Məhkəmə qərarları › İş №1(3-8)-236/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-236/2026

05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-236/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (hakim Elvin Teymur-Zadə) Təqsirləndirilən şəxs (##.##.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 1 (bir) il 5 (beş) ay 15 (on beş) gün (1 (bir) il 5 (beş) ay 13 (on üç) gün və 2 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti) hissəsi hazırki iş üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq dövründə ##.##.2024-cü il tarixdən ##.##.2024-cu il tarixədək, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddətin, həmçinin Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü üzrə azadlıqdan məhrumetmə cəzasının çəkilmiş 1 (bir) il 5 (beş) ay 13 (on üç) gün hissəsinin ona təyin olunmuş 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 10 (on) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunması, barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun həbsə alındığı ##.##.2026-cı il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 1 (bir) ədəd şəffaf rəngli sellofon bükümdə çəkisi 1,405 qram olan ağ rəngli kristallardan ibarət kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, Abşeron RPI-nin CAŞ-ın əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi ərazisində şübhəli şəxs qismində saxlanılmış, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofon bükümdə çəkisi 1,405 qram olan ağ rəngli kristallardan ibarət kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli hökmünün cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəza çəkmənin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. Belə ki, ##.##.2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarix üçün çəkilməmiş hissəsi 7 ay 4 gün kimi qeyd olunmuş və o, ##.##.2026-cı il tarixli qərarla cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən əvvəl törətməsini nəzərə alaraq ona CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin etsə də, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 1 il 5 ay 15 gün hissəsinin hazırki hökmlə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə toplayaraq (tam və ya qismən), həmçinin həmin hökmlə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsini qəti cəzaya hesablayaraq (yəni, çıxmaqla) qəti cəza müəyyən etməli olduğu halda, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Bundan başqa cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsindən bəhs edən CM-in 66-cı maddəsində (ümumiyyətlə Cinayət Məcəlləsində) cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın “çəkilmiş hissəsinin” tamamilə və ya qismən birləşdirilməsinə dair heç bir müddəa yoxdur. Həmçinin qeyd olunmalıdır ki, CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən təyin olunmuş qəti cəza hər iki hökm üzrə təyin olunmuş daha ciddi cəzaya bərabər və ya daha çox olmalıdır. Lakin hazırki iş üzrə təyin olunmuş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilmiş hissəsi olan 1 il 5 ay 15 gün ilə qismən toplanması zamanı (çəkilmiş cəzanın 6 aydan az hissəsini qismən toplamaqla və ya cəzanın çəkilmiş hissəsi 6 aydan az olmuş olsaydı) təyin olunacaq qəti cəzanın 2 ildən az olma imkanı mümkündür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestini müdafiə edərək, protestin dəlillərinə uyğun çıxış edərək, qanunun normasının düzgün tətbiq olunmaqla Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya protestinə etiraz etməyərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etdilər. Hüquqi məsələlər Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya protestinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməli, cəza təyini zamanı cinayət qanunu normasını düzgün tətbiq edilmədiyindən, Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, o cümlədən şahidlərin ifadələri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur və bu hissə üzrə hökmün əsaslılığı apellyasiya şikayətində mübahisələndirilmir. Bu səbəbdən də həmin sübutların hazırki qərarda təkrarlanmağı zəruri hesab edilmir. Apellyasiya protestinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3cü maddəsi tətbiq edilməklə şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəza çəkmənin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. ##.##.2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarix üçün çəkilməmiş hissəsi 7 ay 4 gün kimi qeyd olunmuş və o, ##.##.2026-cı il tarixli qərarla cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən əvvəl törətməsini nəzərə alaraq ona CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin etsə də, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 1 il 5 ay 15 gün hissəsinin hazırki hökmlə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, hazırki hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMin 66.5-ci maddəsinə əsasən, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 1 (bir) il 5 (beş) ay 15 (on beş) gün (1 (bir) il 5 (beş) ay 13 (on üç) gün və 2 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti) hissəsi hazırki iş üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq dövründə ##.##.2024-cü il tarixdən ##.##.2024cu il tarixədək, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddətin, həmçinin Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü üzrə azadlıqdan məhrumetmə cəzasının çəkilmiş 1 (bir) il 5 (beş) ay 13 (on üç) gün hissəsinin ona təyin olunmuş 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 10 (on) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası protestin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il ## ###### tarixli Qərarında göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl və ya hökm qanuni qüvvəyə minənədək törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Iş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ##.##.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, Təqsirləndirilən şəxs isə hazırki iş üzrə cinayət əməlini həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni ##.##.2024-cü il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs hər iki hökm üzrə təqsirli bilindiyi cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olduğundan bu hallar ona CM-in 66.2 və 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır. Bu isə o deməkdir ki, şəxsə CM-in 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə birinci və ikinci hökm üzrə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaqla, yaxud da az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edir və bundan sonra onun birinci hökm üzrə təyin olunmuş cəzanın hər hansı hissəsini çəkdiyi müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkməli cəzanın müddətini müəyyən edir. Belə olan halda məhkəmə təqsirkara cəzaların tamamilə və ya qismən toplamaq yolu qəti cəzanın təyin edilməli olması barədə qənaətə gəldikdə ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təqsirkarın tutulması, həbsdə saxlanılması müddəalar nəzərə alınmaqla üzərində saxlanılmış cəzanı deyil, ilk olaraq təyin edilmiş cəzanı tam və ya qismən toplayır və yalnız bundan sonra qəti cəzaya çəkilmiş (tutulmuş, həbsdə və ya ev dustaqlığında saxlanılmış) müddətləri qəti cəzaya hesablayır. Belə hüquqi mövqe həmçinin apellyasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il ## #### tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən, çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməli olmasını qeyd etsə də, cəza təyini zamanı faktiki olaraq həmin maddənin tələbinə əməl etməmişdir. Belə ki, məhkəmə Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına CM-in 66.5-ci maddəsinə əsasən qismən toplama yolu ilə qəti cəza təyin edib, bundan sonra CM-in 69.3-cü maddəsinə əsasən birinci hökmə əsasən həbsdə saxlama müddətini və çəkilən cəzanı, eləcə də hazırki iş üzrə həbsdə saxlama müddətini çıxaraq qəti cəza müəyyən etməli olduğu halda, cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-nin 403.0.2-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi hesab edilir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, apellyasiya protesti təmin edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 197, 198, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplama yolu ilə onun üzərində 2 (iki) il 4 (dördı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən çəkilmiş 1 (bir) il 5 (beş) ay 15 (on beş) gün (iki gün şübhəli şəxs qiymində saxlanılmışdır) müddətə azadlıqdan məhrum etmə cəzası və Ədliyyə Nazirliyi Müalicə Müəssisəsinin 07 yanvar 2026-cı il tarixli Aministiya tətbiq edilməsi barədə qərarı ilə azad olunduğu 7 (yeddi) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası, həmçinin hazırki iş üzrə həbsdə saxlanıldığı 4 (dörd) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Sumqayıt Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar