Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-258/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X8 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Tariyel qızının iştirakları ilə təqsirləndirilən şəxs4, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə (hakimlər Nurəddin Hüseynli (sədrlik edən), Nahid Mirzəyev və Ilham Cəfərzadə) təqsirləndirilən şəxs1 (## #### 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, subay, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni hökmlə həmçinin təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər. Işin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs1 ona görə məhkum edilmişdir ki, o, bir qrup şəxslə qabaqcadan əlbir olaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tanışları təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü «xxxx» ASC-nin "Miskin" adlı əməkdaşı kimi təqdim edərək zərərçəkmiş şəxs6 həmin bankdan 100.000 manat məbləğində kredit rəsmiləşdirib götürülməsinə köməklik edəcəklərinə, banka təqdim olunması üçün borcunun olmadığına dair arayış və banka girov qoyulması üçün sonuncunun adına daşınmaz əmlak rəsmiləşdirəcəklərini təşkil edəcəklərinə dair yalan vədlər verib aldadaraq onu inandırmağa nail olmuş, zərərçəkmiş şəxs6 bu məqsədlə yaşadığı ünvandan 2022-ci ilin sentyabr ayından 2023cü ilin mart ayınadək olan müddət ərzində təqsirləndirilən şəxs3 istifadəsində olmuş bank kartına hissə-hissə olmaqla cəmi 32.148 (otuz iki min yüz qırx səkkiz) manat pul köçürmüş və həmin ünvanda 2023-cü ilin əvvəllərində 3 dəfəyə təqsirləndirilən şəxs3 əlbəəl 3700 (üç min yeddi yüz) manat pul vermiş, təcili olaraq bank əməkdaşlarına 3.000 manat pul verilməsi bəhanəsi ilə girov kimi lombarda qoyaraq pul götürəcəyi adı altında 2023-cü ilin aprel ayında cəmi qiyməti 6.980 manat olan bir ədəd paltaryuyan maşını, bir ədəd yataq dəstini, 4 ədəd xrustal konfet qabını, 2 ədəd meyvə qabını, 6 ədəd xrustal bakal və dolçanı, 2 cüt qızıl sırğanı, qızıl kulonu, 2 ədəd qızıl qolbağını, «LG» markalı musiqi mərkəzini və «Note 21» markalı mobil telefonu zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evdən təqsirləndirilən şəxs3 götürməsinə nail olmuş, verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 42.828 (qırx iki min səkkiz yüz iyirmi səkkiz) manat pulu bir qrup şəxslə ələ keçirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 Tariyel qızı apellyasiya şikayət verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026cı il tarixli hökmünü dəyişdirərək, təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığından barəsində bəraət hökmünün çıxarılmasına dair qərar qəbul edilməsini, əgər məhkəmə müşavirə otağında bu baraədə fikrə gəlməzsə isə AR Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutlmuş daha yüngül, azadlığın məhdudlaşdırılması və ya cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə təqsirli bilmədiyinə, məhkəmədə veriyi ifadəsinə istinad etmişdir. Həmçinin, qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək, formal olaraq cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmdə ona qarşı irəli sürülmüş ittihamın həmin sübutlarla tam təsdiq edildiyi qənaətinə gəlmişdir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 19.4.1-ci, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarına və “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011- ci il tarixli Qərarına istinad edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmün çıxarılmasını, bu mümkün olmadıqda Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutlmuş daha yüngül, azadlığın məhdudlaşdırılması və ya cərimə cəzasının təyin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı Dövlət ittihamçısı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edib, cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisinin apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi iddia edilir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailə məsələlərinə toxunulmuşdur. Adamın zəifliyindən istifadə edilmişdir. Şantaj edilməklə müəyyən məsələlərə vadar edilmişdir. Heç kimdən 1 qəpik pul almamışdır. Özünü təqsirli hesab etməmişdir. Tarıyeli 2020-ci ildə tanımışdır. X6 xidmət etmiş zabit yoldaşı olmuşdur. Həmin şəxs indi xidmətdən ayrılmışdır. Tarıyeli onun vasitəsilə tanımışdır. Tarıyel onu cəbhəyə yola salanlardan biri olmuşdur. 2022-ci il olmuşdur. X3 rastlaşmışlar. Onun Tarıyelə 1000 manat borcu olmuşdur. Tarıyel də həmin pulu kimdənsə almışdır. 5 ay ərzində hər ay 100 manat faiz ödəmişdir. Özü fəhlə işləmişdir. Onun sağlamlığı ilə bağlı problemləri olmuşdur. Istintaqa kimi Çinarə və Gülnarı tanımamışdır. Tarıyel onunla bir neçə yerə gedib-gəlmişdir. Bir gün Tarıyel gəlmişdir. Tarıyel qızıl işi ilə məşğul olduqlarını demişdir. Xanımlar yığılmışlar. Onlar ucuz qiymətə 300 000 manatlıq qızıl gətirmişlər. Tarıyel ona köməklik edəcəyini bildirmişdir. Tarıyel "Miskin" adlı bir dostu olduğunu demişdir. Miskin "xxxx"da işləmişdir. Tarıyel onun yanında biabır olmamaq üçün onu danışdırmaq istəmədiyini bildirmişdir. Bir xanım olmuşdur. Onlar onun üçün kredit çıxaracaqmışlar. Lakin ondan alınan pul bu işə yatırılmışdır. Tarıyel ondan onları pis vəziyyətdən çıxarmağı xahiş etmişdir. Tarıyel ondan telefonda Sevinc xanımla danışmağını istəmişdir. Öz nömrəsi ilə "Miskin" adı ilə Tarıyelin tapşırdığı kimi danışmışdır. Guya bankın nümayəndəsi olmuşdur. Tarıyel 2-ci dəfə gəlmişdir. Tarıyel işin gecikdiyini deməyi ondan xahiş etmişdir. Sonra Tarıyel ona bir xanımın səsyazısını dinlətmişdir. 2-ci danışıqdan sonra burada başqa məsələ olduğunu bilmişdir. Ona da ziyan dəyəcəyini bilmişdir. B.Çinarə onun kartına 32 148 manat köçürməmişdir. Sadəcə olaraq 5 və ya 6 dəfə telefonla danışmışdır. 3 və ya 4 dəfə Tarıyelin “WhatsApp”ı vasitəsilə səs göndərmişdir. 1 dəfə Sevinclə görüşmüşdür. 17 000 manatın onda olduğunu demişdir. Narahat olmamalarını xahiş etmişdir. Filan yerə gedib gəldikdən sonra pulun ödəniləcəyini bildirmişdir. Başqa heç bir iş görməmişdir. Sevinc xanım özü də bunu təsdiq edə bilər. Onun xeyri yalnız qapısına gəlinməməsi olmuşdur. Onun bir də 1000 manat borcunun silinməsi olmuşdur. Onun başqa heç bir epizodlardan xəbəri olmamışdır. Bir bu bank məsələsi olmuşdur. Onu Tarıyel “Miskin” adı ilə danışmağı öyrətmişdir. Tarıyelin bankın əməkdaşı ilə münəsibəti pozulmasın deyə Tarıyel onun əvəzinə onu danışdırmışdır. Tarıyelin telefonu ilə danışmışdır. 1000 manat borcunun 500 manatını ödəmişdir. Onun 500 manat borcu qalmışdır. Onun əvəzində bu işi görmüşdür. Hər dəfə telefonda Sevinclə danışanda yoxlama gəldiyini demişdir. Sənədləşmə işinin uzandığını bildirmişdir. Tarıyel necə tapşırmışdırsa, elə demişdir. Başqa heç nə deməmişdir. Onun cavabdeh olduğu 17 000 manatı da Çinarə ödəmişdir. Çekləri də olmuşdur. Ona heç bir ödəniş olunmamışdır. Yalan danışdığını sonradan Sevincə deyə bilməmişdir. Çünki Sevincin nömrəsini bilməmişdir. Sevinci tanımamışdır. Tarıyel onun qapısına Sevinci gətirib göstərmişdir. Tarıyel 17 000 manatın guya onda olduğunu bildirmişdir. Bank məsələsində Tarıyelin istəyi ilə Miskin təxəllüsü ilə Sevinc xanımla danışmamışdan əvvəl Tarıyel özü 2 nömrə ilə başqa şəxsləri danışdırmışdır. Pul hesablarına köçəndən sonra danışmışdır. Sonuncu dəfə Sevinc xanım, yoldaşı və Çinarə xanım birlikdə söhbət etmişlər. 17 000 manatın onda olduğunu demişdir. Onlara narahat olmamalarını bildirmişdir. Tarıyel də onlardan 200 metr uzaqda gizlənmişdir. Ondan əvvəl pul görməmişdir. Ümumiyyətlə, onun pul məsələsinə qarışacağı olmamışdır. Zəng vasitəsilə işin alınması üçün 3000 manat da istəmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təqsirləndirilən şəxs4 ümumi tanışları vasitəsilə 2018-ci ildən tanımış, normal münasibətləri olmuşdur. 2022-ci ilin dekabr ayında Tariyel ona zəng edərək görüşməyi təklif etmiş, görüş zamanı Sevinc adlı qadının bankdan 50000 manat kredit götürmək istədiyini və həmin qadına bu işdə kömək etməyə söz verdiyini bildirib, Rüfətin özünü Sevincə «xxxx»ın əməkdaşı kimi təqdim edərək həmin qadınla telefon danışığı aparmasını və ondan vaxt istəməsini xahiş etmişdir. Söhbət əsnasında o, özünün də pula ehtiyacı olduğunu və faizə də olsa 1000 manat borc tapmasını Tariyeldən xahiş etmişdir. Tariyel problemi həll edə biləcəyini, lakin onunda ona kömək etməli olduğunu bildirmiş, razılıq verdikdən sonra Tariyelin telefonu ilə Sevinc adlı qadınla danışaraq Tariyelin sözləri ilə özünü bank işçisi olaraq «Miskin» kimi təqdim etmiş, Sevincə kreditin götürülməsində gecikmələr olduğundan bir ay yarım vaxt ərzində bu məsələni həll edəcəyini demişdir. Tariyel təxminən 3-4 gündən sonra ona aylıq 10% faiz olmaqla 5 ay müddətinə 1000 manat pul vermişdir. Təxminən 50 gün sonra o, Tariyelə zəng edərək bu iş barədə maraqlanmış, Tariyel Sevincin işinin düzəlmək ərəfəsində olduğunu bildirmiş, lakin 5-6 gün sonra Tariyel yenə də ona zəng edərək görüş təyin etmiş və Sevincə bir daha zəng edib, vaxt istəyini demişdir. O, buna etirazını bildirdikdə isə Tariyel ona verilən pulun geri qaytarılması ilə hədələmiş, bu səbəbdən Tariyelin təklifi ilə razılaşaraq Sevinclə Tariyelin mobil telefonu ilə daha 3 dəfə danışaraq, əvvəlcə bankda guya yoxlama aparıldığını, daha sonra isə ailə üzvlərinin xəstə olmaları ilə əlaqədar guya Gürcüstanda olduğunu söyləyib, ondan vaxt istəmişdir. 2023-cü ilin iyul ayında o, yenidən Tariyellə görüşmüş, Sevincin əri Habilin bu məsələdən narahat olduğunu deyib, bank işçisi Miskin kimi onlarla görüşməyi xahiş etmişdir. O, əvvəlcə razılıq verməmiş, lakin Tariyel yenidən ona borcunu xatırlatdıqdan sonra razılıq vermiş və bir neçə gündən sonra Tariyelin təklifi ilə X7 yaxınlığında görüşmüşdür. X2 də iştirak etmiş, Habil nə üçün kreditin gecikməsini ondan soruşmuş, o, isə Habilə Tariyelin tapşırığı ilə yalan söyləyərək guya bankda yoxlamaların aparıldığını, ailə üzvünün xəstəliyi ilə əlaqədar guya Gürcüstanda olduğunu Habilə deyərək ondan daha bir ay vaxt istəmiş, Tariyelin ona söylədiyi məbləğin, yəni 17.000 (on yeddi min) pulun onda olduğunu bildirmişdir. Habil ona bir ay vaxt verəcəyini bildirmiş, bir müddət keçdikdən sonra o, Tariyeldən bu işin nəticəsi barədə maraqlanmış, Tariyel hər şeyin qaydasında olduğunu ona bildirmişdir. Növbəti görüşləri zamanı Tariyel Sevincdən aldığı pulun əsas hissəsinin Çinarədə olduğunu, özünə isə az məbləğdə pul götürdüyünü ona bildirmişdir. Bir müddət keçdikdən sonra o, evdə olmadığı vaxt Habil onun evinə gəlmiş, sonradan o, Habilə zəng edərək bu işdə günahının olmadığını, yalnız Tariyelin sözlərinə görə ona yalan danışdığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəхsin müdafiə hüquqları təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 əməli CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və yaxud məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 bəraət verilməsi, həmçinin sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, səhhətində problem olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə cəza təyin etmişdir. Hökmdən də görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ziyan tam ödənilməmiş, təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın оnun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-nin 8.1-ci, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirləndirilənin şəxsiyyətinə uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-258/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-258/2026
16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver