Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-225/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim - Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər - X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 İbrahim oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə (hakim Vaqif Həsənov) ##.##.1988-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2025-ci il saat 02:40-dən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı vaxtdan, yəni ##.##.2026-cı il tarixdən hesablanması, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbarda saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,557 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İ. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf sellofan kəsiyi bükümündə çəkisi 0,607 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, ## #### 2025-ci il tarixdə saat 0142-də Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Mədəniyyət evinin qarşısında saxlanılaraq, orada həmin gün saat 0142-dən saat 0145-ə kimi üstünün yoxlanılması zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibində həmin bir ədəd bükümdə 0,607 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, mübahisəli hökmün dəyişdirilməsini və cəzasının azaldılmasını xahiş etmişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üzərində heç bir narkotik vasitə olmadığı halda Abşeron rayon Polis İdarəsinin əməkdaşları onu yaşadığı məhəllədə saxlayaraq polis idarəsinə aparmış, ona zor tətbiq edərək boynuna oğurluq qoymaq istəmiş, vaxitlə narkotik vasitədən istifadə etsə də heç vaxt oğurluq etmədiyini polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşlarının dedikləri ilə razılaşmadığına görə onu şərtlə buraxmağa razılaşaraq onu yenidən saxlanıldığı yerə apararaq orda guya narkotik vasitə aşkar olunacağını bildirmişlər. Polislərin dedikləri ilə razılaşmış, üzərindən guya 0,6 qram narkotik vasitə aşkar olunmuşdur. Buraxılandan sonra məhkəmə-tibb ekspertinə müraciət etsə də ekspert ona polisdən arayış gətirməsini bildirmiş, qorxduğu üçün polisdən arayış istəməmişdir. Deyilənləri nəzərə alıb ona təyin olunmuş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını mümkün qədər aşağı salınmasını məhkəmədən xahiş etmişdir. III. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs çıxış edərək əvvəlki cəzasını çəkib qurtardığına görə ona residiv nəzərə alınmadan aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İbrahim oğlu çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirdi ki, təyin edilmiş cəza qanuni və əsaslıdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. IV.Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi barədə, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mübahisəli hökm dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs oğlunu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs özünü həm ibtidai istintaq zamanı, həm də birinci instansiya və apellyasiya məhkəməsində təqsirli bilmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu və ona qarşı zor tətbiq edildiyini bildirsə də məhkəmədə ancaq ona təyin edilmiş cəzanın azaldılmasını və ona cəza təyin edilərkən residivin nəzərə alınmamasını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edilməsi barədə birinci instansiya məhkəməsində heç nə bildirməmiş, əksinə üzərindən narkotik vasitə aşkar olunmasını qəbul etmişdir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə saat 02:40-də Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi başlama və icraata qəbul etmək haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ##.##.2025 -ci il tarixli, **/*** saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “H.Tacəddin ...” sözlər və imzalar olan kağız paketdəki, 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,607 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə CM-in 221.3, 62, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarı ilə çəkilmiş qalan 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzası 800 manat cərimə cəzası ilə əvəz olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3, 264, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 800 manat cərimə cəzasına məhkum edilmiş və 04 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş, ##.##.2013-cü ildə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı ilə ##.##.2012-ci il tarixli hökm dəyişdirilərək üzərində 04 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 800 manat cərimə cəzası təyin edilmiş, ##.##.2015-ci ildə təyin edilmiş cəriməni tam ödəmiş,##.##.2018-ci ildə cəza müddəti başa çatdığına görə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə barəsində 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 01 il 05 ay 03 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilmiş. ##.##.2022-ci il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 03 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2023-cü ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Sumqayıt Şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 03 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ##.##.2024-cü il tarixdə bitdiyindən, Sumqayıt Şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “xxxx” X1 Ambulator Məcburi-X3 haqqında ##.##.2025-ci il tarixli, **** saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,607 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ##.##.2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,557 qram narkotik vasitə heroinin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınmışdır. Belə ki, hökmdən də görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1 və 69.3cü maddələri tətbiq edilməklə barəsində 01 il 05 ay 29 gön müddətinə azadlıqdan məhrum etmə və 01 il 05 ay 03 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilmiş, ##.##.2022-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 03 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2023-cü ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, Sumqayıt Şəhər Probasiya Şöbəsinin məktubuna əsasən Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 03 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ##.##.2024-cü il tarixdə bitdiyindən, Sumqayıt Şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Lakin Təqsirləndirilən şəxs əlavə cəzanı çəkib qurtardığı gündən iki il keçmədən ##.##.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətdiyinə görə CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kоllеgiyаsı birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən CM-in 8, 18, 41.2, 58.3, 59, 61 və 65-ci maddələrinin tələblərinə tam riayət etmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq məhkəmə ona qanunla imkan verilən ən aşağı həddə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il ## ### tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayətin ictimai təhlükəliliyini, xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əməlində cinayətlərin residivi olmasını, ona təyin edilmiş cəzanın aşağı həddə olmasını və işin digər hallarını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İbrahim oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İbrahim oğluna məhkəmədə iştirak etdiyi cəmi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İbrahim oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-225/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-225/2026
20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver