Məhkəmə qərarları › İş №1(3-8)-267/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-267/2026

03.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-267/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim - Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər - X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə (Hakim Günel Quluzadə) ## ###### 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün ## #### 2025-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu olan, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 51, mənzil 14 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu, yəni ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan məcburi müalicə təyin olunması və Sumqayıt şəhər Narkoloji Dispanserdə F19x2 diaqnozu ilə qeydiyyatda olmasının nəzərə alınması, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 358,173 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,187 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt diskin cinayət işində saxlanılması hökm edilmişdir. İ. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,237 qram çəkidə narkotik vasitə olan heroini və xeyli miqdarda, yəni 358,273 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və ## ###### 2025-ci il tarixdə, saat 01:31-də Siyəzən şəhərinin Şəhriyar küçəsində, dəmir yolunun üst tərəfində yaşayış evlərinin yaxınlığında Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üstü yoxlanılan zaman sağ əlində olmaqla üzərində “Araz” sözü yazılmış bir ədəd sellofanın içərisindəki bir ədəd ağ rəngli, üzərində qırmızı xətlər və ürək şəkilləri olan sellofanın içərisindən xeyli miqdarda, yəni 358,273 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda xeyli miqdarda, yəni 0,237 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, xəstəliyi ilə əlaqədar ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ağır və müalicə oluna bilməyən xəstəlikləri olduğuna görə ona kömək edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. III. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs çıxış edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi X6 çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X3 çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs barəsində olan tələbnamədən də göründüyü kimi o əvvəllər də eyni xarakterli cinayət əməlini törətmişdir. Eyni zamanda cəzanı ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin resdivinin olması nəzərə alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə maddənin sanksiyası çərçivəsində ədalətli cəza təyin etmişdir. Odur ki, hazırda cəzanın aşağı həddə təyin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. IV.Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməyərək hökmün dəyişdirilməməsi barədə, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib məcmusu üzrə qiymətləndirərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mübahisəli hökm dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə dair əsaslar müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs özünü birinci instansiya məhkəməsində təqsirli bilməsə də apellyasiya şikayətində və apellyasiya məhkəməsi iclasında ancaq ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir. Cinayət işi materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/*** saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “zərflər üçün ** nömrəli möhür əksi”, “Z. Əliyev/imza/; İ.Zəkiyev/imza/; şahid6/imza/; şahid2/imza/; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmet; Qablaşdırdı: /imza/Anar Əmirov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,237 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində AR DİN “zərflər üçün ** nömrəli möhür əksi”, “Təqsirləndirilən şəxs/imza/; İ.Zəkiyev/imza/; şahid6/imza/; şahid2/imza/; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmet; Qablaşdırdı: /imza/Anar Əmirov” əl yazıları olan paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 358,273 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİSndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ## ###### 2020-ci il tarixdən Sumqayıt şəhər ND-da F19x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli *** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin ovuc səthinin kəsilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarət kəsici kənara malik əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinə vaxtından 4-5 gün əvvələ uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. ## ###### 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, işin 15-16-cı vərəqələrində olan məhkəmə iclasında tədqiq edilmiş iki ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 01:31-dən saat 01:49-dək olan müddət ərzində Siyəzən şəhərinin Şəhriyar küçəsində Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni sağ əlində olan üzərində “Araz” sözü yazılmış bir ədəd sellofanın içərisində olan üzərində qırmızı xətlər və ürək şəkilləri olan sellofanın içərisində, narkotik vasitə heroinə bənzər kütləni əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təqdim etmişdir. Yoxlama zamanı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən, işin 102-105-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, *(***)-**/**** saylı hökmündən və işin 91-92-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün ## #### 2025-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 51, mənzil 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində və adına olan +*****-***-**-** saylı mobil nömrənin ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək antenna barədə məlumatları “xxxx” MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs mübahisələndirilən saatlarla bağlı, yəni ## ###### 2025-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı ünvanda olmadığı aşkar edilmiş, ## ###### 2025-ci il tarixdə isə ümumiyyətlə antenna məlumatları aşkar edilməmişdir. Bundan əlavə evə getməzdən öncə Təqsirləndirilən şəxs anasının işlədiyi bazara getdiyini bildirsə də, antenna məlumatlarında göstərilən vaxtlarda onun Şabran rayonunda olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış və idarənin prokuroru X2 ## ###### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə onun fiziki təsirə məruz qalması faktı təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınmışdır. Belə ki, hökmdən də görünür ki, Siyəzən Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün ## #### 2025-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Lakin Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçmədən ##.##.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətdiyinə görə CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kоllеgiyаsı birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən CM-in 8, 18, 41.2, 58.3, 59, 61 və 65-ci maddələrinin tələblərinə tam riayət etmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq məhkəmə ona qanunla imkan verilən həddə ədalətli cəza təyin edilmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il ## ### tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayətin ictimai təhlükəliliyini, xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əməlində cinayətlərin residivi olmasını, ona təyin edilmiş cəzanın aşağı həddə olmasını və işin digər hallarını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi cəmi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar