Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-228/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, XXXTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakim Elşad Əliyev) ##.##.1997-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş XXXTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ## ###### 2026-cı ildən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılması, barəsində seçilmiş “polisin nəzarəti vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1 2- ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,264 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İ. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə XXXTəqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,314 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, ##.##.2026 cı il tarixdə saat 2109-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən X1 Xəstəxanasının arxasında saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,314 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq, götürülmüşdür. Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror-dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün, ona təqsirli bilindiyi maddə üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. II. Apellyasiya protestinin dəlilləri: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən XXXTəqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilərkən CM-in 2 və 41.2-ci maddələrinin normalarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli qərarının tələblərinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli * saylı qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Hökmdən göründüyü kimi, məhkəmə XXXTəqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni məhkumluğunun olmamasını, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. XXXTəqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoruyasına aiddir. O, satış məqsədi olmadan üzərində xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,314 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq saxladığını dərk etməklə həmin əməlləri birbaşa qəsdlə törətmişdir. Bu cinayət əməlləri eyni zamanda digər ictimai münasibətlərə də qəsd edib ziyan vurduqları üçün ictimai təhlükəsizlik, dövlət, idarə və müəssisələrinin normal fəaliyyəti, konkret fərdin sağlamlığı CM-in 234-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin əlavə obyektləri hesab olunur. Məhz ictimai təhlükəliliyinin xarakteri baxımından bu qəbildən olan cinayətlər CMdə ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər bölməsinə (X bölmə) aid edilmişdir. Hökmdən göründüyü kimi məhkəmə əsassız olaraq CM-in 59.2-ci maddəsinə əsasən XXXTəqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi - əməlindən səmimi peşman olmasını nəzərə almışdır. Halbuki, şəxsin törətdiyi əməldən səmimi peşiman olmasını bildirməsi onun CM-in 72.1ci maddəsində sadalanan şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir və buna görə də səmimi peçmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. CM-in 59.1.10-cu maddəsi isə, şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini cəzanı yüngülləşdirən hal kimi təsbit etmişdir. İş materiallarından bu halın tam tərsi müəyyən olunduğunu açıq aşkar görmək mümkündür. Belə ki, XXXTəqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilən zaman CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik maddə qəbul edir, ##.##.2026-cı il tarixdə saat 2109-da Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən X1 Xəstəxanasının arxasında piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, sorğu zamanı həmin metamfetamini iki gün əvvəl, yəni ##.##.2026-cı il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarından göründüyü kimi XXXTəqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı psixotrop maddə polis əməkdaşlarının keçirdiyi müvafiq tədbir nəticəsində aşkar edilərək götürülmüş və cinayət əməli polis əməkdaşlarının səyi nəticəsində aşkar edilmişdir. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, cinayət törətməyə meyilli olması, bu əməli səmimi etiraf edib-etməməsindən çox asılıdır. Çünki, səmimi etiraf şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq etməklə islah ediləcəyinə inamı azaldır. Bundan əlavə, iş materiallarından göründüyü kimi, XXXTəqsirləndirilən şəxs qanunsuz əldə etdiyi 0,314 qram çəkidə psixotrop maddə olan metamfetamin tərkib yaradan xeyli miqdardan bir neçə dəfə çoxdur. Belə olan halda məhkəmə XXXTəqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla haqlı olmamışdır. Göründüyü kimi, məhkəmə bu halda da qanunvericiliyin tələbindən çıxış etməmiş, islah olunmayan şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə XXXTəqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı göstərməklə kifayətlənmiş, həmin halın cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivini isə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilməsini təsbit etmişdir. Həmçinin, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olması müəyyən edilsə də həqiqətən şəxsin uşaqlarının maddi təminatında iştirak edibetməməsi, ailəsinin maddi ehtiyaclarını ödəyib-ödəməməsi aydınlaşdırılmamışdır. Həmçinin iş materiallarından görünür ki, XXXTəqsirləndirilən şəxs ailə başçısı olsa da özünün və ailəsinin şəxsi ehtiyaclarına xərcləməli olan məbləği narkotik maddəyə xərcləməklə ailəsinin maddi vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli, **** saylı rəyindən görünür ki, müayinə zamanı XXXTəqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Bununla da, narkotik maddə qəbul edicisi olan XXXTəqsirləndirilən şəxs həmin müddətdə davamlı olaraq narkotik maddə əldə edərək qəbul etməsini, eyni zamanda sonuncu dəfə metamfetmain psixotrop maddə əldə etməsinə əhəmiyyət verməmiş və təklif olunan 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına münasibətdə təqsirli bilindiyi maddənin saksiyasında olan nəzərdə tutulan yüngül cəza təyin etmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları da nəzərə almamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, XXXTəqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi istintaq olunmuş cinayət işinin icraatına ##.##.2026-ci ildə CPM-nin 39.1.12-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Həmin tələbnamədən və qərardan göründüyü kimi XXXTəqsirləndirilən şəxs ##.##.2025ci ildə polis əməkdaşları tərəfindən psixotrop maddə olan metamfetamin əldə etdiyinə görə Sumqayıt ŞPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanmış, həmin fakta görə barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və həmin cinayət işi üzrə icraata “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.16-cı bəndi və CPM-nin 39.1.12-ci maddəsi tətbiq edilməklə icraata xitam verilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ##.##.2025-ci ildə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra, təkrar ##.##.2026-cı il tarixdə eyni əməli törətmişdir. Belə olan halda, XXXTəqsirləndirilən şəxs özünün cinayətkar əməllərini davam etdirmək üçün kriminal qətiyyət formalaşmış və o, barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi istintaq olunmasına və cinayət məsuliyyətinə cəlb olmasına baxmayaraq, bundan nəticə çıxarmamış, qısa müddətdən sonra təkrar olaraq eyni cinayət əməlini törətmişdir. Şəxs barəsində ilk epizod üzrə cinayət əməlinə bəraətverici əsaslar olmadan xitam verilməsi, şəxs barəsində göstərilən xüsusatların hüquqi əhəmiyyətini, aktuallığını dəyişməmiş və bu hallar cəza təyini zamanı məhkəmə tərəfindən müşavirə otağında təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalı idi. Sadalanan xüsusatlara görə məhkəmə tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası təqsirləndirilən şəxsə islahedici təsir göstərmək iqtidarında deyil, əksinə, şəxsdə narkotik və ya psixotrop maddələrin qəbulunu davam etdirməsinə daha da stimullaşdırmışdır. Yəni, şəxsə, bir dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində cinayət işi istintaq olunması hər hansı bir xəbərdaredici təsir göstərmiş olsaydı, o ikinci dəfə bu əməli törətməzdi. Bu ona deməyə əsas verir ki, şəxs bugün də geniş əhatə dairəsində psixotrop maddələri qəbulunu axtarıb taparaq qəbul edir. Belə olan halda məhkəmə narkomaniya xəstəliyindən əziyyət çəkən, barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi istintaq olunmasına baxmayaraq təkrar olaraq CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədən XXXTəqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını teyin edərkən haqlı olmamışdır. Bütün bu qeyd edilən hallar təqsirləndirilən şəxsə azadllıqdan məhrum etmə cəzasının təyin edilməsini labüd etmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərə işin hallarına, törədilən cinayətin xarakterinə uyğun olmayan cəza təyin etməklə yanaşı, cəza təyini zamanı cinayət qanununun normasının tələblərini də pozmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış veri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Hazırki iş üzrə məhkəmə hökmdə XXXTəqsirləndirilən şəxs yaşayış yerini saat 2300-dan saat 0600-dək tərk etməsinə və Bakı, Sumqayıt səhərləri və Abşeron rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması müəyyən edilmişdir. Halbuki işin hallarından görünür ki, təqsirləndirilən şəxs ünvan 1 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və onun cəza müddətində Sumqayıt və Bakı şəhərlərində yaşamasını təsdiq edən, habelə bu şəhərlərdə olmasını zəruri edən hal yoxdur. Bu qaydada cəza müəyyən edilməsi isə həmin cəzanın məqsədi ilə bağlı tələbləri pozmuşdur. Hökmdə təqsirləndirilən şəxsin əhatə dairəsinin belə geniş seçilməsinin prosessual əsasları əsaslandırılmamış, əsaslandırılmış belə olsa idi narkomaniya xəstəliyindən əziyyət çəkən, barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi istintaq olduğu müddətdə təkrar olaraq eyni cinayət əməlini törədən şəxsə belə geniş əhatə dairsənin seçilməsi cəzanın məqsədlərinə xidmət edə bilməz. Həmçinin, şəxsin Abşeron rayonunda yaşamasına baxmayaraq hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmışdır. Məhkəmə XXXTəqsirləndirilən şəxsa cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almadan, müəyyən etdiyi yüngülləşdirən halı formal nəzərə almaqla, ona törətdiyi əmələ görə açıq-aşkar yüngül olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Halbuki, qeyd edilən Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Hazırkı halda məhkəmə yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik xarakter daşımaqla çəkindirici (preventiv) rol oynayan cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərindən kənara çıxmışdır. Beləliklə, məhkəmə CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, islah olunmayan şəxsə yüngül cəza təyin etmişdir. Göstərilənlərə əsasən XXXTəqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü, ona təqsirli bilindiyi maddə üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. III. Proses iştirakçılarının çıxışları Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs 2 il ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilib. Məhkəmənin gəldiyi qənaət işin faktiki hallarına uyğun olsa da, cəza təyini hissəsində təqsirləndirilən şəxsin şəxsiyyətinə və törədilmiş cinayətin xarakterinə uyğun olmamışdır. Məhkəməyədək və məhkəmə istintaqı zamanıTəqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bildirmiş, eləcə də iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs barəsində tərtib olunmuş tələbnamədən göründüyü kimi ##.##.2025-ci il tarixdə qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə etdiyinə görə Sumqayıt RPİnin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, onun barəsində olan CM-in 234.1ci maddəsi ilə olan cinayət işinin icraatına ##.##.2026-cı il tarixdə CPM-in 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətdikdən sonra ##.##.2026-cı ildə yenidən eyni əməli törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs onun barəsində amnistiya aktının tətbiqindən, eyni zamanda məhkəmənin, istintaq orqanının humanizm mövqeyindən istifadə etməklə yenidən eyni qaydada cinayət törətmiş, eyni zamanda məhkəmənarkoloji ekspertizasının rəyindən də göründüyü kimi narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun yenidən həmin cinayəti törətməsi ehtimalını daha da artırır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən onun saat 2300-dan saat 0600-dək yaşayış yerini tərk etməməsi, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmasını müəyyən etmişdir. İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs ünvan 1 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və onun cəza müddəti ərzində Bakı və Sumqayıt şəhərlərində olmasını zəruri edən hallar aşkar edilməmişdir. Hökmdə təqsirləndirilən şəxsin əhatə dairəsinin belə geniş seçilməsinin prosessual əsasları əsaslandırılmamış və təqsirləndirilən şəxs üçün belə geniş əhatə dairəsinin müəyyən edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Bütün sadalananlara əsasən hökmün dəyişdirilərək birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək, törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə alınaraq apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya instansiyası məhkəməsində apellyasiya protestinə etiraz edərək bildirdi ki, əvvəlki cinayət işi üzrə hökm çıxarılmamış və şəxs məhkum edilməmişdir. Cinayət işinin icraatına amnistiya aktının tətbiq edilməsi ilə xitam verilməsi şəxsin məhkum olunmaması deməkdir. Amnistiya aktının tətbiq edilməsi humanizm prinsipinin tərkib hissəsi olmaqla himayəsində azyaşlı uşağı olan təqsirləndirilən şəxsə güzəşt kimi nəzərdə tutulmuşdur. CM-də amnistiya aktı tətbiq edilmiş şəxs tərəfindən yenidən cinayət əməli törətməsinə görə şəxsin vəziyyətinin ağırlaşdırılması nəzərdə tutulmamışdır. Təyin edilmiş cəza qanuni və əsaslıdır. Cəza təyin edilərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmışdır. Apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. IV . Hüquqi məsələlər: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestini müzakirə edərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməyərək, hökmün dəyişdirilmədən saxlanılması, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməklə hökmün dəyişdirilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü XXXTəqsirləndirilən şəxs təyin olunmuş cəzaya münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüdudları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir prosessual qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, XXXTəqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, ona ittiham olunan cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmiş, XXXTəqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM -in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarından görünür ki, XXXTəqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmişdir. Onun əməli etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmış və bu hissə üzrə hökmün əsaslılığı apellyasiya protestində mübahisələndirilmir. Bu səbəbdən də məhkəmə kollegiyası sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də bəzi sübutların qeyd edilməsi qənaətinə gəlir. Belə ki, cinayət işi materiallarında olan: Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2026-cı il tarixli, **/*** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Saxlanılan şəxsTəqsirləndirilən şəxs...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,314 qram olan ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli, **** saylı rəyindən görünür ki, müayinə zamanı XXXTəqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, XXXTəqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına ##.##.2026-cı ildə CPM-in 39.1.12 və 40.2.2-ci maddələrinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin ##.##.2026-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, XXXTəqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, həmin tarixdə XXXTəqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Apellyasiya protestinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası XXXTəqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə dəlilləri ilə razılaşaraq hesab edir ki, XXXTəqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni tam əsaslandıra bilməmiş, təqsirləndirilən şəxsin azadlıqdan mərhum etmə növündə cəza çəkmədən islah edilməsinin mümkünlüyünün nədən ibarət olmasını hökmdə göstərməmişdir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1–ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu Cinayət Məcəlləsinin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən qanunun qeyd olunan normalarının, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət təqibi getsə də və onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verildikdən sonra yenidən eyni əməli törətməsi onun barəsində cinayət qanununun imtiyazlı normalarının tətbiq edilməsinin yetərli olmadığını, onun ancaq cəmiyyətdən təcrid olunmaqla islah oluna biləcəyini təsdiq edir. Göründüyü kimi birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eyni əmələ görə barəsində olan cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam olunmasını nəzərə almamış və ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Belə ki, təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs əvvəllər də eyni cinayət əməlinə barəsində cinayət təqibi aparılaraq bəraətverici olmayan əsaslarla həmin cinayət işinin icraatına xitam verilməsindən nəticə çıxarmamış, yenidən cinayət əməlini törətmişdir. Bu da onun islah olunmamasını göstərir. Cinayətin xarakterini, məqsəd və motivini, baş vermə səbəb və şəraitini, təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, barəsində azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi ilə onun islah olunması mümkündür və bu sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında daha səmərəli hesab edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası XXXTəqsirləndirilən şəxs barəsində hər hansı müstəsna hal müəyyən etməyərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alıb, təqsirləndirilən şəxsin islah edilməsi, habelə cəzanın digər məqsədlərinə nail olmaq üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə dövlət ittihamçısının birinci instansiya məhkəməsində təklif etdiyi və apellyasiya protestində xahiş etdiyi 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin təqsirləndirilən şəxsin şəxsiyyətinə, onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmayan həddə cəza olduğunu hesab edir. Belə ki, CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 3 il nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun himayəsində bir azyaşlı uşağının olması isə cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, onun üzərində aşkar olunmuş psixotrop maddənin miqdarı həmin psixotrop maddə üçün nəzərdə tutulmuş külli miqdara yaxın çəkidə deyil. Bütün bunlar təqsirləndirilən şəxs barəsində dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsini CM-in 8-ci maddəsində sadlanan ədalət prinsipinə uyğun olmadığını bir daha təsdiq edir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror-dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsaslar müəyyən edir və ona görə də hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilməli, XXXTəqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ## ###### 2026-cı ildən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Həmçinin Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs XXXTəqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. XXXTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. XXXTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. XXXTəqsirləndirilən şəxs ## ###### 2026-cı ildən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. XXXTəqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. XXXTəqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-228/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-228/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver