Məhkəmə qərarları › İş №1(3-8)-240/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-240/2026

09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-240/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Kamran Nüsrət oğlu Muxtarov və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Fizulu oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Fizulu oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmamasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı vəsatət məhkəməyə daxil olmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 vəsatəti təmin edilməmişdir. Qeyd olunan qərardan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026cı il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin qərarı ilə razı deyil. Çünki müddətin üzürlü səbəbdən buraxılması barədə kifayət qədər möhtəbər sübutlarını məhkəməyə təqdim etmişdir. Həmin subutlar bir daha təsdiq edir ki, səhhətində yaranmış ciddi problemlər səbəbindən qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 zərərçəkən şəxs müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən rəsmi sənədlər təqdim etdiyi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 göstərdi ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Bununla bağlı xəstəlik kağızlarını təqdim etmişdir. Həmin sənədlər əsasında müddətin üzrlü səbəbdən ötürülməsi əsası ilə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək,tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməldir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli hökmü ## #### 2026-cı il il tarixdə çıxarılmış, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 isə həmin hökmdən ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən də aydın olur ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 səhhətində problemlər olduğundan müalicədə olmuşdur. Göründüyü kimi zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətinin verilmə müddəti üzürlü səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzürlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsinə əsasən apellyasiya protesti və ya apellyasiya şikayətinin verilməsi müddəti üzürlü səbəblərə görə buraxıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti təmin edilməli və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il il tarixli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384, 385, 386-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Fizulu oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmamasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il il tarixli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar