Məhkəmə qərarları › İş №1(3-8)-256/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-256/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-256/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə ## ####### 1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, ** saylı yataqxana, otaq 37, məhəllə 41, ev 6 ünvanında qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilmiş, cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilmiş və onun ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,827(sıfır tam mində səkkiz yüz iyirmi yeddi) qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib eyni məqsədlə üzərində saxlayaraq Sumqayıt şəhəri ərazisində daşıyarkən ## #### 2026-cı il tarixdə saat 20:03 dəqiqədə Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən ** nömrəli uşaq baxçasının yaxınlığında saxlanılaraq əməliyyat videoçəkilişi ilə üzəri yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selloffan bükümün içərisində, qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı, təmiz çəkisi 0,827 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü təklif olunan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, dövlət ittihamçısı təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növü təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə psixotrop maddə 0,827 qram metamfetamini əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri ərazsində daşıyaraq saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Bu cinayət əməlləri eyni zamanda digər ictimai münasibətlərə də qəsd edib ziyan vurduqları üçün ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret fərdin sağlamlığı Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin əlavə obyektləri hesab olunur. Məhz ictimai təhlükəliliyinin xarakteri baxımından bu qəbildən olan cinayətlər Cinayət Məcəlləsində ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər bölməsinə (X bölmə) aid edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən 0,827 qram psixotrop maddə olan metamfetamini aşkar edilərək götürülmüşdür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin ## #### 2005-ci il tarixli Qanununa əsasən psixotrop maddə olan metamfetaminə münasibətdə xeyli miqdar 0,15 qram, külli miqdar 2 qram müəyyən edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə qeyd edilən siyahıda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə müəyyən edilmiş xeyli miqdarın minimum həddindən 5,6 dəfəyə yaxın çoxdur. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 315.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 02 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ##.##.2014-cü il tarixdə cəza müddəti başa çatdığı üçün cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin l(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd olunanlar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hallar olmaqla yanaşı islah olunmadığına və cinayət törətməyə meyilli şəxs olduğuna, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilmədiyi təqdirdə yenidən cinayət törədəcəyinə və azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən boyun qaçıracağına dəlalət edir. Məhkəmə göstərilən bu halları nəzərə almamış, daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə əsassız olaraq təqsirləndirilən şəxsin islah olunacağı qənaətinə gəlmişdir. Hökmdən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasım cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İşin faktiki hallarına əsasən isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı psixotrop maddə polis əməkdaşlarının keçirdiyi müvafiq tədbir nəticəsində aşkar edilərək götürülmüşdür. Lakin iş materiallarından göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hərəkətlərində könüllü gələrək təqsirini boynuna alması kimi yüngülləşdirici hal olmamış, onun törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olmuş, o cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzib olunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəmədə etirafedici ifadələr verməmiş, müxtəlif yayındırıcı ifadələr vermiş, son ifadəsində isə narkotik vasitənin özünə aid olmadığını, dostu tərəfindən saxlanılması üçün ona verildiyini bildirmişdir. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, bu əməli səmimi etiraf edibetməməsindən çox asılıdır. Çünki səmimi etiraf şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq edilməklə islah ediləcəyinə inamı azaldır. Bundan əlavə məhkəmə hökmdə Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət xarakterizə edən hər hansı bir hal müəyyən etməmiş, əksinə şəxsiyyəti mənfi xarakterizə olunduğu halda təqsirləndirilən şəxsə daha yüngül cəza növünün təyin edilmə səbəbini əsaslandırmamış, təyin olunan cəza ilə onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinin nədən ibarət olmasının izahını verə bilməmişdir. Hökmdən göründüyü kimi, məlikəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması məsələsini həll etsə də, hökmdə nə məcburi müalicəyə nəzarətin hansı orqan tərəfindən həyata keçirilməli olması müəyyən edilməmiş, nə də cəza çəkdiyi müddətdə müalicə olunması Təqsirləndirilən şəxs üzərinə qoyulan vəzifələr sırasına daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X4 apellyasiya protestinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü təklif olunan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 çıxış edərək apellyasiya protestinin təmin edilməməsi, birinci instansiya məhkəməsnin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 315.1 və 66.3cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 02 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ##.##.2014-cü il tarixdə cəza müddəti başa çatdığı üçün cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, ##.##.2026-cı il tarixdə Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və barəsində həmin maddə ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi ##.##.2026-cı il tarixdə məhkəməyə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarın sürəti iş materiallarına əlavə edilmişdir. Həmin qərara əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 adlı övladları var. Birinci instansiya məhkəməsi əsaslı olaraq himayəsində azyaşlı uşaqlarının olması və əməlini səmimi etiraf etməsini və peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı təyin edilmiş cəza əsas məqsədlərindən biri şəxsin islah olunmasına yönəlməsidir. Əgər daha yüngül cəza növü ilə məqsədə çatmaq mümkün olduğu halda təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsi onun hüquq və azadlıqlarının pozulması hesab olunmalıdır. İş materiallarının tədqiqi nəticəsində istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsində aparılan icraat zamanı əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 2 azyaşlı övladının olması isə digər yüngülləşdirici haldır. Digər tərəfdən təqsirləndirilən şəxs əvvəlki törətdmiş olduğu cinayətə görə təyin edilən cəzanı çəkmiş, hazırda məhkumluğu mövcud deyildir. Bununla yanaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilərək məsuliyyətdən azad olunmuşdur. Bu halları cəza təyini zamanı təkrarən nəzərə alınması törətmiş olduğu əməlin hüquqi nəticələrini ödəmiş təqsirləndirilən şəxsin hüquq və mənafelərinə uyğun hesab edilməməlidir. Həmçinin o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətdə ilk dəfədir təqsirləndirilir. Narkotik vasitənin çəkisi ilə bağlı qeyd edilməlidir ki, aşkar edilmiş narkotik vasitənin çəkisi xeyli miqdara görə qanunvericilikdə müəyyən edilmiş minimum həddən xeyli artıq olsa da, maksimum həddən, yəni 2 qramdan dəfələrlə aşağı həddədir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar