Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-238/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakimlər: Tariyel Quliyev (sədrlik edən), Asif Əliyev, Ilham Cəfərzadə) Təqsirləndirilən şəxs (## ###### 1989-cu ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Ağcəbədi rayonu, Yeni Qaradolaq ərazi dairəsi, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.2.4-cü maddəsi ilə 07 il müddətə, CM-in 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılması, qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması, məhkəmə iclas zalından dərhal həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlər yəni xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28- ci məhəllədə yerləşən “Bakı Gecələri” adlı kafedə Zərərçəkmiş şəxs onu söyməsini bəhanə gətirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan hərəkətlər edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai yerdə insanların gözü qarşısında ucadan sonuncunun ünvanına söyüş söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxsla dalaşaraq sinəsindən iki dəfə yumruqla vurduqdan sonra sonuncunu cəzalandırmaq məqsədi ilə silah qismində istifadə etdiyi üzərində gəzdirdiyi qara rəngli iti deşici-kəsici xassəyə malik bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsindən üç dəfə qəsdən vuraraq sonuncuya bel nahiyəsinin sağ yarısının kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, döş qəfəsinin arxa səthinin sol yarısının iki ədəd boşluğa nüfuz edən sol VII-IX qabırğa qövslərinin zədələnməsi ilə və soltərəfli hemopnevmatoraksla müşayiət olunan deşilmişkəsilmiş yaraları kimi dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuraraq bu hərəkətlərini 5 dəqiqə davam etdirməklə kafedə olan şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Cinayət Məcəlləsinin 58, 59 və 62-ci maddələrinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun şəxsiyyətini xarakterizə edən müsbət hallara formal qiymət vermiş, lakin həmin halların cəzanın növünə və müddətinə real təsir göstərməsini təmin etməmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı apellyasiya şikayətini müdafiə edərək, cəzasının yüngülləşdirilməsini xahiş etdi. Müdafiəçi müdafiəçi1 apellyasiya məhkəməsindəki çıxışında apellyasiya şikayətini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışında təyin olunmuş cəza ilə razılaşdıqlarını bildirib, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar olmadığını qeyd edib, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən təqsirləndirilən şəxsin və müdafiəçinin, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadəsini, məhkəmə-tibbi ekspertizasının rəyini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlarla Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngüləşdirilməsi barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hallar təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsinə əsas vermir. Apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi cəzanın ümumi məqsəd və prinsipləri baxımından əsaslı və ədalətli olmadığından, müdafiə tərəfinin dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal isə müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddələrin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələri ilə cəza təyin edərkən CM-nin 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin qəsdən törədilməsini, cinayətin törədilmə üsulunu kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli olmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməllərinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməli törətməsi sübuta yetirilmişdir və apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkum edilmiş şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrnin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddələr ilə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 197, 198, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-238/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-238/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver