Məhkəmə qərarları › İş №1(3-8)-249/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-249/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-249/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq (videokonfrans əlaqə sistemi vasitəsi ilə), məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakim Samir Bayramov) Təqsirləndirilən şəxs (## ###### 1987-ci ildə Xaçmaz rayonunun Qobuqıraq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Qobuqıraq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ## ###### 2025-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndində 41.433648 N (şimal enliyi), 48.810017 E (şərq uzunluğu) koordinatlarında yerləşən evin qarşısına gəlib həmin evdə və ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra hasarın üzərindən aşıb, evin birinci mərtəbəsində yerləşən pəncərənin açıq olmasından istifadə edərək, həmin yerdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin ikinci mərtəbəsinə qalxıb həmin mərtəbədə olan yataq otağındakı paltar asılması üçün istifadə edilən şkafın orta gözündə olan qutunun içərisindən 1500 manat dəyərində 12 qram çəkidə 01 ədəd 585 əyarlı qızıl kişi qolbağını, 1500 manat dəyərində komplekt halında 14 qram çəkidə 585 əyarlı qızıl bir ədəd qadın üzüyü və bir cüt qadın sırğasını, 300 manat dəyərində 2 qram çəkidə 585 əyarlı qızıl bir cüt uşaq üçün sırğasını, 250 manat dəyərində 1,5 qram çəkidə olmaqla 585 əyarlı “gül” formalı qızıl qadın üzüyünü, 3500 manat dəyərində komplekt halda 15 qram çəkidə olmaqla 585 əyarlı qızıl üzərində brilyant qaşlar olan bir ədəd qadın üzüyü və bir cüt sırğasını, 2000 manat dəyərində 2 qram çəkidə olmaqla 585 əyarlı qızıl 01 ədəd qadın üzüyünü, biri 550 manat dəyərində və 4 qram çəkidə olmaqla 04 ədəd, cəmi 2200 manat dəyərində 585 əyarlı qızıl qadın boyunbağısını, biri 560 manat dəyərində və 4 qram çəkidə olmaqla 02 ədəd, cəmi 1120 manat dəyərində 585 əyarlı qızıl kişi üzüyünü, 700 manat dəyərində 5 qram çəkidə olmaqla 01 cüt 585 əyarlı “gül” formalı qızıl sırğanı, 630 manat dəyərində 4,5 qram çəkidə olmaqla 01 ədəd 585 əyarlı qızıl sırğanı, bir cütü 280 manat dəyərində və 2 qram çəkidə olmaqla 585 əyarlı qızıl iki cüt, cəmi 560 manat dəyərində uşaq üçün sırğanı, 700 manat dəyərində 5 qram çəkidə olmaqla 585 əyarlı qızıl bir ədəd qadın qolbağını, biri 200 manat dəyərində 1,5 qram çəkidə olmaqla iki ədəd, cəmi 400 manat dəyərində 585 əyarlı qızıl boyunbağı kloununu, qızıl əşyaların qoyulduğu qutunun yanında olan həmin dövrə olan məzənnəyə əsasən 21 manat ekvivalentində olmaqla 1000 rus rublunu və 500 manat nağd pul vəsaitini qanunsuz götürüb aparmaqla, ümumilikdə 15881 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bununla da o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmü tamamilə əsassız və ədalətsiz hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi məhkəmənin hökmü ehtimallara əsaslanmış, cinayət işi üzrə kifayət qədər araşdırma aparılmamış və yalnız istintaqın təqdim etdiyi materiallar əsasında hökm çıxarılmışdır. Belə ki, hadisə törədilən yerdən yalnız siqaret qutusu və "Hell" içkisi qutusundan əl-barmaq izləri götürülmüş, qalan heç bir yerdən nümunə üçün izlər götürülməmişdir. Halbuki sadalanan əşyalar kənar şəxs tərəfindən həmin fərdi yaşayış evinin qarşısına qoyula bilərdi. Bu kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, anten dairəsi üzrə alınmış məlumatlar dəqiq yoxlanılmamış, eləcə də, uzun müddət davam edən xəstəliyi, iki azyaşlı uşağının olması və məhkumluğunun olmaması məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmamışdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs uzun müddət davam edən xəstəliyi, iki azyaşlı uşağının olması və məhkumluğunun olmamasını nəzərə alıb, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında müdafiəçi X1 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə ağır cəza təyin edildiyini bildirərək, hüquqlarını müdafiə etdiyi şəxsin sadaladığı halları nəzərə alıb, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışında təqsirləndirilən şəxsin törətdiyi əməlin az ağır cinayətlər kateqoriyasına aid olduğunu, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsə cəza təyin edilərkən himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alındığını, vurulmuş ziyanın ödənilmədiyini, eyni zamanda cəzanın yüngülləşdirilməsi üçün əsaslar olmadığını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxs və şahid ifadələrini, iş üzrə hadisə yerində götürülmüş əl izini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlarla Təqsirləndirilən şəxs 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə iclasında ona təyin edilmiş cəzanın ağır olmasını vurğulamaqla cəzanı mübahisələndirərək, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olması barədə müdafiə tərəfinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin qeyd etdiyi hallar təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və AR CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, təqsirləndirilən şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddələrin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza təyin edərkən CM-in 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin qəsdən törədilməsini, cinayətin törədilmə üsulunu kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli olmasını istisna edir. Belə ki, cinayət hüququnun prinsipi kimi təsbit edilən ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin diferensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı rola görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli tədqiq edilməsidir ki, bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırlmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun edilmiş şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddə ilə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, cəzanın yüngülləşdirilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin, hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 197, 198, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar