Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-226/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X21 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X16 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs-mülki iddiaçılar zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 Əlihəsən oğlu, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 Məmməd oğlu, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və müdafiəçisi müdafiəçi1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi2, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi3 iştirakları ilə təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi4, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3, həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçılar zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakim Günel Ismayılova) təqsirləndirilən şəxs3 (##.##.1953-cü il tarixdə Qax rayonu, Zərnə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsili, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Sumqayıt şəhəri, yataqxana 6, Sülh küçəsi, məhəllə 76, fərdi yaşayış evində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ##.##.2025-ci il tarixdə tutulduğu 01 (bir) gün, ümumilikdə 05 (beş) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsı, zərərçəkmiş şəxs - mülki iddiaçı zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs3 qarşı 9000 (doqquz min) manat maddi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiasının qismən təmin edilməsi, təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs3 vurulmuş maddi ziyana görə 3000 (üç min) manat məbləğində pulun tutularaq zərər çəkmiş şəxs–mülki iddiaçı zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun mülki iddiaçıya aid edilməsi, zərərçəkmiş şəxs - mülki iddiaçı zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs3 qarşı 11000 (on bir min) manat maddi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiasının qismən təmin edilməsi, təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs3 vurulmuş maddi ziyana görə 3666,66 (üç min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun mülki iddiaçıya aid edilməsi, zərərçəkmiş şəxs - mülki iddiaçı zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs3 qarşı 5000 (beş min) manat maddi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiasının qismən təmin edilməsi, təqsirləndirilən şəxs-mülki cavabdeh təqsirləndirilən şəxs3 vurulmuş maddi ziyana görə 1666,66 (bir min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun mülki iddiaçıya aid edilməsi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qarşı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi; təqsirləndirilən şəxs2 (##.##.1964-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, üzərində məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq, 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsı; təqsirləndirilən şəxs1 (##.##.1978-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, üzərində məhkumluğu olmayan, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük savxozu, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ##.##.2025-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət, ümumilikdə 03 (üç) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ona görə məhkum edilmişlər ki, onlar, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı zərərçəkmiş şəxs5 soununcunun gəlini X11 Bərdə rayonu, Otuzikilər kəndində tam orta məktəbdə kitabxanaçı işinə düzəldəcəkləri ilə bağlı yalan vədlər verib onu aldadaraq ## ###### 2022- ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 20/2 ünvanında yerləşən “Məhsul” kafesində 6.000 (altı min) manat pulunu ələ keçirib, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs5 6.000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı zərərçəkmiş şəxs5 qohumu X6 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəkləri ilə bağlı yalan vədlər verib onu aldadaraq, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 20/2 ünvanında yerləşən «Məhsul» kafesində 10000 manat pulunu ələ keçirib, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs5 10000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs4 sonuncunun qızı X12 * saylı Bakı “ASAN xidmət” mərkəzində işə düzəldəcəkləri ilə bağlı yalan vədlər verib onu aldadaraq, ## #### 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Ləvəngi” kafesində restoranında 9.000 (doqquz min) manat pulunu ələ keçirib, zərər çəkmiş zərərçəkmiş şəxs4 9.000 (doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs3 sonuncunun qardaşının arvadı X9 Sabirabad rayonu, Məmişlər kəndində yerləşən orta məktəbdə müəllimə kimi işə düzəldəcəkləri ilə bağlı yalan vədlər verib onu aldadaraq, ## #### 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən “xxxx” ASC-nin filialında zərərçəkmiş şəxs3 tərəfindən istifadəsində olan 409809********** nömrəli kart hesabına 5000 manat pulun göndərilməsinə nail olmaqla ələ keçirib zərər çəkmiş zərərçəkmiş şəxs3 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs2 sonuncunun qohumu X13 rayonu, Xırdalan şəhərində yerləşən * saylı tam orta məktəbə tarix müəllimi kimi işə düzəldəcəyi ilə bağlı yalan vədlər verib onu aldadaraq, ## #### 2023-cü il tarixdə Sumqayıt şəhərinin çıxışında dairəvi yoldan irəlidə yerləşən “Bayatı” restoranın yaxınlığında 11.000 (on bir min) manat pulunu elə keçirib, zərər çəkmiş zərərçəkmiş şəxs2 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs3 təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən tanışlarının olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, sonuncuya xarici ölkədə ali təhsil alması barədə diplomunu təsdiqlətdirəcəyinə dair yalan vəd verib aldadaraq, bunun müqabilində ##.##.2023-cü il tarixdə Sumqayıt şəhəri, Babək küçəsində yerləşən “Gold Qayalı” marketin yaxınlığında yerləşən kafelərdən birində zərərçəkmiş şəxs1 əvvəlcə nağd şəkildə 1.000 manat, daha sonra həmin tarixdə və həmin ünvanda olarkən istifadəsində olan “xxxx” ASC-yə aid 4098- ****-****-**** saylı bank kartı hesabına 1.000 manat pulun köçürülməsinə nail olmaqla ümumilikdə 2.000 (iki min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi zərər vurub təkrar dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi4 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxs1 barəsində Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il hökmünü ləğv edərək, onun barəsində AR CPM-nin 39.2-ci maddəsinə əsasən cinayətə aidiyyatı olmadığından bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində məhkəmə çəkişməsi qanunsuz və ədalətsiz aparılmış, qərəzli olaraq ona ittihamedici mövqe tutulmuşdur. Hökm təqsirləndirilən şəxs1 haqqında qanunsuz və əsassız olduğundan apellyasiya baxışı məhkəmə istintaqı aparılmaqla keçirilməli və aşağıda şərh olunanlara əsasən ləğv olunub təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmədiyinə görə barəsində hökm ləğv edilməli, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Əvvəla qeyd edir ki, təqsirləndirilən şəxs1 heç bir təqsirinin olmaması birinci isntansiya məhkəməsində məhkəmə istintaqında tam sübuta yetirlilmişdir. Belə ki, heç bir zərərçəkən ondan şikayətçi olmamış, yalnız bir zərərçəkən ondan əsassız şikayətçi olduğu halda həmin zərərçəkənə dəymiş zərər təqsirləndirilən şəxs1 yaxın qohumları tərəfindən ödənilmiş, digər zərərçəkmiş şəxslər isə ümumiyyətlə təqsirləndirilən şəxs1 şikayətçi olmamış, ondan hər hansı məbləğ tələb etməmiş, onun həbs edilməsini tələb etməmişlər. Əslində həmin zərərçəkmiş şəxslər təqsirləndirilən şəxs1 həbsinə etiraz edərək onun təqsiri olmadığı halda əsassız həbs edilməsinə etiraz etmişlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək, hökmün qərəzli olmasını, ağır əməliyyat keçirməsinin, həyat yoldaşının ağır xəstə olmasının, 73 yaşının, təqaüdçü olmasının, uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmasının məhkəmə tərəfindən nəzərə alınmadığını göstərmişdir. Zərərçəkmişlər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 eyni məzmunlu apallyasiya şikayətləri verərək, cinayət nəticəsində vurulmuş maddi ziyan - 9000 (doqquz min) AZN pul vəsaitinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tutularaq zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsini, cinayət nəticəsində vurulmuş maddi ziyan 11000 (on bir min) AZN pul vəsaitinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tutularaq zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsini, cinayət nəticəsində vurulmuş maddi ziyan - 5000 (beş min) AZN pul vəsaitinin birbaşa təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tutularaq zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsini, vurduğu ziyanı ödəmədiyi halda təqsirləndirilən şəxs3 daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişlər. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verməmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi1, təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 çıxışlarında vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını nəzərə alaraq, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdilər. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı dövlət ittihamçısı1 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi4 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədiyini, o cümlədən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.14-cü bəndində qeyd olunan halların tətbiq edilməsini, təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16-cı bəndində qeyd olunan halların tətbiq edilməsini və təqsirləndirilən şəxslərin cəzadan azad olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ayrı ayrılıqda barələrində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs-mülki iddiaçılar zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 Əlihəsən oğlu, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 Məmməd oğlu vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını bildirdilər. Həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçılar zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 apellyasiya şikayətindən və mülki iddiadan imtina etdiklərini, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdilər. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxslər barəsində amnistiya qərarının tətbiq edilməsi barədə təqsirləndirilən şəxslərin, dövlət ittihamçısının, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı cəza verilməsinə dair müdafiəçilərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxslər barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsləri və şahid ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlarla təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi4 apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müdafiəçi müdafiəçi4 apellyasiya şikayətində təqsirləndirilən şəxs1 barəsində Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il hökmünü ləğv edərək, onun barəsində AR CPM-nin 39.2-ci maddəsinə əsasən cinayətə aidiyyatı olmadığından bəraət hökmü çıxarılmasını xahiş etsə də, məhkəmə iclasında müdafiəçi müdafiəçi3 çıxışında vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını nəzərə alaraq, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini, təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanın ağır olmasını vurğulamaqla barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası sübutları hazırki qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanın ağır olması barədə təqsirləndirilən şəxs3 dəlillərini nəzərdən keçirib qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi hallar təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli ** saylı qərarında göstərilən tövsiyələrinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, zərəçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 Əlihəsən oğlu, zərərçəkmiş şəxs3 Sumqayıt şəhər * saylı notariat ofisində təsdiq olunmuş # #### 2026-cı il tarixli ərizələrində təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, iddia tələblərinin olmadıqlarını bildirmişlər. Həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 Məmməd oğlu Sumqayıt şəhər * saylı notariat ofisində təsdiq olunmuş # ###### 2026-cı il tarixli ərizəsində təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, onlarla barışdığını, iddia tələbinin olmadıgını bildirmişdir. Bundan başqa işdə olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 Sumqayıt şəhər * saylı notariat ofisində təsdiq olunmuş ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün onunla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Həmçinin işdə olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Bakı şəhəri ** saylı notariat ofisində təsdiq olunmuş ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs3 ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göründüyü kimi, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ittiham üzrə zərəçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilmişdir. Işdə olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ##.##.2019-cu il təvəllüdlü təvəllüdlü X4, ##.##.2022-ci il təvəllüdlü X2, ##.##.2023-cü il təvəllüdlü X3 adlı uşaqları var. Işdən görünür ki, təqsirləndirilən şəxs3 1953 təvəllüdlü olmaqla 73 yaşı, təqsirləndirilən şəxs2 1964-cü il təvəllüdlü olmaqla 62 yaşı vardır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı ilə amnistiya tətbiq edilən şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.14-cü bəndinə əsasən bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər cəzadan azad edilirlər. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə öhdəsində yetkinlik yaşına çatmayan övladı olan şəxslər cəzadan azad edilirlər. Həmin Qərarın 5.2.2-ci bəndində göstərilir ki, məhkəmələr bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.3-cü bəndinə əsasən məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Məhkəmə kollegiyası amnistiya aktının tələblərindən çıxış edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs3 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.14-cü maddəsi tətbiq edilməli və hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilməli və həbsdən azad edilməli, təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı maddəsi tətbiq edilməli və hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilməli və həbsdən azad edilməli, təqsirləndirilən şəxs2 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.14-cü maddəsi tətbiq edilməli və hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilməklə həbsdən azad olunmalıdırlar. Məhkəmə kollegiyası həmçinin verilmiş mülki iddialar üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərəçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 Əlihəsən oğlu, zərərçəkmiş şəxs3 Sumqayıt şəhər * saylı notariat ofisində təsdiq olunmuş # #### 2026-cı il tarixli ərizələrində təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, iddia tələblərinin olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmçin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, zərəçəkmiş şəxs-mülki iddiaçılar zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 Əlihəsən oğlu və zərərçəkmiş şəxs3 tərəfindən notarial qaydada verilmiş ərizə mülki iddiaçıların iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, mülki iddialar üzrə icraata xitam verilməlidir. Bundan başqa apellyasiya baxışı zamanı zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 Əlihəsən oğlu və zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməsinə müraciət edərək, apellyasiya şikayətlərindən imtina etdiklərini qeyd etmişlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin apellyasiya şikayətindən imtina və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə işdə iştirak edən şəxslərin fikirlərini dinləyib hesab edir ki, zərəçəkmiş şəxslərin apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətinin baxışına həmin hissədə xitam verilməlidir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilməli, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.14-cü bəndində qeyd olunan hallar tətbiq edilməli, təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16-cı bəndində qeyd olunan hallar tətbiq edilməli və təqsirləndirilən şəxslər cəzadan azad olunmalıdırlar. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi1, müdafiəçi2 və müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs X1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi1, müdafiəçi2 və müdafiəçi3 hər birinə ayrı-ayrılıqda məhkəmədə iştirak etdikləri cəmi 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198, 397-399, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi4, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilsin. təqsirləndirilən şəxs3 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.14-cü maddəsi tətbiq edilsin və hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasından həbsdən azad edilsin. təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı maddəsi tətbiq edilsin və hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasından həbsdən azad edilsin. təqsirləndirilən şəxs2 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.14-cü maddəsi tətbiq edilsin və hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasından həbsdən azad edilsin. təqsirləndirilən şəxs3 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. təqsirləndirilən şəxs1 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərarın icrası təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 həbsdən azad edilməsi hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasının rəhbərliyinə həvalə edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçılar zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3 apellyasiya şikaytlərindən imtinası qəbul edilsin, apellyasiya baxışına həmin hissədə xitam və mülki iddialar üzrə icraata xitam verilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-226/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-226/2026
05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver