Məhkəmə qərarları › İş №1(3-8)-252/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-252/2026

09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-252/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X13 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (hakimlər: Nahid Mirzəyev (sədrlik edən), Nurəddin Hüseynli və Ilham Cəfərzadə) Təqsirləndirilən şəxs (## ###### 1997-ci il tarixdə Qusar rayonu, Gedəzeyxur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Işin halları: Təqsirləndirilən şəxs «Whatsapp» ani mesajlama mübadiləsi sistemində tanış olduğu, özünü Rusiya Federasiyasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin ## ###### 2025-ci il tarixdə axşam radələrində ani mesajlama mübadiləsi sistemi vasitəsi ilə konumunu və şəkilini çəkib göndərdiyi yerdən, yəni Qusar şəhəri, Salahov küçəsində yerləşən 2 mərtəbəli binaların qarajların arasında satış məqsədi ilə qanunsuz olaraq içərisində külli miqdarda narkotik vasitə olan tiryək, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamin olan zəncirbəndli çantasını əldə edib üzərində saxlayaraq daşımış, ## ###### 2025-ci il tarixdə, saat 23:01-də Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı o, Qusar şəhəri, Salahov küçəsində saxlanılmış və həmin gün saat 23:03-də əlində olan zəncirbəndli çantasına baxış zamanı satış məqsədi ilə həmin çantada qanunsuz olaraq gəzdirdiyi 01 ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 102,288 qram ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd qara rəngli sellofanda külli miqdarda təmiz çəkisi 45 qram qəhvəyi rəngli, nəm vəziyyətdə, 01 ədəd sellofanda bir-birinə birləşmiş kütlədən ayrılan təmiz çəkiləri 24,086 qram açıq qəhvəyi rəngli, 12,418 qram tünd qəhvəyi rəngli maddələr olmaqla ümumilikdə təmiz çəkisi 81,504 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryək, 01 ədəd polietilen bağlamada və 01 ədəd kibrit qutusunda külli miqdarda təmiz çəkiləri ayrı-ayrılıqda 6370 qram və 2,13 qram olmaqla ümumilikdə təmiz çəkisi 6372,13 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında danışdığı şəxsdən 40 manat müqabilində 1 kibrit qutusu nəşə üçün getdiyini bildirmişdir. Bu həm istintaqda, həm də ki, məhkəmə istintaqında sübut olunmuşdur. Qusar rayon polis şöbəsinin istintaq şöbəsinin tərtib etdiyi ittiham aktındakı kobud pozuntular məhkəmədə nəzərə alınmamışdır. Belə ki, istintaqın məhkəməyə təqdim etdiyi məhkəmə şahidləri siyahısından əməliyyata rəhbərlik edən şahidi çıxarmışlar. Vəsatət əsasında məhkəməyə çağırılıb dindirilmişdir. Ancaq məhkəməyə edilən şahidin anten məlumatlarına görə vəsatət təmin edilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsi istintaqın təqdim etdiyi video çəkilişdən görsənir ki, əməliyyata rəhbərlik edən şəxsi saxlama protokolunda göstərilmiş vaxta orda iştirak etməmişdir. Belə ki, təsirləndirilən şəxs və onunla orda saxlanılan şəxslər iki saata yaxın orda saxlandıqdan sonra çəkiliş aparılıb, bununla əlaqədar istintaq vaxtı verilmiş anten məlumatlarının çıxarışından sübut olunur. Məhkəmə istintaqı zamanı verilmiş vəsatətlər təmin edilməsə də, yenidən araşdırılmasına ehtiyac vardır. Çünki məhkəmə istintaqında şahidlərdən birinin telefonu ilə aparılmış çəkiliş var və həmin cəkilişdən də görsənir ki, çəkiliş aparılan zaman çəkiliş kəsilir. Düzdür şahidlər cəkilişi telefonla apardıqlarını bildirsələr də və həmin vaxt zəng gəldiyi üçün çəkilişin dayandırılmasını bildirmişdilər. Şahidin ifadəsində belə qənaətə gəlmək olar ki, onların telefonları olmuş və anten məlumatları müəyyən etmək olar. Bundan əlavə çəkiliş aparılan zaman əməliyyatçılar təqsirləndirilən şəxsin üzərində aparılan axtarış zamanı təqsirləndirilən şəxsdə telefon aşkar edirlər və öz saatların geri çəkdikləri zaman təqsirləndirilən şəxsin telefonunun saatını geri çəkmək yaddan çıxdığından ekranda 02.45 olaraq görsənir. Bu isə cinayət işinin materiallarında göstərilən saatla təqsirləndirilən şəxsin üzərində aşkar olunan telefondakı saatın arasında 2 (iki) saata yaxın fəq yaradır. Bundan əlavə birinci instansiya məhkəməsinin hökmünün qəbul edilərkən istinad etdikləri təqsirləndirilən şəxsin whatsapp yazışmalarıdır. Amma məhəkəmə yazışmaların məğzini nə təşkil etdiyinə toxunmamışdır. Belə ki, yazışmalarda birmənalı olaraq görsənir ki, təqsirləndirilən şəxs naməlum şəxslə ancaq bir spiçka karopkası üçün ora getmişdir. Məntiqi düşündükdə 5 kiloya kimi narkotik vasitəni götürməyə gedən yanında şahid apararmı? Bundan əlavə təqsirləndirilən şəxsin əvvəldən qeyri-müəyyən şəxslə heç bir əlaqəsi olmayıb. Bu istintaq materiallarında da sübut olunur. Təqsirləndirilən şəxs naməlum nömrəni şahid Bəybala Muradxanovdan almışdır. Şahid öz ifadəsində bildirir ki, ona 40 manatı olduğunu bildirmiş və o naməlum şəxslə razılaşaraq 10 manat verəcəyini bildirmişdir. Istintaqın və məhkəmənin istinad etdiyi Whatsapp yazışmalarındada 5-6 kilo maldan söhbət getdir. Sual olunur bu malı təqsirləndirilən şəxsə kim verdi? Bundan əlavə əməliyyatçılar bildirdilər ki, məlumatları olub ki, Çələb həmin vaxtı ordan narkotik vasitə götürəcək. Bəs nə əcəb əməliyyatçıların narkotik vasitənin ora qoyulmasından xəbərləri olmayıb. Narkotik vasitənin qoyulduğu yer məlumdu, götürəcək şəxs də məlumdu. Ən azından əməliyyat keçirib onu ora qoyan şəxsi həbs edə bilərdilər, əgər maraqları olsaydı. Təqsirləndirilən şəxsin istifadəsində olan +***** ***-**-** nömrəli mobil nömrələrin anten məlumatlarından görsənir ki, ##.##.2025-ci il tarixdə saat 22:19-dan ##.##.2025-ci il tarix, saat 04.43-ə kimi Qusar şəhəri, Salahov küçəsi, ev 10, Məryəm şadlıq sarayının arxasında yerləşən ərazidə olmuşdur. Bu da onu sübut edir ki, heç də istintaqın və məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Bunun aydınlaşdırılması üçün əməliyyatçıların çəkilişdə istifadə etdiyi mobil telefonun anten məlumatları alınmalıdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında müdafiəçi Müdafiəçi apellyasiya şikayətini müdafiə edib, dəlillərinə uyğun çıxış edərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, o cümlədən təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə bəraət verilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçinin, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi (narkotik vasitələri və psixotrop maddəni əldə etməsi və üzərindən həmin kütlələrin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) ilə yanaşı, şahid ifadələri (şahid şahid7, şahid6 və şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələri), ekspert rəyləri və işin digər halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Fevralın 4-ü səhər vaxtı idi. Mən Qusarda idim, telefonu düzəltməyə getmişdim. Həmin vaxt telefonumun ekranı sındığı üçün təmir etdirməyə verdim. Mən bizim kənddən “Artur” adlı oğlanı gördüm. Artur mənə dedi ki, 40-50 manatlıq bir ədəd narkotik var, əgər istəyirəmsə onu mənə təşkil edə bilər. Mən bundan əvvəl 6-7 bakal pivə içmişdim, içkili halda idim. Mən Artura üstümdə pul olmadığını, üzərimdə olan pulu da telefonun ekranını düzəltdirmək üçün verdiyimi dedim. O, mənə heç bir problem olmadığını, növbəti gün səhər pulu verə biləcəyimi söylədi. Mən razılaşdım və narkotiki götürəcəyimi dedim. Beləliklə söhbət bağlandı. Axşam vaxtı idi, saat 8- 9 olardı. Telefon düzəldən oğlan mənim dostumdur, adı Samirdir. Mən onun yanında oturmuşdum, Samir mənim telefonumu düzəltdi, mən Samirin işlədiyi mağazadan çıxanda Artur mənə zəng etdi. Artur mənə “Whatsapp” vasitəsilə nömrə göndərəcəyini dedi. Məndə ikinci telefon var idi. Artur məndən həmin nömrəyə yazmağı, nömrəni onun verdiyini deməyimi xahiş etdi. Artur ona “kod 123” yazanda özünün başa düşəcəyini bildirdi. Mən Arturdan nömrəni alıb həmin nömrənin “Whatsapp”ına yazdım. Mənim yazışmalarım da var, müstəntiq həmin yazışmaları götürüb. Həmin nömrə ilə yazışdım və 40-50 manatlıq narkotik vasitə üçün nömrəni Arturun verdiyini dedim. Həmin narkotik vasitə 2 qram narkotik vasitə marixuana edirdi. Mən buna görə ona yazdığımı dedim. O, mənə 2-3 saata konum göndərəcəyini, gedib oradan götürəcəyimi söylədi. Mən onunla razılaşdım. Axşam saat 11-ə qalmışdı. Şəxs həmin nömrədən mənə konum göndərdi. Binanın qarşısında 2-3 metr uzunluğunda qaraj kimi uzun bir yer var idi. Orada göy rəngli bir yeşik var idi. Ora kibrit qutusu qoyub mənə şəkillər göndərdi ki, narkotik vasitəni bura qoyur. O, narkotik vasitənin yerini oxla göstərirdi. Mənə narkotik vasitəni göstərdiyi yerə qoyduğunu və gedib götürməyimi söylədi, sabah da pulu verə biləcəyimi dedi. Mən ona pulu necə verə biləcəyimi soruşdum və növbəti gün səhər verəcəyimi dedim. O, mənə növbəti gün səhər yazmağı söylədi və kartını mənə göndərəcəyini və pulu həmin karta vuracağımı bildirdi. Mən onunla razılaşdım və heç bir problem olmadığını bildirdim. Mənim telefonumda batareya yox idi. Yanımda Samir, bizim kəndin uşaqları Amil və Fəryal var idi. Mən Amilə dedim ki, xalamın evinə pul götürməyə gedirəm. Telefonumun batareyası zəif olduğu üçün birlikdə xalamgilə gedib pulu götürüb oradan məhəlləmizə geri gəlməyi söylədim. Bunlar mənimlə razılaşdılar. Telefonumda batareya olmadığı üçün telefonumda olan konumu Amilin telefonuna göndərdim. Konum olan yerə getdim, telefonda batareya 1-2 faiz qalmışdı. Samir, Fəryal və Amil maşında qaldılar. Mən həmin yerə getdim. Telefonumda işığı yandırmaq istədim, lakin batareya az olduğu üçün telefonun işığı yanmadı. Mən narkotik vasitəni axtardım, ancaq kibrit qutusunun qoyulduğu yeri tapa bilmədim, işıq lazım idi. Mən maşına tərəf gedirdim ki, işıq üçün uşaqlardan birinin telefonunu götürüm. Həmin yerdən çıxmaq istəyəndə polis əməkdaşları gəldi. Mən baçokun yanından çıxmışdım, aramızda 6- 7 metr məsafə var idi ki, əməliyyatçılar gəlib məni tutdu. Məni üzü aşağı, yerə uzandırdılar. Onlar mənə narkotik vasitə üçün gəldiyimi söylədilər. Mən bir kibrit qutusu narkotik vasitə üçün gəldiyimi dedim. Polis əməkdaşları mənim nə üçün gəldiyimi bildiklərini dedilər. Onlar çəkiliş etmək üçün kimisə gözləyirdilər. Bundan əvvəl gecə saat 2-3-ə qədər polis əməkdaşları məni orada saxladılar. Aramızda döyülmə ilə bağlı söhbət oldu. Mənim qarşıma bir böyük bağlama qoydular və üzərimə götürməyimi istədilər. Mən onlardan nə üçün onu üzərimə götürəcəyimi soruşdum və bura sadəcə bir kibrit qutusu narkotik vasitə üçün gəldiyimi dedim. Onu da orada axtarıb tapa bilməmişdim. Polis əməkdaşları əgər onlarla razılaşmasam, mənim böyrəyimə iynə soxacaqlarını dedilər. Gecə təxminən saat 3 idi. Əməliyyatçıların gözlədiyi Şahid adlı polis əməkdaşı gəldi. O, Şirvana müstəntiq kimi getmişdi. Əməliyyatçılar həmin Şahid adlı polis əməkdaşını gözləyirdilər. Bunlar da 6-7 nəfər idilər. Şahid adlı polis əməkdaşı gəldi. Çəkilişdən öncə polis əməkdaşları verdikləri çantanı sadəcə olaraq götürməyi, başqa heç nə danışmamağı söylədilər. Mən artıq pis halda idim. Çəkilişdə də var ki, özüm palçıq içində idim. Mənim sifətim qıpqırmızı idi, yara var idi. Polis əməkdaşları çəkilişə başladılar. Mən bu çantanı götürməyəcəyimi bildirdim. Polis əməkdaşları 4-5 dəfə çəkiliş etdilər. Mənimlə dava-dalaş etdilər. Mən narkotik vasitəni üzərimə götürmürdüm. Narkotik vasitəni üzərimə götürməyəcəyimi deyirdim, sonra yenidən videonu silirdilər. Daha sonra mən narkotik vasitəni üzərimə götürməklə razılaşdım, ancaq öz sözümü deyəcəyimi bildirdim. Mənim əlimə gətirib çanta verdilər. Çəkilişə başladılar, çəkiliş gedə-gedə mən həmin narkotik vasitə üçün gəlmədiyimi, ona heç yaxınlaşmadığımı bildirdim. Bu sözlərimin hamısı çəkilişdə var. Polis əməkdaşı bura nə üçün gəldiyimi soruşanda bir kibrit qutusu, 2 qram marixuana üçün gəldiyimi dedim. Mənim “Whatsapp”da yazışmalarım da var. Polis əməkdaşları məni tutanda axşam saat 11 idi. Onlar mənim cibimdə, əlimdə nə var idisə, mobil telefon da daxil olmaqla götürmüşdülər. Onlar gecə saat 3-dən sonra çəkiliş etdilər. Mən də öz sözümü söyüşlə dedim, videoçəkilişi bağladılar. Məni Quba Rayon Polis Şöbəsinə gətirdilər, Qusarda saxlamadılar. X1 Naziri gəlirdi. Mən polis əməkdaşlarına burada günahsız yerə saxlanıldığımı onlara söyləyəcəyimi dedim. Bu sözümə görə məni Quba Rayon Polis Idarəsinin Müvəqqəti Saxlama Yerinə gətirdilər. Sonra məni Qubadan Qusara gətirdilər. Məni Quba Rayon X7 Saxlama Yerində 2-3 gün saxladılar. Ümumilikdə, Qusar Rayon Polis Şöbəsində 2 gecə olmuşam, məni axşam gətiriblər, səhəri gün aparıblar. Mən tutulan gecə Qusar Rayon X7 Saxlama yerində qalmışam. Quba Rayon X7 Saxlama Yerində 3 gün olmuşam, Qusarda isə 2 gün qalmışam. Oradan məni məhkəməyə çıxardılar ki, məni həbs edib oradan cəzaçəkmə müəssəsinə göndərəcəklər. Mən barəmdə həbs qətimkan tədbiri seçilərkən məhkəməyə günahımın olmadığını dedim. Nömrəni verən oğlan gəlib izahat yazdı ki, mən ondan 40-50 manatlıq narkotik vasitəyə görə həmin oğlanın nömrəsini istəmişəm. Bu qədər böyük bağlamanı əldə etməklə bağlı bir məsələ olmayıb. Nömrəni verən oğlan da gəlib sübut etdi ki, mən 40-50 manatlıq narkotikə görə ora getmişəm. Nəticədə heç nəyi qəbul etmədilər. Mən hətta ev dustaqlığına buraxılmağı xahiş etdim ki, bunu sübut edim. Narkotiki kimin qoyduğunu sübut edəcəyimi, həmin şəxsi gətirib göstərəcəyimi dedim. Ancaq məhkəmə heç bir şeyi qəbul etmədi. Müstəntiq də mənimlə qərəzli idi. Ibtidai istintaqda guya mən satış məqsədilə narkotik vasitəni götürdüyümü yazmışam. Satış məqsədilə narkotik vasitəni götürdüyüm halda, heç bir pul verməmişəm. Kim pul verilmədən yüz min-bir milyon manatlıq narkotiki ora qoyar?” Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən tutulana qədər iki dəfə narkotik vasitə marixuana istifadə etmişəm. Nömrəni Artur adlı şəxsdən götürmüşdüm. Artur mənim dostum deyil, kəndçim idi, eyni kənddə yaşayırdıq, tanış biri idi. Öz istifadəm üçün narkotik vasitəni istəmişdim. Kibrit qutusunu götürməyə Samir, Amil və Fəryalla, 3 nəfərlə getmişdim. Onlar mənim hara getdiyimi bilmirdilər, mən xalamgilə getdiyimi demişdim. Mən konumu Amilin telefonuna göndərdim. Amilə telefonuna konum göndərdiyimi, həmin konumun onun telefonunda qalmasını söylədim. Amil mənimlə gələn şəxslərdən biri idi. Konum olan yerə Samir, Amil və Fəryalla gedirdim. Maşın Fəryalın maşını idi. Samirə telefonumu düzəltdirirdim. Axşam saat 9-10 idi. X4 ofisiant kimi işləyirdilər. Onlar axşam saat 9-10-da çıxırlar, gəlib rayona gedirdilər. Biz dedik ki, bizim ikimizi də mağazadan götürsünlər, evə çıxıb gedək. Onlar məni və Samiri təsadüfən yoldan götürüblər. Amil və Fəryalı rayon sakini kimi tanıyırdım, dostlarım idi. Samir, Amil və Fəryal marixuana istifadə etdiyimi bilmirdi. Onlar narkotik vasitə istifadə etmirdi. Samir içki içirdi. Mən Samirlə həmin gün içki içmişdim. Samir və Fəryal maşının ön oturacağında oturmuşdular. Mən və Amil arxada idik. Amil mənim yanımda olduğu üçün konumu ona göndərəcəyimi, həmin konumu özündə saxlamağı, lazım olsa götürəcəyimi dedim. Konum mənə narkotik vasitə göndərilən yerin konumu idi. Amil mənə narkotik vasitə göndərildiyini bilmirdi. Mən Amilə heç nə demədim. Amil də məndən soruşmadı. Mən sadəcə xalamın evinə gedib oradan pul götürüb evə geri qayıdacağımı söylədim. Mən təxminən 7-8 bakal, Samir də təxminən 2-3 bakal pivə içmişdi. O telefonu düzəldirdi deyə çox içə bilmədi. Mən konum olduğu yerdən 20-30 metr uzaqda maşını saxlatmışdım. Onlar mən tutulanda görməyiblər. Mən tutulandan, polis əməkdaşları gəldikdən sonra polis əməkdaşları Amil, Samir və Fəryalı da tutublar. Onlar bir gecə saxlanılıb, səhəri gün buraxılıblar. Həmin 3 şəxsin heç biri mənim narkotik vasitə istifadə etdiyimi bilmirdi. Binanın qarşısında qarajlar var idi. Mənim xalamın evi orada deyildi, mən yalandan xalamın evinin orada olduğunu dedim ki, onlar şübhələnməsinlər. Xalamgilin evi konum göndərilən yerə yaxın deyildi. Binanın qarşısında qaraj var idi. Oraya zibil qabı, baçok kimi bir şey qoymuşdular. Həmin yer şəkillərdə də çıxıb. Mənə həmin yerin şəklini göndərmişdilər. Binayla qarajlar üzbəüz idi. Qarşı tərəfdən yol gedirdi. Mən maşını 20-30 metr uzaqda saxlatmışdım. Samir, Fəryal və Amil məni görmürdü. Yəni 5 metr də olsa, məni görə bilmirdi. Mənim gözlə görünən xəsarətim var idi. Ayağımda xəsarət var idi, vəkillim də bunu görüb. Həmçinin başımda indi də xətlər qalıb. Mənə silahın qundağı ilə vurmuşdular. Vəkilim mənimlə ibtidai istintaq vaxtı müqavilə bağlayıb. 10 ay əvvəl olan bir məsələ olduğu üçün tutulandan nə qədər sonra müqavilə bağladığımı bilmirəm. Ora kibrit qutusunu qoyub göndəriblər. Əvvəl ox qoyub göstəriblər, sonra kibrit qutusunu qoyub göstəriblər. Işgəncəyə məruz qalmağımla bağlı şikayət etməmişəm. Tutulana qədər təmir işi ilə məşğul olurdum. Bir dəfə iki-üç il öncə marixuana istifadə etmişəm. Bir dəfə də keçən yay əmin qızının toyunda marixuana istifadə etmişəm. Mən özüm üçün marixuananı istəyirdim, marixuananı arada istifadə edən biri idim, çox istifadə edən deyildim. Mən istifadə edən idimsə, bir kisə narkotik göndərmələrini söyləyərdim. Məni gecə saat 11-də saxladılar. Əməliyyatçılar saat 11-də gəldilər. Çəkiliş gecə saat 3-4-də oldu. Çəkilişdə danışan şəxs həmin o gecə gələn şəxsdir. Zənbilin içindən bir qara büküm narkotik vasitə marixuana, “patı” və bir ədəd kibrit qutusu çıxdı. Kibrit qutusu onun içindən çıxdı. Polis əməkdaşlarının məni tutduqları yer ilə konum arasında məsafə 7-8 metr, təxminən 10 metrə yaxın idi. Məni yerə uzatmışdılar. Həmin gün hava yağışlı idi. Çəkilişdən də görünür ki, mənim üstüm yaş idi. Tutulduqdan sonra gecə saat 11-dən 3-4-ə qədər məni orada yerdə saxlayıblar. Mənim fakt orada əlim ayağım yaş palçıq içində idi. Mən çəkilişdə marixuana üçün gəldiyimi bildirdim. Sonra mən polis əməkdaşlarına üzərimə qoyulan narkotik vasitə üçün gəlmədiyimi və ona yaxınlaşmadığımı dedim. Mən bir kibrit qutusu marixuana üçün gəlmişdim. Videoçəkilişdə bunu demişəm. Sonra mən yenə bunu deyəndə səsimi kəsdilər. Mən narkotik vasitəyə yaxınlaşmadığımı dedim. Kibrit qutusunda olan narkotik vasitə üçün gəlmişdim, ancaq heç ona da yaxınlaşmamışam. Ibtidai istintaqda mənə təzyiq olub, məni döyüblər. Mənim ayağıma vurublar, hazırda başımda da izlər var. Məni saxladıqdan sonra çantanı götürməyi söylədilər. Çəkiliş üçün kimsə gələcəkdi. Həmin şəxs gələnə qədər polis əməkdaşları məni hazır edirdilər. Həmin vaxt məni döyürdülər, vururdular. Qusar Rayon Məhkəməsində döyüldüyümü demədim. Döyüldüyümü demək istəyirdim, ancaq müstəntiq mənim üzümə başqa cür baxdığına görə döyüldüyümü deyə bilmirdim. Barəmdə həbs qətimkan tədbiri seçilərkən onların əlində idim. Heç nə edə bilməzdim. Orada olanların hamısı eyni polis əməkdaşları idi, mən məhkəmədə həmin polis əməkdaşları tərəfindən döyüldüyümü deyə bilməzdim. Sonra onlar mənimlə eyni söhbətləri edəcəkdilər. Mən orada təzyiq altında idim, döyüldüyümü deyə bilməzdim. Mən narkotik vasitənin mənə aid olmadığını deyəndə təzyiq altında deyildim. Polislər tərəfindən döyülməyimi bir kənara qoymuşdum. Mənim üçün əsas məsələ narkotik məsələsi idi. Məndə xəsarət izi qalmışdı. Məhkəmənin qərarından sonra məni Qubaya apardılar. * saylı istintaq təcridxanasına ayın 10-u gəldim. Mənim üstümdə xəsarət qalmışdı. Istintaq təcridxanasına daxil olanda döyüldüyümü demişəm. Ancaq bu istintaq təcridxanasında olarkən qeyd olunmayıb, adi yara olduğunu dedilər. Istintaq təcridxanasında xəsarətimin olduğunu dedim. Ayağımda yara olduğunu söylədim, onu qeyd edib-etmədiklərini bilmədim. Bu dediklərimlə bağlı araşdırma aparılmayıb, prokurorluqdan kimsə gəlib məni dindirməyib.” Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq özünü dolandırır. “Artur" ləqəbli şahid7 həmkəndlisirdir, onunla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 2 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan arada bir istifadə edir. ##.##.2025-ci il tarixdə günorta radələrində Qusar şəhərində yerləşən “Elite" mağazasının yanında həmkəndlisi “Artur" ləqəbli Beybala adlı şəxslə görüşmüşdür. O, Beybalanın da özü kimi narkotik vasitədən istifadə etdiyini bilir. Söhbət zamanı Beybala ona narkotik vasitə satan bir şəxsi tanıdığını bildirdirərək həmin şəxsin nömrəsini verərək «Whatsapp» ani mesajlama mübadiləsi sistemində əlaqə saxlamağı tapşırmışdır. O bu təkliflə razılaşmışdır. ##.##.2025- ci il tarixdə axşam radələrində həmkəndlisi Samirin Qusar şəhəri “Təzə Bazar" adlanan yerdə işlədiyi telefon mağazasına getmiş, onunla söhbət edərək özündə olan nasaz vəziyyətdəki “Samsung A13" və “Redmi Note 8" markalı mobil telefonları verdikdən sonra müqabilində 01 ədəd “Xiaomi" markalı telefonu götürmüşdür. Daha sonra Samirlə birlikdə onun işlədiyi mağazanın yanındakı kafeyə elə Samirlə birlikdə getmiş, kafedə hər ikisi adama 2 bakal pivə içmişdirlər. ##.##.2025-ci il tarixdə, saat təxminən 19 radələrində Samirlə birlikdə pivə içən zaman Beybalanın ona verdiyi +79168572345 nömrəsinə «Whatsapp» ani mesajlama mübadiləsi sistemində özünə məxsus 070-308-60-38 nar nömrəsindən yazıb, “Artur"-dan nömrəsini aldığı bildirərək həmin şəxslə yazışmağa başlamış, həmin şəxsin adı barədə heç bir məlumatı olmamışdır. O həmin şəxsdən 50 manat müqabilində narkotik vasitə almaq istədiyini bildirmiş, qarşı tərəf buna öz razılığını bildirmişdir. Samirin onun yazışmaları barədə heç bir məlumatı olmamışdır. Bundan sonra o və Samir kafedən çıxıb Samirin işlədiyi telefon mağazasına qayıtmışdırlar. Təxminən 1 saat sonra həmkəndliləri Fəryal və Amil də Samirin mağazasına Fəryalın idarə etdiyi “Mercedes C-Klass” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdirlər. Həmin vaxt onlar Samirin mağazasında oturub söhbət etmiş, həmçinin Samir onun təzə aldığı “Xiaomi” markalı mobil telefonu təmir etmişdir. ##.##.2025-ci il tarixdə axşam saat 22 radələrində tanımadığı şəxs narkotik vasitələri qoyduğu yerin şəklini və məkanını ona göndərmişdir. Bundan sonra onunla birlikdə olan tanışlarına kəndə qayıtmazdan əvvəl xalasının yaşadığı evə gedib, oradan götürülməli bəzi şeylərin olduğunu bildirmişdir. Bundan sonra onlar Qusar şəhərində yerləşən “Məryəm" şadlıq sarayın yaxınlığındakı hündür yaşayış binasının yanında avtomobili saxlamış, o maşından tək başına düşərək birlikdə gəldiyi şəxslərdən təxminən 40 metr aralanmış, ona atılan şəklin yerini axtarmağa başlamışdır. Həmin gün saat təxminən 23 radələrində həmin ərazidə yerləşən 2 mərtəbəli binaların arasına olan qarajlara tərəf getmiş, həmin yerdə qarajların arasından olan 01 ədəd çantanı götürüb, oradan uzaqlaşaraq maşına tərəf qayıtmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün saxlanldığını bildirmişdirlər. Polis əməkdaşları video çəkilişlə üzərində narkotik vasitələri və psixotrop maddələri, həmçinin qanunla qadağan olunmuş hər hansı əşyaların olub-olmamasını soruşmuş, bu zaman o üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Polis əməkdaşları daşıdığı çantanın içərisində nə olduğunu soruşan zaman, polis əməkdaşlarına çantanın içərisində narkotik vasitə olduğunu, narkotik vasitə istifadəçisi olduğu üçün həmin çantanı əldə etdiyini səmimi etiraf etmişdir. Həmin vaxt polis əməkdaşları videoçəkilişlə əlindəki çantaya baxış keçirməyə başladılar. Həmin çantada 01 ədəd böyük, 02 ədəd balaca bağlama və 01 ədəd kibrit qutusu olmuşdur. 01 ədəd böyük ölçülü qara rəngli bağlamada və 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd kiçik ölçülü qara rəngi bağlamada narkotik vasitə tiryək və 01 ədəd kiçik ölçülü qara rəngli bağlamada isə ağ rəngli, kristallik kütlələr psixotrop maddə patı olmuş, həmin narkotik vasitə və psixotrop maddə ekspertiza təyin edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa üzərinə də baxış keçirilmiş, üzərindən ona məxsus olan qanunla qadağan olunmuş hər hansı başqa əşyalar aşkar edilməmişdir. Həmin vaxt çantada olan narkotik vasitələri və psixotrop maddələri tanımadığı “Whatsapp" ani-mesajlaşma tətbiqi ilə tanış olduğu Rusiya Federasiyası vətəndaşından əldə etdiyini bildirmiş, buna görə də ona məxsus “Samsung” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları onunla sorğu-sual aparan zaman qeyd olunan yerə həmkəndliləri Amil, Fəryal və Samir adlı şəxslərlə birlikdə gəldiyini, onların narkotik vasitə əldə etmək üçün gəlməyi barədə heç bir məlumatları olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmkəndliləri Amil, Fəryal və Samir adlı şəxslərin üstünü yoxlamış, həmçinin Fəryalın idarə etdiyi “Mercedes C-Klass” markalı, **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişdirlər. Onların üzərindən və avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra onları araşdırma zərurəti ilə əlaqədar olaraq Qusar Rayon Polis Şöbəsinə təmin etmişdirlər. Onunla eyni avtomobildə gəlmiş şahid4, şahid6 və şahid5 narkotik vasitə və psixotrop maddə əldə edəcəyindən xəbərləri olmamışdır. Adını bilmədiyi «Whatsapp» ani mesajlama mübadiləsi sistemində tanış olduğu Rusiya Federasiyası vətəndaşı olan şəxsdən narkotik vasitə əldə edib satmamış, birinci dəfədir ki bu işi görmək istəmişdir. Bundan əvvəl həmkəndlisi şahid7la birlikdə narkotik vasitələdən istifadə etməmiş və ya birlikdə gedib narkotik vasitəni pul müqabilində əldə etməmişdir. şahid7 ##.##.2025-ci il tarixdə ona narkotik vasitə əldə etmək üçün pul verməmiş, ona sadəcə əlaqə nömrəsini vermişdir. O, özü tək başına içərisində narkotik vasitələr olan çantanı götürmüş və polis əməkdaşları saxlayan zaman həmin çanta onun əlində olmuşdur. Ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Ibtidai istintaqda ifadə verərkən kibrit qutusu olmadığı üçün onun yerinə çantanı götürməyimi qeyd etməmişəm. Belə bir ifadə verməmişəm. Ibtidai istintaqdakı ifadəmi qəbul etmirəm. Saxlanıldığım yerdən 6-7 metr məsafədə çəkilişi aparıblar. Məni axşam saat 11- də saxlayıblar. Ancaq videoçəkiliş 11-də olmayıb. Mən tutulanda videoçəkilişdə danışan şəxs orada yox idi. Həmin vaxta qədər digər polis əməkdaşları məni döydü və narkotik vasitəni üzərimə götürməyi, götürsəm mənə heç nə etməyəcəklərini dedilər. Buna görə vaxtı uzatdılar. Digər polis əməkdaşı da gəldi, söhbəti uzatdılar. Videoçəkiliş 3-4 arası oldu. Mən 2-3 saat yerdə olmuşam. Mən məndə pulun olmadığını, pulu səhəri gün verəcəyimi demişdim. Nömrəni mənə Beybala vermişdi, danışdım, 40 manata razılaşdıq, sonra mən getdim. Beybala bundan sonrasını bilməyib.” Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid7 ifadəsində göstərmişdir: “Səhər saatlarında Qusarda razılaşıb görüşdük. Çələb məndən narkotik vasitə istədi. Mən belə bir telefon nömrəsi olduğunu, tanımadığım bir şəxs olduğunu, onun nömrəsi olduğunu dedim. Mən onunla yazışıb internetdən nömrəsini götürmüşəm. Çələb həmin nömrəni məndən götürüb əlaqə saxladı. Nömrə rus nömrəsi idi. Çələb nömrəni götürüb yazışdı. Narkotik vasitənin bir qutusunu 50 manata verirdi. Çələb 50 manat pulu olmadığını, ancaq 40 manat pulu olduğunu dedi. Sonra elə oldu ki, biz zəngləşdik, mən həmin nömrəyə yazdım ki, Çələbin 40 manat pulu var, 50 manat pulu yoxdur, 10 manat pulu çatmır. 40 manata razılaşdılar, həmin nömrədəki şəxs 40 manatlıq malı deyilən yerə qoyacağını, gəlib götürə biləcəyimizi dedi. Mən çıxıb gəldim. Çələb 40 manat pulu olduğunu dedi. Mən də 40 manatı verməsini söylədim. Çələb 40 manatlıq malı götürməyə getməli idi. Sonra nə olduğunu bilmədim və Çələbin tutulduğunu öyrəndim.” Şahid şahid7 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Çələbə nömrəni mən vermişəm. Internetdən götürdüyüm nömrəni vermişdim. Sonra Çələbin həmin narkotik vasitəni tapıb-tapmaması ilə bağlı məsələni bilmədim. Səhəri gün Çələbin tutulduğunu eşitdim. Bundan bir gün əvvəl Çələb mənə zəng etmişdi və 40 manat pulu olduğunu demişdi. Çələb 40 manat pul göndərdiyini və 40 manatlıq mal götürəcəyini söylədi. Biz 40 manatlıq mala razılaşmışdıq. Səhəri gün Çələbin tutulduğunu eşitdim. Mən özüm əvvəllər həmin nömrədən mal götürmüşəm. Çələb bir qutu narkotik vasitə marixuana götürməli idi. Başqa heç nə götürməyəcəkdi. Mən əvvəllər narkotik qəbul edirdim, indi etmirəm. Narkoloji dispanserdə qeydiyyatdayam. Polis idarəsində verdiyim ifadəni xatırlayıram. Orada mənə hər hansı təsir, təzyiq olmayıb. Heç kim məni incitməyib və ifadə verməyə məcbur etməyib. Öz iradəmlə ifadə vermişəm. Burada necə ifadə vermişəmsə, ibtidai istintaqda da elə yazmışam.” Ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, şahid şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid verdiyi həmin ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir narkotik vasitə və psixotrop maddə metafetamindən istifadə edir. Təxminən 2023-cü ildə psixotrop maddəni qanunsuz saxlaması və daşımasına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmkəndlisidir, münasibətləri həmişə normal olmuşdur. Çələb də onun kimi narkotik vasitədən istifadə edir, lakin birlikdə heç vaxt narkotik vasitədən istifadə etməmişdir. ##.##.2025-ci il tarixdə səhər radələrində Qusar şəhəri Bazar ərazisində Çələblə təsadüfən görüşüb, söhbət etmişdir. Söhbət zamanı Çələb üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, o isə cavabında üzərində narkotik vasitə olmadığını, lazım olanda bir nömrəyə yazıb, onların saxladıqları yerdən narkotik götürdüyünü bildirmişdir. Çələb ondan həmin şəxsin nömrəsini istəmişdir. O, Çələbə telefonunda olan +79168572345 nömrəsini vermiş, həmin şəxsin şəxsiyyəti və digər heç bir məlumatım olmadığını bildirmişdir. Bundan sonra öz işləri ilə məşğul olmaq üçün getmişdir. Həmin gün axşam radələrində Çələb ona zəng edib, verdiyi mobil nömrəyə yazdığını, lakin həmin şəxsin 1-2 saata gəlib ona narkotik vasitə verə biləcəyini bildirmişdir. O, həmin işə qarışmamış, onunla görüşməmiş və bu barədə heç bir məlumatı olmamışdır. ##.##.2025-ci il tarixdə kənd camaatından Çələbin ##.##.2025-ci il tarixdə Qusar şəhərin ərazisində üzərində külli miqdarda narkotik vasitələr və psixotrop maddələr saxladığı üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan əvvəl +79168572345 nömrəsi ilə əlaqə saxlayıb, pul müqabilində narkotik vasitə və ya psixotrop maddə əldə etmişdir. Həmin şəxslə internetdə sosial şəbəkələrdə tanış olmuş və bir neçə dəfə özü üçün narkotik vasitə alıb çəkmişdir. Həmin şəxslə ancaq «Whatsapp» ani mesajlama mübadiləsi sistemində yazışaraq əlaqə saxlamış, həmin şəxsin cinsiyyəti, milliyəti və ya həmin şəxsin adı barədə məlumatı yoxdur. Sonuncu dəfə 2 ay əvvəl +79168572345 nömrəsi ilə əlaqə saxlayıb, 30 manat müqabilində 1 kibrit qutusu marixuananı Qusar şəhəri ərazisində əldə etmişdir. +79168572345 nömrəsi ilə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddəni pulu narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi yerdə saxlayıb getmək yolu ilə əldə etmişdir. Ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra şahid şahid7 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Hadisənin baş verdiyi tarix tam dəqiq yadımda deyil. Məndən ibtidai istintaqda 40 manatlıq mal götürülməsi ilə bağlı heç nə soruşmadılar. Mən də ifadəmdə bununla bağlı heç nə demədim. Ibtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Məhkəmədə verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir: “Mən Çələbin telefonunu təmir edirdim. Sonra maşınımız olmadığı üçün şahid5la getdik. O da gedəndə birlikdə maşınla getməyi dedi. Mənim deyil, dostum şahid5 maşını var idi. Sonra biz avtobazaya çıxanda Çələb xalasından 20 manat pul götürəcəyini dedi. Biz də “Məryəm” şadlıq sarayının yanına getdik. Çələb maşından düşüb getdi. Sonra Çələb qayıtmadı, polis əməkdaşları gəldi və bizi Çələbin yanına apardılar. Bizim xəbərimiz yox idi. Çələbin yanında bir çanta gördük. Çələbin yanındakı çantanın kimə məxsus olduğunu bilmirəm.” Şahid şahid6 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Çələb maşından düşəndə Fəryal, Amil və mən maşında qaldıq. Maşında sürücü Fəryal idi. Dəqiq bilmirəm, deyəsən Amil də arxada idi. Mən öndə oturmuşdumsa və Fəryal maşını idarə edirdisə, Amil arxada oturmuşdu. Həmin vaxt saatın neçə olduğunu bilmirəm. Qaranlıq idi. Çələb maşından düşdükdən nə qədər sonra qayıtdığını bilmirəm. Həmin vaxt telefon yox idi, polis əməkdaşları götürmüşdülər. Ancaq saatı deyə bilmirəm. Çələb qayıtmamış polis əməkdaşları maşının yanına gəldi. Polis əməkdaşları bizi Çələbin yanına apardılar. Biz biraz uzaqda Çələbi, bir də çantanı gördük. Çanta polis əməkdaşları ilə birlikdə Çələbin yanına qoyulmuşdu. Orada neçə saat qaldığımızı deyə bilmirəm. Şokda olduğumuz üçün orada nə qədər qaldığımızı xatırlamıram. Bizi polis idarəsinə apardılar. Ora gedəndə saatın neçə olduğunu xatırlamıram. Biz səhəri gün kəndə getdik. Ibtidai istintaqda ifadə verərkən müstəntiqin, məni döyməsi, incitməsi kimi bir hal olmayıb.” Ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, şahid şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid verdiyi həmin ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə axşam radələrində həmkəndlisi Çələb Qusar şəhəri “Tэzə Bazar" adlanan yerdə işlədiyi telefon mağazasına gəlmiş, onunla söhbət etmiş və nasaz vəziyyətdəki “Samsung A13" və “Redmi Note 8" markalı mobil telefonları ona verib müqabilində 01 ədəd işlənilmiş “Xiaomi" markalı telefonu götürmüşdür. Daha sonra onlar işlədiyi mağazanın yanındakı kafeyə gedib, orada adama 2 bakal pivə içmişdirlər. ##.##.2025-ci il tarixdə, saat 20 radələrində həmkəndliləri Amil adlı şəxs ona telefonla zəng edib kəndə gedib-getmədiyi barədə soruşmuş, o isə cavabında Fəryal adlı digər həmkəndlilərinin hal-hazırda idmanda olmasını və çıxan zaman onunla birlikdə kəndə qayıdacağını bildirmişdir. Amil də həmin vaxt ərzində onu gözləmiş və onlar ##.##.2025-ci il tarixdə, təxminən saat 22:30 radələrində Qusar şəhəri, Təzə Bazar ərazisində Fəryala məxsus “Mercedes Benz C200" markalı **-XX-*** nömrəli avtomobilə oturmuşdurlar. Onlar kəndə qayıtmaq üçün yola düşən zaman Çələb, Fəryaldan yol üstü Qusar şəhərində yerləşən “Məryəm” şadlıq saraya tərəf sürməsini xahiş edib, bir nəfərdən pul götürməli olduğunu bildirmiş, Fəryal da razılaşmışdır. Onlar həmin ünvana çatan zaman Çələb maşından düşmüş, ətraf qaranlıq olduğundan onun hara getdiyini görməmişdirlər. Təxminən 3-5 dəqiqə sonra polis əməkdaşları onların avtomobilinə yaxınlaşıb, özlərini təqdim edərək maşından düşməyi tələb etmişdirlər. Maşından düşən zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını, əlində çanta olduğunu görmüşdürlər. Bundan sonra polis əməkdaşları onların iştirakları ilə Çələbin əlində saxladığı çantaya və üzərinə baxış keçirmişdirlər. Baxış zamanı Çələbin əlindəki çantadan bağlamalarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş, Çələb həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etmiş, onları tanımadığı Rusiya Federasiyası vətəndaşından əldə etdiyini, həmçinin onun Samir və Fəryalın da bununla bağlı heç bir məlumatı və əlaqəsi olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onun, Amilin və Fəryalın üzərinə, həmçinin Fəryala məxsus avtomobilə baxış keçirmiş, lakin üzərlərindən və avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Çələbin əlindəki çantadan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Bundan sonra onları Qusar polis şöbəsinə aparmışdırlar. Özünün, Amilin və Fəryalın həmkəndliləri Çələbin narkotik vasitələr və psixotrop maddələr əldə etmək üçün getməsi barədə heç bir məlumatları olmamışdır. Ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra şahid şahid6 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Həmin çantaya baxış keçirəndə çantadan nə aşkar olunduğunu bilmirəm, yadımda deyil. Biz şokda idik, olanlar yadımda deyil. Məncə, çəkilişdə olmalı idim. Çantada narkotik vasitə, psixotrop maddə var idi.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir: “Axşam saat 7-8 arası idman zalında idim. Dostum Samir zəng etdi. O, telefon ustasıdır. Samir maşını olmadığı üçün kəndə gedəndə yolda onu da götürməyimi xahiş etdi. Mənim “Mercedes” markalı maşınım var idi. Biz eyni kənddə qalırdıq. Orada Çələb də var idi, Samir Çələbin telefon ekranını dəyişirdi. Samir telefon ekranını dəyişdi, biz biraz, 10-15 dəqiqə gözlədik, sonra getdik. Gedəndə Çələb xalasından pul götürəcəyini dedi. Mən problem olmadığını onu aparacağımı söylədim. Biz ora getdik. Orada “Məryəm” restoranı var idi. “Məryəm” restoranının yanına çatanda Çələb maşından düşüb getdi. Biz Çələbi gözləyirdik, nə olduğunu bilmirdik. Maşında oturmuşduq, 10-15 dəqiqə Çələbi gözlədik. Sonra polis əməkdaşları yaxınlaşdı. Polis əməkdaşları burada nə etdiyimizi, nə üçün gözlədiyimizi soruşdu. Onlar bizi maşından düşürtdü. Biz xeyli müddət orada qaldıq. Nə olduğunu bilmirdik. Çələbi görmədik, Çələb getmişdi. Bizə nə baş verdiyini söylədilər. Biraz vaxt keçdikdən sonra Çələbi gördük. Çələb gələndə əlində çanta var idi. Polis əməkdaşları çantaya baxış keçirdilər. Çantanın içindən nəsə çıxarırdılar. Ancaq nə çıxardıqlarını bilmirəm.” Şahid şahid5 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Axşam vaxtı idi, özüm birinci dəfə idi polisə düşürdüm, şokda idim. Çələbi görəndə 4 saata kimi bir vaxt keçməzdi. Mən maşınımda oturmuşdum. Orada gözləyirdim. “Məryəm” şadlıq sarayının yanına axşam saat 9-10 da getdik. Mən trinajordan çıxanda 9-10-nun yarısı çıxıram. Bir az telefonun düzəldilməsi üçün gözlədik. Çələbi təxminən nə vaxt gördüyümüz tam yadımda deyil. Polis idarəsinə saat neçədə getdiyimiz yadımda deyil, telefon üzərimdə deyildi. Ibtidai istintaqda ifadə verəndə müstəntiq hər hansı təsir-təzyiq etməyib. Özüm ifadə vermişəm. Necə ifadə vermişəmsə, elədir.” Ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, şahid şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid verdiyi həmin ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə, saat 15 radələrində işdən çıxıb evə gəlmiş, yemək yeyib təkrarən saat 19 radələrində idman zalına gəlmək məqsədilə evdən çıxmışdır. O, Qusar şəhərinə özünə məxsus olan “Mercedes C-Klass” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə gəlmişdir. Qusar şəhərində fəaliyyət göstərən “Olimp” idman zalına gedib idman etmişdir. Samir adlı həmkəndlisi ona zəng edərək evə gedəndə onu kəndə aparmağını demişdir. Qusar şəhəri ərazisində yerləşən “Təzə Bazar”a tərəf getmiş və həmkəndliləri Amil, Çələb də onun avtomobilinə əyləşmişdirlər. Onlar kəndə qayıdan zaman Çələb bir nəfər şəxsdən pul alacağını bildirib ondan bir binaya tərəf getməyini xahiş etmişdir. Çələbin dediyini etmiş. Qusar şəhəri “Məryəm” şadlıq sarayın yanına sürmüşdür. Ətraf qaranlıq olduğundan, Çələbin hara getdiyini görməmişdir. Təxminən 3-5 dəqiqə sonra polis əməkdaşları avtomobilə yaxınlaşıb, özlərini təqdim etdilər və bizdən maşından düşməyi tələb etdilər. Maşından düşən zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını, əlində çanta olduğunu görmüşdür. Bundan sonra polis əməkdaşları onların iştirakları ilə Çələbin əlində saxladığı çantaya və üzərinə baxış keçirmişdirlər. Baxış zamanı Çələbin əlindəki çantadan bağlamalarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş, Çələb həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etmiş, onları tanımadığı Rusiya Federasiyası vətəndaşından əldə etdiyini, həmçinin onun Samir və Amilin də bununla bağlı heç bir məlumatı və əlaqəsi olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onun, Amilin və Samirin üzərinə, həmçinin ona məxsus avtomobilə baxış keçirmiş, lakin üzərilərindən və avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Çələbin əlindəki çantadan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Bundan sonra onları Qusar Rayon Polis Şöbəsinə aparmışlar. Özünün, Amilin və Samirin həmkəndliləri Çələbin narkotik vasitələr və psixotrop maddələr əldə etmək üçün getməsi barədə heç bir məlumatları olmamışdır. Ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra şahid şahid5 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Orada polis əməkdaşları nəsə çıxarırdılar. Ancaq narkotik vasitə çıxarıbçıxarmadıqlarını bilmirəm. Mən narkotik vasitə tanımıram. Mən şokda idim, uzaqda idim. Çantanın ölçüsünü dəqiq bilmirəm. Çələbin narkotik vasitənin onun olduğunu və ya kimdənsə aldığını dediyini eşitməmişəm. Çələb bizdən uzaqda idi. Çələbin polis əməkdaşları ilə nəsə danışdığını eşitməmişəm. Polis əməkdaşlarının hər hansı qanunsuz hərəkətini, Çələbi döyüb-vurduğunu görməmişəm. Çantaya baxış edəndə telefonla videoçəkiliş edirdilər. Mənə qarşı hər-hansı təsirtəzyiq olmayıb. Ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir: “Biz Çələblə maşında birlikdə olmuşuq. Mən də “Məryəm” şadlıq sarayının yanına getmişəm. Maşını saxlayandan, Çələb düşdükdən sonra 3-5 dəqiqə keçdi. Polis əməkdaşları yaxınlaşıb bizi tutdu. Biz Çələbi iki saatdan sonra gördük. Orada çəkiliş gedirdi. Çələbin yanında çanta var idi. Çəkilişlə həmin çantaya baxırdılar. Biz uzaqda olduğumuz üçün çantadan nə aşkar olunduğunu bilmədik. Narkotik vasitə aşkar olunduğunu dedilər.” Şahid şahid4 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bizdən telefonu götürmüşdülər. Biz ora gedəndə təxminən 11-ə işləmiş ,ya da 11-ə qalmışdı. Sonra biz xeyli müddət, təxminən 2 saata qədər orada qaldıq. Mən Çələbin narkotik vasitənin onu olduğunu söyləməsini eşitməmişəm. Məni polis idarəsinə gətirdilər. Polis idarəsindən çıxanda telefonlarımızı bizə verdilər. Bizi 1 gündən sonra, səhəri gün polis idarəsindən buraxdılar. Ibtidai istintaqda ifadə verərkən müstəntiq mənə təzyiq-təsir etməyib. Nə varsa, onu demişəm. Çələbin narkotik vasitəni Rusiya vətəndaşı olan şəxsdən aldığını eşitməmişəm. Mən videoçəkiliş getdiyini və çantadan narkotik vasitələrin aşkar olunduğunu gördüm. Mənə qarşı orada təzyiq olmayıb. Çələbə qarşı hər hansı təzyiqin olduğunu görməmişəm. Çələb maşından düşüb getdikdən 3-5 dəqiqə sonra mən də maşından düşdüm. Maşının qarşısında idim. Çələb binanın aralığındakı həyətə girəndə səs eşitdim. Kimsə “tərpənmə” deyirdi. Bir nəfər Çələbin üstünə getdi. Iki nəfər də bizim üstümüzə, maşına tərəf gəldi, sonra bizi saxladılar. Ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir: “Bizə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Bununla bağlı Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə təxminən axşam saat 11 radələrində saxladıq. Onun əlində narkotik vasitə olan çanta var idi. Videoçəkilişlə onu götürdük. Çantadan marixuanaya, tiryəkə və metamfetaminə bənzər kütlələr aşkar olundu. Ancaq çəkilərini xatırlamıram. Marixuanaya bənzər kütlə böyük ölçüdə idi. Digərləri balaca bükümlər idi. Daha sonra onları rəsmiləşdirib, qablaşdırıb götürdük.” Şahid şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən, şahid3, şahid1, əməliyyat qrupunun rəhbəri Şahid Lətifov daxil idi. Həmçinin Post-Patrul xidmətinin əməkdaşları da var idi. Təqsirləndirilən şəxs başqa 3 nəfər şəxsi də saxladıq. Onların ad-soyadı yadımda deyil. Həmin 3 şəxs Çələb maşına tərəf gedəndə maşında idilər, maşında gözləyirdilər. Şəxsi axtarış videoçəkilişlə, yerində keçirildi. Videoçəkilişi şahid3 edirdi, danışan Şahid Lətifov idi. Videoçəkiliş “Samsung A55” markalı mobil telefonla aparılırdı. X5 öz telefonu idi. Çəkiliş edən zaman 1-2 saniyəlik, zəng gəldiyi üçün çəkiliş dayandı. Video çəkilən telefona zəng gəlmişdi. Şəxsi saxladığımız yerə gedəndə təxminən axşam saat 11 radələri idi. Bizim ora getməyimizlə şəxsin oradan gəlməyi arasında təxminən 5 dəqiqə vaxt olardı. Əməliyyatçılarla yanaşı, Post-Patrul Xidmətinin əməkdaşları var idi. Biz hamımız ayrıayrı yerlərdə gözləyirdik. Post-Patrul xidmətinin əməkdaşları ilə eyni məkanda idik. Ancaq bir yerdə durmamışdıq. Təqsirləndirilən şəxs gəldiyini gördük. O gəzəgəzə gəlirdi, çantanı götürüb getməyə çalışanda saxlamışıq. Yerində baxış keçirmişik. Qərar vardır ki, əməliyyat çəkilişi yerində aparılmaldır. Qərarla tanışam. Nə üçün şəxsə yaxınlaşıb videoçəkiliş etməməyimiz yadımda deyil. Şəxs narkotik vasitəni özü götürüb çıxmışdı. Çəkilişin aparılmasına qrup rəhbəri Şahid Lətifov rəhbərlik edirdi. Qrupun rəhbəri belə çəkiliş etməyi deyib. Şəxsi saxladıqdan sonra narkotik vasitəni haradan götürdüyünü dedi. Həmin yerə baxış keçirdik. Orada başqa heç nə yox idi. Şəxs özünü təqsirli bildi. Malın ona aid olduğunu dedi. Şəxsin yazışmaları da var idi, malın arxasınca gəlmişdi. Çəkiliş bir il bundan əvvəlki məsələ olduğu üçün şəxsin malın ona aid olub-olmadığını deməsi yadımda deyil. Şəxs narkotik vasitənin ona aid olmasını mübahisələndirmirdi, etiraz etmirdi. Narkotik vasitələr bir-birinə bitişik bükümdə idi. Bundan başqa bir kibrit qutusu da var idi. Şahid Lətifov bizimlə birlikdə idi. Videoçəkiliş heç yarım saat olmadı. Biz əməliyyat tədbirinə axşam 23:00-da getdik, ancaq nə vaxt qayıtdığımız yadımda deyil. Gecə saat 4-də qayıtmadıq, ancaq neçədə qayıtdığımız dəqiq yadımda deyil. 1 il bundan əvvəl olan söhbətdir. Gecə saat 1-2- dən tez də qayıda bilərik. Çəkilişə təxminən yarım saat vaxtımız gedib. Şəxsi saxlayanda bizə müqavimət göstərməyib, hər hansı güc tətbiq etmək məcburiyyətində qalmamışıq. Şəxsi axşam saat 11 radələrində saxlamışıq. Şəxsi gecə saat 4-ə qədər orada saxlayıb, sonra da saatları geriyə çəkmək kimi bir hal olmayıb. Çəkilişi şahid3 edib. Şəxsi Salahov küçəsi, “Məryəm” şadlıq sarayının yanında saxlamışıq. Çəkiliş edən vaxt çəkiliş aparılan telefona zəng gəldi. Çəkiliş bir-iki saniyə dondu. Zəngi bağlayıb yenidən çəkilişə başladıq. Videonu sonra birləşdirdik. Videoda başqa montaj olmayıb. Mobil nömrəm 077- 330-03-17-dir. Həmin vaxt da bu nömrəni işlədirdim. Maksimum 1 saat-1 saat yarım sonra polis şöbəsində olmuşuq. Gecə saat 4-də polis şöbəsinə getməmişik. Şahid Lətifov əməliyyat tədbirinin başından sonuna kimi yanımızda olub. O, sonradan gəlməyib. Şahid Lətifov getdikdən sonra nömrəsini dəyişdiyi üçün mobil nömrəsini bilmirəm. 050-416-00-91 onun köhnə nömrəsi idi. Təqsirləndirilən şəxs başqa digər 3 nəfərin üzərindən və maşından heç nə aşkar olunmadı. Şəxs əlindəki narkotik vasitələrin olduğu kütlə ilə maşına tərəf gedirdi. Narkotik vasitənin olduğu yeri göstərdi. Orada da baxış keçirdik, heç nə aşkar etmədik. Şəxsə qarşı hər hansı güc tətbiq etməmişik. Ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid3 və şahid1 da şahid şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir: “Daxil olan məlumat əsasında fevral ayının əvvəllərində əməliyyat axtarış tədbiri keçirildi. Bir ildən çox vaxt keçdiyi üçün dəqiq günü xatırlamıram. Saat 22:00-23:00 radələrində mən, X12 əməliyyat müvəkkili şahid2, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri şahid1, şahid3 və 3 nəfər adlarını xatırlamadığım Post-Patrul Xidmətinin əməkdaşından ibarət qrupla əməliyyat axtarış tədbirləri keçirildi. Əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tərəfimizdən saxlanıldı. Saxlanılan zaman onun əlində böyük həcmli, el arasında “Cəlilabad çantası” deyilən zəncirbəndli çanta var idi. Çantaya baxış keçirdik. Baxış keçirəndə çantanın içərisində kibrit qutuları da var idi. Böyük həcmdə bağlamada narkotik vasitə marixuanaya bənzər kütlə, daha sonra metamfetaminə bənzər kristallik kütlə və maye halda tiryəkə bənzər kütlə var idi. Sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr tərəfimdən qablaşdırıldı. Təqsirləndirilən şəxs saxlanılarkən ona hüquq və vəzifələri tərəfimdən izah olundu. Həmçinin o narkotik vasitəni “Whatsapp” ani mesajlaşma tətbiqi ilə tanış olduğu Rusiya Federasiyası vətəndaşı vasitəsilə əldə etdiyini bildirdi. Bundan sonra şəxs Qusar Rayon Polis Şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verildi.” Əlavə şahid Şahid Lətifov məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat tədbirinə mən rəhbərlik etmişəm. Məlumat mənə daxil olmuşdu. Əməliyyat məlumatı konkret Təqsirləndirilən şəxsla bağlı daxil olmuşdu. Əməliyyat məlumatı narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə bağlı idi. Əməliyyat tədbirində mən, X12 əməliyyat müvəkkili şahid2, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri şahid1, şahid3 və 3 nəfər adlarını xatırlamadığım Post-Patrul Xidmətinin əməkdaşı iştirak edib. Şəxs saxlanılanda tək hərəkətdə idi. O bildirdi ki, nəqliyyat vasitəsilə gəlib. Nəqliyyat vasitəsində olan əlavə üç nəfərin də üzərinə baxış keçirildi, lakin onlardan heç bir şey aşkar olunmadı. Hadisənin üzərindən çox vaxt keçib, mən hadisədən 1 ay sonra ümumiyyətlə Qusarda işləməmişəm. Bu səbəbdən nəqliyyat vasitəsində olan şahidlərin hazırkı məhkəmə iclasında olan şahidlər olub-olmadığını xatırlamıram. Şəxsi saxlayanda əlində el arasında “Cəlilabad çantası” deyilən zəncirbəndli çanta var idi. Təqsirləndirilən şəxs ona ünvan göndərildiyini, həmin ünvandan narkotik vasitə əldə etdiyini dedi. Həmin ünvanla şəxsi saxladığımız yer arasında təxminən 200-300 metr var idi. Hətta bir az da çox ola bilərdi. Şəxsi saxladığımız yer binaların həyəti idi. Avtomobil binanın qarşı tərəfində idi. Əməliyyat məlumatı mənə daxil olmuşdu. Təqsirləndirilən şəxs simasını öncədən tanıyırdıq. Əməliyyat axtarış tədbirinin keçirilmə şəraitini Baş Narkotiklə Mübarizə Idarəsi də kənardan izləmə ilə həyata keçirir. Bu onun keçirilmə üsuludur. Mən təqsirləndirilən şəxsin yaxınlaşmasını görmədim. Təqsirləndirilən şəxs zəncirbəndli çantanı götürdü, qayıdanda tutuldu. Şəxs çantanı götürməmiş tutulardısa, bu cəhd olardı. Şəxs çantanı götürüb bizə tərəf gəldi. Çəkiliş orada, asfaltın üstündə oldu. Ali Məhkəmənin Plenumunun 2024-cü il tarixli qərarına əsasən videoçəkilişi təqsirləndirilən şəxs tutulan yerdə etdik. Həmin qərarla tam tanışam. Videoçəkilişi edən mən deyildim. Mən digər polis əməkdaşlarını təlimatlandırırdım, çəkiliş səhv etmirəmsə, ya şahid1, ya da şahid2 tərəfindən aparılırdı. Çəkilişin gec, ya da tez başlaması onların texniki səhvidir. Təqsirləndirilən şəxsi axşam saat 10-11 arası tutduq. Videoçəkililiş yarım saatdan çox çəkərdi. Telefonların saatlarını geri çəkmək kimi bir məsələ niyə olsun ki. Üzləşmə zamanı təqsirləndirilən şəxs Ümid müəllimin otağında dedi ki, polis əməkdaşları onu saxladıb gözlədib. Üzləşmədə də ifadəm var ki, biz şəxsi saxlamışıqsa, nə üçün, hansı səbəbdən gözləyək. Təqsirləndirilən şəxs narkotik vasitələri çox güman ki, Rusiya vətəndaşından aldığını deyib. Bundan sonra əməliyyat tədbirləri olub. Mən başqa vəzifələrdə işləmişəm. Üzləşmə 3-4 ay sonra oldu. Ola bilsin ki, təqsirləndirilən şəxs narkotik vasitəni Rusiya vətəndaşından aldığını desin, ola bilsin ki, deməsin. Əgər Qusarda da bunu demişəmsə, Qusarda hadisənin üzərindən qısa müddət keçmişdi, indi uzun müddət keçib. Çəkiliş vaxtı qısa müddətdə texniki nasazlıq baş verib. Xatırladığım qədəri ilə narkotik vasitəni yerə düzüb çəkdiyimiz anda, 2-4 saniyəlik nəsə texniki problem var idi. Qısa bir zamanda yenidən çəkilişi davam etdirmişik. Çəkiliş mobil telefonla aparılırdı. Mobil telefona zəng gəlmişdi. Bizim polis şöbəmiz xüsusi kamera ilə təchiz olunmuşdu. Bəzən əməliyyat tədbirləri qurulur, 2-3 saat gözlənilir. Əməliyyat tədbirinin olacağını biləndə də kriminalistin gəlməsi uzun müddət çəkir deyə birbaşa öz mobil telefonumuzla çəkilişi aparırıq. Öz telefonlarımızın saatlarını 2-3 saat geri çəkmək kimi bir hal baş verməyib. Mən əməliyyat tədbirinin əvvəlindən sonuna kimi orada olmuşam. Barəmdə anten dairə məlumatları çıxara bilərsiniz. Həmin vaxt 077-539-93-03 mobil nömrəsindən istifadə etmişəm. Başqa nömrəm olmayıb. Bu nömrə mənim adıma deyil, yoldaşımın adınadır. Ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şəxsə qarşı hər hansı təsir-təzyiq olmayıb. Bu şəxs barəsində məndə əvvəllər məlumat olmayıb. Təqsirləndirilən şəxsin narkotik vasitəni aldığı Rusiya vətəndaşı olan şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədilə müstəntiqin əməliyyat tapşırığı X11 daxil olduğu üçün bu barədə ətraflı məlumatım yoxdur.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrar təsvir etməyə zərurət görmür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Kollegiya onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticələrin «yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı olması» barədə CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilən müddəa o demək deyildir ki, təqsirlilik məsələsi müzakirə edilərkən yalnız məhkəmə iclasında verilən ifadələr əsas götürülməlidir. Qanunun mənasına görə, ibtidai araşdırma dövründə verilmiş ifadələr məhkəmə iclasında tədqiq edilərkən onların işin digər halları ilə uyğun gəlməsi müəyyən edildikdə daha mötəbər sübut kimi qəbul edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin ibtidai araşdırma vaxtı verdiyi ifadəni işin məhkəmə iclasında tədqiq edilən hallarına daha uyğun və inandırıcı hesab edən birinci instansiya məhkəməsi bu halı hökmdə qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qalması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi qiymətləndirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, hökmdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. Işdə təqsirləndirilən şəxsin CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən kifayət qədər sübutlar vardır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qalmasına dair dəlilinə münasibətdə bildirir ki, göstərilən xüsusatlar məhz təqsirləndirilən şəxsin söylədikləri əsasında formalaşdırılan, heç bir sübuta söykənməyən və cinayət işinin materialları ilə təsdiq olunmayan subyektiv fikirlərdir. Belə ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirsə də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə istintaqı zamanı belə bir halın mövcud olduğunu təsdiq edən heç bir sübut tədqiq olunmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hökmdə qeyd etmişdir ki, təqsirləndirilən şəxs yazışmalarında 40 manat müqabilində 01 kibrit qutusu narkotik vasitə alacağına dair razılaşdığını və bu məqsədlə ittihamda qeyd olunan ünvana getdiyini, lakin nəinki polis əməkdaşları tərəfindən üzərinə qoyulan kütləni, hətta həmin kibrit qutusunda olan narkotik vasitəni belə götürmədiyini bildirsə də, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni onun 40 manat müqabilində yalnız 01 kibrit qutusu narkotik vasitəyə görə razılaşması və buna görə ittihamda qeyd olunan ünvana getməsi, üzərindən aşkar olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən qoyulması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qaldığını bildirsə də, bu barədə hər hansı bir orqana müraciət olunmamış, hər hansı araşdırma aparılmamış, əksinə bu hal cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlar vasitəsi ilə tamamilə təkzib olunmuş, eyni zamanda müdafiə tərəfi bu iddianı təsdiq edən heç bir sübutu (tibbi sənəd və s.) məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının Şahid Lətifovun gəlməsini gözlədiyini və yalnız həmin şəxs gəldikdən, yəni o, tutulduqdan 3-4 saat sonra videoçəkilişlə üzərinə baxış keçirildiyini bildirmiş, müdafiəçi isə öz çıxışında bu halın təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini əks etdirən videogörüntülərdə təqsirləndirilən şəxsin üzərindən götürülmüş telefonda saatın 02:20 olması ilə təsdiq olunduğunu qeyd etmişdir. Sözügedən hal cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” protokol, həmin protokola əlavə edilmiş diskdə olan videogörüntü və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə təkzib olunmuşdur. Belə ki, həmin protokolda təqsirləndirilən şəxsin üstünü yoxlamanın 23:03 dəqiqədə başladığı əks olunmuş, həmçinin videoçəkilişdə də yoxlama başlamazdan əvvəl polis əməkdaşı öz telefonunun ekranını göstərən zaman saatın 23:03 olduğu müəyyən olunmuşdur. Həmin vaxt təqsirləndirilən şəxsin telefonunun ekranında saatın 02:20 olmasına münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxs tərəfindən istifadə olunan mobil telefonun ekranında tarix və saatın fərqli vaxtları və zamanları göstərməsi hələ özü özlüyündə sözügedən prosessual hərəkətin məhz mobil telefonda göstərilən həmin tarixdə və saatda olmasını təsdiq edən dəqiq bir hal kimi qiymətləndirilə bilməz. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin (narkotik vasitələri və psixotrop maddəni əldə etməsi və üzərindən həmin kütlələrin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəni qoyur. Eyni zamanda, birinci instansiya məhkəməsi düzgün olaraq, şahidlər şahid7, şahid6 və şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə də tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin şəxslərin ayrı-ayrılıqda şahid qismində dindirilərkən qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq olunan digər sübutlar vasitəsi ilə öz təsdiqini tapmamışdır. Belə ki, şahid qismində dindirilmiş şahid7 Təqsirləndirilən şəxs onun verdiyi nömrə ilə danışaraq 40 manat müqabilində 01 qutu narkotik vasitə üçün razılaşdığını bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində ümumiyyətlə bu barədə məlumat verməmişdir. Digər tərəfdən, şahid qismində dindirilmiş şahid6 və şahid5 isə məhkəmə istintaqı zamanı ifadələrində polis əməkdaşları Təqsirləndirilən şəxs üzərini yoxlayarkən onun üzərindən nə çıxdığını görmədiklərini bildirsələr də, ibtidai istintaq zamanı sərbəst şəkildə heç bir təsir və təzyiq altında qalmadan (bunu məhkəmə istintaqı zamanı özləri şəxsən təsdiq etmişlər) verdikləri ifadələrində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr və psixotrop maddələrin aşkar olunduğunu gördüklərini, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etdiyini, onları tanımadığı Rusiya Federasiyası vətəndaşından əldə etdiyini bildirdiyini qeyd etmişlər. Bu hal məhkəmə heyətində onların məqsədli şəkildə təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi ilə bağlı fikir formalaşdırmışdır. Eyni zamanda, sözügedən şahidlər təqsirləndirilən şəxsin həmkəndlisi və tanışları olmaqla əvvəldən tanıdığı şəxslərdir. Belə olan halda, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri anlaşılandır. Odur ki, məhkəmə kollegiyası sözügedən şahidlərin məhz ibtidai istintaq zamanı verdiyi ifadələrinin iş üzrə obyektiv həqiqəti əks etdirdiyi və iş materiallarında olan digər sübutlarla ilə üst-üstə düşdüyü qənaətinə gələrək həmin ifadələri əsaslı sayır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Bundan əlavə, məhkəmə istintaqı gedişində müəyyən olunmuşdur ki, ibtidai araşdırmanın ilkin mərhələsində, yəni təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üstünə baxış keçirilməsi zamanı qeydə alınan videoçəkilişdə dayanma, qırılma qeydə alınmış, daha sonra çəkiliş davam etdirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan sübutları, o cümlədən müdafiə tərəfinin həmin videoçəkilişlə bağlı mövqeyini nəzərdən keçirib qeyd etmişdir ki, mobil telefonla qeydə alınan çəkiliş zamanı həmin mobil telefona zəngin gəlməsi anında video görüntünün dayanması normal haldır. Belə olan halda, həmin dayanma halı uzun çəkmədiyindən, habelə həmin çəkilişdə montaj əlamətinin olması ilə bağlı mübahisə olmadığından, məhkəmə həmin halın sözügedən çəkilişin, habelə maddi sübutun aşkar olunması ilə bağlı prosessual hərəkətin və ona uyğun tərtib olunan müvafiq protokolun etibarsızlığına səbəb olan hal kimi nəzərdən keçirmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin miqdarı, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə saxladığını ehtiva edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» ##.##.2024-cü il tarixli, * №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermiş, cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası da təyin edilmiş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumi qiymət verən məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə müasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar