Məhkəmə qərarları › İş №1(3-8)-244/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-244/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-244/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və onun nümayəndəsi və vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı nümayəndəsi və vəkili Müdafiəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (Hakim Kərimova Firuzə Şahin qızı) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qeyd edilən qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı və onun ailə üzvlərini mütəmadi və davamlı şəkildə, qərəzli olaraq nalayiq və təhqiramiz ifadələr işlətməklə həqiqətə uyğun olmayan, ləyaqətlərini alçaldan məlumatlar yayır və vasitə olaraq “Tik- Tok” sosial şəbəkəsindən istifadə edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qanunazidd hərəkətlərinə son qoyulması və onun CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi, müvafiq olaraq maddələrin sanksiyasında nəzərdə tutulan ən ağır cəza ilə cəzalandırılması barədə hökm çıxarılması tələbilə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə dəfələrlə müraciətlər etmiş, lakin Abşeron Rayon Məhkəməsinin hakimi 3 dəfə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməsi barədə qərar qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs IXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 70 (yetmiş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs eyni əməlləri təkrar törətdiyinə görə Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə IXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir. Çirkin və qanunsuz, hüquqazidd əməllərindən çəkinməyən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində tənbeh tədbirləri tətbiq olunmasına baxmayaraq təkrarən xırda xuliqanlıq hərəkətləri etdiyinə görə Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- ****/**** saylı qərarına əsasən IXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh edilmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmünə əsasən, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzası təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı 26.05. 2026-cı il tarixli qərarından narazıdır. Belə ki, qərarda qeyd edilən “Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) dəqiq qeyd edilməmiş, şikayət ərizəsinin tərtib edildiyi yer qeyd edilməmiş, eyni zamanda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişdə isə Cinayət Məcəlləsinin 147-ci maddəsi qeyd edilsə də, həmin maddənin hansı hissəsi ilə şəxsin məsuliyyətə cəlb edilməsi şikayət ərizəsində öz əksini tapmamışdır, belə ki, CM-nin 147.2-ci maddəsi ağır və xüsusilə ağır cinayətin törədilməsində ittiham etmədir, şikayətdə məhz şəxsin hansı ağır və xüsusilə ağır cinayətdə ittiham edildiyi müəyyən edilməmişdir, həmçinin şikayətin verildiyi yer göstərilməmişdir” abzası tam əsassız olaraq vurğulanır. Halbuki, CM-nin 147.2-ci və 148-ci maddələri əvvəlki şikayətdə qeyd olunsa da sonuncu şikayətində CM-nin 147 və 148-ci maddələri qeyd olunub. Məhkəmə hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Məhkəmə CPM-in 302.1.3-cü maddəsinə istinad edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən, həmin şikayət üzrə və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas görməyərək imtina edilməsi barədə qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə bilərəkdən və qərəzli şəkildə qənunsuz qərarlar qəbul etmişdir. Hər dəfə şikayətlərin icraata qəbul edilməsindən imtina qərarı qəbul etdikdən sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə müdafiəçisi olduğu şəxslərin ünvanına təhqiramiz və böhtan dolu məlumatlar yayır. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində ciddi tədbirlərin görülməsi vacibdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hətta onun da barəsində dəfələrlə vəkillər kollegiyasına şikayətlər ünvanlamışdır. Şikayətində qeyd olunan ifadələri və saatları dəqiq qeyd etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı bildirdi ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs dünən və bugün də sosial şəbəkələrdə onu, qızını və nəvəsini təhqir etmişdir. 200-300 nəfərlik canlı yayımlarda onların adlarını çəkərək təhqir edir, hətta həmin videoları öz səhifəsində paylaşmışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs çıxış edərək bildirdi ki, Xüsusi ittihamçı saxta hesablarla ona yazdığı zaman spirtli içkinin təsiri altında olmuş, nə dediyini anlamamışdır. Xüsusi ittihamçı qızı ilə birlikdə onu şərləyir. Onların bu hərəkəti səhhətinə ciddi təsir edir. Xüsusi ittihamçı sosial şəbəkədə onun videolarından ibarət saxta hesab açmışdır. Onları söyməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razı deyil. Xüsusi ittihamçı Abşeron Rayon Məhkəməsinə müraciətlərindən əvvəllər 3 dəfə imtina edilib. Heç bir əsas olmadan ona qarşı dəfələrlə yalan xəbərçilik etmiş, şər böhtan atmışdır. Özü cinayət tərkibli əməllər törətməsinə baxmayaraq ona böhtan atır. Faktiki olaraq zərərçəkən tərəf özüdür. Xüsusi ittihamçı qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına rəsmi şikayətlər etmişdir. Sonuncunun qızı Məcidova Çinarə və vəkili əlbir olaraq ona şər-böhtan atmışdır. Oktyabr ayında onu əsassız olaraq məhkəməyə verdikləri zaman Müdafiəçi açıq şəkildə “Elmira hələ səninlə işini bitirməyib” deyə hədə-qorxu gəlmişdir. Yanvar ayından etibarən Elmira Məmədova heç bir əsas olmadan onu yenidən məhkəməyə vermişdir. Vəkilin hədə-qorxuları barədə Prezident Administrasiyasına və Prokurorluğa müraciət etmişdir. Qarşı tərəf onun səhhətilə əlaqədar problemləri yaxşı bilir. Canlı yayımlarını saxta profillərlə izləyir. Oktyabr ayında keçirilən məhkəmə prosesindən sonra gərginlikdən qolu keyimiş və ürəyində problemlər yaranmışdır. Bununla bağlı Abşeron Rayon Xəstəxanasında qeydə alınmışdır. Xüsusi ittihamçı Sumqayıt sakini olduğu üçün hər kəsi satın ala biləcəyini bildirmişdir. Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, materialdan görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini onunla əsaslandırmışdır ki, törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) dəqiq qeyd edilməmiş, şikayət ərizəsinin tərtib edildiyi yer qeyd edilməmiş, eyni zamanda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişdə isə CM-in 147-ci maddəsi qeyd edilsə də, həmin maddənin hansı hisəssi ilə şəxsin məsuliyyətə cəlb edilməsi şikayət ərizəsində öz əksini tapmamışdır, belə ki, CM-in 147.2-ci maddəsi ağır və xüsusilə ağır cinayətin törədilməsində ittiham etmədir, şikayətdə məhz şəxsin hansı ağır və xüsusilə ağır cinayətdə ittiham edildiyi müəyyən edilməmişdir, həmçinin şikayətin verildiyi yer göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli * saylı qərarının 11-ci bəndinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək və apellyasiya şikayətinin dəlillərini rədd edərək qeyd edir ki, xüsusi ittiham qaydasında verilən şikayətlərdə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Lakin təqdim edilən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (əməlin harada, nə vaxt, hansı şəraitdə və necə törədilməsi, vurduğu zərər) dəqiq göstərilməmiş, şikayətin tərtib edildiyi və verildiyi yer qeyd olunmamış, CM-in 147-ci maddəsi göstərilsə də, həmin maddənin hansı hissəsi ilə (məsələn, 147.1 və ya ağır və ya xüsusilə ağır cinayət ittihamını ehtiva edən 147.2-ci maddəsi ilə) şəxsin məsuliyyətə cəlb edilməsi qeyd edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.6, 302.1.7, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin olunmasın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar