Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-248/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçiləri – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 və fərdi qaydada fəaliyyət gpstərən vəkil müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim Samir Mayılov) Təqsirləndirilən şəxs (## ##### 1996-cı il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Füzuli rayonu, Bala Bəhmənli ərazi dairəsi, Araz Dilağarda kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün və ## ####### 2025-ci il tarixində tutulub saxlandığı 01 (bir) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 06 (altı) gün müddətin həmin cəzadan çıxılması, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.6-cı və 5.1-ci bəndlərinə əsasən ona təyin edilmiş cəzadan azad edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Işin halları: Məhkəmənin qərarına əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinmişdir ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,258 qram açıq qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış, narkotik vasitə heroini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə saat 18:20 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılıb orada üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 1,258 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, bütün sübutlar isə onların məcmusunda kifayət etməsi baxımından yoxlanılmalıdır. Belə ki, məhkəmə prosesi zamanı o və müdafiəçisi dəfələrlə anten məlumatlarının yoxlanılması, araşdırılması, Fərhadın həmin tarixdə telefon danışıqlarının tarixçəsi ilə bağlı sorğular verməsi, habelə Qobustan dairəsi, maşından düşdükləri ərazidə yerləşən yol kameralarına baxış keçirilməsi barədə məhkəməyə vəsatət versələr də, vəsatətləri təmin edilməmişdir. Heç bir anten məlumatlar, kamera görüntüləri araşdırılmamışdır. Halbuki, ##.##.2025-ci il tarixdə, saat 16.00 radələrində Bakıdan maşına minərək yola düşərkən o, Fərhad və Qobustan RPŞ-nin rəis müavini Vasif müəllim bir yerdə olmuşlar. Həmin anten məlumatları, Fərhadın telefon danışıqları və kamera görüntüləri onun təqsirsiz olmağının əyani sübutu olduğu halda, istər istintaq orqanı, istərsə də məhkəmə bununla bağlı ciddi addımlar atmamış, qərəzli şəkildə onlar tərəfindən verilən vəsatətləri təmin etməmişdir. Hazırki iş üzrə məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutlara üstünlük vermiş, müdafiə tərəfinin arqumentlərini isə formal qaydada rədd etmişdir. Məhkəmə qərarında onun təqsirli olmağı əsasən polis əməkdaşlarının ifadələri, onların tərtib etdikləri prosessual sənədlər və ibtidai araşdırma zamanı alınmış etirafedici ifadələrlə əsaslandırılmışdır. Halbuki iş materiallarından görünür ki, hadisənin baş verməsini təsdiq edən hər hansı müstəqil şahid müəyyən edilməmiş, hadisə yerində müşahidə kameraları aşkar olunmamış, onun müdafiə mövqeyini təkzib edən obyektiv sübutlar əldə edilməmişdir. Belə olan halda təqsirli olmağı barədə nəticəyə yalnız polis əməkdaşlarının ifadələri əsasında gəlinməsi CPM-in 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin tələbləri ilə uzlaşmır. Iş materiallarını tədqiq edərkən görünür ki, polis əməkdaşları öncədən onun anlaqsız, əqli gerilik diaqnozu ilə psixoloji dispanserde qeydiyyatda olmağından məlumatlı olmuşlar. Baş verən bu hadisələr onların ilk əməlləri deyildir. Habelə onun xəstəliyindən istifadə edərək polis əməkdaşlarından birinin onunla münasibəti yaxşılaşmış, baş verənləri atasına söyləməməyi ona tapşırmış, hətta ondan kart nömrəsi götürərək ona pul atacağını söyləmişdir. Hətta o ona 10 manat məbləğində pul atmışdır. Atası bundan xəbərdar olduqdan sonra dərhal polis əməkdaşının yanına getmiş, ona pul atma səbəbini araşdırmışdır. Habelə, məhkəmə onun əqli geriliyinin və fərdi-psixi xüsusiyyətlərini sübutların qiymətləndirilməsi zamanı nəzərə almamışdır. Iş materiallarından görünür ki, o, uzun müddətdir ki, yüngül dərəcəli əqli gerilik diaqnozu ilə tibbi qeydiyyatda olmuş, Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Həmçinin Füzuli Rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində qeydiyyatdaydadır. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyində onun anlaqlı olmağı qeyd olunsa da, həmin rəydə eyni zamanda mühakimələrində səthilik, qavramasında lənglik, maraq dairəsinin məhdudluğu, dünyagörüşünün və elmi biliklərinin kasadlığı, eləcə də əqli-intellektual imkanlarında gerilik olduğu göstərilmişdir. Məhkəmə yalnız ekspertiza rəyinin şəxsin anlaqlı olması ilə bağlı hissəsinə istinad etmiş, lakin həmin rəydə əks olunan digər mühüm xüsusatları nəzərə almamışdır. Halbuki, belə bir şəxsin ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrin mötəbərliyi və sərbəst iradə əsasında verilib-verilməməsi xüsusi diqqətlə araşdırılmalı idi. Məhkəmə isə bu hallara lazımi hüquqi qiymət verməmiş, nəticədə sübutların obyektiv qiymətləndirilməsi prinsipi pozulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi müdafiə tərəfinin irəli sürdüyü versiyanı tam və hərtərəfli araşdırmamışdır. Hazırki iş üzrə hadisənin baş vermə mexanizmi, onun şahid1la görüşməyi, Qobustan rayonuna getməkləri, narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşlarının təzyiqi ilə ilkin izahatlar xerməyi barədə ətraflı ifadələr vermişdir. Məhkəmə həmin halların hər birini ayrıca araşdırmaq, müdafiə tərəfinin versiyasını təkzib edən sübutları ətraflı təhlil etmək əvəzinə həmin ifadələri özünümüdafiə xarakterli hesab etməklə kifayətlənmişdir. Iş materiallarından da görünür ki, hadisənin baş verməsini təsdiq edən müstəqil şahidlər müəyyən edilməmiş, hadisə yerində müşahidə kameraları aşkar olunmamış, təqsirləndirilən şəxsin göstərdiyi halların yoxlanılması üçün əlavə istintaq və ya məhkəmə araşdırması aparılmamışdır. Belə olan halda müdafiə tərəfinin versiyasının tam araşdırılmaması CPM-in obyektiv araşdırma prinsiplərinin pozulmasına səbəb olmuşdur. Etirafedici ifadələrin əsas sübut kimi qəbul edilməsi və şübhələrin onun xeyrinə təfsir edilməməsi məhkəmə qərarının qanunsuzluğundan xəbər verir. CPM-in 21-ci maddəsinə əsasən şəxsin təqsiri barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə təfsir edilməlidir. Həmçinin şəxsin öz etirafı belə digər mötəbər sübutlarla təsdiq edilmədiyi halda ittiham hökmünün yeganə əsası ola bilməz. Hazırki iş üzrə isə hadisəni təsdiq edən müstəqil və qərəzsiz sübutlar mövcud deyil, hadisənin şahidləri müəyyən edilməmiş, müşahidə kameraları aşkar edilməmiş, müdafiə tərəfinin irəli sürdüyü arqumentlər tam araşdırılmamışdır. Həmçinin sözü gedən qərarda narkotik vasitədən istifadə ilə bağlı nəticələr ziddiyyətli qiymətləndirilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarda məhkəmə-narkoloji ekspertizasının rəyinə istinad edərək onda əvvəllər opioidlərdən istifadə halları olduğunu göstərmiş və bu halı narkotik vasitənin guya onun şəxsi istifadəsi üçün saxlamaq qənaətinin əsaslarından biri kimi qiymətləndirmişdir. Lakin iş materiallarından görünür ki, o, nə Respublika Narkoloji Mərkəzində, nə də yaşayış yeri üzrə narkoloji qeydiyyatda olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının rəyində də onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Belə olan halda yalnız keçmişdə opioidlərdən istifadə etmə hallarının olması faktından çıxış edərək üzərindən aşkar olunduğu iddia edilən narkotik vasitənin məhz ona məxsus olması və ya onun tərəfindən şəxsi istifadə məqsədilə saxlamaq nəticəsinə gəlmək hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Məhkəmə həmin halı ittihamın təsdiqi kimi qiymətləndirsə də, bu xüsusat onun konkret olaraq ittiham olunan əməli törətməyini sübut edən birbaşa və mötəbər sübut hesab edilə bilməz. CPM-in 145-ci maddəsinin tələblərinə görə ehtimallara və fərziyyələrə əsaslanan nəticələr ittiham hökmünün əsası ola bilməz. Məhkəmə isə narkoloji ekspertiza rəyinin məzmununu geniş şərh edərək onu ittihamı təsdiq edən hal kimi qiymətləndirmiş, lakin həmin rəyin onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini və narkoloji qeydiyyatda olmadığını göstərən hissələrinə lazımi hüquqi qiymət verməmişdir. Hesab edir ki, işin faktiki hallarını tədqiq edərkən ona bəraət verilməsi üçün hüquqi əsaslar işin tərkibində mövcuddur. Hazırki iş üzrə toplanmış sübutlar onun AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməyini şübhəsiz şəkildə təsdiq etmir. Belə ki, iş üzrə onun təqsirini təsdiq edən müstəqil və qərəzsiz sübutlar mövcud deyildir. Ittihama əsasən əməliyyat tədbirini həyata keçirmiş polis əməkdaşlarının ifadələrinə, həmin əməkdaşlar tərəfindən tərtib olunmuş sənədlərə və sonradan təqsirləndirilən şəxs tərəfindən təkzib edilmiş ilkin etirafedici ifadələrə əsaslanmışdır. Iş materiallarında hadisənin birbaşa şahidlərinin ifadələri, hadisəni təsdiq edən video müşahidə görüntüləri və ya onun müdafiə mövqeyini təkzib edən digər obyektiv sübutlar mövcud deyildir. Eyni zamanda o, istintaq və məhkəmə araşdırması zamanı narkotik vasitənin ona məxsus olmadığını ardıcıl şəkildə bildirmiş, hadisənin baş vermə mexanizmi barədə konkret izahat vermiş, şahid1 hadisədə iştirakını göstərmiş və ilkin ifadələrinin təzyiq altında alındığını bəyan etmişdir. Birinci instansiya məhkəməsi həmin halları tam və hərtərəfli araşdırmamış, mövcud şübhələri aradan qaldırmadan ittiham hökmü çıxarmışdır. CPM-in 21-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsiri barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə təfsir edilməlidir. Hazırki iş üzrə isə mövcud şübhələr kifayət qədər ciddi və aradan qaldırılmamış olaraq qalmaqdadır. Bundan başqa, məhkəmə özü də qərarda onun narkoloji qeydiyyatda olmadığını, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini və məcburi müalicəyə ehtiyacının olmadığını müəyyən etmişdir. Bu hal da ittihamın əsaslandırılması zamanı məhkəmənin gəldiyi nəticələrin kifayət qədər qəti və birmənalı olmadığını göstərir. Apellyasiya baxışı zamanı müdafiəçi müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək, Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə ılavəni onunla əsaslandırmışdır ki, hesab edir ki, hazırki cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı səthi araşdırılmış, müdafiəçisi olduğu şəxsə qarşı yalnız ittiham mövqeyi tutulmuş, ona bəraətverici hallar araşdırılmamış və buna cəhd də edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs şahid1 təklifi ilə Şamaxı rayonuna istirahət üçün gedirmişlər. Həmin təklifi şahid1 etmişdir. Bakı şəhərindən taksi ilə gələrək Müşfiqabad qəsəbəsində onu gözləyən Təqsirləndirilən şəxs taksiyə əyləşdirərək Qobustan şəhərinədək gəlmişlər. Qobustan şəhərində “Qobustan dairəsi” adlanan yol dairəsində şahid1 avtomaşından düşmüş, taksi pulunu ödəmiş və Təqsirləndirilən şəxs avtomaşından düşməyi təklif etmişdir. Iş materiallarında Təqsirləndirilən şəxs istifadəsində olmuş telefondan danışıqlar çıxarılmışdır. Həmin danışıqlar yalnız ##.##.2026-cı il tarixə saat 16 radələrindən sonrakı vaxta aiddir. Lakin şahid1 istifadəsində olan *** *** ** ** nömrəli mobil telefondan danışıqlar çıxarılmamış və ibtidai istintaq zamanı buna cəhd də edilməmişdir. Çünki ibtidai istintaqı aparan müstəntiq bunda maraqlı olmuşdur. Məhkəmə iclas protokolundan görünür ki, guya Təqsirləndirilən şəxs şahid1 ##.##.2026-cı il tarixdə ilk olaraq zəng etmişdir. Ancaq iş materiallarına əsasən, Şamaxı rayonuna gəzməyə getməyi şahid1 zəng vuraraq təklif etmişdir. Həmin zənglər barədə hər hansı məlumat yoxdur. Digər tərəfdən, şahid1 mobil telefonuna Qobustan şəhərində düşdükdən sonra uzun müddət zəng çatmamışdır. Ayaq yoluna getmək üçün Qobustan şəhərində düşən şahid1 telefonunun Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən nə üçün qapalı olması faktı araşdırılmamışdır. Qobustan şəhərinin qeyd edilən ərazisində təbii ehtiyacları ödəmək üçün meşəlik və qalın yer yoxdur. şahid1 qeyd edir ki, guya ishal olmuş, bir neçə dəfə ayaq yoluna getmiş, aptekə gedərək dərman almış və su alaraq dərmanı qəbul etdikdən sonra Təqsirləndirilən şəxs zəng etmişdir. Ibtidai istintaq dövründə şahid1 ifadəsi yerində yoxlanılmamış, həmin yerə baxış keçirilməmiş, həqiqətən də xəstə olması, aptekdən dərman və mağazadan su alması faktları yoxlanılmamışdır. Həmin vaxt şahid1 barəsində Qobustan Rayon Məhkəməsinin icraatında cinayət işi olmuşdur və bir müddətdən sonra o, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. şahid1 istifadəsində olan telefondan danışıqlar çıxarılmış olsaydı, onun ##.##.2026-cı il tarixdən əvvəl kimlərlə telefon danışığı apardığı, eləcə də Qobustan şəhərində kimlərlə əlaqə yaratdığı məlum olardı. Habelə barəsində Qobustan Rayon Məhkəməsində cinayət işi olan şahid1 nə vaxt və hansı məqsədlə Bakı şəhərinə getməsi faktı araşdırılmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd edir ki, ağ rəngli “Hyundai Accent” markalı taksidə onlardan başqa qucağında körpə uşaq olan qadın da olmuşdur, taksi sürücüsü öz mobil telefonundan bir neçə dəfə kiməsə zəng edərək ”paketi gətirirəm” demişdir, avtomaşında polis əməkdaşlarının istifadə etdikləri mobil rabitə vasitəsi olmuşdur, taksi sürücüsünün Qobustan RPŞ-nin rəis müavini Vasif müəllim olduğunu bilmişdir. Həmin faktlar araşdırılmamış, “Vasif müəllim” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək dindirilməmiş, Təqsirləndirilən şəxs tanınma üçün təqdim olunmamış və üzləşdirilməmişdir. Hesab edir ki, barəsində Qobustan Rayon Məhkəməsinin icraatında cinayət işi olan şahid1 Qobustan RPŞnin əməkdaşları ilə əməkdaşlıq etmiş, Qobustan RPŞ-nin əməkdaşlarının təklifi ilə cinayətkarları müəyyən edərək məsuliyyətə cəlb etmək barədə təklif olunmuş, şahid1 vaxtı ilə onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs barəsində məlumat verərək onu bu işə cəlb edəcəyini bildirmiş, polis əməkdaşlarının iştirakı ilə şahid1 Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratmış, polis əməkdaşları ona pul vermiş, polis əməkdaşı (“Vasif müəllim”) öz avtomaşını ilə onu Müşfiqabad qəsəbəsinə aparmış, Təqsirləndirilən şəxs Şamaxı rayonuna gedəcəkləri ilə aldadaraq Qobustan şəhərinə gətirmişlər. Polis əməkdaşlarının şahid1 pul vermələri şübhəsizdir. Belə ki, Təqsirləndirilən şəxs də əməkdaşlıq barədə təklif olunmuş, Qobustan RPŞ-nin əməkdaşı şahid2 onun pul kartına 10 manat məbləğində pul göndərmişdir. Bakı—Şamaxı magistral yolunda quraşdırılmış kameralara baxış keçirilməmişdir. Kameralara baxış keçirilmiş olsaydı, həqiqətən də, “Vasif müəllimin” idarə etdiyi ağ rəngli “Hyundai Accent” markalı avtomaşının ##.##.2026-cı il tarixdə haradan hansı istiqamətə getdiyi müəyyənləşərdi. Hesab edir ki, həmin avtomaşın Qobustan şəhərindən Müşfiqabad şəhərinə getmişdir. Həmin avtomaşında şahid1 da olmuşdur. Qobustan RPŞ-nin əməkdaşı şahid2 Təqsirləndirilən şəxs pul kartına hansı məqsədlə 10 manat məbləğində pul göndərməsi faktı araşdırılmamış, bu barədə nə ibtidai istintaq mərhələsində və nə də məhkəmə baxışı zamanı sual da verilməmişdir. Hesab edir ki, ibtidai istintaqı aparan istintaqçılar öz əməkdaşlarını dindirməkdə maraqlı olmamış, hər cəhdlə onları müdafiə etmiş, ümumi peşə maraqları xatirinə obyektiv araşdırma aparılması təmin edilməmişdir. Qobustan rayon prokuroru vəzifəsini icra edən prokuror tərəfindən ittiham aktı təsdiq edilməyərək yenidən istintaqa qaytarılarkən bir sıra işin obyektiv araşdırılması üçün göstərişlər verilmişdir, lakin həmin göstərişlərə qismən əməl olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə hər hansı mötəbər sübut yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, toplanılmış sübutlara tənqidi yanaşılmamışdır, bununla da Təqsirləndirilən şəxs əsassız olaraq cinayət məsuliyyətinə alınmışdır. Ibtidai istintaq orqanı sübutları hərtərəfli və müqayisəli şərh etməmiş, bir sübutu qəbul edib, digər sübutu rədd edərkən mövqeyini əsaslandırmamışdır. Işə baxan birinci instansiya məhkəməsi həmin fakta hüquqi qiymət verməmiş və hökmdə araşdırmamışdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təqsiri olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək, hüquqlarını müdafiə etdikləri şəxsin təqsiri olmadığından Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışında təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, şikayətin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə bəraət verilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçilərinin, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarından görünür ki, işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla –şahid ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni şahid ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin qəbulu ilə məşğul olmamışdır, ona qarşı irəli sürülmüş ittiham tamamilə şər və böhtandır. Belə ki, bir neçə il əvvəl o, törətdiyi başqa bir cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkərkən onunla eyni müəssisədə cəza çəkən məhkum şahid1la tanış olmuşdur. Azadlığa çıxdıqdan sonra uzun müddət Fərhadla əlaqəsi olmasa da, hazırkı cinayət işi üzrə tutulmamışdan bir müddət öncə təsadüfən yaşadığı Müşfiqabad qəsəbəsi ərazisində şahid1la rastlaşmışdır. Onlar bir-birini tanıyıb görüşmüş və daha sonra əlaqə saxlaya bilmək üçün bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Bir müddət sonra şahid1 onunla əlaqə saxlayıb Şamaxı rayonuna yeyib-içmək və qadınlarla dincəlmək üçün gedəcəyini bildirmiş və onunla getməyi təklif etmişdir. Fərhadın təklifini qəbul etmiş və ## #### 2025-ci il tarixdə günortadan bir qədər sonra razılaşmalarına əsasən Fərhadla Müşfiqabad ərazisində Bakı- Şamaxı yolunun kənarında görüşmüşlər. Fərhad markasını və nömrəsini xatırlamadığı ağ rəngli avtomobil ilə gəlmişdir. Həmin avtomobildə Fərhaddan başqa, avtomobilin sürücüsü olan cavan bir adam və qucağında körpə uşağı olan bir qadın olmuşdur. Həmin avtomobilə əyləşərək onlar Şamaxı rayonuna yollanmışlar. Yolda olarkən ona elə gəlmişdir ki, sürücü polis əməkdaşıdır. Belə ki, həmin adam “Whatsapp”la kiməsə “paketi gətirirəm” deyə səs atmışdır. Maşında sürücünün yanında həmçinin polis əməkdaşlarının rabitə vasitələrinə bənzər alət olmuşdur. Sonradan avtomobildəki sürücü olan həmin şəxsin Qobustan RPŞ-nin rəis müavini Vasif müəllim olduğunu bilmişdir. Qobustan rayonuna çatarkən onlar yol kənarında həyət evləri olan bir ərazidə maşından enmişlər. şahid1 onu həyətlərin arasında kimsənin olmadığı bir yerə gətirmiş və bir daş parçasının altında iki iri bağlama göstərmişdir. Həmin bağlamalarda narkotik vasitə olduğunu ona bildirərək başqa yerdə aparıb gizlətmələri üçün həmin bağlamaları götürməyi xahiş etmişdir. Lakin o, Fərhada yenidən tutulmaq istəmədiyini bildirərək bağlamaları götürməkdən imtina etmişdir. Bu zaman şahid1 həmin bağlamalardan birini özü götürərək həmin bağlamanı guya aparıb Qobustan rayonunda yaşayan bibisigildə gizlədəcəyini demiş və qayıdana qədər onu həmin yerdə gözləməsini tapşırmışdır. O isə gəldikləri ərazini tanımadığı üçün Fərhadı həmin digər bağlamanın daşın altında qaldığı ərazidə gözləməyə məcbur olmuşdur. Bu zaman yaxınlıqdakı təpənin arxasından kiminsə onu izlədiyini görmüş və bu işin bir tələ olduğunu anlamışdır. Bir qədər sonra ona polis əməkdaşları yaxınlaşmış və daşın altındakı bağlamanı götürməyi ona göstəriş vermişlər. O isə bundan imtina etmiş və polislərə həmin bağlamanın onun olmadığını və onu götürməyəcəyini bildirmişdir. Bunu görən polis əməkdaşları onu şöbəyə aparmış və polis şöbəsində onu döymüşlər. Döyülüb qorxudulduqdan sonra o, polislərin tələbi ilə razılaşmış və polis əməkdaşlarının ona verdiyi kiçik bir bağlamada olan narkotik vasitənin guya ona məxsus olduğunu etiraf etməyə məcbur qalmışdır. Bu işlərə rəhbərlik edən daha əvvəl qeyd etdiyi sürücü kimi onları Qobustana gətirən həmin adını sonradan bildiyi rəis müavini Vasif müəllim olmuşdur. Buna görə də o, sonradan çəkilişlə guya üzərində olan kiçik bağlamadakı narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş və bir sıra izahat və ya ifadələrdə bunu təsdiq etmiş, lakin sonradan cinayət məsuliyyətinə cəlb olunacağını anlayaraq hər şeyin düzünü danışmışdır. Məhkəmədə də iddia edir ki, hər şey məhz onun hazırda göstərdiyi kimi olmuşdur və onun heç bir günahı yoxdur. Özü və ailəsi Füzuli rayonundan məcburi köçkündür, atası əlildir. Barəsində amnistiya tətbiq edilməsi ehtimalını dərk etsə də, bunu istəmir və yalnız bəraət hökmü çıxarılmasını məhkəmədən tələb edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qobustan RPŞ-nin X8 əməliyyat müvəkkili işləyən şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması məqsədi ilə Qobustan RPŞ-nin rəisinin əmri ilə ## #### 2025-ci il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-nin CABnin əməliyyat müvəkkili X1 və Qobustan RPŞ-nin ITB-nin xidmət üzrə baş inspektoru şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. ## #### 2025-ci il tarixdə saat 18:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Ağa Haşımov və şahid2 ilə birlikdə Qobustan rayonu, Qobustan şəhəri ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və ona üzərində narkotik vasitə saxlaması barədə məlumatının olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş, o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilən zaman sonuncudan üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi xahiş edildikdə, o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdəki kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 2-3 gün əvvəl Müşfiq qəsəbəsi ərazisində yerdən tapdığını, taparkən yanında heç kim olmadığını, istifadə etmək məqsədi ilə özü ilə götürdüyünü, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin kütlədən heç kimə satmadığını və ya pay vermədiyini bildirmişdir. Daha sonra həmin 01 ədəd bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilmiş, sonra isə həmin bükülü içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demiş, Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilib qanunauyğun tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilərək baxışda iştirak etməsi təklif edilmiş, o da həmin baxışda iştirak etməyə razılığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs, müdafiəçi Niyətxan Cəbrayılovun, onun, Ağa Haşımov və şahid2 iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi, heç bir qohumluq əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Həmçinin bildirdi ki, sonradan Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməyərək guya öz müdafiəsi üçün gətirdiyi dəlillər həqiqətə uyğun deyil. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qobustan RPŞ-nin X9 xidmət üzrə baş inspektoru şahid2 şahid şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Özü hal-hazırda törətdiyi başqa bir cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkir. Bundan əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşamış və əvvəlki məhkumluqları zamanı onunla birlikdə azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs tanımışdır. Münasibətləri normal, hətta yoldaşcasına olmuşdur. Belə ki, təxminən 1 il əvvəl Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs ilə rastlaşmış və birbirləri ilə əlaqə saxlaya bilmək üçün mobil telefon nömrələrini bir-birindən almışlar. Bundan sonra mütəmadi olaraq telefonla əlaqə saxlamışlar. Telefon danışıqlarından biri zamanı o, Talehə Şamaxı rayonuna gedəcəyini bildirmiş, Taleh isə onu da özü ilə aparmasını xahiş etmişdir. ## #### 2025-ci il tarixdə onlar öncədən telefonla danışıb razılaşmış və günorta saatlarından bir az sonra Təqsirləndirilən şəxs Bakı-Şamaxı yolunun kənarından Şamaxıya yollandığı taksi avtomobili ilə götürmüşlər. Özü həmin taksi avtomobilinə Bakı şəhərində minmiş, avtomobilin nömrəsini xatırlamasa da, ağ rəngli “Hyundai Accent” markalı avtomobil olmuşdur. Sürücü əvvəllər tanımadığı cavan bir oğlan olmuşdur. Avtomobildə həmçinin zənn etdiyinə görə sürücünün həyat yoldaşı olan qucağında körpə bir uşağı olan qadın da olmuşdur. Onlar həmin avtomobillə Qobustan rayonuna qədər gəlmişlər. Qobustan rayonunda təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmək istəmiş, avtomobildə olan qadından utanaraq ədəbsizlik olmasın deyə sürücüdən onları Qobustan rayonunda avtomobildən endirməyi xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra o, sürücüyə 12 manat gediş haqqı ödəyərək taksini yola salmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aralanıb əvvəl tualet axtarmış, həmçinin yolüstü aptekə də girmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayrıldıqları yerdə tapmayıb ona dəfələrlə zəng etmiş, lakin sonuncu ilə əlaqə saxlamaq mümkün olmamışdır. Talehin evlərinə qayıtdığını düşünüb yoluna davam etmişdir. Yalnız bir neçə gün sonra Talehin Qobustan rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını və üzərində narkotik vasitə aşkar olunduğunu bilmişdir. Həqiqətən də, həmin ərəfələrdə, yəni Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində tutulduğu zamanda Qobustan Rayon Məhkəməsində onun barəsində cinayət işinə baxılmış və yekunda ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Ona görə də ibtidai istintaqı aparan bir sıra polis əməkdaşlarını da tanımış və bəzən onlarla əlaqə də saxlamışdır. Lakin Təqsirləndirilən şəxs guya onun tərəfindən tutdurulması barədə məhkəmədə bildirdikləri həqiqətə uyğun deyil və düşünür ki, Taleh yalnız özünü müdafiə etmək üçün günahı öz üzərindən ona atmağa çalışır. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik və ədavəti yoxdur və olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrar təsvir etməyə zərurət görmür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Kollegiya onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticələrin «yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı olması» barədə CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilən müddəa o demək deyildir ki, təqsirlilik məsələsi müzakirə edilərkən yalnız məhkəmə iclasında verilən ifadələr əsas götürülməlidir. Qanunun mənasına görə, ibtidai araşdırma dövründə verilmiş ifadələr məhkəmə iclasında tədqiq edilərkən onların işin digər halları ilə uyğun gəlməsi müəyyən edildikdə daha mötəbər sübut kimi qəbul edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin ibtidai araşdırma vaxtı verdiyi ifadəni və şahid ifadələrini işin məhkəmə iclasında tədqiq edilən hallarına daha uyğun və inandırıcı hesab edən birinci instansiya məhkəməsi bu halı qərarda qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı cinayət əməlini törətməsini etiraf etməməsini özünümüdafiə kimi qəbul etmiş və onu məsuliyyətdən yayınmaq üçün verilən qeyri-səmimi ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, qərarda Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni əldə etməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. Işdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi olmadan əldə etməsini və saxlamasını təsdiq edən kifayət qədər sübutlar vardır. Birinci instansiya məhkəməsi haqlı olaraq qərarda qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaq zamanı və məhkəmə iclasında ifadəsində özünü müdafiə üçün sübutedici dəlil göstərmədən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını, istintaq zamanı ilkin ifadələrində təzyiq altında üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini bildirsə də, həmin xüsusatlar iş materialları ilə təkzib olunduğundan məsuliyyətdən yayınmaq məqsədilə özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilən zaman və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə baxış keçirilərkən, həmçinin şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilən zaman ilkin ifadələrində üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd kağız bükümdə 1,258 qram narkotik vasitə heroinin özünə məxsus olduğunu və istifadə etmək məqsədi ilə üzərində saxladığını etiraf etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs hadisə zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı müraciət əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2025ci il tarixli qərarın məzmunundan görünür ki, “МТЕ və PA Birliyi” PHŞ-nin Şamaxı rayon şöbəsinin ** nömrəli rəyinə əsasən məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Bu isə Təqsirləndirilən şəxs hadisə zamanı polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə məruz qalmadığını sübut edir. Bu səbəblə də həmin qərarla material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının ## #### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilən zaman isə üzərindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 1,258 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hal Təqsirləndirilən şəxs narkotik vasitə heroini istifadə etmək məqsədi ilə üzərində saxladığına dəlalət edir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, göstərilən xüsusatlar məhz təqsirləndirilən şəxsin söylədikləri əsasında formalaşdırılan, heç bir sübuta söykənməyən və cinayət işinin materialları ilə təsdiq olunmayan subyektiv fikirlərdir. Belə ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirsə də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə istintaqı zamanı belə bir halın mövcud olduğunu təsdiq edən heç bir sübut tədqiq olunmamışdır. Əksinə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ##.##.2025-ci il tarixdə şübhəli şəxs və ##.##.2025-ci il tarixdə təqsirləndirlən şəxs qismində verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə, yaxud təsirə məruz qalmadığını bildirmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, həmçinin daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən ona təyin olunmuş müdafiəçisi yanında olmuş, lakin təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, iş materiallarında mövcud olan sənədlərdə bu barədə heç nə qeyd etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı müraciət əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2025- ci il tarixli qərarın məzmunundan görünür ki, “МТЕ və PA Birliyi” PHŞ-nin Şamaxı rayon şöbəsinin ** nömrəli rəyinə əsasən məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə qeyd olunmuşdur təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermiş, cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmiş və “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.6-cı və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan azad etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumi qiymət verən məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan qərarının ləğv edilərək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Qobustan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197, 198, 397, 398.1.1, 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Qobustan Rayon Məhkəməsinin *(***)- **/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı təqsirləndirilən şəxsin apellyasiya şikayətinə müasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-248/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-248/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver