu anda maddəni şəxsi istifadə üçün aldığını bildirməsi əks olunur. Götürülmə faktının sübutu satış məqsədinin sübutu deyil. Ittiham aktı Təqsirləndirilən şəxs ardıcıl ifadələrini sadəcə "özünü müdafiə xarakterli" sayaraq rədd edir, təqsirləndirilən şəxsin ifadəsinin müdafiə xarakterli olması onun avtomatik olaraq yalan və ya əhəmiyyətsiz olması demək deyil. Müdafiə versiyasını təkzib edən fakt təqdim edilmədikdə onun "özünümüdafiə" adlandırılması sübutetməni əvəz etmir. Hökm satış məqsədini əsaslandırmaq üçün əsasən beş bükümə, tərəziyə, ümumi əməliyyat məlumatına, məhkumun işləməməsinə, gündə 7-10 manat narkotikə xərcləməsinə və narkotiki evdə gizlətmək əvəzinə üzərində daşımasına istinad edir. Bu hallar ayrı-ayrılıqda və birlikdə satış məqsədini şübhədən kənar sübut etmir. Hökm konkret satış hərəkəti və ya real alıcı müəyyən etmədən ittiham aktının ehtimalını nəticə kimi təkrar edir. Məhkəmə Təqsirləndirilən şəxs "heç bir yerdə işləmədiyi və maddi qazancı olmadığı" halda gündəlik narkotik istifadə etməsini satış niyyətinə dəlalət edən hal kimi göstərmişdir. Halbuki o, məhkəmədə zibilliklərdən əşyalar toplayıb satmaqla pul qazandığını, həm ailəsinə baxdığını, həm də narkotik almağa vəsait əldə etdiyini bildirmişdir. Qeyri-rəsmi və ya epizodik qazancın olması ayrıca yoxlanılmadan "maddi qazancın olmaması" nəticəsi çıxarılıb. Daha önəmlisi, yoxsulluq və ya işsizlik konkret satış məqsədini sübut edən hüquqi əlamət deyil. Hökmün Təqsirləndirilən şəxs narkotiki yaşadığı ünvanda gizlətmək imkanı olduğu halda üzərində daşımasından satış məqsədi çıxarması sırf fərziyyədir. O, narkotiki tutulmazdan qısa müddət əvvəl Bakıdan aldığını və evə çatmadan saxlanıldığını bildirmişdir. Bu izah işin zaman ardıcıllığı ilə uyğun gəlir və təkzib edilməyib. Şəxsi istifadə məqsədini sübut etmək və narkotiki niyə evdə saxlamadığını izah etmək vəzifəsi müdafiə tərəfinin üzərinə qoyula bilməz. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyası, işin faktiki halları, narkotik asılılığını təsdiq edən rəy, ailə vəziyyəti və cəzanın fərdiləşdirilməsi prinsipi nəzərə alınmaqla ədalətli və mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onun öz müdafiəsi üçün bu qisimdə gətirdiyi dəlillər təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsi həqiqəti əks etdirmir və cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini 5 bükümdə olmaqla saxlanılarkən həmin narkotik vasitələri üzərində saxlamış, 5 büküm narkotik vasitə olan heroindən başqa üzərində narkotik vasitə olan heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DIN-nin BƏSIIdən daxil olmuş tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay azadlıqdan məhrum edilmiş, ##.##.2014-cü tarixdə Qaradağ rayon Məhkəməsinin qərarına əsasən CM-nin 76.3.1-ci maddəsinə əsasən 07 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, ##.##.2015-ci il tarixdə cəzasını çəkib qurtarmış, Sumqayıt şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2 maddələri ilə təqsirli bilinib, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. ##.##.2024-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, ##.##.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır.Məhkumluğu ödənilməmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran hal kimi nəzərə almış, cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun əməlində cinayətin residivinin olmasını nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və onun əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-223/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-223/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver