Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-260/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Naibə Abdullayeva İlham qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bünyatov Əbülfəz İbrahim oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə ##.##.1989-cu ildə Füzuli rayonu, Aşağı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Örənqala kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs2 və Əliyev İbrahim Xaliq oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, təqsirləndirilən şəxs2 və Əliyev İbrahim Xaliq oğlu satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən, İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin və qeyrilərinin xüsusilə külli miqdarda – 62 kq 290 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən, qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəlmişlər. Bundan sonra, “Ağa” adlı şəxsin “Whatsapp” mobil tətbiqi vasitəsilə təqsirləndirilən şəxs2 göndərdiyi koordinatlar əsasında onlar ## #### 2025-ci il tarixdə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə gedərək qeyd edilən xüsusilə külli miqdarda narkotik vasitəni gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürmüşlər. Həmin narkotik vasitəni təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Sumqayıt şəhəri, “Stansiya Sumqayıt” yaşayış massivi, ** nömrəli tam orta məktəbin yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar ## #### 2025-ci il tarixdə saat 23:55-də yuxarıda qeyd olunan ünvanda saxlanılmışlar. Onların razılığı və iştirakı ilə ## #### 2025-ci il tarixdə saat 00:00 dəqiqədən etibarən həmin yerdə “Kia” markalı **-DB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük hissəsindən 2 ədəd torbada və həmin avtomobilin arxa oturacaq hissəsindən 1 ədəd torbada olmaqla, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdıqları ümumilikdə 60 ədəd bağlama aşkar edilmişdir. Ayrı-ayrılıqda təmiz çəkiləri: 1045,0 qram; 1060,0 qram; 1055,0 qram; 1055,0 qram; 1045,0 qram; 1070,0 qram; 1050,0 qram; 1040,0 qram; 1050,0 qram; 1050,0 qram; 1050,0 qram; 1050,0 qram; 1060,0 qram; 1070,0 qram; 1050,0 qram; 1050,0 qram; 1045,0 qram; 1050,0 qram; 1070,0 qram; 1040,0 qram; 995,0 qram; 1015,0 qram; 1030,0 qram; 1010,0 qram; 1030,0 qram; 1010,0 qram; 1030,0 qram; 1030,0 qram; 1030,0 qram; 985,0 qram; 1040,0 qram; 1040,0 qram; 1030,0 qram; 1035,0 qram; 1035,0 qram; 1025,0 qram; 1035,0 qram; 1040,0 qram; 1035,0 qram; 1035,0 qram; 1030,0 qram; 1030,0 qram; 1040,0 qram; 1040,0 qram; 1045,0 qram; 1025,0 qram; 1040,0 qram; 1055,0 qram; 1045,0 qram; 1040,0 qram; 1040,0 qram; 1040,0 qram; 1035,0 qram; 1025,0 qram; 1040,0 qram; 1030,0 qram; 1030,0 qram; 1040,0 qram; 1025,0 qram və 1025,0 qram olmaqla, ümumilikdə xüsusilə külli miqdarda 62 kq 290 qram çəkidə bitki mənşəli kütlələr – tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən narazı qaldığına görə onun işinə yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bünyatov Əbülfəz İbrahim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, onun əməlinin düzgün tövsif olunaraq cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X3 çıxış edərək apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək təqsirləndirilən şəxs2 CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə icraat zamanı bildirdikləri barədə (500 qram marixuananın götürmək üçün getməsi, 62 kq marixuanadan xəbərin olmaması) qeyd edir ki, sadaladığı hallar iş materiallarında olan sübutlarla təsdiq olunmur. Belə ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, əməliyyataxtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs göstərdiyi hallar barədə öz müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə rəsmi məlumat və şikayət verməmişdir. Bu isə apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olduğunu və özünü məsuliyyətdən yayınmağa yönəldiyini göstərir. təqsirləndirilən şəxs2 təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, təqsirləndirilən şəxs2 himayəsində ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X1 adlı iki azyaşlı övladları vardır. Cinayət işinin materiallarında olan medalların vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən təqsirləndirilən şəxs2 qardaşı X4 “Hərbi Xidmətdə fərqlənməyə görə” 3cü dərəcəli, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” olmasına görə medalları ilə təltif edilmişdir. Həmçinin təqsirləndirilən təqsirləndirilən şəxs2 qardaşı X4 müharibə veteranlarına şamil olunan güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Bundan başqa əlilliklə bağlı vəsiqənin surətindən təqsirləndirilən təqsirləndirilən şəxs2 atası Hüseynov Vidadi Qarakişi oğlunun ikinci qrup əlil olması müəyyən edilmişdir Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını, onun qardaşının 44 günlük Vətən Müharibəsi iştirakçısı və veteran olmasını, bundan başqa atasının ikinci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cinayət məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Bünyatov Əbülfəz İbrahim oğluna 66 (altmış altı) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-260/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-260/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver