Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-269/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bünyadov Adil İbrahim oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Qusar Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətinin təmin olunmamasına dair Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Qusar Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ## ####### 2025-ci il tarixdən etibarən qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs verdiyi vəsatətdə və birinci instansiya məhkəməsində bildirmişdir ki, xəstəliyi səbəbindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, qeyd olunan halların üzrlü səbəb kimi nəzərə alınmasını, vəsatətinin təmin edilməklə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa edilməsini və verdiyi apellyasiya şikayətinə baxılması üçün cinayət işinin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkumun vəsatəti təmin edilməmişdir. Həmin qərardan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səhhətində problemlərin olması səbəbindən apellyasiya şikayəti verə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs şikayətin dəlillərinə uyğun çıxış edərək, müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında müdafiəçi Adil Bünyadov apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dövlət ittihamçısı X3 bildirdi ki, məhkum xəstə olduğunu bildirsə də, bu mötəbər sübut kimi qəbul edilməyərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, tərəflərin çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin mübahisə edilən qərarı isə dəyişdirilməməlidir. Belə ki, cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Qusar Rayon Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü Təqsirləndirilən şəxs rəsmi şəkildə ## ######## 2025-ci il tarixdə təqdim edilmişdir. Lakin, 20 gün ərzində özünün və ya müdafiəçisinin apellyasiya şikayəti vermək üçün vaxtı və imkanları kifayət qədər olmuş, lakin o həmin imkan və vaxtdan istifadə etməyərək ## ##### 2026-cı il tarixdə, yəni 6 ay 21 gün gün sonra heç bir üzürlü səbəb və ya səbəblər olmadan prosessual müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti vermişdir. Həmçinin məhkəmə kollegiyası səhhəti ilə bağlı şikayət vermə müddətini ötürməsinə dair şikayətin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, onun hansısa müalicə müassisəsinə yerləşdirilməsi və müalicə olunmasına dair hər hansı rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1 və 384.2-ci maddələrinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə ittiham hökmü ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Qusar Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətinin təmin olunmamasına dair Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya məhkəməsi, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğluna məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390, 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəməsi kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğluna sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-269/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-269/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver