Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-224/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə ##.##.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Yevlax Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə, qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsi, döngə 153 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmasının nəzərə alınması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, bundan başqa, Yevlax Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami Rayon Məkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma məqsədilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Sobhan” adlı şəxsin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə tiryəki gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən 2025-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən naməlum yerdən, vaxtda və şaraitdə İran İslam Respublikası vətəndaşı “Sobhan” adlı şəxsin göndərdiyi külli miqdarda - 570 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 250 qram çəkidə narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib ünvan 2 ünvanında yerləşən mənzilə daşıyaraq orada saxlamış, bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, İran İslam Respublikası vətəndaşı “Sobhan” adlı şəxsin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə metadon həblərini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən ## ### 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən naməlum yerdən, vaxtda və şəraitdə İran İslam Respublikası vətəndaşı “Sobhan” adlı şəxsin göndərdiyi külli miqdarda – 46 kq 385 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan 300 ədəd narkotik vasitə metadon tərkibli həbləri qanunsuz olaraq əldə edib Abşeron rayonu, Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsi, döngə 153 ünvanında yerləşən kirayə yaşadığı nömrəsiz fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ## ### 2025-ci il tarixdə, saat 22:25-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsi, döngə 153 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə ## ### 2025-ci il tarixdə saat 22:29-dan etibarən videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı həmin ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki hasarın kənarından onun təkrarən ## ### 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə edərək daşımaqla saxladığı 03 ədəd narıncı rəngli polietilen kisədə 45 (qırx beş) ədəd üzəri skoçlu sellofan bağlamalarda tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda çəkiləri 1030 qr, 1070 qr, 1015 qr, 1025 qr, 1025 qr, 1020 qr, 1015 qr, 1040 qr, 1020 qr, 1020 qr, 1050 qr, 1015 qr, 1030 qr, 1040 qr, 1010 qr, 1020 qr, 1025 qr, 1030 qr, 1015 qr, 1015 qr, 1020 qr, 1010 qr, 1040 qr, 1030 qr, 1035 qr, 1055 qr, 1015 qr, 1020 qr, 1030 qr, 1030 qr, 1030 qr, 1020 qr, 1085 qr, 1020 qr, 1030 qr, 1015 qr, 1025 qr, 1025 qr, 1045 qr, 1060 qr, 1065 qr, 1025 qr, 1030 qr, 1050 qr, 1045 qr olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 46 kq 385 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methadone 40” əmtəə göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 12 qram təşkil edən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə metodon tərkibli həblər aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə özünün razılığı və iştirakı ilə ## ### 2025-ci il tarixdə saat 00:05-dən etibarən videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı həmin ünvanda yerləşən mənzilin yataq otağında olan dolabın içərisindən onun 2025-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə edərək daşımaqla saxladığı 01 ədəd ağ rəngli sellofan bağlamada təmiz çəkisi külli miqdarda 570 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi külli miqdarda 250 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və üzərində narkotik vasitə qurudulmuş marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə düzgün baxılıb bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun haqqında çıxardığı hökmlə qəti şəkildə razı deyildir. Məhkəmə proseslərində dəfələrlə günahsız olduğunu sübut etməyə çalışsa da, buna baxmayaraq vəsatətlərini qəbul etməmiş, haqsız yerə on bir il cəza verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünü ləğv edərək təqsirləndirilən şəxs barəsində bəraətverici qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri könüllü təhvil verdiyini bildirmişdir. Eynu zamanda saxlanıldığı ilk andan məlum narkotikanın Qaradağ rayon ərazisində işiqforun altında olan avtomobildən götürdüyünü qeyd etmişdir. Lakin həmin narkotikanın sifarişçisi olmadığını həm istintaq zamanı, həm də məhkəmə zamanı bildirmişdir. Təqsirləndirilən şəxs onu da bildirmişdir ki, özünün narkotika asılılığı vardır. Həmin əraziyədə özünə məxsus narkotikanı götürmək üçün gedib. Natkotika ilə dolu "Mersedes" markalı avtomobilin sahibinin kim olmasını və sifarişin kim tərəfindən verilməsini bilmir. Sifarişçinin kim olduğunu bilmədiyi 46 kq narkotikanı isə İran İslam Respublikasının vətəndaşı olan Sübhan adlı şəxsdən 20-25000 min manat pul aldıqdan sonra polisə könüllü təhvil verəcəyini bildirib. Həmin narkotikanıda polislər onun ünvanına gələn zaman könüllü də təhvil verib. Buna dair video görüntülər var. Daha sonra Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, onun telefonundan narkotikanı satmaq ücün şəxslərin telefon nömrələri, SMS yazışmaları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs X1 l(***)-***/**** nömrəli cinayət işi üzrə ##.##.2026-cı il tarixdə məhkəmə araşdırması zamanı məhkəməyə bildirmişdir ki, iş üzrə müvafiq kamera görüntüləri götürülməyib, eyni zamanda istintaqa və məhkəməyə təqdim edilən kamera görüntüsündə çəkiliş ardıcıllığı pozulub, onun narkotikanı könüllü təhvil verməsi hissəsi qəsdən kəsilmişdir. Məhkəmədən disk (video görüntü) üzrə ekspertiza təyin edilməsini xahiş etsə də təmin edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, o, narkotika istifadəçisidir. Özünün istifadəsi üçün müxtəlif növ narkotikanı əldə edir və buna görədə həm ittiham aktında göstərilən "10 torpaq yarı daş" ifadsəsi özünün istifadə etdiyi narkotiklərə aiddir, bu ifadə 04-09-2024-cü ildə tərəfindən yazılmışdır. Həmin mesajı bu ittihamda əlaqələndirmək doğru deyil. Məhkəmə yenə bu halı araşdırmadan, nəzərə almadan və sual verərək üstündən keçmişdir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünü ləğv edərək təqsirləndirilən şəxs barəsində bəraətverici qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X2 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli, * nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində onsuz da pulu aldıqdan sonra narkotik vasitələri təhvil verəcəyini desə də, bunu etməmiş, narkotik vasitələri özündə saxlamış və polis orqanlarına bu barədə məlumat verməmiş, cinayət işi materiallarında olan mötəbər sübutlardan göründüyü kimi polis əməkdaşları əməliyyat məlumatı əsasında onun evinin qarşısına gələrək üstünün yoxlanılması zamanı polis əməkdaşının təklifi ilə o, narkotik vasitələrin yerini bildirmişdir. Cinayət qanunvericiliyinin və Plenum Qərarının izahından da göründüyü kimi şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkən bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni təhvil verməsi könüllü təqdim etmə hesab olunmur. Eyni zamanda apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası vurğulayır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, protokollara əlavə edilmiş videogörüntülər ilə və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin evindən və digər mənzildən aşkar olunmuş narkotik vasitələrin miqdarının çox olması və həmin narkotik vasitənin hazırlanmış ayrı-ayrı bükümlərdə olması və mənzildən tərəzinin aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitələri məhz satış məqsədilə əldə edib saxladığını və daşıdığını ehtiva edir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda (Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsi) və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə (Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsi) cinayətlərin residivi təhlükəli sayılır. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Yevlax Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun əməlində cinayətin təhlükəli residivinin olmasını nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-224/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-224/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver