Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3160/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X5 (sədrliyi və məruzəsi ilə), X3 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh “xxxx” PHŞ-nin nümayəndələri Nümayəndə, X2 iştirakı ilə, iddiaçı Iddiaçı cavabdeh “xxxx” PHŞyə qarşı (“xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Iddiaçı Iddiaçı cavabdeh “xxxx” PHŞ-yə qarşı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, dəymiş ziyana görə cavabdeh xxxxnə əsassız parklanma məntəqəsi əsasında ödənilmiş 2 manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci il tarixində Bakı şəhəri Bül -Bül prospekti 29-da avtomobilini park etmiş vəxxxx məlumat lövhəsi, həmçininxxxx proqramında həmin küçənin aktiv parklanma məntəqəsi olduğu üçün saat 12:47:21-dəxxxx proqramını aktiv edərək həmin yerdən uzaqlaşmışdır. Lakin həmin küçədə üzəri örtülmüş halda dayanma-durma qadağa nişanının mövcud olması, saat 13:45:32-də DYP əməkdaşları tərəfindən barəsində IXM-in 346.1-ci maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilməsinə səbəb olmuşdur. Cərimə tətbiq olunsa da,xxxx proqramı aktiv olduğu üçün ondan əsassız olaraq 4 manat ödəniş tutulmuşdur. Dayanma-durma qadağa nişanının mövcud olması Gədəbəy Rayon Məhkəməsinin 3(042) ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında öz əksini tapmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdehndən 2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 1091,1092.1, 1093; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53.3, 53.5, 53.6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ##.##.2025 ci il tarixdə avtomobilini Bakı şəhəri, Bül-bül prospekti 29 ünvanında yerləşən parklanma məntəqəsində saxlamış və mobil tətbiqlə parklanma saatını başlatmışdır. Həmçinin həmin ünvanda saxladığına görə X1 idarəsi tərəfindən avtomobil, dayanma-durma qaydalarının pozulması səbəbi ilə 20 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı barəsində cərimə tətbiq olunmağına baxmayaraq, ondan parklanma ödənişi kimi 2 manat pulun tutulmasının qanunsuz olduğunu əsas gətirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. “Yol hərəkəti haqqında” Qanunun müvafiq normalarının və parklanma qaydalarının təhlili göstərir ki, parklanma yerlərinin təşkili, idarə edilməsi və həmin yerlərdə parklanma fəaliyyətinə görə ödənişlərin yığılması qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş hüquqi əsaslarla həyata keçirilməlidir. Əgər müəyyən bir ərazidə xüsusi tədbirlər (yarışlar, təmir və s.) ilə əlaqədar olaraq dayanma-durma qaydaları müvəqqəti və ya daimi olaraq qadağan edilirsə, həmin zonada parklanma xidmətinin göstərilməsi və buna görə ödənişin tələb olunması hüquqi qüvvəsini itirmiş sayılır. Bu baxımdan həmin müddət ərzində mobil tətbiq vasitəsilə parklanma yerinin aktiv saxlanılması və vətəndaşlardan ödəniş tutulması qanunsuz hesab edilir. Hazırkı iş üzrə tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmamışdır. Belə ki, iddiaçının “xxxx” mobil tətbiqini aktivləşdirdiyi anda tərəflər arasında xidmət münasibətləri yaransa da, hadisə yerində parklanmanı qadağan edən yol nişanının quraşdırılması və parklanma lövhəsinin üzərinin örtülməsi ilə həmin ərazidə parklanma xidmətinin göstərilməsi qanunla (“Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsi) qeyri mümkün olmuşdur. Lakin bununla belə ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Bül-bül prospekti 29 ünvanında dayanma və durmanın müvəqqəti qadağan edilməsinə baxmayaraq, həmin ərazi üzrə parklanma sisteminin aktiv saxlanılması nəticəsində iddiaçıdan 2 manat məbləğində parklanma haqqı tutulmuşdur. Iş materiallarında olan fotoşəkil və inzibati xəta üzrə tətbiq edilmiş cərimə, həmin cərimədən verilmiş şikayətin təmin edilməməsi barədə məhkəmə qərarı həmin ərazidə nəqliyyat vasitələrinin saxlanılmasının qadağan olunduğunu təsdiq etmişdir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, eyni zaman kəsiyində və məkanda iddiaçıya qarşı həm inzibati tənbeh tədbirinin tətbiq edilməsi, həm də ondan parklanma haqqının tutulması bir-birilə ziddiyyət təşkil edir. Belə ki, dövlətin səlahiyyətli orqanı tərəfindən həmin ərazidə nəqliyyat vasitəsinin saxlanılması inzibati xəta hesab edilərək, iddiaçı barəsində cərimə tənbehi tətbiq edildiyi halda, cavabdeh “xxxx” PHŞ-nin həmin məkanda qanuni xidmət göstərilmiş kimi parklanma haqqı tutması ağlabatanlıq və sosial ədalət prinsipi ilə uyğunsuzluq təşkil edir. Ərazinin qanunsuz parklanma zonası olması dövlət tərəfindən cərimənin tətbiqi ilə təsdiq edildiyi halda, cavabdehin həmin yerdən istifadə ilə bağlı haqq tutması qanunazidd olmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarında əks olunmuş fotoşəkildən ərazidəki parklanma lövhəsinin üzərinin örtüldüyü görünsə də, bu hal cavabdeh tərəfindən yol hərəkətinin və məlumatlandırma sisteminin düzgün şəkildə təşkil edildiyinə dəlalət etmir. Belə ki, lövhənin üzərinin sadəcə örtülməsi vizual olaraq diqqətdən yayınmaqla, sürücülərin bunu vaxtında fərq etməməsi ilə nəticələnə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarına əsasən, cavabdehin iddiaçının hesabına əsassız varlandığı sübuta yetirildiyindən, parklanma haqqı kimi ödənilmiş 2 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməldir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxx” PHŞ-dən 2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq iddiaçı Iddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - “SMS Radar” proqramından çıxarışa əsasən Iddiaçı istifadəsində olan **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı Bül-bül pr, 29 ünvanında IXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir; - “xxxx” MMC-nin parklanma üçün nəzərdə tutulmuş tətbiqindən çıxarışa əsasən **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil Lev Tolstoy küçəsində (Bül-bül prospekti ilə kəsişmə) başlama vaxtı saat 12:47 olmaqla, saat 13:54-də, 1 saat, 07 dəqiqə, 17 saniyə üçün 2 manat məbləğində parkalanma ödənişi ödəminilmişdir; - Gədəbəy Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən Iddiaçı, barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti təmin edilməyərək, müvafiq qərar qüvvədə saxlanılmışdır; - Fotoünvan 1 ünvanında yerləşən parklanma məntəqəsi üçün nəzərdə tutulmuş lövhənin üzəri örtülmüş və əlavə olaraq, ##.##.2025-##.##.2025-ci il tarix aralığında dayanmadurmanın qadağan edilməsi barədə lövhə yerləşdirilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli Qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının 386, 1091, 1092.1, 1093; Inzibati Xətalar Məcəlləsinin 346-1.1; “Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli Qanununun 15; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9.9, 53.1, 53.16, 53.17; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il ## ###### tarixli ** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il ## #### tarixli ** nömrəli Fərmanının 1.7, 1.13, 2.21-1, 2.34, 2.35, 2.36-2; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # ######## tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “xxxxnin Nizamnaməsi”nin 1.2-ci bəndinə və 3.1.25-6-cı yarımbəndinə; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydasının” 2.1-ci bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumunun təsdiq edilmiş “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarınının 3.1, 3.2, 7.1, 15.4; “Bakı Apelyasiya Məhkəməsinin Azərbaycan Respublikası Inzibati Prosessual Məcələsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2025-ci il ## ##### tarixli Qərardadına; Konstitusiya Məhkəməsinin Plenumu “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il # ####### tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.2, 24.3, 32.3, 38.2, 77, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bildirmişdir ki, məhkəmənin sözügedən qətnaməsi qəbul edilərkən bir sıra prosessual və maddi normaları pozmuş, tətbiq edilməli olmayan maddi normaları tətbiq etmişdir. Məhkəmə aidiyyəti pozulmuşdur, sözügedən iddia tələbi Bakı Inzibati Məhkəməsində baxılmalı olmalı olsa da, Nərimanov Rayon Məhkəməsində baxılmışdır. Azərbaycan Respubliksının ərazisində yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinə dair müvafiq qərarları, o cümlədən onların quraşdırılması və götürülməsi, həmçinin Bakı şəhərində ümumi istifadədə olan yolarda parklanma yerlərinin təşkil edilməsi, həmin parklanma yerlərində istifadə edilməsi müqabilində ödənişlərin yığılması xxxxnin fəaliyyət istiqamətlərindən biri kimi yuxarıda qeyd edilən hüquqi aktlarla müəyyən olunmuş və bununla əlaqədar müvafiq səlahiyyət müstəsna olaraq AYNA-ya məxsusdur. Onu da qeyd etmişdir ki, parklanma yerlərində avtomobil parklamaya görə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğlərin yığılması və həmin vəsaitlərində məhz hansı istiqamətlərə xərclənməsi də məhz müvafiq hüquqi aktla AYNA-nın üzərinə vəzifə olaraq qoyulmuşdur.Onu da xüsusilə qeyd etmişdir ki, həmin sahələr ümumi (publik) hüquq sahələri olduğundan AYNA-nın həmin səlahiyyətlərin icrası üzrə səlahiyyətli inzibati orqandır. Iş materialarından da göründüyü kimi, iddiaçının iddia ərizəsi ilə məkəməyə müraciət etməsinə səbəb iddiaçının avtomobilini ##.##.2025-ci il tarixində Bakı şəhəri BülBül prospekti 29-da yerləşən parklanma məntəqəsində park etməsi, bununla əlaqədarxxxx proqramında həmin küçənin aktiv parklanma məntəqəsi olduğu üçün saat 12:47:21-dəxxxx proqramını aktiv etməsi, saat 13:45:32-də DYP əməkdaşları tərəfindən barəsində IXM-in 346.1-ci maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilməsinə səbəb olmuşdur. Cərimə tətbiq olunsa da,xxxx proqramı aktiv olduğu üçün ondan 4 manat ödəniş tutulmuşdur. Bununla əlaqədar qeyd etmək istəyir ki, iddiaçı avtomobilinin məhz AYNA-nın parklanma yerlərinin təşkil edilməsi və buna ödənişlərin yığılması sahəsində (ümumi (publik) hüquq sahə) ona məxsus səlahiyyətlərin həyata keçirilməsi çərçivəsində (publik hakimiyyət daşıyıcısı) təşkil etmiş parklanma yerində saxlamış və həmin parklanma yerində saxladığına görə ondan müvafiq məbləğdə ödəniş tutulmuşdur. Beləliklə göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında həmin parklanma məntəqəsi və parklanmaya görə edilmiş ödənişlə əlaqədar münasibətlər məhz müvafiq sahədə səlahiyyətli inzibati orqan olan AYNA ilə iddiaçı arasında olan ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələdir və sözügedən məsələ ilə əlaqədar məhkəmə aidiyyəti məhz müvafiq inzibati məhkəmələrdir. Lakin, hakim iddia ərizəsi ona daxil olarkən məhkəmə aidiyyəti məsələsini yoxlamamış, əsassız olaraq sözügedən iddia ərizəsini icraatına götürmüş, nəticədə sözügedən işdə səlahiyyətli hakim olmamasına baxmayaq müvafiq qətnamə qəbul etmişir. Apellyasiya şikayətinin yuxarı hissəsində istinad edilən hüquqi aktlardan da göründüyü kimi, Bakı şəhərinin inzibati ərazisi ilə yanaşı, Respublikanın digər ərazilərində də avtomobil yolarında yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrin tətbiqinidə səlahiyyətli inzibati qurum olan Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində xxxxnin səlahiyyətindədir. Hər-hansı bir digər şəxsin həmin səlahiyyətləri həyata keçirməsi qanunsuzdur. Bildirmişdir ki, iddiaçının avtomobilini P***** nömrəli parklanma məntəqəsinin qarşısındə AYNA tərəfindən heç vaxt 3.27 (dayanma və durma) qadağanedici nişanın quraşdırılması barədə qərar qəbul edilməmiş, sözügedən nişan quraşdırılmamışdır, həmçinin sözügedən ərazidə parklanma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə də qərar qəbul edilməmişdir. Onu da qeyd etmişdir ki, AYNA tərəfindən sözügedən ərazidə 3.27 (dayanma və durma) qadağanedici nişanın quraşdırılması ilə əlaqədar rəyin alınması məqsədi ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə müraciət edilməmişdir. Məhz bu səbəbdən sözügedən dövrdə P***** nömrəli parklanma məntəqəsi fəaliyyətdə olmuş, bununla əlaqədar sözügedən parkalanma məntəqəsindən ##.##.2025-ci il tarixdə 50 nəfər istifadə edərək öz avtomobilərini müxtəlif müddətlərdə saxlayaraq parklanmadan istifadə etdikləri üçün müvafiq ödənişlərixxxx mobil tətbiqinin vasitəsi ilə ödəmişlər. Yuxarıda qeyd edilən kimi, tərəflərindən P***** nömrəli parklanma məntəqəsi ləğv edilməmiş, fəaliyyəti dayandırılmamışdır. Məlumat üçün bildirmişdir ki, qanunvericilikdə hər-hansı bir nişanın onun üzərinin bağlanması yolu ilə qanuni güvvəsinin itirilməsi nəzərdə tutulmamışdır. Məhz bu səbəbdən sözügedən yol nişanının üzərinin örtülməsi onun hüquqi güvvəsinin itirilməsi kimi qəbul edilə bilməz. Birinci Instanisya Məhkəməsi özünün qətnaməsində Azərbaycan Respublikası MM-nin 386.1, 1091-ci, 1092.1 və 1093-cü madələrinə istinad etmişdir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, - “Hazırkı iş üzrə tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmamışdır. Belə ki, iddiaçının “xxxx” mobil tətbiqini aktivləşdirdiyi anda tərəflər arasında xidmət münasibətləri yaransa da, hadisə yerində parklanmanı qadağan edən yol nişanının quraşdırılması və parklanma lövhəsinin üzərinin örtülməsi ilə həmin ərazidə parklanma xidmətinin göstərilməsi qanunla (“Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsi) qeyrimümkün olmuşdur. Lakin bununla belə ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Bül-bül prospekti 29 ünvanında dayanma və durmanın müvəqqəti qadağan edilməsinə baxmayaraq, həmin ərazi üzrə parklanma sisteminin aktiv saxlanılması nəticəsində iddiaçıdan 2 manat məbləğində parklanma haqqı tutulmuşdur. Iş materialarında olan fotoşəkil və inzibati xəta üzrə tətbiq edilmiş cərimə, həmin cərimədən verilmiş şikayətin təmin edilməməsi barədə məhkəmə qərarı həmin ərazidə nəqliyyat vasitələrinin saxlanılmasının qadağan olunduğunu təsdiq etmişdir”. Bununla əlaqədar qeyd etmişdir ki, yuxarıda qeyd edilən kimi, iddiaçı ilə AYNA arasında olan hər-hansı müqavilə, o cümlədən xidməti münasibətlər olmamışdır.Yuxarıda qeyd edilən kimi, müvafiq hüquqi aktlarla ümumi (publik) hüquq sahə üzrə müvafiq səlahiyyətlərin həyata keçirilməsi çərçivəsində publik hakimiyyət daşıyıcısı olaraq AYNA-nın yaratdığı parklanma məntəqəsindən iddiaçını və ya diğər şəxslərin istifadə edərək özlərinə məxsus avtomobiləri park etmələri və buna görə müvafiq hüquqi aktlara əsasən parklanmaya görə ödənişlərin etməsi həmin parklanma yerini yaradan qurumla həmin parklanmadan istifadə edərək müvafiq ödənişləri edən şəxs arasında olan münasibətlər mülki münasibətlər deyil, məhz inzibati münasibətlərdir ki, sözügedən münasibətlərə mülki qanunvericiliyin maddi normalarının tətbiq edilməsi düzgün deyil. Digər tərəfdən məhkəmə sözügedən münasibətlərə istinad etdiyi normaları tətbiq etsə də, hansı səbəbdən sözügedən normaları tətbiq etdiyini açıqlamamış, sadəcə onları sadalamışdır. Iş materialarına baxdıqda belə görünür ki, iddiaçı ilə cavabdehin arasında hər-hansı bir müqavilə münasibətlərini təsdiq edəcək hər-hansı bir müqavilə əlavə edilməmiş, yəni sözügedən münasibətlərin məhz müqavilədən irəli gələn mülki münasibətlər olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi MM-nin 386-cı maddəsində qanunverici bir başa qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcələdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi haları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Ancaq iş materialarında göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə yoxdur (belə müqavilə ola da bilməz, çünki sözügedən münasibətlər qeyd etdiyimiz kimi inzibati münasibətlərdi, mülki münasibətlər deyil) və məhkəmə prosesində hər hansı bir müqavilə tədqiq edilməmişdir. Digər tərəfdən məhkəmənin istinad etdiyi Mülki Məcələnin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hazırki məhkəmə mübahisəsinə səbəb olmuş münasibətlərə sözügedən maddi normanı da tətbiq edə bilməz, çünki əvvəla yuxarıda qeyd edilən kimi sözügedən münasibətlər mülki münasibətlərdə irəli gələn münasibətlər deyil, inzibati münasibətlərdi, digər tərəfdən də sözügedən ödənişlərin parklanma yerinin istifadə edənlər tərəfindən ödənilməsi öhdəliyi (onlar qanunda nəzərdə tutulmuş ödənişi etmədən parklanma etsələr barələrində IXM-nin 346-1.1-ci maddəsi ilə inzibati protokol tərtib edilir) və parklanma yerinin təşkil edilməsi öhdəliyi də məhz hüquqi aktlarla tənzimlənir, yəni hətta sözügedən münasibətlər mülki münasibətlər çərçivəsində baxılmağa cəhd edilsə belə olar ki, sözügedən ödənişin ödənilməsinin qanuni əsasları mövcuddur və hadisənin baş verdiyi, həmçinin birinci instansiya məhkəməsinin qətnaməni qəbul etdiyi günə qüvvədə olmuşdur və hazırda da həmin qanuni əsaslar ləğv edilməmişlər, qüvvədədirlər və tam olaraq tətbiq edilirlər.Həmçinin qanunvericiliyə görə tərəflər arasında hər-hansı bir müqavilə bağlanmır. Məhkəmə iddiaçı ilə cavabdeh arasında olan münasibətləri müqavilə münasibətləri olduğunu qeyd etsə də, iş materialarından da göründüyü kimi, hər hansı bir müqavilə sübut olaraq materiala əlavə edilməmiş, məhkəmə prosesində tətdiqiq edilməmişdir. Lakin, məhkəmə əsassız olaraq öz qətnaməsində iddiaçı ilə cavabdeh arasında olan münasibətləri “etibarlı müqavilə münasibətləri yaranması”,” tərəflər arasında xidmət münasibətlər” kimi qiymətləndirmişdir. Digər tərəfdən məhkəmə prosesə əlavə edilməyən və tədqiq edilməyən hər hansı bir müqavilə olmadan hazırki işə müqavilə münasibətlərindən əmələ gələn iş kimi qiymət verməməlidir. Onu da xüsusilə qeyd etmək istərdik ki, bü mövge o cümlədən Konstitusia Məhkəməsinin bir sıra qərar və qəradadlarında da öz əksini tapmışdır. Belə ki, “Bakı Apelyasiya Məhkəməsinin Azərbaycan Respublikası Inzibati Prosessual Məcələsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2025-ci il ## ##### tarixli Qərardadında da öz əksini tapmışdır. Belə ki, həmin Qərardada əsasən, inzibati müqavilələr də inzibati hüquq münasibətlərini əmələ gətirdiyinə görə, bu hal belə müqavilələrdən yaranan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını zəruri edir. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il # ####### tarixli Qərarında da göstərmişdir ki, inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Parklanmaya dair AYNA-nın üzərinə qoyulmuş vəzifələr “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsində sadalanır. Həmin vəzifələrdən biri, sözügedən Qanunun 53-cü maddəsinin VII hissəsində qeyd edilmişdir.Belə ki,həmin hissəyə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Sözügedən fərdi parklanama talonlarını almayan şəxslərdə məhz AYNA-ya qarşı iddia ərizələri ilə Inzibati Məhkəmələr müraciət edirlər və sözügedən işlərlə əlaqədar qanuni güvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Misal üçün Azərbaycan Respublikası ALI Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli Qərarı,Bakı Inziabti Məhkəməsində *-*(***)-***/**** nömrəli iş, 2 1(112)-18809/2025, 2-1(112)-20111/2025 və s. Apellyasiya icraatında müəyyən edilən hallar: Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş “xxxx.az” servisindən istifadəyə dair razılaşmaya əsasən: 1.1.Bu istifadəyə dair razılaşma (bundan sonra - Razılaşma) http://xxxx.az/ Servisindən istifadə şərtlərini müəyyən edir. 1.2. Bu razılaşmanın məqsədləri üçün istifadə edilən terminlər aşağıda göstərilən mənanı ifadə edir. 1.2.8. Parklanma – “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - YHHQ) uyğun olaraq nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. 1.2.9. Parklanma yeri –yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun (küçə və prospektlərin) hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, YHHQ ilə müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş, nəqliyyat vasitəsinin parklanmasına görə ödəniş nəzərdə tutulan yerdir. Bu razılaşmada parklanma yeri dedikdə, yalnız ödənişli parklanma yerləri nəzərdə tutulur. 1.5. Bu Razılaşma ictimai ofertadır. Istifadəçi Servisdən istifadə etməyə başladıqda bu Razılaşmanın şərtlərini qəbul etmiş sayılır. 1.6. Administrasiya buna zərurət yarandığı istənilən vaxt birtərəfli qaydada bu Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir. 3.1. Servis vasitəsilə təqdim edilən xidmətlərdən istifadə edən hər bir istifadəçi öz nəqliyyat vasitəsini parklanma yerində park edərkən YHHQnin bütün qaydalarına riayət etməlidir. Nəqliyyat vasitəsi müvafiq yol nişanları və nişanlanma xətləri ilə işarələnmiş yerdə və müəyyən edilmiş üsulla park edilməlidir.6.7. Istifadəçi nəzərə almalıdır ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödənişin edilməməsinə və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödənişin edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən, inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmədiyinə görə Istifadəçi belə cəriməyə məruz qalsa da, parklanmaya görə yaranmış ödənş borcunu ödəməlidir. Cavabdeh “ AYNA” PHŞ elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı izahat təqdim etmiş, izahatda qeyd edilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XI hissəsinə əsasən parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Həmin maddənin XIV hissəsində ödənişli parklanma yerlərindən istifadə üçün yaradılmış xüsusi proqram təminatının QR-kodunun yerləşdirilməsi, XV hissəsində isə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən parklanma müddətinin SMS və ya xüsusi proqram təminatı vasitəsilə başladılması və başa çatdırılması, parklanma müddətindən asılı olaraq XI hissədə nəzərdə tutulmuş üsullardan biri vasitəsilə ödənişin həyata keçirilməsi müəyyən edilmişdir. Göstərilən normalardan aydın olur ki, xüsusi proqram təminatı parklanma münasibətinin hüquqi əsasını yaradan vasitə deyil, qanunvericiliklə müəyyən edilmiş parklanma və ödəniş qaydalarının elektron qaydada həyata keçirilməsini təmin edən vasitədir. “xxxx” mobil tətbiqi də məhz həmin funksiyanı yerinə yetirən xüsusi proqram təminatıdır. Bildirmək istərdik ki, “xxxx” mobil tətbiqinə daxil olduqda Profil adlı bölmənin tərkibində olan Qaydala və məxfilik olan hissəyə daxil olduqda Məxfilik olan keçir vasidəsi ilə istifadəçinin şəxsi məlumatların alınması, saxlanması, işlənməsi,istifadəsi, açılması və müdafiəsi qaydalarını tənzimləyən Əlavə,Qaydalar olan hissəyə daxil olduqda isə servisdən istifadə şərtlərini müəyyən edən qaydalar özündə əks etdirən Razılaşma ilə tanış olmaq olar. Bu təqdim edilmiş Razılaşmanın öz məzmunu ilə də təsdiq olunur. Belə ki, Razışlamanın 1.1-ci bəndində birbaşa olaraq həmin sənədin “xxxx” servisindən istifadə şərtlərini müəyyən etdiyi göstərilmişdir. Yəni Razılaşmanın predmeti parklanma münasibətinin yaradılması deyil, qanunvericilikdə nəzərdə tutulmuş xüsusi proqram təminatından istifadə qaydalarının müəyyən edilməsidir. Razılaşmanın məzmunundan da görünür ki, onunla Servisdə qeydiyyat, şəxsi kabinetdən istifadə, istifadəçi məlumatlarının daxil edilməsi, parklanma müddətinin başladılması və başa çatdırılması, ödənişlərin həyata keçirilməsi, habelə Servisdən istifadə ilə bağlı digər texniki məsələlər tənzimlənir. Eyni zamanda, parklanma yerinin müəyyən edilməsi, onun təşkili, parklanmaya görə ödəniş tarifləri tərəflərin həmin Razılaşma üzrə qarşılıqlı iradəsi əsasında müəyyən edilmir. Həmin məsələlər qüvvədə olan qanunvericilik və səlahiyyətli orqanların müvafiq qərarları ilə tənzimlənir. Belə ki, Razılaşmanın 1.2.8 və 1.2.9-cu bəndlərində “parklanma” və “parklanma yeri” anlayışları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq müəyyən edilmiş, 1.2.10-cu bəndində isə parklanmaya görə ödənişin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən tariflər əsasında hesablanmasının nəzərdə tutulması da bunu təsdiq edir. Bundan əlavə, Razılaşmanın 6.2-ci bəndinə əsasən parklanma yerlərindən istifadəyə görə ödəniş tarifləri qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumu tərəfindən müəyyən edilir və Administrasiyanın həmin tariflərə güzəşt etmək və ya ödəniş şərtlərini dəyişdirmək hüququ yoxdur. Beləliklə, istifadəçinin “xxxx” tətbiqində müvafiq şərtləri qəbul etməsi parklanma yerinin yaradılması və ya parklanma tarifinin tərəflər arasında razılaşdırılması barədə ayrıca müqavilə münasibəti yaratmır. Istifadəçi bununla qanunvericilikdə müəyyən edilmiş parklanma və ödəniş qaydalarının elektron formada həyata keçirilməsini təmin xüsusi proqram təminatından istifadə şərtlərini qəbul edir. Bununla yanaşı, Razılaşmanın 1.2.2-ci bəndinə əsasən Servisin Administrasiyası “xxxx” MMC, 1.2.7-ci bəndinə əsasən Razılaşmanın tərəfləri Administrasiya və Istifadəçi kimi müəyyən edilmişdir. xxxx həmin razılaşmanın tərəfi kimi göstərilməmişdir. Hətta Servisdən istifadə ilə əlaqədar müqavilə xarakterli münasibətin yarandığı qəbul edilsə belə, Razılaşmanın öz müddəalarına əsasən həmin münasibətin tərəfləri “xxxx” MMC və istifadəçidir. Bir daha bildiririk,xxxx isə həmin münasibətin tərəfi kimi müəyyən edilməmişdir. Beləliklə, təqdim edilmiş “Istifadəyə dair Razılaşma” parklanma münasibətinin hüquqi əsasını yaradan və onun əsas şərtlərini tərəflərin qarşılıqlı iradəsi ilə müəyyən edən müqavilə kimi deyil, qanunvericilikdə nəzərdə tutulmuş xüsusi proqram təminatından - “xxxx” Servisindən istifadə qaydalarını müəyyən edən sənəd kimi xarakterizə edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” PHŞ-nin nümayəndələri Nümayəndə, X2 apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı Iddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdeh “xxxx” MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. VII. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən: III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1 və 24.2-ci maddələrinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli 4-№-li qərarına əsasən: “Inzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “Inzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Inzibati icraat haqqında” Qanunun 28-ci maddəsinə əsasən: 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 71-ci maddəsinə əsasən: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin Inzibati mübahisələrin məhkəmə aidiyyəti adlı 2-ci maddəsinə əsasən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla,normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # ######## tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş xxxxnin Nizamnaməsinin müddəalarına əsasən:3.1.25-1. Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək; 3.1.25-3. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında parklanma yerlərini müəyyənləşdirmək, onları təşkil və idarə etmək, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkilində iştirak etmək, habelə parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət etmək və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etmək; 3.1.25-4. Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansındakı avtomobil duracaqlarını (qarajlarını) idarə etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələrinə aiddir. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır; 4.1.Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən: apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (384.0.5.) Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” # ####### 2012-ci il tarixli qərarına; “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarına; «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxsə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.Belə ki, işin hallarından müəyyn edilir ki, iddiaçı avtomobilini ##.##.2025-ci il tarixində Bakı şəhəri Bül-Bül prospekti 29-da yerləşən parklanma məntəqəsində park etmiş, bununla əlaqədarxxxx proqramında həmin küçənin aktiv parklanma məntəqəsi olduğu üçün saat 12:47:21-dəxxxx proqramını aktiv etmiş, saat 13:45:32-də DYP əməkdaşları tərəfindən barəsində IXM-in 346.1ci maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilmiş, 20 manat cərimə olunmasına baxmayaraq,xxxx proqramı aktiv olduğu üçün ondan 2 manat məbləğində parklanma ödənişi tutulmuşdur, iddiaçı ilə cavabdeh arasında həmin parklanma məntəqəsi və parklanmaya görə edilmiş ödənişlə əlaqədar münasibətlər məhz hüquqi şəxs “xxxx” MMC ilə baş vermiş və müvafiq sahədə səlahiyyətli hüquqi şəxs olan AYNA-nın hüquqi tənzimləmə (dövlət inhisarı) səlahiyyətlərinə aid olduğundan və onunla iddiaçı arasında olan ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələ olduğundan, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, cavabdeh kimi qeyd edilən hüquqi şəxs publik hakimiyyət daşıyıcısıdır və iddiaçı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir, mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və inzibati orqanla fiziki şəxs arasında inzibati aktın qəbul edilməsi, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 263-264, 391, 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” PHŞ-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ### 2026cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.