Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-265/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs – zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakim - Vaqif Həsənov) ##.##.1965-ci ildə Ağdam rayonu, Imamquibli kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, ev 6, mənzil 6-da qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsi, ev 128-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı vaxtdan, yəni ##.##.2025-ci il tarixdən hesablanması, həbsdə saxlanıldığı bu müddətin cəzaçəkmə müddətinə daxil edilməsi barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq 33000 manat maddi ziyan və 180 manat ödənilmiş dövlət rüsumü mülki iddiaçı zərərçəkmiş şəxs1 verilməsi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. İ. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs4 mərhum həyat yoldaşı X1 adına olan mənzilin vərəsəliklə adına keçirilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu niyyətlə zərərçəkmiş şəxs4 2024-cü ilin fevral ayından həmin ilin avqust ayına kimi olan müddət ərzində müxtəlif vaxtlarda, Bakı şəhəri ərazisində 200 manat, 100 manat, 100 manat və 400 manat olmaqla cəmi 800 manat, sonuncu dəfə isə ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 2000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2800 manat pulu alıb ələ keçirərək, zərərçəkmiş zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışları zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 sonuncuların barələrində Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində olan materiallar üzrə cinayət işinin başlanmaması və cinayət işinin başlanılmasının rədd edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə sonuncuların birlikdə ##.##.2024 cü il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən «Ağdam market» ərzaq mağazasında quraşdırılmış Mpay ödəmə terminalı vasitəsi ilə onun 4169 7388 2387 **** nömrəli kart hesabına göndərdikləri 6000 manat, 2024-cü ilin mart ayının əvvəllərində araşdırma üzrə vəkil təyin etmək adı ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin qarşısındakı ərazidə verdikləri 1400 manat, ##.##.2024-cü il tarixdə yenidən Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən «Ağdam market» ərzaq mağazasında quraşdırılmış Mpay ödəmə terminalı vasitəsi ilə onun 4169 7388 2387 **** nömrəli kart hesabına köçürdükləri 400 manat, 2024-cü ilin iyun ayında Ağdam rayonu, Imamqulubəyli kəndində verdikləri 8000 manat, ##.##.2024-cü il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən «Ağdam market» ərzaq mağazasında quraşdırılmış Mpay ödəmə terminalı vasitəsi ilə onun 4169 7388 2387 **** nömrəli kart hesabına köçürdükləri 2000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümümilikdə 17800 manat məbləğində pulu alıb ələ keçirərək vədinə əməl etməyərək, zərərçəkmiş zərərçəkmiş şəxs3 7700 manat və zərərçəkmiş zərərçəkmiş şəxs2 10100 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsini sənədləşdirəcəyi və həmin torpaq sahəsinə mülkiyyət hüququ verən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, zərərçəkmiş şəxs1 2024-cü ilin noyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron rayon Məhkəməsinin yaxınlığında tanışı şahid1 vasitəsilə ona hissə-hissə verdiyi 13000 manat, ##.##.2024-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində olarkən mobil tətbiq vasitəsilə onun kart hesabına köçürdüyü 2000 manat və ##.##.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində işlədiyi Süd məhsulları sexində verdiyi 18000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 33000 manat məbləğində pulu alıb ələ keçirərək, zərərçəkmiş zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. II Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, əməlin mülki xarakterli olması səbəbindən iddianın mülki qaydada araşdırılması tövsiyəsi ilə cinayət işinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs heç kimi aldatmaq, pulunu mənimsəmək niyyəti olmamış, şahid ifadələri və zərərçəkmiş şəxslərin ərizələrindən də göründüyü kimi aldığı pulun müqabilində vəkil tutmaq da daxil olmaqla müxtəlif instansiyalara müraciət etmək, etibarnamənin şifahi bağlanmış fromada ona verdiyi səlahiyyətlər çərçivəsində digər hərəkətlər kimi öhdəlikləri yerinə yetirmişdir. Bundan başqa aldığı pulların miqdarı, xərclədiyi təyinatlar və sair hallar mülki icraat qaydasında araşdırılmalı olduğundan mülki iddia ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razılaşmamış, ona görə də hökmün ləğv edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. III Proses iştirakçılarının çıxışları Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, zərərçəkmiş zərərçəkmiş şəxs4 əri öldükdən sonra sonuncunun qeyr-rəsmi şəkildə yaşadığı ikinci arvadının olması aşkara çıxmış, zərərçəkmiş şəxs4 həmin şəxsin və mərhum ərinin adına hansı əmlakların olmasından məlumatı olmamışdır. zərərçəkmiş şəxs4 ilə aralarında olan razılaşmaya əsasən ** saylı vəkil bürosu vasitəsi ilə vəkil sorğuları verdirərək həm zərərçəkmiş şəxs4 mərhum ərinin, həm uşaqlarının, həm də zərərçəkmiş şəxs4 ərinin qeyrirəsmi yaşadığı şəxsin adına olan əmlaklarının siyahısı müəyyən olunmuş, bundan sonra miras olaraq bir mənzilin olduğu aşkar olunmuşdur. Tərəfindən ekspertizanın keçirilməsi təmin edilərək həmin mənzil təxminən 65000-70000 manat qiymətləndirilmiş, həmin mənzilin altısatqısı zamanı zərərçəkmiş şəxs4 kiçik oğlunun 18 yaşı tamam olmadığından notariat işi başa çatmamışdır. Bundan sonra məsələ uzandığına görə zərərçəkmiş şəxs4 ondan şikayət etmişdir. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 onunla həmkəndli olmaqla sonuncular ona müraciət etdikdən artıq barələrində cinayət işi istintaq edilmiş, həmin şəxslər təxminən 86000 manat məbləğində pul mənimsənilməsində təqsirləndirilmişlər. Adları çəkilən şəxslər ona müraciət etdikdən sonra hər iki şəxsin müvafiq vəkillərlə müqavilə bağlamalarını təmin etmiş, həmçinin cinayət işində zərərçəkmiş şəxs2 oğlunun da adı hallandığına görə sonuncunun da vəkillə təmin edilməsini təşkil etmişdir. Beləliklə, müxtəlif epizodlar üzrə adları qeyd edilən şəxslərin işi üzrə üç vəkillə müqavilə bağlanmış, vəkillər saatlarla dindirmə istintaq hərəkətlərinə iştirak etmnək, ekspertizalar təyin etmək, vəsatətlər vermək və s. işlərlə məşğul olmuşlar. Hər iki şəxs rayonda olduğuna görə Bakı şəhərində vəkillərin işə vicdanla yanaşmalarını təmin etmiş, aparılna işlər nəticəsində təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın 86000 manatdan 42000 manata endirilməsinə nail olunmuşdur. Daha sonra vəkillər tərəfindən zərərçəkmiş şəxs2 oğlunun cinayət məsuliyyətinə cəlb olunmaması, hər iki şəxsin barəsində isə həbs qətimkan tədbirinin seçilməməsi təmin edilmiş, bu zaman öz şəxsi münasibətlərindən və tanışlığından istifadə etmişdir. Həm zərərçəkmiş şəxs2, həm də zərərçəkmiş şəxs3 aldığı pulları müdafiəçilərə xərcləmiş, sonunculara qarşı dələduzluq etməmişdir. Sonuncu zərərçəkmiş zərərçəkmiş şəxs1 ona müraciət edənə qədər torpaq sahəsinin sənədləşdirilməsi üçün nəzərdə tutulan 50000 manat pulun 25000 manatını başqa şəxsə vermiş, həmin şəxslər də işin həlli üçün heç bir addım atmamışdır. zərərçəkmiş şəxs1 ona müraciət etdikdən sonra torpaq sənədləşdirilməsi sahəsində müəyyən təcrübəsi olduğundan Daşınmaz Əmlakın Dövlət Reysetr Xidmətinə müvafiq sorğular verib cavablar alınmasını, koordinatların və ərazi aidiyyətinin müəyyən edilməsini və inzibati məhkəməyə müraciət olunmasını təmin etmiş, hüquqşünas olduğuna görə də qeyd edilən pulu xidmət haqqı olaraq almışdır. Məhkəmədə işə baxılarkən iş yarımçıq qaldığından zərərçəkmiş şəxs1 onun barəsində şikayət ərizəsi vermişdir. Zərərçəkmiş şəxslərlə hansısa yazılı müqavilə bağlamamış, lakin zərərçəkmiş şəxslərin özü də aralarında şifahi tapşırıq müqaviləsinin olmasını inkar etməmişlər. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, ona dəymiş ziyan ödənilməmiş, buna görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində özünü törətdiyi əməldə qismən təqsirli bilmiş, tərtib edilmiş tələbnamədən isə təqsirləndirilən şəxsin əvvəllər də eyni xarakterli əməllər görə cinayət məsuliyyətinə cəlb olunduğu müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmiş, şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi zərərçəkmiş şəxslərin və şahid ifadələri, eləcə də digər sübutlarla təsdiq olunduğundan birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. IV Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Həmçinin “Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009cu il tarixli” Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində zərərçəkmiş şəxslərdən pulu şifahi tapşırıq müqaviləsinə uyğun olaraq aldığını və buna görə də aralarındakı mübahisə mülki xarakterli olduğundan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirməklə haqlı nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə kifayət qədər araşdırma aparılmış Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə özünümüdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında gətirdiyi dəlillər iş materialları ilə tamamilə təkzib olunmuş, onun dəlillərini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı pulu sonunculara şifahi tapşırıq müqaviləsi əsasında göstərdiyi xidmət haqqı kimi aldığını göstərsə də zərərçəkmiş şəxslərdən hər biri istər məhkəməyədək icraat, istərsə də birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onlardan pulu konkret hüquqi məslələr üzrə nəticələr əldə edəcəyi adı altında aldadıb alaraq sonuncuların pul vəsaitlərini ələ keçirmişdir. Bundan başqa təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərdən mülki müqavilə öhdəliyi olan tapşırığın müqabilində pul vəsaitləri aldığını və həmin pulları müəyyən işlərə xərclədiyini göstərsə də bununla bağlı hansı yazılı sənəd və ya digər mötəbər sübut təqdim etməmişdir. Bütün qeyd edilənlər Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli təqsirli olaraq törətməsini bir daha təsdiq etmiş olur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 59 və 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmiş, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab etmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyata şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etməmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, ##.##.2018-ci ildə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cəzası 05 ilə endirilmiş, ##.##.2018-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2019-cu il tarixdə cəza bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli dələduzluq əməllərinə görə barəsində cinayət təqibi olmuş və barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bütün bunlarTəqsirləndirilən şəxs dələduzluğu sanki özünə peşə kimi seçərək həmin əməlləri davam etdirdiyini və əvvəlki azadlıqdan məhrum etmə cəzasının onun islah olunmasına yetərli təsir etmədiyini bir daha təsdiq edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs azadlıqdan məhrum növündə cəzaya məhkum olunmasını onun şəxsiyyətinə və əməlinin ictimai təhlükəliliyinə tam uyğun olduğunu hesab edir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396, 397.1, 397.2, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-265/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-265/2026
22.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver