Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-229/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X11 ibarət tərkibdə, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Zərərçəkmiş zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi İbadət oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi İbadət oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (Hakim Qasımov Abusət Sahib oğlu) ##.##.1991-ci ildə Gürcüstan Respublikasının Marnueli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Balakən Rayon Məhkəməsinin 1(019)- **/**** saylı, ## ######## 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, Balakən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2024-cü il tarixli hökmü ilə qəti olaraq 02 il 11 ay 26 gün müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 (bir) il, 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 06 (altı) ay 28 (iyrimi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, əvvəlki hökm üzrə tutulduğu 02 (iki) gün habelə hazırkı cinayət işi üzrə tutulduğu 02 (iki) gün, tutulmanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ümumilikdə 07 (yeddi) ay 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyrimi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilməsi və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı şahid2 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanaraq onun əmisi X4 əlillik dərəcəsi ilə təqaüd düzəlməsində köməklik göstərəcəyini vəd verib aldadaraq bu niyyətlə zərərçəkmiş şəxs3 ## #### 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında şahid2 vasitəsi ilə göndərdiyi 6000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı şahid2 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanaraq onu Sumqayıt şəhər X1 şöbəsinə işə düzəlməsində köməklik göstərəcəyini vəd verib aldadaraq bu niyyətlə zərərçəkmiş şəxs2 ## #### 2023- cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, “Olimp” adı ilə fəaliyyət göstərən restoranın yaxınlığında şahid2 vasitəsi ilə göndərdiyi 2000 manat, ## #### 2023-cü il tarixdə şahid2la Abşeron rayonu, Novxanı qəsəbəsi, “Olimp” adı ilə fəaliyyət göstərən restoranın yaxınlığında şahid2 vasitəsi ilə göndərdiyi 10000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı şahid2 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanaraq Dövlət Gömrük orqanlarında işə düzəlməsində köməklik göstərəcəyini vəd verib aldadaraq bu niyyətlə zərərçəkmiş şəxs1 ## #### 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bakı Mühəndislər Universitetinin yaxınlığıda şahid2 vasitəsi ilə göndərdiyi 10000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. II. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi İbadət oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərəzli olaraq və bilə-bilə ədalətsiz və qanunsuz hökm çıxarmış, Təqsirləndirilən şəxs qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməsi üçün mötəbər sübutlar olmamasına baxmayaraq onu həmin cinayətlərin törədilməsində təqsirli bilmiş, məhkəmə istintaqı zamanı qanuni və ədalətli araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməklə təqsirləndirilən şəxsin xeyrinə olan fakt və sübutlar nəzərə alınmamış, qanunvericiliyin tələblərinə əməl edilməmiş, ümumiyyətlə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittihamda göstərilən cinayətləri törətməməsi ilə əlaqədar mövcud olan və təkzibolunmayan əsaslı hallar qanunsuz və əsassız olaraq nəzərə alınmamış, ədalətsiz, əsassız və qanunsuz hökm çıxarılmışdır. Qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli ittiham hökmündə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsinin zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materiallarında olan sənədlər, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, eləcə də onun pul vəsaitini əldə etməsini əks etdirən səsyazısı ilə tam sübuta yetirildiyi göstərilmiş, lakin sübut qismində istinad edilən həmin ifadələrin məzmunu hökmdə məhkəmə iclasında səsləndirilmiş formada öz əksini tapmamış, ibtidai istintaq dövründə tərtib edilmiş ittiham aktında həmin şəxslərin göstərilmiş ifadələrinin məzmunu hökmə köçürülmüşdür. Bildirir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü qeyd olunan cinayətlərin törədilməsində qismən təqsirli bilsə də məhkəmə istintaqının gedişində özünü təqsirli bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsləri tanımadığını, əvvəllər görmədiyini, konkret olaraq verilmiş ittihamda göstərilən məbləğlərlə pul vəsaitlərini zərərçəkmiş şəxslərdən almadığını, həmin şəxslərə hər hansı bir vəd vermədiyini bildirmiş, zərərçəkmiş şəxslərin ona ittihamda göstərilən məbləğlərdə pul vəsaitlərini vermədiklərini və bunu təsdiq edən sübutları təqdim etmədiklərini bildirmişdir. İş üzrə məhkəmə iclaslarında dindirilmiş zərərçəkmiş şəxslər verdikləri ifadələrində Təqsirləndirilən şəxs məhkəmədən əvvəl görmədiklərini, Zülfıyyənin onlara işlərini görməsi barədə vəd vermədiyini, ittihamda göstərilən məbləğlərdə pul vəsaitini Zülfiyyəyə vermədiklərini və ya ittihamda göstərilən məbləğlərdə pul vəsaitlərinin Təqsirləndirilən şəxs başqa şəxs və ya şəxslər tərəfindən çatdırılmasım görmədiklərini, bu barədə eşitdiklərini bildirmişlər. Belə ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 ##.##.2024-cü il tarixli və zərərçəkmiş şəxs3 ##.##.2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadələri, həmçinin şahid şahid2 ##.##.2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərdikləri xüsusatların əksəriyyəti Abşeron Rayon Məhkəməsinin 1(012)- ***/**** saylı, ##.##.2026-cı il tarixli ittiham hökmündə öz əksini tapmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və dindirilmiş hər 3 şəxs verdikləri ifadələrində hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Z.Abbaşovanı ümumiyyətlə tanımadıqlarını və görmədiklərini, Zülfiyyənin onlara işlərinin düzəlməsi barədə vəd vermədiyini, onlardan ittihamda göstərilən məbləğlərdə pulları almadığını, həmin pulların Zülfıyyəyə çatması barədə heç bir məlumat və sübutlarının olmadığını, işlərinin düzəlməsini şahid2 onlara vəd etdiyini, pulları Xəqaniyə verdiklərini, Xəqani tərəfindən pullar verilməzdən əvvəl Zülfiyyənin adının çəkilmədiyini, Xəqani tərəfindən Zülfiyyənin adının işlərin düzəlməsi üçün vəd edilmiş müddət keçdikdən sonra çəkildiyini bildirmiş, həmçinin ibtidai istintaq dövründə onların adından yazılmış ifadələri oxumadıqlarını və həmin ifadələrin düzgün olmadığını bildirmişlər. Bütün bunlara baxmayaraq hökmdə təqdim edilmiş sübutlarla Təqsirləndirilən şəxs Fəxrəddin qızının vəsaitləri birbaşa qəbul etməsinin tam şəkildə təsdiq olunduğu və həmin vəsaitlə müəyyən işlərin görülməsi istiqamətində üçüncü şəxsə göndərməsinə dair mötəbər sübut təqdim edə bilmədiyi göstərilmiş, lakin Təqsirləndirilən şəxs Fəxrəddin qızının vəsaitləri birbaşa qəbul etməsinin hansı sübutlarla tam şəkildə təsdiq olunduğu göstərilməmişdir.Eləcə də məhkəmə tərəfindən hökmdə Təqsirləndirilən şəxs Fəxrəddin qızı tərəfindən həmin vəsaitlə müəyyən işlərin görülməsi istiqamətində üçüncü şəxsə göndərməsinə dair mötəbər sübut təqdim edə bilməməsi barədə göstərilənlər absurd olmaqla şəxsin özünün təqsirsizliyini sübut etməyə borclu olmaması barədə qanunvericiliyin tələblərinə zidd olmaqla anlaşılan deyildir. Eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə yazılmış və eləcə də əvvəlki məhkəmə iclasları zamanı cinayətin törədilməsində özünü qismən təqsirli bilməsi barədə ifadələrinin doğruluğunu təsdiq edən hər hansı digər sübut və ya sübutlar mövcud olmamaqla həmin ifadələr ona qarşı CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın əsası kimi qəbul edilə və onun təqsirli bilinməsi üçün sübut qismində istinad edilə bilməz. Çünki cinayət işinin materiallarında Təqsirləndirilən şəxs AR CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda göstərilən cinayətləri törətməsini təsdiq edən hər hansı digər sübut və ya sübutlar mövcud deyildir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün nəticə hissəsindən narazı olduğunu bildirmişdir. III. Proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi İbadət oğlu apellyasiya instansiyası məhkəməsində şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, hökmü əsaslı hesab etmir. Heç bir mötəbər və əsaslı sübut olmadan ittihamedici hökm çıxarılmışdır. Təqsirləndirilən şəxsin hər üç zərərçəkmiş şəxsdən qeyd olunan məbləğdə pul vəsaitini alması heç bir halda təsdiq olunmur. Şahid qismində şahid2, zərərçəkən şəxslər və təqsirləndirilən şəxs dindirilib. Zərərçəkən şəxslər Xəqaninin onların tanışı olduğunu bildirmişdir. Xəqaninin onlara qeyd edilən işləri gördürmək üçün Zülfiyyə adlı tanışı olduğunu bildirdiyini deyiblər. Onlar Xəqani ilə görüşdüklərini, Xəqaninin Zülfiyyə ilə danışdığını, Zülfiyyənin bu işləri görə biləcəyini dediyini və pulu topladıqlarını, pulu sonra Xəqaniyə verdiklərini, Xəqaninin isə Zülfiyyəyə verdiyini demişlər. Onlar məhkəməyə verdikləri ifadələrində isə hər biri bildirmişlər ki, ümumiyyətlə bu işlərlə bağlı əvvəlcədən Zülfiyyə adlı şəxsi tanımamışlar. Onlara bu işlərin görülməsi müqabilində vədi və məbləği Xəqaninin dediyini bildirmişlər. Sonradan Zülfiyyənin adı hallanmışdır. Məhkəmə heç bir əsaslandırma etmədən pulların Zülfiyyəyə verildiyi qənaətinə gəlməsi qanunsuzdur. Zərərçəkən şəxslər ibtidai istintaqda Zülfiyyəni tanıdıqlarını, pulun ona verildiyini desələr də məhkəmədə Zülfiyyəni tanımadıqlarını, vədi onlara Xəqaninin verdiyini, Zülfiyyəyə pulun verilibverilməməsinə dair məlumatlarının olmadığını demişlər. Bu cür ziddiyyətli ifadənin səbəbi araşdırılmalı idi. Zərərçəkənlərə pulu verdikdən sonra Xəqaninin sonradan Zülfiyyənin onu aldatdığını dediyi halda nə üçün Xəqanidən də şikayət etməmələri barədə sual vermişdir. Zərərçəkən şəxslər Zülfiyyəni deyil, Xəqanini tanımışlar. X6 5 000 manatı nə üçün qaytarması araşdırılmayıb. Həmin epizod araşdırılmalı idi. Tərəfindən verilmiş vəsatətlər təmin edilməmişdir. Təqsirləndirilən şəxsin başqa cinayət işləri üzrə təqsirli olmasının hazırkı cinayət işinə hər hansı aidiyyəti yoxdur. Lakin təqsirləndirilən şəxsin də mövqeyini nəzərə alaraq bəraətverici hökm çıxarılmasını, yaxud himayəsində azyaşlı uşağının olmasının nəzərə alınaraq təyin edilmiş cəzanın təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, o ümumiyyətlə ibtidai istintaqa dəvət olunmamışdır. Əməliyyatçı ona anidən yaxınlaşaraq barəsində Abşeron Rayon Polis Şöbəsi tərəfindən axtarış açıldığını, məcburi qaydada polis şöbəsinə aparılmalı olduğunu demişdir. O, həmin vaxt polis şöbəsinə aparılıb müstəntiq Eldəniz Əsgərovu görmüşdür. O vaxtadək istintaqa dəvət olunmamışdır. O, ifadə vermədən, nəyisə imzalamadan birbaşa məhkəməyə çıxarılmışdır. Birinci dəfə məhkəmədə işə baxılarkən təqsirini etiraf edəcəyi halda yüngül cəza təyin ediləcəyi deyildiyi üçün özünü qismən təqsirli bilmişdir. Cinayət işinin yenidən araşdırılmasını xahiş edir.O, təqsirsizdir.Onun 10 yaşlı övladı var.Cəzanın yüngülləşdirilməsini, yaxud azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş zərərçəkmiş şəxs3 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilmişdir. Xəqaninin 5 000 manat pulu qaytarmasının səbəbi odur ki, onlar ondan pulun geri qaytarılmasını tələb etmişlər. Lakin sonradan o həbs olunmuşdur. Müdafiə tərəfi təqsirləndirilən şəxsin heç bir sənədi imzalamadığını, ifadə vermədiyini iddia edərək onların verdiyi ifadələrin yalan olduğunu irəli sürür. Təqsirləndirilən şəxs halbuki bir gündə 5 dəfə izahat verdiyi hallar olurdu. Pulların hamısı Zülfiyyədə olub. Həqiqətən pulları almadığı halda Xəqani ilə telefon danışığı zamanı zərərçəkənləri tanımadığını, pul və vəddən xəbəri olmadığını deyərdi. O isə "səbirli olmaq lazımdır, düzələcək" deyə bildirirdi. Şikayətlərin təmin olunmamasını xahiş etmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnamədən göründüyü kimi, o, əvvəllər də dəfələrlə eyni xarakterli cinayət əməli törətmişdir. Hazırkı cinayət işi üzrə ona elan edilmiş ittiham üzrə təqsiri kifayət qədər mötəbər sübutların məcmusu ilə təsdiq olunur. Təqsirləndirilən şəxs barəsində bəraətverici hökmün çıxarılması yaxud təyin edilmiş cəzanın təxirə salınması barədə əsas olmadığı üçün şikayətlərin təmin olunmamasını xahiş etmişdir. Digər zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. IV. Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayətləri təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmış və birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermiş, həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəyicənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, lakin cinayət əməli nəticəsində əldə etdiyi pul vəsaitinin ittihamda göstərildiyi kimi deyil, daha az məbləğlərdə olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsində ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından etibarən heç bir yerdə işləməmiş, təxminən 2-3 il əvvəl tanış olduğu şahid2 vasitəsilə müxtəlif şəxslərin əlillik üzrə pensiya təyin olunması, X1 orqanlarında və gömrük orqanlarında işə düzəldilməsi ilə bağlı müraciətlərini qəbul etmişdir. O, həmin məsələləri həll etmək imkanına malik olmadığı halda bunu edəcəyini vəd edərək, X5 pensiya məsələsinin həlli üçün 3000 manat, zərərçəkmiş şəxs2 X1 orqanlarında işə düzəldilməsi ilə bağlı 4000 manat, zərərçəkmiş şəxs1 gömrük orqanlarında işə düzəldilməsi ilə bağlı isə 3000 manat pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs göstərilən vəsaitləri qəbul etdiyini etiraf etmiş, lakin ittiham aktında qeyd edilən bəzi məbləğlərlə razılaşmadığını, məsələn, X5 işi ilə bağlı ona 6000 manat deyil, 3000 manat verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, ibtidai istintaq zamanı ifadəsini oxumağa imkan verilmədən tələsik imzaladığından onun məzmunu ilə tam tanış olmamış, bu səbəbdən də ifadədə göstərilən bəzi məlumatlar, o cümlədən zərərçəkmiş şəxslərdən aldığı pul məbləğləri düzgün əks etdirilməmişdir. O, zərərçəkmiş şəxs2 işinə görə 4000 manat aldığını və həmin vəsaiti “X7” İctimai Birliyinin sədri Firidun Məmmədova verdiyini, işin də məhz onun vasitəsilə həll ediləcəyinə inandığını, həmçinin əvvəllər qeyd olunan ictimai birlikdə mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışdığını, şahid2 isə jurnalist fəaliyyəti dövründən tanıdığını və sonuncunun da həmin işlərin Firidun Məmmədov tərəfindən görüləcəyindən xəbərdar olduğunu bildirmişdir. Bundan əlavə, o, zərərçəkmiş şəxslərlə şəxsən görüşmədiyini, yalnız zərərçəkmiş şəxs3la telefon əlaqəsi saxlamasını, zərərçəkmiş şəxs3 3000 manat, zərərçəkmiş şəxs2 isə 4000 manat məbləğində pul vəsaitini şahid2 vasitəsilə aldığını, həmin işlərin görülməsinin Firidun Məmmədov tərəfindən ona tapşırıldığını, bu işlərlə bağlı sənədləri və pul vəsaitlərini sonuncuya təqdim etdiyini, bunun müqabilində isə ona hər dəfə 300 manat pul verdiyini qeyd etmişdir. Sonda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı pul məbləğlərinin istintaq materiallarında düzgün əks olunmadığını, həmin vəsaitləri vəd etdiyi işlərin həlli məqsədilə digər şəxsə verdiyini və bir hissəsini öz şəxsi ehtiyaclarına sərf etdiyini, yalnız vasitəçi qismində iştirak etdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək niyyətində olduğunu, bununla əlaqədar dəfələrlə razılaşmağa cəhd etdiyini, lakin zərərçəkmiş şəxslər tərəfindən tələb olunan zərəri ödəməyə maddi imkanı olmadığı üçün razılığa gələ bilmədiklərini qeyd edərək, himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X4 onun əmisidir. Əmisi Cəlal ona 2023-cü ilin may ayında müraciət etmişdir ki, “ona əlillik pensiyası düzəltmək lazımdı”. O da bununla əlaqədar tanışı Xaqaniyə demişdir. O da bir nəfər qadın Zülfıyyə adlı şəxsin bu işlərlə məşğul olmasını deyib onunla danışmışdır. Zülfıyyə əmisinə əlillik dərəcəsi düzəltmək üçün 6000 manat pul istəmişdir. O da həmin pulu ## #### 2023-cü tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Bravo” supermarketin yanında Xəqaniyə vermişdir. Bundan sonra Xaqanidə həmin pulu aparıb Zülfıyyəyə vermişdir. Zülfıyyə ona 3 ay ərzində pensiyanı düzəldəcəyini söz versədə həmin sözünə əməl etməyib onu və Xəqanini aldatmışdır. Bundan sonra o, Zülfiyyəyə dəfələrlə zəng vurub maraqlansa da Zülfiyyə yaxın vaxtlarda işi düzəldəcəyini bildirmişdir. Zülfiyənin ona verdiyi vədlərdən bir daha əmin olmuşdur ki, Xəqani ondan aldığı vəsaiti Zülfiyəyə vermişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 iclas zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Xızı rayonu, Altağac qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Xızı RPŞin Təminat Hissəsinin sürücüsü vəzifəsində işləyir. Rütbəsi Rdır. O, 2020-ci ildən 2023-cü ilədək Xızı RPŞ-in DYPB-də Yol Patrul Xidməti inspektoru vəzifəsində işləmişdir. 2023-cü il aprel ayından o, xidmətini dəyişib Xızı rayon polis şöbəsinin təminat hissəsinə keçmişdir. Lakin sonradan 2023-cü ilin oktyabr ayında yenidən Sumqayıt şəhər DYPŞ-nə yol patrul xidməti inspektoru düzəlmək istəmişdir. Bu məqsədlə o, əvəllər tanıdığı şahid2 bildirmişdir. Xəqani də ona demişdir ki, “12000 manata düzələr”. O, Xəqani ilə birlikdə həmin günü Zülfiyyə ilə görüşərək danışmışlar və dediyi məbləğə razılaşmışlar. Sonra o, da ## #### 2023-cü il tarixdə Xəqaniyə 2000 manat qalan 10000 manatı isə ## #### 2023-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində vermişdir. Xaqanidə həmin pulu aparıb Zülfıyyəyə vermişdir. Lakin buna baxmayaraq Zülfıyyə ona söz vermişdir ki, “iş 1 ay müddətinə həll olacaqdır”. Lakin sonradan məlum olmuşdur ki, Zülfiyyə pulu aldıqdan sonra işi həll etməmişdir. Birinci instansiya məhkəməsinə dəvət edilərək, şahid qismində dindirilmiş zərərçəkmiş şəxs1 iclas zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Oğuz rayonu, Xaçmaz Ərazi Dairəsi, Xaçmaz kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. şahid2 tanıyır, Xəqani ilə münasibətləri hər zaman yaxşı olmuş aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, gömrük orqanlarında işə düzəlmək istəmiş, amma adam tapa bilməmişdir ki, ona bu işdə kömək etsin. Bu barədə tanışı Xəqaniyə demişdir. Xəqani də bir nəfər Zülfıyyə adlı şəxsin bu işlərlə məşğul olmasını ona deyib Zülfiyyə ilə danışmışdır. Zülfiyyə onu gömrük orqanlarına işə düzəltmək üçün Xəqaninin vasitəsi ilə ondan 10000 manat pul istəmişdir. Bundan sonra o, ## #### 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Xəqani ilə görüşərək Xəqaniyə 10000 manat pul vermişdir. Xaqani də həmin pulu aparıb Zülfıyyəyə vermişdir. Zülfiyyə ona 2-3 ay ərzində onu gömrük orqanlarına işə düzəldəcəyini söz versədə həmin sözünə əməl etməyib onu və Xəqanini aldatmışdır. Bundan sonra o, Zülfiyyəyə dəfələrlə zəng vurub maraqlansa da Zülfiyyə vəd verərək qısa vaxt ərzində işin həll ediləcəyini bildirmiş, lakin onu aldadıb işi həll etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 iclas zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs o, 2020-ci ildən tanıyır. Təqsirləndirilən şəxs ona özünü jurnalist kimi təqdim edərək yüksək vəzifəli qohumlarının olduğunu və kimin işi olsa həll edə biləcəyini bildirmişdir. O, bu barədə kirvəsi zərərçəkmiş şəxs3 əmisi X4 pensiya məsələsini həll edə biləcək Zülfiyyə adlı şəxsin olduğunu bildirmişdir. Vidadi onun fikrini dinlədikdən sonra onunla razılaşıb ona demişdir ki, həmin şəxslə danışıb ona bildirsin. O, zərərçəkmiş şəxs3 əmisi X4 pensiya məsələsini həll etmək məqsədi ilə 2023-cü ilin may ayının sonlarında Zülfiyyəyə kirvəsinin əmisinə pensiya düzəltmək lazım olduğunu bildirəndə Zülfiyyə ona demişdir ki, “kirvəm Vidadinin əmisi X4 pensiya məsələsini həll edə bilər”. Zülfiyyə bunun müqabilində ondan 6000 manat pul istəmişdir. O da Vidadiyə demiş, Vidadidə onunla razılaşıb ## #### 2023-cü il tarixdə Vidadi 6000 manat pulu gətirib Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Bazar Store” adlı mağazanın yanında ona vermişdir. O da həmin günü Təqsirləndirilən şəxs zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsinin girişində yerləşən yanacaq doldurma məntəqəsində görüşüb 6000 manat pulu Zülfiyyəyə vermişdir. Bundan sonra Zülfiyyə ona bildirmişdir ki, “X1nə və gömrüyə işə adam düzəldə bilərəm”. O, bununla bağlı tanışı zərərçəkmiş şəxs2 bildirmiş və Ehtiram onun razılşıb neçəyə başa gələcəyini soruşduqda o, Ehtirama bu barədə bildirmişdir ki, “öyrənib deyərəm”. Zülfiyyə ona demişdir ki, “X1 şöbəsinə işə düzəltmək üçün 12000 manat, gömrük orqanlarına işə düzəltmək üçün 10000 manat pul alacaqdır”. Ehtiram bununla razılaşmış və ## #### 2023cü il tarixdə onun kartına 2000 manat pul göndərmişdir. O da həmin günü 2000 manat pulu kartdan çıxarıb Zülfiyyə ilə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Olimp” adı ilə fəaliyyət göstərən restoranın yaxınlığında görüşərək 2000 manat pulu Zülfiyyəyə vermişdir. ## #### 2023-cü il tarixdə Ehtiram Abşeron rayonu, Saray qəsəbəsində onunla görüşüb ona 10000 manat vermişdir. O da həmin günü Zülfiyyə ilə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Olimp” adı ilə fəaliyyət göstərən restoranın yaxınlığında görüşərək 10000 manat pulu Zülfiyyəyə vermişdir. Bundan sonra o, qohumu zərərçəkmiş şəxs1 demişdir ki, “belə bir adam var Gömrük orqanlarına işə adam düzəldir”. Aqil ## #### 2023-cü il tarixdə onunla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində görüşərək ona 10000 manat pul vermişdir. O da həmin günü Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bakı Mühəndislər Universitetinin” yaxınlığıda görüşərək 10000 manat pulu Zülfiyyəyə vermişdir. Bundan sonra görmüşdür ki, Zülfiyyə onu aldadır, hər dəfə ona telefonla zəng edən zaman müxtəlif bəhanələr gətirərək nə qohumlarının işlərini düzəlmiş, nə də ondan aldığı pulları geri qaytarmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zülfiyə Abbasovanı jurnalist kimi tanımış, bəzi məsələlərdə onun həqiqətən iş həll etdiyini görmüş və etibar etməyə başlamışdır. Həmin işlərin həll edilməsində özünün maddi marağı olmadığını zərərçəkmiş şəxs1 dəymiş zərərdən 5000 manat hissəsini məcbur qalaraq özünün qaytardığını bildirmişdir. Onu da qeyd etmişdir ki, zərərçəkmiş şəxslər onunla yaxınlıq, dostluq münasibətlərində olduğu üçün onun vasitəsi ilə Zülfiyyəyə inanmışlar. Buna görə də, həmin şəxslərin qarşısında o, da pis vəziyyətdə qalmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir törədilməsində təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Balakən rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş hökmdən çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası saxlanılmışdır; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir; Bakı Şəhər Probasiya İdarəsinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin ## ######## 2024- cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün hissəsinin çəkilməsindən azad edildiyinə görə ## ###### 2026-cı il tarixdə probasiya qeydiyyatından çıxarılmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayətin törədilməsi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən qismən etiraf olunmuş, daha sonra isə ittihamı rədd etmiş, növbəti məhkəmə proseslərində isə ittihamın məzmunu ilə razılaşmış, lakin ona verilən məbləğin miqdarı ilə ittiham aktında göstərilən məbləq arasında uyğunsuzluq olduğunu bildirmişdir. Belə olan halda məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materiallarında olan sənədlər, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, eləcə də onun pul vəsaitini əldə etməsini əks etdirən səsyazısı ilə bu əməl tam sübuta yetirilmişdir. İşin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdikləri işdə olan digər sübutlarla təkzib edilmişdir. Həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli olaraq, törədilməsində ittiham olunduğu cinayət əməli üzrə özünü qismən təqsirli bildiyini, zərərçəkmiş şəxslərdən aldığı pul məbləğlərinin istintaq materiallarında düzgün göstərilmədiyini, həmin vəsaitləri şəxsi maraqları üçün deyil, onların müraciətlərinin həlli məqsədilə Firidun Məmmədova verdiyini və özünün yalnız vasitəçi qismində iştirak etdiyini bildirsə də, məhkəmə onun bu ifadəsini inandırıcı hesab etməmişdir. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin anket məlumatları və işin halları barədə ətraflı məlumat verə bilməmiş, zərərçəkmiş şəxslərlə əvvəldən hər hansı qohumluq və ya tanışlıq əlaqəsi olmadığı halda, maddi marağı olmadan vasitəçi qismində çıxış etməsini əsaslandıra bilməmişdir. İbtidai istintaq və ya məhkəmə dövründə başqa şəxsdən şikayətçi olmamış, həmçinin ziddiyətli hallardan biri də ondan ibarətdir ki, o, işlərin görülməsi üçün pul vəsaiti almadığını və ittiham olunduğu əməli törətmədiyini bildirdiyi halda, barəsində daha ətraflı məlumat vermədiyi və şikayət etmədiyi şəxsin adını çəkərək işləri onun vasitəsi ilə görəcəyini bildirmişdir. Bu hallar onun qeyri səmimi münasibət sərgilədiyini əks etdirməklə ifadələrinin ittihamdan yaxa qurtarmaq məqsədi ilə tez tez dəyişdiyini göstərmişdir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, o cümlədən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materiallarında olan sənədlər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, habelə onun Xəqani adlı şəxslə apardığı danışıqları, pul vəsaitinin alınmasını və işlərin həll ediləcəyinə dair öhdəliklər götürməsini əks etdirən səsyazıları onun məhkəmə iclasında verdiyi ifadələri təkzib etmişdir. Buna görə də birinci instansiya məhkəməsi həmin ifadələri təqsirləndirilən şəxsin özünümüdafiə və cinayət məsuliyyətindən yayınmağa yönəlmiş mövqe kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, məhkəmə sübutların məcmusuna qiymət verib, düzgün olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilmiş, ona həmin maddələri ilə cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» ##.##.2005-ci il tarixli qərarında göstərir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir(CPM-nin 349.5-ci maddəsi). Bundan başqa məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli və ## #### 2015-ci il 7 № -li qərarlarının tövsiyələrini nəzərə alır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.
3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 36-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarının məcmusuna qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəlməsini nəzərə alıb onun əməlinin həmin maddələrə tövsif edilməsini əsaslı saymışdır. Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsləri tanımadığını, əvvəllər görmədiyini, konkret olaraq verilmiş ittihamda göstərilən məbləğlərlə pul vəsaitlərini zərərçəkmiş şəxslərdən almadığını, həmin şəxslərə hər hansı bir vəd vermədiyini, zərərçəkmiş şəxslərin ona ittihamda göstərilən məbləğlərdə pul vəsaitlərini vermədiklərini və bunu təsdiq edən sübutları təqdim etmədiklərini qeyd etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sözügedən pul vəsaitlərinin (12.000(on iki min), 10.000(on min) və 6.000(altı min) manat) şahid2 deyil, birbaşa zərərçəkmiş şəxslərə məxsus olduğunu əvvəlcədən bilmiş, bu səbəbdən də onun niyyəti məhz həmin zərərçəkmiş şəxslərə qarşı yönəlmişdir. Digər tərəfdən, zərərçəkmiş şəxslər də müvafiq olaraq – zərərçəkmiş şəxs3 əmisi X4 əlillik dərəcəsi ilə təqaüd düzəlməsində, zərərçəkmiş şəxs2 Sumqayıt Şəhər X1 Şöbəsinə, zərərçəkmiş şəxs1 isə Dövlət Gömrük Komitəsinin orqanlarına işə düzəlməsində şahid2 deyil, məhz təqsirləndirilən şəxsin köməklik göstərəcəyini, onun bu işlərlə məşğul olduğunu bilmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə qeyd olunan məsələlərin həll ediləcəyi barədə məlumat verilmiş və sonuncular da müvafiq iş yerlərinə düzəlmənin və təqaüd təyinatının məhz təqsirləndirilən şəxs tərəfindən icra olunacağını dərk etmişlər. Təsadüfü deyil ki, zərərçəkmiş şəxslər yuxarıda sadalanan hallardan irəli gələrək yalnız Təqsirləndirilən şəxs polis orqanlarına şikayət etmişlər. Bundan başqa birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 da ifadəsində göstərmişdir ki, Zülfiyyə ona 3 ay ərzində pensiyanı düzəldəcəyini söz versədə həmin sözünə əməl etməyib onu və Xəqanini aldatmışdır. Bundan sonra o, Zülfiyyəyə dəfələrlə zəng vurub maraqlansa da Zülfiyyə yaxın vaxtlarda işi düzəldəcəyini bildirmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində ifadə verən Təqsirləndirilən şəxs da öz əməlini qismən etiraf etmiş, yalnız məbləğlərin düzgün olmadığını, həmin məsələləri həll etmək imkanına malik olmadığı halda bunu edəcəyini vəd edərək, X5 pensiya məsələsinin həlli üçün 3000 manat, zərərçəkmiş şəxs2 X1 orqanlarında işə düzəldilməsi ilə bağlı 4000 manat, zərərçəkmiş şəxs1 gömrük orqanlarında işə düzəldilməsi ilə bağlı isə 3000 manat pul aldığını bildirmişdir. O, həmçinin pul vəsaitlərini vəd etdiyi işlərin həlli məqsədilə digər şəxsə verdiyini və bir hissəsini öz şəxsi ehtiyaclarına sərf etdiyini, yalnız vasitəçi qismində iştirak etdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək niyyətində olduğunu, bununla əlaqədar dəfələrlə razılaşmağa cəhd etdiyini, lakin zərərçəkmiş şəxslər tərəfindən tələb olunan zərəri ödəməyə maddi imkanı olmadığı üçün razılığa gələ bilmədiklərini qeyd etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ## ### 2026cı il tarixli ərizədən görünür ki, o dəfələrlə zərərçəkmiş şəxslərlə əlaqə saxladığını və dəymiş ziyanı ödəmək niyyətində olduğunu bildirməyinə baxmayaraq onlar arasında heç bir razılıq əldə edilmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alan Məhkəmə Kollegiyası hesab edir ki, ona elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adıçəkilən təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4cü maddələrində nəzərdə tutulmuş bu əməlləri törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, bu əməllərin sonuncu tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq əsassız hesab edir. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini, ona təyin edilmiş cəza müddəti ilə bağlı şikayətin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun törətdiyi əməlin ictimai təhlükəliliyini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab etmişdir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə Kollegiyası da birinci instasiya məhkəməsinin Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı gəlidiyi nəticə əsaslı hesab edərək həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir(## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməlləri törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan...Hüquqları Məhkəməsinin # #### 2013cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi üçün əsas yoxdur. Bundan başqa iş materiallarında olan “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində ## ###### 2015-ci il təvəllüdlü X3 adlı övladı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Kollegiya təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın təxirə salınması ilə bağlı qeyd edir ki, göründüyü kimi qanunvericilikdə bu imperativ olaraq tənzimlənməmişdir. Buna görə də Məhkəmə vurulmuş ziyanın ödənilməməsini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və sosial ədalətin bərpası prinsiplərini əsas gətirərək, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması faktının onun barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi üçün yetərli əsas olmadığı qənaətinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza tətbiq edilməkdə məqsəd sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm de digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməməsi fonunda, cəzanın çəkilməsinin təxirə salınması zərərçəkmiş şəxslərin qanuni mənafelərinə xələl gətirə bilər. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs münasibətdə azadlıqdan məhrum etmə cəzasının seçilməsi həm qanunauyğun, həm də ədalətlidir və hazırkı mərhələdə CM-nin 79.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyildir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi İbadət oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.