Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-253/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1, Tərcüməçi Tərcüməçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9-cu maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü (sədrlik edən hakim İlham Cəfərzadə, hakimlər Nahid Mirzəyev və Nurəddin Hüseynlidən ibarət tərkib) ilə ##.##.1958-ci il tarixdə Qusar rayonu Gican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, təqaüdçü, Xaçmaz rayonu İstisu qəsəbəsində qeydiyyatda olan, Qusar rayonu Yuxarı Tahircal kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 120.2.4, 120.2.9-cu maddələri ilə 18 (on səkkiz) il müddətə, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9-cu maddələri ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il hissəsini həbsxanada, 17 (on yeddi) il 06 (altı) ay hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 23 radələrində yaşadığı, Qusar rayonu Yuxarı Tahircal kəndində yerləşən, qaynı zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində sərxoş vəziyyətdə olmaqla, qeyri-rəsmi arvadı zərərçəkmiş şəxs2 ona xəyanət etməsini bildirib nalayiq ifadələr işlətmiş, daha sonra ona evində nalayiq ifadələr işlətməsi ilə bağlı irad bildirən zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlər zəminində, zərərçəkmiş şəxs2 ona xəyanət etdiyini düşündüyündən onunla qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əsəbiləşib zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 yatdıqdan sonra qəsdən öldürmək qərarına gələrək onları balta ilə kəsib öldürəcəyini demiş, həmin niyyətlə zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 yatdıqdan sonra, ## ###### 2025-ci il tarixdə, saat təxminən 04:30 radələrində yaşadığı evdən həyət sahəsinə çıxıb onları öldürmək məqsədi ilə yerdə olan baltanı əlinə götürüb yenidən evə daxil olaraq zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 otaqlarına gedib onları öldürməyi planlaşdırmış, əvvəlcə əlində balta ilə zərərçəkmiş şəxs1 yataq otağına gedərək həmin an çarpayının üzərində uzanıb yatmaqla, ona müqavimət göstərmək imkanı olmayan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs1 müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, ona xüsusi əzab verdiyini dərk etməklə yanaşı bunu arzulayaraq xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək üçün baltanı hər iki əli ilə tutub həmin balta ilə zərərçəkmiş şəxs1 bədəninin həyat üçün təhlükəli olan baş nahiyəsinə iki dəfə möhkəm zərbələr ilə vurmuş, onu öldürdüyünü zənn edib həmin otaqdan çıxıb əlində balta ilə digər yataq otağına gedərək həmin an çarpayının üzərində uzanmaqla yatmış vəziyyətdə olmasını düşündüyü, ona müqavimət göstərmək imkanı olmayan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs2 müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, ona xüsusi əzab verdiyini dərk etməklə yanaşı bunu arzulayaraq, onun azyaşlı övladı şahid5 gözü qarşısında xüsusi amansızlıqla, zərərçəkmiş şəxs2 ilə eyni çarpayıda uzanan şahid5 həyat və sağlamlığı üçün təhlükə törədən ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmək üçün baltanı hər iki əli ilə tutub həmin balta ilə zərərçəkmiş şəxs2 bədəninin həyat üçün təhlükəli olan baş və digər nahiyələrinə bir neçə dəfə möhkəm zərbələr ilə vurmuş, zərərçəkmiş şəxs2 onu öldürməməsi üçün yalvarmasına baxmayaraq, daha sonra zərərçəkmiş şəxs2 yerə yıxıb qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə sağ ayağı ilə boğazını sıxıb, sol ayağı ilə onun baş və bədəninin digər nahiyələrinə bir neçə dəfə təpik zərbələri ilə vurub qəsdən onu öldürməyə cəhd etmiş, zərərçəkmiş şəxs2 hərəkətsiz vəziyyətə düşməsinə görə onu öldürdüyünü zənn edib yataq otağından qonaq otağına çıxarkən zərərçəkmiş şəxs1 ölmədiyini, yaralı vəziyyətdə qonaq otağında kətilin üzərində oturmaqla sağ olduğunu görüb onu xüsusi amansızlıqla öldürməkdən ibarət cinayətkar niyyətini başa çatdırmaq üçün baltanı hər iki əli ilə tutub həmin balta ilə zərərçəkmiş şəxs1 bədəninin həyat üçün təhlükəli olan baş nahiyəsinə sonuncunun azyaşlı bacısı qızı şahid5 gözü qarşısında bir dəfə möhkəm zərbə ilə vurmuş, zərərçəkmiş şəxs1 kətildən yerə yıxılıb hərəkət etdiyini görüb əlindəki baltanı çevirib arxa tərəfi ilə onun baş nahiyəsinə yenidən bir dəfə də möhkəm zərbə ilə vuraraq, həmçinin zərbənin təsiri ilə baltanı onun sağ əlinə vuraraq ona “alnın az sol tərəfində bir ədəd, təpə nahiyəsində iki ədəd bir-birinə paralel çapılmış yaralar, təpə nahiyəsində bir ədəd əzilmiş yara, başın yumşaq toxumalarının altında qansızmalar, alın-təpə sümüklərinin qəlpəli sınıqları, sərt beyin qişasının tamlığının pozulması, baş-beyin maddəsinin əzilməsi və dağılması, baş-beyin və beyincik maddəsinə qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızımtıl rəngli maye” ilə ifadə olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, “sağ əlinin 3-cü barmağının arxa səthində çapılmış yara” ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, “sol göz orbiti ətrafında qançır” ilə ifadə olunan, dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirməklə qəsdən xüsusi amansızlıqla, özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs1 baş-beyinə qansızma nəticəsində öldürmüş, yəni həyatdan məhrum etmiş, zərərçəkmiş şəxs2 isə öldürdüyünü düşünüb ondan uzaqlaşması, daha sonra ora gələn təcili tibbi yardım işçiləri tərəfindən zərərçəkmiş şəxs2 “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə çatdırılaraq təxirəsalınmaz tibbi yardım göstərilməsi nəticəsində, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə balta və təpik zərbələri ilə onun bədəninin baş və digər nahiyələrinə dəfələrlə vuraraq ona “alnın sol tərəfinin çapılmış yarası, alın-təpə sümüyün çapılmış sınığı, baş beyinə qansızma” ilə ifadə olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, “sol almacıq nahiyəsinin sıyrığı və sağ körpücük sümüyü nahiyəsinin yumşaq toxumasının qançırı” ilə ifadə olunan, dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirməsinə baxmayaraq, qəsdən xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla, özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs2 öldürməyə, yəni həyatdan məhrum etməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qəsdən vahid niyyətlə iki şəxsi öldürməyə cəhd etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək 68 yaşı olmağını və ilk dəfə məhkum olmağını nəzərə alaraq cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9cu maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 əvvəllər məhkum edilməmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-253/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-253/2026
10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver