Məhkəmə qərarları › İş №1(3-8)-254/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-254/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-254/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim - Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər – X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 281-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (Hakim Əli Cəlilov) ##.##.2001-ci il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla, ünvan 1 inşa olunmuş binanın * saylı mənzilində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 228.1-ci və 281-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib barəsində CM-in 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə, CM-nin 281-1.1-ci maddəsi ilə 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə hesablanması və cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2025-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin qüvvəsində saxlanılması, iş üzrə məhkəmə xərci olan 364 (üç yüz almış dörd) manatın ondan tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış və iphone 13 markalı telefon mobil telefon cinayət törədilməsində istifadə olunduğu üçün, hökm qanuni qüvvəyə mindikdən sonra CM-nin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınması, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin istintaq baş idarəsinin Maddi sübutlar otağında saxlanılan 01 ədəd 5.45x39 mm kalibrli patron, 01 ədəd patron 7,62x54 mm kalibrli ibtidai-hərbi» hazırlıq dərslərində, təlim və məşq üçün nəzərdə tutulmuş patron, 01 ədəd güllənin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə təhvil verilməsi, iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd pnevmatik tapança, ona aid 01 ədəd daraq, 1 ədəd sarı rəngli qırma və 01 ədəd Azərbaycan Respublikasının ərazisində yaradılması planlaşdırılan qondarma "Ləzgistan” dövlətinin bayrağının hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPMnin 132-ci maddəsinə əsasən məhv edilməsi hökm edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs, qəsdən qanunsuz olaraq döyüş sursatını əldə etmiş, daşımış və saxlamış, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolu nümayiş etdirmək və yaymaq məqsədilə əldə edərək daşımış və saxlamış, həmçinin həmin atributu və simvolu nümayiş etdirərək yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci ilin yay aylarında Qusar rayonu Qayakənd kəndi ərazisində döyüş sursatı hesab edilən 2 (iki) ədəd 5.45x39 mm kalibrli atəşə yararlı patronları qanunsuz olaraq əldə etmiş, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, ## ######## 2025-ci il tarixdə saat 17:00 radələrində Qusar RPŞnin əməkdaşları tərəfindən həmin evə keçirilmiş baxış zamanı qeyd edilən patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində yaradılması planlaşdırılan qondarma “Ləzgistan" dövlətinə aid Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvol hesab edilən bir ədəd üzərində qırmızı, ağ və yaşıl çalarlı rənglər olan bayrağı istintaq tərəfindən müəyyən edilməmiş vaxtda və mənbədən nümayiş etmək və yaymaq məqsədilə əldə edib daşıyaraq kirayədə yaşadığı Qusar şəhəri A.Mehman küçəsində yeni inşa olunmuş binanın * saylı mənzildə qanunsuz olaraq ## ######## 2025-ci il tarixədək saxlamış, habelə həmin müddətdə “TikTok” sosial şəbəkəsində “Pama3анов Эмрахь «RUS»” (@xxx_05_38) adlı hesabında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolu nümayiş etdirərək yaymış və ## ######## 2025-ci il tarixdə saat 17:40-da Qusar RPŞ-nin əməkdaşları tərəfindən həmin mənzilə keçirilmiş baxış zamanı qeyd edilən bayraq aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünü dəyişdirib Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə maddi sübutlardan yalnız 02 ədəd 5.45x39 mm patronlar istifadəyə yararlı olmuşdur. Məhkəmə iki ədəd patrona görə Təqsirləndirilən şəxs 02 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, bu da cinayətin ağırlığına və Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun gəlmir. Şahidlərin ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar olunan oyuncağa oxşar tapança və s. əşyaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmək istəmiş və evə baxış keçirilməsinə razılıq vermişdir. CM-nin 228-ci maddəsinin qeyd hissəsində göstərilir ki; bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Ona görə də CM-nin 228.1-ci maddəsilə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Ittiham aktından qeyd olunan paylaşımların məzmununun nədən ibarət olduğu, hansı tarixlərdə paylaşıldığı görünmür, cinayət işində Təqsirləndirilən şəxs paylaşdığı görüntülər, hər hansı bir məqalələr və s. yoxdur. Istintaq orqanı Təqsirləndirilən şəxs qarşı qərəzli mövqedən yanaşmış, Təqsirləndirilən şəxs şəxsən tanımayan, onunla ünsiyyətdə olmayan adamları axtarıb bu işə cəlb etmiş, onların ifadələrini almışdır. Bu şahidlər Təqsirləndirilən şəxs təqsirli olmasını sübuta yetirən, iş üçün əhəmiyyət kəsb edən konkret halları göstərməmişlər. Məhkəmə də bu paylaşımların, görüntülərin, məqalələrin nədən ibarət olduğunu aydınlaşdırmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs CM-nin 281-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetmir. Bu halda ona bəraət verilməlidir. Həmçinin təqsirləndirilən şəxs ##.##.2025-ci ildə X2 ilə ailə qurmuş, toyları ##.##.2025-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində olmuşdur. Nikaha daxil olmaq üçün Quba rayonu Qeydiyyat şöbəsinə ərizə vermişlər. Əmrah həbsdə olduğundan nikah rəsmiləşdirilməmişdir. Toy zamanı çəkilmiş 5 ədəd fotoşəkil Əmrahın evli olduğuna sübutdur. Lakin Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyindən ona ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə razı olmadığını, təhvil verdiyi əşyalara görə bu qədər cəza alacağını bilmədiyini, hərbi xidmətdə olduğunu, 2020-ci ildə müharibə zamanı hərbi komissarlığa yaxınlaşaraq könüllü olaraq müharibəyə getmək üçün ərizə ilə müraciət etdiyini, lakin hərbi xidmətdən yeni gəldiyi üçün ərizəsinin qəbul edilmədiyini, vətənini, dövlətini sevdiyini bildirərək qeyd edilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirdi ki, iş materiallarından və təqsirləndirilən şəxs barəsində elan olunan ittihamdan da aydın olur ki, o, saxladığı silahı və patronları hüquq-mühafizə orqanı tərəfindən onun mənzilinə baxış keçirilən zaman təqdim etmişdir. Bu könüllü təhvil vermə sayılmır. Könüllü təhvil vermə o zaman ola bilərdi ki, təqsirləndirilən şəxs saxladığı əşyaları birbaşa aparıb hüquq-mühafizə orqanlarına təqdim etsin. Digər elan olunmuş ittiham üzrə iş materiallarında olan şahid ifadələri və əldə edilmiş digər sübutlarla tam təsdiqini tapmışdır. Cinayətin xarekteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi barədə, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mübahisəli hökm dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 281-1.1-ci maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə dair əsaslar müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs özünü birinci instansiya məhkəməsində qismən təqsirli bilmiş, ifadəsində CM-nin 281-1.1-ci maddəsi ilə özünü təqsirli bilsə də, lakin CM-nin 228-ci maddəsi ilə təqsirli bilmədiyini göstərmişdir. Cinayət işi materiallarında olan: ## ######## 2025-ci il tarixli baxış və götürmə protokollarına əsasən: Təqsirləndirilən şəxs Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən ünvandan ona məxsus 01 ədəd tapança, 01 ədəd sandıqça, 04 ədəd patron və sonuncunun yaşadığı ünvan 1 tikilmiş binanın * saylı ünvanında ona məxsus 01 ədəd “Ləzgistan” bayrağı aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən ünvandan ona məxsus 01 ədəd tapança, 01 ədəd sandıqça, 04 ədəd patron və sonuncunun yaşadığı ünvan 1 tikilmiş binanın * saylı ünvanında ona məxsus Azərbaycan Respublikasının ərazisində yaradılması planlaşdırılan qondarma “Ləzgistan” dövlətinə aid Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvol hesab edilən bir ədəd “Ləzgistan” bayrağı aşkarlanaraq götürülmüşdür (Cild 1, iş vərəqi 12-14, 16-18). Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Kriminalistik Tədqiqatlar Idarəsindən daxil olmuş ## ######## 2025-ci il tarixli, **/**** nömrəli görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş tapança formasında olan oyuncaqdır və odlu silah hesab edilmir. Həmin tapança formasında olan əşya plastik qırmalarla yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tapançanın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, tapança formasında olan oyuncağın bir hissəsidir. Həmin daraq plastik qırmaların yerləşdirməsi üçün nəzərdə tutulmuşdur və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRI dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRI dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı pulemyotlardan (PK), “Mosin” konstruksiyalı karabindən ibtidai-hərbi hazırlıq dərslərində, təlim və məşq üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilmir və atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd güllə zavod üsulu ilə keçmiş SSRI dövlətində istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” Konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x39 mm kalibrli patronun bir hissəsidir, demontaj olunan gülləsidir, döyüş sursatı hesab edilmir (patron yalnız tam şəkildə, yani metaldan hazırlanmış gilizi, patronun dib hissəsində olan alışdırıcı kapsulu, içərisində barıt komponenti və gülləsi olduqda döyüş sursatı hesab olunur) və hal-hazırda atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sarı rəngli qırma zavod üsulu ilə istehsal olunmuş tapança formasında olan uşağ oyuncağından atəş açmaq üçün nəzərdə tutulmuş 5,85 mm diametri dairəvi plastik qırmadır, istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmir. Qeyd: təqdim edilmiş 02 ədəd 5,45x39 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur (Cild 1, iş vərəqi 42-49). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli */**** saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd üzərində qırmızı, ağ və yaşıl çalarlı rənglər olan bayraq Azərbaycan Respublikasının Konstitusiya quruluşunun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına bilavasitə yönələn atribut və simvol hesab edilir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd bayraq üç üfüqi zolaqdan - yuxarı zolaq qırmızı, orta ensiz ağ-yaşıl-ağ, aşağı zolaq isə qırmızı rəngdən ibarətdir. Qırmızı rəng ləzgi xalqının müstəqilliyi və azadlığı uğrunda apardığı mübarizədə tökülən qanları və verilmiş qurbanları, bayrağın aşağısındakı ensiz ağ zolaq müqəddəsliyi, yeniliyi, paklığı, saflığı, nəcabətliliyi, yaxşılılığı, ədalətliyi, yaşıl zolaq isə torpağa və təbiətə bağlılığı, rifahı, cavanlığı, intibah və çiçəklənməyi simvolizə edir. Yaşıl rəng bir sıra müsəlman xalqlarında islamı da simvollaşdırır. Bu bayrağın Azərbaycan Respublikasının ərazisində yaradılması planlaşdırılan qondarma “Ləzgistan” dövlətinin bayrağının rənglərini özündə ehtiva etməsi qeyd olunmuşdur (Cild 1, iş vərəqi 107-109). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli */**** saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edmiş 01 ədəd predmet 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AK-74M” “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”, “RPKS- 74” markalı əl pulemyotlarında və sairə uyğun kalibrli yivli odlu döyüş silahlarında, həmçinin təqdim edilmiş avtomat silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş patrondur, döyüş sursatı hesab edilir, təyinatı üzrə istifadəyə-atəşə yararlıdır (Cild 1, iş vərəqi 111-114). Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, ona məxsus 1 ədəd açıq mavi rəngli “Iphone 13 Pro Max” markalı mobil telefona baxış keçirilmiş və həmin mobil telefonda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvol hesab edilən “Ləzgistan” bayrağı ilə çəkdirdiyi 03 ədəd foto şəkilin olması müəyyən edilmişdir (Cild 1, iş vərəqi 125-127). Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Tiktok” sosial şəbəkəsində mövcud olan “Pama3анов Эмрахь «RUS»” (@xxx_05_38) adlı hesaba baxış keçirilməsi haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, ona məxsus ““Pama3анов Эмрахь «RUS»” (@xxx_05_38) adlı hesab hər kəs üçün açıqdır və həmin hesaba daxil olan zaman yuxarı hissəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs fotoşəkli yerləşdirilib. Həmçinin onun 50 nəfəri izlədiyi, 949 ədəd şəxsin onu izlədiyi və ümumilikdə 7936 bəyənmə olduğu görünür. Təqsirləndirilən şəxsin 131 ədəd paylaşımı mövcuddur. Həmin paylaşımlara təxminən 1000- 7200 yaxın baxışlar olur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2024-cü il və ## ###### 2025-ci il tarixlərində qondarma “Ləzgistan” dövlətinin adını, habelə həmin qondarma dövlətinə aid atribut hesab edilən bayraq ilə bağlı paylaşımlar (https://vt.tiktok.com/ZS5TDf8oe/) etdiyi aşkarlanmışdır. ## ###### 2024-cü il tarixli paylaşımında qondarma “Ləzgistan” bayrağı ilə birlikdə olan fotoşəkilini və ## ###### 2025-ci il tarixli paylaşımında isə qondarma “Ləzgistan” dövlətinin adını, habelə həmin qondarma dövlətinə aid atribut hesab edilən bayraqla birlikdə videonu paylaşması aşkar edilmişdir (Cild 1, iş vərəqi 225-232). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli **** saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs da həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21 və 22-ci maddəllərinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqi 243-245). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli */** nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs “TikTok” sosial şəbəkəsində “Pama3анов Эмрахь «RUS»” (@xxx_05_38) adlı hesabdan istifadə edərək etdiyi paylaşmalarında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolları nümayiş etdirməyə və yaymağa yönələn hərəkətlərə yol vermişdir (Cild 1, iş vərəqi 251-255). “xxxx” publik hüquqi şəxsdən daxil olmuş ## ####### 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” publik hüquqi şəxsində həkim narkoloq və həkim-psixiatrın qeydiyyatda yoxdur (Cild 1, iş vərəqi 95). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini düzgün tövsif edərək onun barəsində ittiham hökmü çıxarmışdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs ondan aşkar olunmuş iki ədəd patronu könüllü surətdə deyil, hüquq mühafizə orqanlarının onun evində axtarış aparacaqlarını və həmin qanunsuz olaraq saxladığı patronların aşkar olunaraq ifşa olunacağını bildiyinə görə bildirmişdir. Bu halda isə CM-nin 228-ci maddəsinin cinayət məsuliyyətindən azad olunmanı nəzərdə tutan qeyd hissəsinin təqsirləndirilən şəxsə tətbiq olunması üçün heç bir hüquqi əsas mövcud olmamışdır. CM-nin 281-1.1-ci maddəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də təqsirləndirilən şəxsin əməli tam sübuta yetirilmişdir. Belə ki, CM-nin qeyd edilən maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların nümayiş etdirilməsi və ya yayılması cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs verilən ittihamdan isə görünür ki, o, “Ləzgistan" dövlətinə aid Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvol hesab edilən bir ədəd üzərində qırmızı, ağ və yaşıl çalarlı rənglər olan bayrağı kirayədə yaşadığı Qusar şəhəri A.Mehman küçəsində yeni inşa olunmuş binanın * saylı mənzildə qanunsuz olaraq ## ######## 2025-ci il tarixədək saxlamış, habelə həmin müddətdə “TikTok” sosial şəbəkəsində “Pama3анов Эмрахь «RUS»” (@xxx_05_38) adlı hesabında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolu nümayiş etdirərək yaymışdır. Ona görə də bu hissədə də məhkəmə müdafiə tərəfinin dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəqi 171). Iş materiallarında olan Qusar Rayon Icra Hakimiyyəti Başçısının Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (Cild 1, iş vərəqi 100). Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması şəxsiyyətini səciyyənləndirən hal kimi qəbul edilmiş, onun cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Məhkəmə kоllеgiyаsı birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən CM-in 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 281-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə – beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif edilərək və cinayətin törədilmə şəraiti, halları, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə ona qanunla imkan verilən həddə cəza təyin edilmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməllərinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayətin ictimai təhlükəliliyini, xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, ona təyin edilmiş cəzanın həddini və işin digər hallarını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 281-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar