Məhkəmə qərarları › İş №1(3-8)-231/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-231/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-231/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İdris qızının və onun müdafiəçisi müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs İdris qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Xızı Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İdris qızının müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xızı Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə ## #### 1983-cü il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 54 ünvanında yaşayan Təqsirləndirilən şəxs İdris qızı Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs İdris qızı “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.12, 1.16 və 5.1-ci bəndlərinə əsasən təyin edilmiş cəzadan azad edilmiş, Təqsirləndirilən şəxs İdris qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs İdris qızı ## ###### 2025-ci il tarixdə, saat 20:00-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sportage” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 55-ci kilometrliyində yolun sağ hərəkət zolağı ilə təxminən 80 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq–yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırdığından, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyindən avtomobil sağa istiqamətlənək yoldan çıxıb aşmış, ehtiyatsızlıqdan baş vermiş hadisə nəticəsində “Kia Sportage” markalı avtomobilin sərnişinləri zərərçəkmiş şəxs4 ağciyərlərin kontuziyası və pnemotoraksla müşahidə olunmuş sol VI-IX-X-XI qabırğaların sınığı, VII boyun, VI-VIII döş, II bel fəqərələrinin çıxıntılarının yerdəyişən sınıqları, İ bel fəqərəsinin onurğa kanalını daraldan yerdəyişən sınıqları kimi insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır, zərərçəkmiş şəxs1 sol sirkə kasasının, sol oturaq və qasıq sümüklərinin, sağ əlin IV-V daraq sümüklərinin sınıqları, sol əlin kəsilmişdidilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır, zərərçəkmiş şəxs2 sağ bud sümüyünün qapalı yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır, zərərçəkmiş şəxs3 sol yuxarı ətrafın əziyi, sıyrıqları, sol diz oynağının əziyi, III-IV bel fəqərələrinin sağ yan çıxıntılarının sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurma ilə nəticələnən yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İdris qızının müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və yenidən baxılaraq bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü əsassızdır. İşin faktiki və hüququi hallarına düzgün qiymət verilməmişdir. Belə ki, tərəfimizdən həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə verilmiş vəsatətləri təmin edilməməsi səbəbindən bir sıra məsələlərə hüquqi qiymət verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs İdris qızı ## ###### 2025-ci il tarixdə, saat 20:00-da idarə etdiyi avtomobilin saz olması ilə bağlı ekspert rəyində olan bir sıra uyğunsuzluqların aradan qaldırılması üçün təkrar ekspertiza keçirilməmişdir. Eyni zamanda hadisə zamanı sükanın kənar müdaxilə nəticəsində qəza səbəbi ətraflı araşdırılmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs Yol Hərəkəti Qaydalarını pozması nəticəsində deyil, zərərçəkmiş şəxsin avtomobilin idarə olunmasına müdaxilə etməsi, o cümlədən sükan çarxına təsir göstərməsi nəticəsində baş vermişdir. Məhz həmin müdaxilə nəqliyyat vasitəsinin hərəkət trayektoriyasının dəyişməsinə və qəzanın baş verməsinə səbəb olmuşdur. Məhkəmə hökmündə isə təqsirin forması, epizoda uyğun əlaqələrə dair heç-bir qeydlər mövcud deyildir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İdris qızı və onun müdafiəçisi müdafiəçi2 oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Xızı Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və yenidən baxılaraq bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs İdris qızı CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sükana zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 müdaxiləsi əsasında yol-nəqliyyat qəzasının baş verdiyini göstərməsinə baxmayaraq bu hal heç bir şahid tərəfindən təsdiq edilməmişdir. Yalnız oğlu şahid şahid1 ifadəsində zərərçəkmiş şəxs4 yuxudan oyanan kimi sola anası tərəf atlanmasını, bu zaman maşının arxasının sürüşməsini, sükanın anidən sağa tərəf anidən fırlanmasını, oturacağın qarşısını kəsdiyindən sükanı sağa kimin fırlatdığını görmədiyini bildirmişdir. Digər şahidlər də sükanı kimin sağa fırlatmasını görmədiyini bildirmişlər. Zərəçəkmiş zərərçəkmiş şəxs4 isə onun sükanı sağa fırlatmağını bildirmişdir. Göründüyü kimi heç kəs zərərçəkmiş şəxs4 sükanı sağa fırlatmasını təsdiq etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, “Kia Sportage” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs İdris qızının hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yuxarıda sadalanlardan aydın olmuşdur ki, baş vermiş hadisə Təqsirləndirilən şəxs İdris qızının «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasını Qanununun tələblərini pozması olmuş və sonuncunun hərəkətləri ilə nəticə arasında səbəli əlaqə vardır. Buna uyğun olaraq sadalananlar verilmiş apellyasiya şikayətinin dəlillərinin əsaslı olmadığnı göstərir. Təqsirləndirilən şəxs İdris qızına təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarın: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.12-ci bəndinə əsasən qadınlar; 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ## #### 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İdris qızı əvvəllər məhkum olunmamışdır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs İdris qızının himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır - ##.##.2009-cu il təvəllüdlü şahid1 və ##.##.2017-ci il təvəllüdlü şahid2. Birinci instansiya məhkəməsi tərəfindən əsaslı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İdris qızının himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qanuna müvafiq qaydada təsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarını tətbiq etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xızı Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs İdris qızının müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və onun əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar