Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-241/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim - Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər - X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X15 Müdafiəsi üzrə Idarəsinin prokuroru X7, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə (Hakimlər X11 (sədrlik edən), X1 və X3) ## ###### 1993-cü ildə Salyan rayonu, Şikarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Qırxçıraq kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib ona CM-in 234.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddətin ona təyin olunan 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılması və üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Quba Rayon Polis Şöbəsinin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,386 qram metamfetamin, 1,09 qram heroin, 7 ədəd metadon həbi, 35 ədəd preqabalin kapsulu, 10 ədəd tramadol kapsulu, 0,5 ədəd narkotik vasitələrə mənsub olmayan həbin məhv edilməsi, “Redmi 9” markalı bir ədəd mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması hökm edilmişdir. İ. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədilə, qanunsuz olaraq xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən 9 ədəd metadon həbi, ümumi miqdarı 0,60 qram təşkil edən 12 ədəd tramadol həbi, həmçinin külli miqdarda, yəni ümumi miqdarı 11,10 qram təşkil edən 37 ədəd preqabalin həbini əldə edərək üzərində saxlamaqla daşımış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2025-ci il tarixdə, saat 10:30 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən istirahət mərkəzinin həyətində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki 1 ədəd “Keno” markalı siqaret qutusunun şəffaf sellofan üzlüyünün içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,167 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin həmin istirahət mərkəzində qaldığı otaqdan ona məxsus tünd boz rəngli bel çantasının içərisindən təmiz çəkisi 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,414 qram və 0,022 qram olmaqla ümumi təmiz çəkisi 0,436 qram olan ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,054 qram və 0,969 qram olmaqla ümumi təmiz çəkisi 1,023 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi cəmi 09 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edən narkotik vasitə metadon həbləri, 12 ədəd ağ-göy rəngli kapsulların tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,60 qram təşkil edən güclü təsir edən maddə tramadol, külli miqdarda, ümumi cəmi 37 ədəd üzərində “P 300” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 11,10 qram təşkil edən güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökmü ləğv edib qanun çərçivəsində qərar çıxarılmasını xahiş etmişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində çıxarılan hökm ədalətsiz və qeyri-obyektiv olmuş, belə ki, məhkəmə istintaqı zamanı lehinə olan çox mötəbər sübutlar, CPMnin maddə və bəndləri nəzərə alınmamış və bununla da kobud qanun pozuntularına yol verilmişdir. Odur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökmü ləğv edib baş vermiş cinayəti daha şəffaf araşdırıb qanun çərçivəsində qərar çıxarılmasını xahiş etmişdir. III. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs çıxış edərək ondan aşkar olunmuş narkotik vasitə və güclü təsir edən maddələrin satış məqsədi ilə əldə etmədiyini, ona görə də əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi X4 çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X7 çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materiallarından görünür ki, iş üzrə ətraflı araşdırma aparılaraq onun barəsində ədalətli cəza təyin edilmişdir. Hazırda onun əməlinin CMin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar müəyyən edilmir. Bundan başqa CM-in 61.1.6-cı maddəsinə əsasən hökmdə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi cinayətin onun tərəfindən tamah niyyəti ilə törədilməsi göstərilmişdir. Lakin cinayətin tamah niyyəti ilə törədilməsi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuşdur. CM-in 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. . IV.Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməyərək hökmün dəyişdirilməməsi barədə, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib məcmusu üzrə qiymətləndirərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mübahisə olunan hökm dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə dair əsaslar müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs özünü birinci instansiya məhkəməsində qismən təqsirli bilərək üzərindən aşkar olunmuş narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri satış məqsədilə saxlamadığını bildirmiş, apellyasiya məhkəməsi iclasında da onun əməlinin satış məqsədi olmadan CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Lakin cinayət işi materiallarında olan: ##.##.2025-ci il tarixli “Raport”dan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrdən istifadəsi etməsi, əldə etməsi və Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən istirahət mərkəzinin onlara məxsus kottecdə saxlamasında şübhəli olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 1987-ci il təvəllüdlü şahid7 və ünvan 2 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən istirahət mərkəzinin qarşısında saxlanılmışdır. ##.##.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ##.##.1993-cü il təvəllüdlü Salyan rayonu Qırçıraq kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixli “Raport”dan görünür ki, ##.##.1988-ci il təvəllüdülü ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmayan, subay, Azərbaycan Respublikasının vətəndaşı şahid7 və ##.##.1993-cü il təvəllüdlü Salyan rayonu Qırçıraq kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib üzərində gəzdirməsi, rayon ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir. ##.##.2025-ci il tarixli “Raport”dan görünür ki, ##.##.2025-ci il il tarixdə ##.##.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan şahid7 və ##.##.1993-cü ildə Salyan rayonu Şikarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Salyan rayon Qırçıraq kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadəsi etməsi, əldə etməsi və Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən istirahət mərkəzinin onlara məxsus kottecdə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. ##.##.2025-ci il tarixli “Raport”dan görünür ki, Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, R şahid6 ##.##.2025-ci il tarixdə RPŞ-nə raport verərək, daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrdən isitfadə etməsi, əldə etməsi və Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən istirahət mərkəzində onlara məxsus kottecdə saxlamasında şübhəli olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi ev 121-də yaşayan 1988-ci il təvəllüdlü şahid7 və Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 6-da yaşayan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Quba şəhəri, Dəvədabanı y/m-də yerləşən istirahət mərkəzində saxlanıldığını bildirmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən və qaldığı otaqdan aşkar edilərək götürülmüş narkotik vasitələrə oxşar kütlələrin narkotik vasitə olub-olmaması, həmin kütlələrin narkotik vasitənin hansı növünə aid olduğunu və təmiz çəkisinin müəyyən edilməsi məqsədilə tərəfimdən ##.##.2025-ci il tarixdə məhkəmə kimyəvi ekspertizası təyin edilsə də 24 saat ərzində ekspertiza rəyi əldə edilmədiyindən hazırda həmin kütlələrin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. ##.##.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və ona dair video görüntülərdən müəyyən olunur ki, həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə əvvəlcə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Üzərini yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol cibindən "Keno" siqaret qutusu təqdim etmişdir. Siqaret qutusunun arxasında üzlüyün içərisində ağ rəngli bükümdə qəhvəyi rəngli toz formasında maddə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə kağızla birlikdə tərəzidə çəkilmiş və çəkisi 0,30 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmet aşkar olunmamışdır. O, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu təsdiqləmişdir. Onun üzərindən aşkar edilmiş kütlə 01 ədəd zərfə qoyularaq möhürlənmişdir. Daha sonra, Təqsirləndirilən şəxs özündə başqa hər hansı narkotik vasitə olub olmaması soruşuduqda, onun üzərində aşkar olunmuş narkotik vasitədən başqa narkotik vasitə olduğunu, qaldığı otaqda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni Iran vətəndaşından aldığını və öz istifadəsi üçün götürərək üzərində saxladığını bildirmişdir. ##.##.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasına dair” protokoldan və ona dair video görüntülərdən müəyyən olunur ki, təqdim olunan 04 (dörd) ədəd ağ rəngli zərfə, 01 (bir) ədəd yaddaş kartına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən və Dəvədabanı istirahət mərkəzində qaldığı otaqda özünə məxsus tünd boz rəgli bel çantasında aşkar olunmuş narkotik maddəyə bənzər kütlələr və həblər yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 (bir) ədəd yaddaş kartına HP markalı komputerdə baxış keçirilmişdir. Yaddaş kartında olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin və həblərin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DIN-nin Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, R şahid6 ## ###### 2025-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. ##.##.2025-ci il tarixli “şəxsin istifadəsində olmuş mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefonda olan fotoşəkillərin saxlandığı qalereya (fotolar) bölməsinə daxil olunmuşdur. Həmin bölməyə baxış keçirilən zaman 11 ədəd üzərində narkotik vasitəyə bənzər kütlələrin olduğu elektron tərəzi şəkilləri olması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəkillərdə olan narkotik vasitəyə bənzər kütlələr və elektron tərəzinin ona məxsus olmadığını, həmin kütlələrin həqiqətən narkotik vasitə olmasını dəqiq bilmədiyini, şəkilləri Iran vətəndaşı olan Vahid adlı şəxsin göndərdiyini və narkotik vasitə olmasını deyərək ona almağı təklif etdiyini, lakin o həmin vasitələri almaqdan imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan "Honor X5b" və "Honor X8a" markalı mobil telefonlara baxış zamanı qalereya bölmələrində, həmçinin daxil olan çıxan zənglərin siyahısında və sms mətnlərində istintaq marağı doğuran heç bir görüntü, zəng və ya mesaj aşkar olunmamışdır. ##.##.2025-ci il tarixli “xxxx” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan aşağıdakılar müəyyən olunmuşdur: • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Sabahın xeyir qaqam oyağsansa gəlib əti götürüm 5 köhnə borcumnan verim bir xeber deyersen zehmet - ##.##.2025 07:04:55 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - sabahin xeyir gel catanda vzv atarsan duwerem awaqi - ##.##.2025 07:12:00 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Salam axsamin xeyirli olsun qaqam 10 kilo et lazimdi - ##.##.2025 21:51:05 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Salam qaqam sabain xeyili olsun yene 10 kilo et lazimdi qaqam - ##.##.2025 10:15:07 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Qaqam pul aldim indi dana kesduz - ##.##.2025 20:12:05 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Qaqam axsamin xeyirli olsun 10 kilo et lazimdl - ##.##.2025 23:32:16 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Salam qaqam sabahin xeyirli olsun et kesmususe 10 kilo isdeyirdim indi bir xeber zehmet olmasa - ##.##.2025 10:31:08 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - gel catanda xeber eliyersen - ##.##.2025 11:00:35 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Merkezdeyem nese lazimdisa alim - ##.##.2025 11:01:56 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - kecen defeki yoqurtdan goturde 8 dene - ##.##.2025 11:03:25 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Qaqam vallah oz canima and olusn ki 10 kilo yox 5 kilo geldi 10 kilo cek sabah yerim yarsini - ##.##.2025 23:44:29 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Salam qaqam evdesense yiğ meni 10 kilo et lazimdl - ##.##.2025 13:43:08 • ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə - Salam qaqam 10 kilo et isdeyirdim - ##.##.2025 13:02 Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, **/*** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DIN Zərflər üçün №**" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs Dəvədabanı istirahət mərkəzində qaldığı otaqda bel çantasının iç cibindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr..." yazı və imzalar olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,414 qram və 0,022 qram; ümumi təmiz çəkisi: 0,436 qram olan ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər; həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş üzərində: "AR DIN Zərflər üçün №**" möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə..." yazı və imzalar olan zərfdəki 01 ədəd bükümlə təmiz çəkisi: 0,167 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat obyekti üzərində: "AR DIN Zərflər üçün №**" möhür əksi, "Təqsirləndirilən şəxs Dəvədabanı istirahət mərkəzində qaldığı otaqda bel çantasının iç cibindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr..." yazı və imzalar olan zərfdəki 02 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: 0,054 qr, 0,969 qram; ümumi təmiz çəkisi: 1,023 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqat obyekti üzərində: "AR DIN Zərflər üçün №**" möhür əksi, "Təqsirləndirilən şəxs Dəvədabanı istirahət mərkəzində qaldığı otaqda bel çantasının iç cibindən aşkar olunmuş 12 (on iki) ədəd 'tramadol', 37 (otuz yeddi) ədəd 'preqabalin', 09 (doqquz) ədəd 'metadon', 01 (bir) ədəd yuxu həbləri..." yazı və imzalar olan zərfdəki: Ümumi cəmi 09 ədəd üzərində "F/M40" yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli, dairəvi formalı dərman həblərinin tərkibində ümumi təsiredici maddəsinin miqdarı: 0,36 qram olan narkotik vasitə-metadon müəyyən edildi; metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Ümumi cəmi 37 ədəd üzərilərində "P 300" yazısı həkk olunmuş ağ-qəhvəyi rəngli kapsulların tərkibində təsiredici maddəsinin ümumi miqdarı: 11,10 qram olan güclü təsir edən maddə - preqabalin müəyyən edildi; preqabalinlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Ümumi sayı 12 ədəd ağ-göy rəngli kapsulların tərkibində təsiredici maddəsinin ümumi miqdarı: 0,60 qram olan güclü təsir edən maddə tramadol müəyyən edildi; tramadollar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd ağ rəngli, dəyirmi formalı həbin təsiredici maddəsi - essitalopramdır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və "Dəvədabanı" istirahət mərkəzində qaldığı otaqdan aşkar olunmuş 02 ədəd zərfdə, 03 ədəd bükümdə ümumi təmiz çəkisi: 1,190 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,436 qr, cəmi tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,386 qr. Heroinin ümumi təmiz çəkisi 1,190 qram, cəmi tədqiqata sərf edildi 0,1 qr, qalıq 1,09 qr. Metadon həbinin sayı 09 ədəd həb, cəmi tədqiqata sərf edildi 2 ədəd həb, qalıq 7 ədəd həb. Preqabalin kapsullarının sayı 37 ədəd həb, cəmi tədqiqata sərf edildi 2 ədəd kapsul, qalıq 35 ədəd kapsul. Tramadol kapsullarının sayı 12 ədəd kapsul, cəmi tədqiqata sərf edildi 2 ədəd kapsul, qalıq 10 ədəd kapsul. Ağ rəngli həb 1 ədəd, tədqiqata sərf edildi 0,5 ədəd həb, qalıq 0,5 ədəd həb. Məhkəmə-narkoloji ekspertizasının ## ####### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSIS-dən alınan məlumata əsasən, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. DIN-in BƏSII-dən alınmış ## ####### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini düzgün tövsif edərək onun barəsində ittiham hökmü çıxarmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il * №-li Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 24-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilibedilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il ## #### tarixli ***-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunan ayrı-ayrı çeşiddə həm narkotik vasitə, həm psixotrop maddə və həm də güclü təsir edən maddələrin aşkar olunması, həmçinin onun mobil telefonundan aşkar olunmuş SMS-lərin mətnləri onun aşkar olunmuş həmin narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri satış məqsədilə saxladığını bir daha təsdiq edir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin heç aidiyyatı olmadığı halda onun üzərində narkotik vasitə, psixotrop və güclü təsir edən maddə ilə Quba rayonunda saxlanılmasını da onun məhz həmin vasitə və maddələri satış məqsədilə oraya getdiyini hesab edir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin apellyasiya şikayətində üzərindən aşkar olunan narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə daşımamasına dair dəlilləri ilə razılaşmır və məhkəmənin onun əməlinin tövsifinə münasibətdə cinayət qanununun normasını düzgün tətbiq etdiyini hesab edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etməmiş, CMin 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah niyyəti ilə törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. CM-in 61.3-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2 və 240.3.2-ci maddələrinin subyektiv cəhətinin zəruri əlaməti həmin əməllərin satış yəni - tamah məqsədi ilə törədilməsidir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə münasibətdə tamah məqsədinin əlavə olaraq ağırlaşdırıcı hal kimi nəzərə alınmasında səhvə yol vermişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınmışdır. Məhkəmə kоllеgiyаsı birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində onun təqsirləndirildiyi cinayətin tərkib əlaməti olan tamah məqsədini ağırlaşdırıcı hal kimi nəzərə alarkən səhvə yol versə də cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən CM-in 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 240.3.2-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif edilərək və cinayətin törədilmə şəraiti, halları, aşkar olunan narkotik vasitənin, psixotrop və güclü təsir edən maddənin sayı, çəkisi, növü, çeşidi, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə ona qanunla imkan verilən həddə cəza təyin edilmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il ## ### tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməllərinin az ağır və ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayətin ictimai təhlükəliliyini, xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, ona təyin edilmiş cəzanın həddini və işin digər hallarını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi cəmi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.3.2ci maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-241/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-241/2026
27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver