Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-262/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə Idarənin apellyasiya instansiya məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (hakimlər Asif Əliyev (sədrlik edən), Nurəddin Hüseynli və Ilham Cəfərzadə) Təqsirləndirilən şəxs (## ###### 1987-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbəsi, döngə 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan “Vahid” adlı Iran Islam Respublikası vətəndaşının göndərəcəyi külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə qurudulmuş marixuananı və heroini müəyyən miqdarda narkotik vasitə və psixotrop maddə müqabilində satış məqsədi ilə qanunsuz olaraq deyiləcək şəxslərə çatdırmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 24,164 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, bir ədəd bükümdə 0,587 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini və bir ədəd bağlamada 425 qram çəkidə xeyli miqdarda qurudulmuş marixuananı əldə edib yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış, həmin psixotrop maddə metamfetamini hissələrə ayırıb 1,950 qram, 1,904 qram, 1,016 qram, 1,024 qram, 1,927 qram, 1,970 qram, 1,002 qram olmaqla ümumi 10,793 qram çəkidə psixotrop maddə metamfetamini üzərində, qalan 13,371 qram psixotrop maddə metamfetamini, bir ədəd bükümdə 0,587 qram çəkidə narkotik vasitə heroini və 425 qram çəkidə xeyli miqdarda qurudulmuş marixuananı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, döngə 4-də yerləşən fərdi həyət evinin yataq otağındakı divanın altında saxlamış, ## ### 2025-ci il tarixdə saat 00:45 radələrində Qaradağ rayon Polis Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolu, Qobu parkının yanında saxlanılıb orada həmin gün saat 00:56-ya kimi üzəri videoçəkiliş vasitəsi ilə yoxlanılan zaman əynində olan açıq rəngli cins şalvarın sağ yan cibindən müxtəlif rəngli selofona bükülmüş 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,950 qram, 1,904 qram, 1,016 qram, 1,024 qram, 1,927 qram, 1,970 qram, 1,002 qram ümumi 10,793 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra həmin gün saat 01:21-dən saat 01:36-ya kimi onun yaşadığı qeyd edilən Abşeron rayonu, Hökməli qəsəbəsi, döngə 4-də yerləşən fərdi həyət evinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman dəhlizin sağında olan yataq otağındakı divanın altından boz rəngli torbanın içərisindən bir ədəd bağlamanın içərisində 425 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin torbanın içərisindən 2 ədəd bükümdə ayrı-ayrılıqda 10,498 qram və 2,873 qram çəkidə, ümumi çəkisi 13,371 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 0,587 qram çəkidə xeyli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmdən apellyasiya şikayəti verərək, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, ittihamın sübut olunmasında olan şübhələr düzgün aradan qaldırılmamışdır. Odur ki, onun əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsi narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkotik vasitələri istifadə etmək üçün əldə etdiyini qeyd edərək, hökmün dəyişdirilərək əməlin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməsi və əməlin tövsif edilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu qeyd edib, hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən təqsirləndirilən şəxs və müdafiəçinin, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni cinayət işinin materialları, şahid ifadələri, ekspertiza rəyləri, işdə olan istintaq və məhkəmə istintaq hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxs və müdafiəçisinin təqsirləndirilən şəxsin ona istinad edilən əməli törətməməsi, yəni aşkar edilmiş narkotik vasitəni satış niyyəti ilə əldə etməməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə toplanmış sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun satış məqsədinin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdikləri dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad olunan əməlin törədilməsində aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Məhkəmə kollegiyası apellyasiya baxışında müdafiə tərəfinin çıxışlarının təqsirləndirilən şəxsin ona istinad olunan cinayətdə özünü təqsirli bilməməsi, onun narkotik vasitə satmaması, şəxsi istifadəsi üçün əldə etməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək sərbəst ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixində, saat 22:25 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt üzərində yalnız 3 qram metamfetamin olub. Həmin 3 qram metamfetamin ona məxsus olub, qalanı ona məxsus olmayıb. O, üzərində olan 3 qram metamfetamini yerindəcə polis əməkdaşlarına könüllü şəkildə təqdim edib. Evində narkotik vasitə olub-olmadığını soruşduqda o, polis əməkdaşlarına evində narkotik vasitə olmadığını bildirib. Sonra polis əməkdaşları evinə gediblər. Polis əməkdaşları onun evinə daxil olanda orada narkotik vasitə olmayıb. Ona ailə üzvlərini də polis idarəsinə aparacaqları ilə bağlı hədə-qorxu gəliblər, psixoloji təzyiq göstəriblər. O, razı olmadığı üçün polis əməkdaşları rəisləri ilə əlaqə saxlayıblar. Sonra ittiham aktında qeyd olunan narkotik vasitəni və metamfetamini evinə qoyublar. Onu Qobu parkın yanına aparacaqlarını deyiblər. O da videoçəkilişdə boynuna götürüb ki, guya ki, konumdan bunları götürən zaman tutulub. Onu Qobu parkın yanına aparıblar, lakin o, həmin yerdə olmayıb, onu Qobu parkın yanında tutmayıblar, onu evinin yaxınlığında tutublar. 14 may tarixində, saat 00:45 radələrində Qobu parkın yanında videoçəkiliş ediblər. Sonra növbəti videoçəkiliş evində olub, polis əməkdaşları onun evinə qanunsuz daxil olublar. Videoçəkilişdən əvvəl divanın altına torba qoyublar. Həmin videoçəkilişdə də polis əməkdaşlarının ona əvvəlcədən dediyi kimi danışıb. Sonra onu Qaradağ RPI-nə aparıblar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, tutulana qədər geyim mağazasında işləyib, onu saxlayan şəxsləri tanımır. O narkotik vasitədən 1-2 dəfə istifadə edib. Daimi istifadəçisi və aludəçisi olmayıb. Tutulan zaman üzərində olan 3 qram metamfetamini mayın 7-8-i alıb. Həmin 3 qram metamfetamini üzərində daşımayıb, maşında olub. Maşının baqajından götürüb cibinə qoyanda saxlanılıb. Metamfetamini maşının baqajından götürüb evində qəbul etmək istəyirmiş. Metamfetamini Vahiddən alıb, Vahid Biləsuvar rayonunda yaşayır. O, Iran nömrəsi işlədir, Vahid Iran vətəndaşı deyil. Vahidin kart hesabına pul atıb, sonra da onun atdığı konumdan malı götürüb. 3 qram metamfetamin 1 ədəd ağ rəngli bükümün içərisində olub. Tutulduğu yerdə, yəni Abşeron rayonu, Hökməli qəsəbəsində üzərinə videoçəkilişlə axtarış keçirilməyib. Üzərində olan 3 qram metamfetamin videoçəkilişdə olmayıb, həmin vaxt anası, yoldaşı və oğlu evdə olub. Ailə üzvlərini evin bir otağına, onu isə digər otağa aparıblar. Evinə narkotik vasitə qoyduqlarını o, özü görüb. Polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmayıb, xəsarəti olmayıb. Onu saxlayan polis əməkdaşları ilə düşmənçiliyi və ədavəti olmayıb. Evində elektron tərəzi olmayıb. Tutulduğu tarix ittiham aktında düzgün göstərilməyib, saat 22:25 dən 00:45-dək polis əməkdaşları onun evində olublar, rəislərini gözləyiblər. Evinə qoyulan narkotik vasitəni rəisləri gətirib. Sonra onu videoçəkiliş üçün Qobu parkın yanına aparıblar. Mayın 13-ü o, polis idarəsində olmayıb. Qobu park onun evindən maşınla təxminən 15-20 dəqiqəlik məsafədədir. Yalnız psixoloji təzyiqlərə məruz qalıb. Ibtidai istintaq zamanı verdiyi ifadəsi düzgündür, həmin ifadəni təsdiq edir. Çünki məcbur qalıb onların dediyi kimi ifadə verib. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay olar ki, narkotik vasitə istifadə edir. Təxminən 4-5 ay əvvəl “Instagram” sosial şəbkəsi vasitəsilə əlaqə saxladığı və bir neçə dəfə narkotik vasitə aldığı özünü Vahid adı ilə təqdim etmiş Iran Islan Respublikası vətəndaşından onun yerləşdirib ona kordinatları göndərdiyi Lökbatan-Qobu yolunda, Qobu Parkın yaxınlığında psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və narkotik vasitə olan marixuana əldə etmişdir. O, bunun müqabilində sonuncuya pul göndərmiş, daha sonra sonuncu ona göndərdiyi narkotik vasitələr müqabilində həmin narkotik maddələrin bir qismini də özü istifadə etməli olmuşdur. O, əvvələr ondan pul ilə bir neçə dəfə narkotik vasitə aldığı üçün ona inanmış, buna görə bəzən pulsuz narkotik vasitə göndərmişdir. Həmin marixuananı öz otağında divanın altında gizlətmişdir. Təxminən 20 gün bundan əvvəl bir büküm kakos - heroin və bir büküm metamfetamin göndərmişdir. Kakos "heroin" və bir büküm metamfetamini necə göndərmişdirsə eyni qaydada divanın altında marixuananın yanında gizlətmişdir. Metamfetamin isə böyük büküm olduğuna görə Vahidin təlimatına əsasən müəyyən ünvanlara qoyub kordinatlarını ona atmaq üçün evdə elektron tərəzidə çəkib 1-2 qramlıq bükümlər şəkilində düzəldib saxlamışdır. ##.##.2025-ci il tarixdə metamfetamini Vahidin təlimatına əsasən müəyyən yerlərə yerləşdirmək üçün gedərkən Qaradağ rayonu Lökbatan-Qobu yolunun kənarında mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin vaxtı polis əməkdaşlarının biri baş verənləri mobil telefon vasitəsi ilə çəkərək qeydə almışdır. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğünu bildirərək üzərində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşyanı cins şalvarın sağ yan tərəfdəki cibindən həmin 07 ədəd büküm metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərə açılıb baxılmış və nə olduğunu soruşmuşlar. O, isə həmin bükümdəki maddənin metafetamin olduğunu demiş, daha sonra polis əməkdşaları onun üst başını axtarmışlar. Başqa qanunsuz heç nə aşkar olunmamış, 07 büküm metamfetamin zərfə qoyub qablaşdırılmış və zərfin üstü imzalanmışdır. Daha sonra ondan evində yaxud maşınında hər hansı yerdə yenə də qanunsuz hər hansı əşya olub olmadığını soruşmuş, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, 4-cü döngədə yaşadığı nömrəsiz fərdi evdə də narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Polis əməkdaşları ondan yaşadığı evə baxış keçirmək üçün icazə istəmiş və onun icazəsindən sonra evə gedib baxış keçirilmişdir. O evdə öz otağındakı divanın altında gizlətdiyi 01 büküm marixuananı, 02 büküm metamfetamini, 01 büküm "kakos" adlanan narkotik vasitəni və 01 ədəd narkotik vasitələri çəkərkən istifadə etdiyi elektron tərəzini təqdim etmişdir. Həmin maddələr də qablaşdırılmış, qablaşmalar imzalandıqdan sonra o, Qaradağ RPI-ə gətirilmişdir. Polis idarəsində xidməti otaqların birində hüquqları ona izah olunduqdan və müdafiəçi ilə təmin edilmiş, sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərindən və evindən akar olunaraq götürülmüş narkotik vasitələrə baxış keçirəcəklərini və baxış zamanı videoçəkilişdən istifadə edəcəklərini bildirmişlər. O da razılaşmış, sonra qablaşmalar açılmış və onların içərisində olan narkotik vasitələrə yenidən baxış keçirilmiş, saxlanıldığı zaman polis əməkdaşlarına dediyi sözləri bir daha təsdiq etmiş və müdafiəçinin yanında bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində evdə öz otağındakı divanın altında gizlətdiyi 01 büküm marixuananı, 02 büküm metamfetamini, 01 büküm "kakos" adlanan narkotik vasitəni və 01 ədəd narkotik vasitələri çəkmək üçün istifadə etdiyi elektron tərəzinin ona aid olduğunu etiraf etmiş, həmçinin hadisədən təxminən 20 gün bundan əvvəl Vahid ona bir büküm kakos - heroin və bir büküm metamfetamin göndərmişdir. Kakos "heroin" və bir büküm metamfetamini necə göndərmişdirsə eyni qaydada divanın altında marixuananın yanında gizlətmişdir. Metamfetamin isə böyük büküm olduğuna görə Vahidin təlimatına əsasən müəyyən ünvanlara qoyub kordinatlarını ona atmaq üçün evdə elektron tərəzidə çəkib 1-2 qramlıq bükümlər şəkilində düzəldib saxlamışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı cinayət hüquq nəzəriyyəsinə görə CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinəyət əməlinin törədilməsi anlayışına istinad etməyi də zəruri hesab edir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasından aydın olur ki, həmin maddədə nəzərdə tutulan cinayət əməli o zaman cinayət məsuliyyətinə səbəb olur ki, təqsirləndirilən şəxsin davranışı maddənin dispozisiyasında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətini təşkil edən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və ya satma ilə nəticələnmiş olsun. Qeyd olunan maddədə nəzərdə tutulan cinayət əməli formal tərkibli cinayət əməli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddədə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) törətməsi faktını müəyyən etmək kifayətdir. Şərh olunan cinayətlərin kriminal nəticələri isə cinayət tərkibinin hüdudlarından kənarda qalır və yalnız məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərir. Həmin Məcəllənin 234.4.3-cü maddəsinin dispozisiyası isə yuxarıda qeyd olunan davranışın külli miqdarda narkotik vasitəyə münasibətdə törədilməsini özündə ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli * nömrəli qərarının 9-cu bəndinin ikinci abzasına əsasən “Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Həmin qərarın 16-cı bəndinin ikinci abzasına əsasən CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi ***-IIQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və II siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Beləliklə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işinin predmetini təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə qurudulmuş marixuananı və heroini satış məqsədi ilə əldə edərək saxlamış və daşımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həmin maddələri özü üçün istifadə etməsi məqsədilə əldə etməsi barədə ifadələri yuxarıda qeyd edilən hallarla tam təkzib edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı narkotik vasitələrin şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin həmin məcəllənn 234.1-1ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən və ya əməlinin CM-in 234.1-1ci maddəsinə tövsif edilməsi üçün heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Həmin Məcəllənin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ədalətliliyini nəzərdən keçirərək qeyd edir ki, işin halları təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsinə əsas vermir. Azərbaycan Respublikasına CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, onun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermiş, cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal isə müəyyən etməmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edərkən CM-nin 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin qəsdən törədilməsini, cinayətin törədilmə üsulunu kifayət qədər nəzərə almışdır ki, bu hal da təyin olunmuş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından ədalətli olmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlinin tövsif olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxsin əməlinin AR CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası müdafiə tərəfinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur, odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğind vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 197, 198, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-262/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-262/2026
16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver