Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-237/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs Rufullayeva İnci Rauf qızının və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs Rufullayeva İnci Rauf qızı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (hakim Abusət Qasımov) ## #### 1990-cı ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 14 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə əlavə cəzanın çəkilməsi üçün müəyyən edilmiş 01 (bir) il 06 (altı) ay müddətə şamil edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C 230 minik» markalı, **-DU- *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülməsi, iş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manatın Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Rufullayeva İnci Rauf qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası cinayət iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, cinayət işi materialları Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; 391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını; 391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. Məhkəmə kollegiyası iş materiallarının tədqiqi nəticəsində müəyyən etmişdir ki, hazırkı cinayət işi üzrə məhkəmənin hazırlıq mərhələsində zərərçəkmiş şəxs Rufullayeva İnci Rauf qızı mülki iddia tələbinə dair ərizəsini məhkəməyə təqdim etmişdir (iş materialları səh. 125-127). Lakin iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən qəbul edilmiş hökmdə isə mülki iddianın olmaması qeyd edilmişdir. Qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulmuş, iş üzrə təqdim edilmiş mülki iddia ərizəsinə yekun məhkəmə aktı qəbul edərkən hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 391.9-ci maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Rufullayeva İnci Rauf qızı tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ləğv edilməli, cinayət işi materialları Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2.1-391.2.5, 391.9-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş Rufullayeva İnci Rauf qızı tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ləğv edilsin. Cinayət işi materialları Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilsin. Qərardan çıxarıldığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-237/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-237/2026
09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver