Məhkəmə qərarları › İş №1(3-8)-232/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-232/2026

27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-232/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qusar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (Hakim Səfərli Günel) ##.##.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,596 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş 02 ədəd CD diskin iş materiallarında saxlanılması hökm edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə, Quba rayonu Nügədi kəndində istintaqa bəlli olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd "Viceroy" aksiz marka adlı siqaret qutusunda kütlələri kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə-heroini satış məqsdədi olmadan üzərində saxlayıb daşıyaraq, onun cüzi bir hissəsini Quba rayonu ərazisində istifadə etmiş, Qusar şəhəri, B.Ağaverdiyev küçəsinə gəldikdən sonra Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ##.##.2026-cı il tarixdə saat 14:52-də narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və Qusar rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs Qusar şəhəri, B.Ağaverdiyev küçəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ##.##.2026-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş və şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə geyindiyi paltonun sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,646 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Qusar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün Nərminaov Teymur Fərhad oğluna təqsirli bilindiyi maddə üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, CM-in 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və pisxotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ##.##.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahıların 1-ci siyahısının 83-cü bəndində heroinin xeyli miqdarı 0,15 qram, külli miqdarı isə 2 qram, həmin siyahıların II siyahısının 118-ci bəndində isə metamfetaminin xeyli miqdarı 0,15 qram, külli miqdarı isə 2 qram olaraq müəyyən edilmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edərək üzərində saxladığı heroinin miqdarı 1,646 qram olub göstərilən həddən - 0,15 qramdan 10 dəfədən çox çəkidədir. Məhkəmə cəza təyini ilə bağlı CM-in 2, 8, 58.3-cü maddələrinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli ** nömrəli Qərarının tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzaya səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisələrin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin işin digər halları Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının yuxarı həddə təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Bundan başqa, iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə CM-in 279.1 və 228.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, həmin hökmdən verilmiş apellyasiya protesinə Sumqayıt Apellyasia Məhkəməsində baxılmaqla Təqsirləndirilən şəxs qeyd edilən Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə 02 il 06 ay müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilmişdir. Məhkəmə cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bu və digər halları da nəzərə almamış, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun şəxsiyyətini səciyyələndirən məlumatlar diqqətdən kənarda qalmışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayətlərə görə, həmçinin ictimai təhlükəliliyini kifayət qədər yüksəldəcək hal olan – qanunsuz əldə edib odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını üzərində saxlamaqla gəzdirməsi cinayətinə görə yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə məhkumluğunun ödənilməməsinin onun şəxsiyyətini xarakterizə edən hal olduğuna əhəmiyyət verməmiş, cinayətin ictimai təhlükəliliyini artıran hallardan olması kimi qiymətləndirməmiş, cəza təyini zamanı həmin xüsusatı nəzərə almamışdır. Əvvəllər təyin edilmiş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasından islah olunmayan, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə cinayətlərin residivinə görə təyin edilməsinə imkan verilən aşağı həddən cəmi 2 ay artıq, yəni 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə hökmündə əsaslandıra bilməmişdir. Halbuki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş yuxarı hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Eyni zamanda Respublikamızda narkomaniyaya qarşı aparılan daha kəskin və ciddi mübarizə tədbirləri nəzərdən qaçırılmamalı idi. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Lakin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən, cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Hökmdən göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməkdə haqlı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla, həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Işin faktiki hallarına əsasən isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə-heroin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbir nəticəsində aşkar edilərək götürülmüşdür. Hökmdən göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-in 72.1-ci maddəsinə görə, şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. CM-in 59.1.10-cu maddəsi isə şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini cəzanı yüngülləşdirən hal kimi təsbit etmişdir. Lakin iş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hərəkətlərində könüllü gələrək təqsirini boynuna alması kimi yüngülləşdirici hal olmamış, onun törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olmuş, o, cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzib olunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra törətdiyi cinayət əməlini etiraf etmiş, məhkəmə istintaqı zamanı isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, bu əməli səmimi etiraf edib-etməməsindən çox asılıdır. Çünki, səmimi etiraf şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq edilməklə islah ediləcəyinə inamı azaldır. Məhkəmə cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bu və digər halları da nəzərə almamış, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun şəxsiyyətini səciyyələndirən məlumatlar diqqətdən kənarda qalmışdır. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Bütün göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qusar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü, ona təqsirli bilindiyi maddə üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X3 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, protestin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək protestin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilərək hökmün dəyişdirilməsi barədə, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya protesti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya protesti qismən təmin edilməli və Qusar Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli ## ### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs Nərminaov Teymur Fərhad oğlu qeyd olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməklə yanaşı, onun bu əməli törətməsi şahidlərin ifadəsi və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onun əməli CM-in 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Hökmün qanuniliyi verilmiş apellyasiya protestində mübahisələndirilmir. Həmçinin hökmdən apellyasiya şikayəti də verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, cinayət işinin materiallarında olan: Məhkəmə kimyəvi ekspertizasının ## ###### 2026-cı il tarixli **/** №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DIN " Zərflər üçün № ***” möhür əksi. “##.##.2026; Qusar RPŞ-si; ##.##.2026-cı il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş ƏAT nəticəsində Quba şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər maddəsi; kağız paketitnin içərisində 01 ədəd ağ rəngli kağıza bükülmüş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,646 qram tünd-qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ambulator məhkəmə-narkoloji ekspertizasının ## ###### 2026-cı il tarixli **** №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası DIN BƏSII-dən alınmış ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair Işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2014-cü il tarixdə cəza müddəti bitdiyinə görə azad edilmiş, Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 2 (iki) il 6 (altı) aya qaldırılmış, sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə ##.##.2025-ci il tarixdə cəzadan azad olunmuşdur. Sumqayıt ŞPI tərəfindən ##.##.2000-ci il tarixdə Təqsirləndirilən şəxs 128-ci maddə ilə məsuliyyətə cəlb olunub, lakin CPM-nin 40.2.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlillərlə qismən razılaşır. Belə ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DIN-in BƏSII-dən alınmış tələbnamədən görünür ki, o, Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 2 (iki) il 6 (altı) aya qaldırılmış, sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə ##.##.2025-ci il tarixdə cəzadan azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bundan əvvəl də CM-in 228.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən az ağır cinayət törətmiş və CM-in 18.1-ci madəsinə əsasən onun əməli cinayətlərin residivini yaratmışdır. Bu da onun islah olunmadığını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı təqsirləndirilən şəxsin əməlini xarakterizə edən halları nəzərə almayaraq aşağı həddə yaxın azadlıqdan məhrumetmə cəzası təyin etməkdə haqlı olmamışdır. Birinci instnasiya məhkəməsi təqsirləndirilən şəxsə onun ittiham olunduğu CM-in maddəsinin sanksiyası həddində və CM-in 65.2-ci maddəsinin tələblərinə riayət etməklə cəza təyin etsə də təqsirləndirilən şəxsə əvvəlki törətdiyi cinayətlərə görə təyin edilmiş cəzaların müddətini nəzərə almamış, həmin müddətlərin təqsirləndirilən şəxsin islah olunmasına yetərli təsir etməməsini düzgün təhlil etməmişdir. Belə ki, tələbnamədən və qərarın surətindən göründüyü kimi təqsirləndirilən şəxsə sonuncu dəfə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən yenidən cinayət törədərkən həmin cəza müddətinin onun islah olunmasına təsir göstərmədiyinə əhəmiyyət verməyərək həmin müddətdən əhəmiyyətli dərəcədə fərqlənən aşağı həddə cəza təyin etmişdir ki, bu da cəza təyini zamanı CM-in 8-ci maddəsində sadlanan ədalət prinsipi ilə uyğunluq təşkil etməmişdir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 234.1-ci maddasinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, həmin cəzanın onun islah olmasına yetərli təsir etməməsini, onun şəxsiyyəti və ailə vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və cəzanın məqsədinə, yəni təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkumun, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona CM-in 234.1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının sanksiyası həddində cəzanın təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsaslar müəyyən edir və ona görə də hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qusar Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli ## ### 2026-cı il tarixli hökmü cəzanın yüngüllüyünə görə dəyişdirilməli və ona CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi cəmi 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qusar Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli ## ### 2026-cı il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar