Məhkəmə qərarları › İş №1(3-8)-271/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-271/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-271/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim - Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər - X3 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (Hakim Fərid Nəsimiyev) ## ######## 1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, heç yerdə işləməmiş, ünvan 1 ünvanında fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınması, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 18,486 qram narkotik vasitə olan marixuana və 01 (bir) ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İ. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni 08 (səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,435 qram, 2,793 qram, 2,433 qram, 2,207 qram, 2,648 qram, 2,498 qram, 2,072 qram və 2,560 qram, ümumi təmiz çəkisi 18,646 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd üzərində narkotik vasitə marixuana hissəcikləri olan gümüşü rəngli, işlək vəziyyətdə olan elektron tərəzini əldə edib daşıyaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, Sumqayıt ŞPİnin X11 daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları və Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X4 tərəfindən “binalara, o cümlədən, yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsi” əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-*** nömrəli qərarı əsasında ## ###### 2025-ci il tarixdə saat 03:40 radələrində həmin ünvanda saxlanılaraq orada fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağındakı çarpayının üzərində yastığın altından 08 (səkkiz) ədəd kibrit qutusunda, 18,646 qram çəkidə olan həmin narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd üzərində qurudulmuş marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin barəsində çıxardığı hökmü ləğv edib hüquqlarının təmin edilməsini xahiş etmişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə 4 il 3 ay müddətə azadlıqdan məhrum edilmişdir. Məhkəmənin qərarı olmadan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları yaşadığı mənzilə basqın edərək 8 qutu marixuananı evinə ataraq onu həbs etmiş, əməliyyat çəkilişi hədə-qorxu altında aparılmışdır. Üzləşdirmə keçirilməmiş, üzləşdirmə protokolu ilə tanış olmamışdır. Şahid qismində iştirak edən şəxsin psixi pozuntusu olması barədə əlində sübutları olmuşdur. Ona münasibətdə məhkəmə prosesi istintaq gedişində evinə order olmadan olan basqın, üzləşmələrin aparılmaması, döyülmə sübutlarının qiymətləndirilməməsi, ümumilikdə hüquqlarının kobud şəkildə pozulması nəzərə alınaraq barəsində təyin edilmiş 4 il 3 ay azadlıqdan məhrum etmə cəzasının qanunsuz olmasını nəzərə alaraq işin istintaqının yenidən obyektiv araşdırılmasını, bir vətəndaş olaraq Konstitusiyada təsbit edilmiş hüquqlarının bərpasını təmin etməyi məhkəmədən xahiş etmişdir. III. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs çıxış edərək göstərmişdir ki, istintaq dövründə iş üzrə şahidlərlə arasında üzləşdirmə keçirilməmiş, ifadələr arasında isə ziddiyyətlər mövcud olmuşdur. Polislər onun evinə girən zaman pəncərəni sındırmış, lakin həmin pəncərinin onun tərəfindən evdən qaçan zaman sındırdığını bildirmişlər. Sonradan polislər özləri evinin pəncərəsini düzəltmişlər. Bundan başqa evindən aşkar olunmuş 8 ədəd kibrit qutusunun və bir ədəd tərəzinin üzərində onun əl izlərinin olub-olmaması yoxlanılmamış, polis əməkdaşları onun evinə təxminən iki saat yarım qabaqdan gəlib onu döydükdən sonra əvvəl rəisləri şahid3, sonra təhqiqatçı oraya gəlmişdir. Ona narkotik vasitəni verib necə demək lazım olduğunu izah etmiş, bundan sonra çəkiliş aparmışlar. Ona görə də hökmün ləğv edilib barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materiallarından görünür ki, iş üzrə ətraflı araşdırma aparılaraq onun CM-in 234.2-ci maddəsinə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, ona məxsus mobil telefonda aşkar edilmiş SMS-lər, şahid ifadələri, ekspert rəyləri də bunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla əməlində cinayətlərin residivi mövcud olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. IV.Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməyərək hökmün dəyişdirilməməsi barədə, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib məcmusu üzrə qiymətləndirərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mübahisə olunan hökm dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə dair əsaslar müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs özünü birinci instansiya məhkəməsində də təqsirli bilməyərək aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, apellyasiya məhkəməsi iclasında da onun əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini xahiş etmişdir. Lakin cinayət işi materiallarında olan: ##.##.2025-ci il tarixli “mənzilə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı həmin tarixdə saat 03:38-dən saat 03:54-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X4, Sumqayıt ŞPİ-nin X12 əməliyyat müvəkkili, R şahid5, həmin bölmənin əməliyyat müvəkkili, R şahid4 və video çəkilişi aparan Sumqayıt ŞPİnin KTB-nın inspektor-kriminalisti, R X1 iştirakları ilə ## ######## 1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, heç yerdə işləməyən, ünvan 1 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən «binalara, o cümlədən, yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsi» əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-*** nömrəli qərarına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, *** nömrəli fərdi yaşayış evində olarkən saxlanılması və orada video çəkiliş apanlmaqla fərdi yaşayış evinə baxış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt şəhəri, Corat qəsəbəsi, *** nömrəli fərdi yaşayış evinin qarşısında Sumqayıt ŞPİ-nin TŞ-nın baş təhqiqatçısı, R X4 çıxışı ilə başlayır. Baş təhqiqatçı E.Feyzullayev özünü təqdim edəndən sonra əməliyyat müvəkkilləri, R şahid5, əməliyyat müvəkkili, R şahid4 və video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nın inspektor-kriminalisti, R X1 özlərini təqdim edirlər, sonra baş təhqiqatçı E.Feyzullayev məhkəmənin müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə ediməsi, istifadəsi və satışı ilə məşğul olması barədə dəqiq və qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olduğunu deyib şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına yaxınlaşır və qapını döyür, Təqsirləndirilən şəxs qapıya yaxınlaşır və onu açır, dərhal əməliyyyat müvəkkiləri həyətə daxil daxil olub Təqsirləndirilən şəxs saxlayıb bayıra çıxardırlar, baş təhqiqatçı E.Feyzullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona təhqiqat və istintaq dövründə vəkil ilə təmin olunacağını bildirir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib fərdi yaşayış evinə baxış keçirilən zaman vəkilə ehtiyacının və heç bir etirazının olmadığını deyir. Bundan sonra baş təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində və ya fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, saxlanılan şəxs Təqsirləndirilən şəxs evində narkotik vasitə olduğunu deyir, bundan sonra baş təhqiqatçı, əməliyyat müvəkkiləri və saxlanılan şəxs Təqsirləndirilən şəxs birlikdə həyətə, oradan da fərdi yaşayış evinə daxil olurlar, baş təhqiqatçı E.Feyzullayev evə yaxınlaşan zaman evin neçə otaqdan ibarət olmasını saxlanılan şəxs Təqsirləndirilən şəxs soruşur, sonuncu evin 2 otaq və 1 mətbəxdən ibarət olduğunu deyir, sonra qeyd edilən tərkibdə fərdi yaşayış evinə daxil olurlar, evə daxil olan kimi dəhliz və mətbəx otağı, daha sonra sol tərəfdə qonaq otağına daxil olurlar, qonaq otağında içəriyə dorğu daha bir otağın, otaqlarda dağınıq və baxımsız vəziyyətdə xeyli sayda əşyaların olması görünür, daha sonra baş təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib evində saxladığı narkotik vasitənin harada olmasını soruşur, saxlanılan şəxs Təqsirləndirilən şəxs otaqda bir nəfərlik çarpayını əli ilə göstərərək üzərindəki yastığı qalıdınb altında qanunsuz olaraq əldə edib saxladığı içərisində qurudulmuş marixuanaya bənzər ot kütlələri olan 08 (səkkiz) ədəd kibrit qutusunu və 01 (bir) ədəd elektron tərəzini polis əməkdaşına təqdim edir. Baş təhqiqatçı E.Feyzullayev təqdim olunan kibrit qutularının hər birini açıb onlara vizual baxış keçirir, saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin qutularda olan maddənin nə olduğunu soruşur, onu haradan, kimdən və nə vaxt, haradan və hansı qiymətə əldə etdiyini soruşur, bu zaman sonuncu həmin maddənin marixuana, yəni, narkotik vasitə qurudulmuş marixuana olduğunu deyib onu saxlanılmamışdan bir neçə saat qabaq Sumqayıt şəhəri, Novxanı qəsəbəsində olan zaman 200 manat pul müqabilində öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını deyir. Təhqiqatçı saxlanılan şəxsdən elektron tərəzini nə üçün saxladığını və narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını soruşur, sonuncu narkotik vasitələrin satışı ilə məşğul olmadığını deyib elektron tərəzini narotik vasitəni alarkən aldanmamaq və çəkisini müəyyən etmək üçün bir neçə gün qabaq əldə etdiyini deyir. Bundan sonra baş təhqiqatçı E.Feyzullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlələri saxlanıldığı kibrit qutuları ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin ümumilikdə 43,45 qram olması müəyyən edilir. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş 08 (səkkiz) ədəd içərisindən yaşıl ot kütlələri olan qurudulmuş marixuanaya bənzər maddələr olan kibrit qutuları və və 01 (bir) ədəd elektron tərəzi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün ayrıayrılıqda 01 (bir) ədəd içərisi boş olan ağ rəngli zərflərə qoyularaq qablaşdırır, qablaşdırılmış zərfin üstü DİN-in *** nömrəli möhürü ilə möhürlənir, daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır. Sonra baş təhqiqatçı tərəfindən saxlanılan şəxsin fərdi yaşayış evinə baxış davam etdirilir, lakin sonradan onun evindən heç bir qanunsuz əşya, yaxud, predmet aşkar olunmur. Bundan sonra baş təhqiqatçı E.Feyzullayev növbəti sənədləşmə aparılması məqsədi ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs Polis İdarəsinə aparılacağını qeyd edir, daha sonra video çəkiliş dayandırılır. (Cild 1, iş vərəqi 12-13) ## ###### 2025-ci il tarixli «şəxsi axtarış keçirilməsi» protokolundan və ##.##.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin tarixdə saat 05:10-dan saat 05:16- dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X4, Sumqayıt ŞPİ-nin X12 əməliyyat müvəkkili, R şahid5, həmin bölmənin əməliyyat müvəkkili, R şahid4 və video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nın inspektorkriminalisti, R X1 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Büyadov Adil İbrahim oğlunun iştirakları ilə ## ######## 1984-cü ildə Sumqayıt ' şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, heç yerdə işləməyən, ünvan 1 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X4 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və vəkil özlərini təqdim edirlər. Təhqiqatçı E.Feyzullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bir daha izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona bu barədə bildirişi təqdim edir, saxlanılan şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib təqdim olunmuş bildirişi imzalayıb heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı E.Feyzullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nın əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, yaşayış evində saxlanlıması, üzərində gəzdirilməsi və satışında şübhəli olduğunu üçün Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*** nömrəli qərarına əsasən keçirilmiş “binalara, o cümlədən, yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsi” əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, *** nömrəli fərdi yaşayış evində olarkən saxlanılması və orada video çəkiliş aparılmaqla fərdi yaşayış evinə baxış keçirilərkən evindən 08 (səkkiz) ədəd içərisindən yaşıl ot kütlələri olan qurudulmuş marixuanaya bənzər maddələr olan kibrit qutuları və və 01 (bir) ədəd elektron tərəzi müəyyən olunmasını qeyd edir. Daha sonra baş təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, lakin sonuncunun üzərindən heç əşya və ya predmet aşkar olunmur. Daha sonra baş təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunmuş 08 (səkkiz) ədəd içərisindən yaşıl ot kütlələri olan qurudulmuş marixuanaya bənzər maddələr olan kibrit qutuları və və 01 (bir) ədəd elektron tərəzini Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsinə göndərəcəyini qeyd edir. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın və elektron tərəzini şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satşı ilə məşğul olmadığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. Həmin diskdə olan 2-ci faylda «VID-20251129-WA0034.mp4» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 05 dəqiqə 26 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda ## ###### 2025-ci il tarixli «şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 05:10-dan saat 05:16- dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X4, Sumqayıt ŞPİ-nin X12 əməliyyat müvəkkili, R şahid5, həmin bölmənin əməliyyat müvəkkili, R şahid4 və video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nın inspektor-kriminalisti, R X1 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Büyadov Adil İbrahim oğlunun iştirakları ilə ## ######## 1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, heç yerdə işləməyən, ünvan 1 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X4 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və vəkil özlərini təqdim edirlər. Təhqiqatçı E.Feyzullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bir daha izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona bu barədə bildirişi təqdim edir, saxlanılan şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib təqdim olunmuş bildirişi imzalayıb heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı E.Feyzullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nın əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, yaşayış evində saxlanlıması, üzərində gəzdirilməsi və satışında şübhəli olduğu üçün Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*** nömrəli qərarına əsasən keçirilmiş “binalara, o cümlədən, yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsi” əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, *** nömrəli fərdi yaşayış evində olarkən saxlanılması və orada video çəkiliş aparılmaqla fərdi yaşayış evinə baxış keçirilərkən evindən 08 (səkkiz) ədəd içərisindən yaşıl ot kütlələri olan qurudulmuş marixuanaya bənzər maddələr olan kibrit qutuları və və 01 (bir) ədəd elektron tərəzi müəyyən olunmasını qeyd edir. Daha sonra baş təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, lakin sonuncunun üzərindən heç əşya və ya predmet aşkar olunmur. Daha sonra baş təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunmuş 08 (səkkiz) ədəd içərisindən yaşıl ot kütlələri olanqurudulmuş marixuanaya bənzər maddələr olan kibrit qutuları və və 01 (bir) ədəd elektron tərəzini Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsinə göndərəcəyini qeyd edir. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın və elektron tərəzini şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır (Cild 1, iş vərəqi 33- 34-cü və 54-56). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci tarixli *-**-**/*-**/**** saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Arayışlar üçün № ***” möhür əksi, “Saxlanılan Təqsirləndirilən şəxs üzərindən çıxan tərəzi;

1. /imza/ Rzayev; Tərtib etdi: /imza/ şahid5” əl yazıları olan zərfdəki 08 (səkkiz) ədəd kibrit qutusunda ayr-ayrılıqda təmiz çəkiləri 1,435 qram, 2,793 qram, 2,433 qram, 2,207 qram, 2,648 qram, 2,498 qram, 2,072 qram və 2,560 qram, ümumi təmiz çəkisi 18,646 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 ədəd elektron tərəzinin səthi üzərində narkotik vasitə marixuana hissəcikləri vardır, həmin hissəciklər tərəzinin ölçmə həddindən aşağı olduğuna görə çəkisini müəyyən etmək mümkün olmamışdır. Qeyd: Qurudulmuş marixuana təmiz çəkisi 18,646 qram, təhqiqata sərf edildi 0,16 qram, qalıq 18,486 qram (Cild 1, iş vərəqi 48-49). Məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli “1849” saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izi aşkar olunmamışdır (Cild 1, iş vərəqi 85). Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2025ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (Cild 1, iş vərəqi 187-188). Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsindən daxil olmuş ## ###### 2025-ci il tarixli və ## ###### 2026-cı il tarixli əməliyyat tapşırığına cavablar məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 08 (səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,435 qram, 2,793 qram, 2,433 qram, 2,207 qram, 2,648 qram, 2,498 qram, 2,072 qram və 2,560 qram, ümumi təmiz çəkisi 18,646 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd üzərində narkotik vasitə marixuana hissəcikləri olan gümüşü rəngli, işlək vəziyyətdə olan elektron tərəzini əldə etdiyi şəxsi və ya mənbənin müəyyən etdilməsi mümkün olmamışdır, lakin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin NMB-ya dəfələrlə əməliyyat məlumatı daxil olması müəyyən olunmuş bu istiqamətdə şahid2 və şahid1 bunu təsdiq edən şahid kimi istintaqa təqdim edilmişdir (Cild 1, iş vərəqi 145). Şahid şahid2 tərəfindən təqdim edilmiş 01 (bir) ədəd DVD diskə və 01 (bir) ədəd mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində Ahuang (the life color) - you life you ahuang - sd - r - 52X / və digər markalanma yazıları olması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” döyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD- ROM” yazılmış disk şəkilli alt menyu vardır. Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntüdə olan faylın adı “xxxx” olmaqla 4 737 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntülər «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edilmişdir. Həmin diskdə olan «xxxx» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 25 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda tarix və saatı göstərilməyən video görüntü, həmin görüntüdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda otaqda hansısa kütləni gümüşü rəngli siqaret kağızına yerləşdirib həmin kağıza bükməsi müşahidə olunmuşdur. Baxış zamanı qeyd edilən diskin məzmunu «MPC-HC Player» proqramı vasitəsi ilə dinlənildikdən və protokola qeyd edildikdən sonra həmin disk zərfə qoyularaq protokola əlavə edilmişdir. Bundan başqa şahid2 təqdim etdiyi qardaşı Təqsirləndirilən şəxs məxsus olan qara rəngli 01 (bir) ədəd sınıq vəziyyətdə olan mobil telefon cihazına baxış keçirilmişdir. ## ###### 2025-ci il tarixdə saxlanılarkən Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 01 (bir) ədəd sınmış vəziyyətdə olan “REDMİ” markalı mobil telefona baxış keçirən zaman mobil telefonun işlək vəziyyətdə olmadığı və sınıq olduğu müəyyən edilmişdir. Baxış zamanı müəyyən olundu ki, həmin mobil telefon qara rəngli, sensor ekranlı “REDMİ” markalı mobil telefondur. Həmin mobil telefonda içərisində hər mobil nömrə olmaması müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. Bununla da baxış başa çatmışdır. Baxış zamanı mobil telefonun fotoşəkilləri istifadəmdə olan “SAMSUNG” markalı mobil telefonunun foto kamerasından istifadə edilərək çəkilmiş və protokola əlavə edilmişdir (Cild 1, iş vərəqi 153-159). “xxxx” MMC-dən daxil olmuş ##.##.2025-ci il tarixli GQ-*-****-****-**** nömrəli məktub və ona əlavə edilmiş 01 (bir) ədəd “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən disk zərfdən çıxarılarkən ağ rəngdə üzərində “xxxx”, qara qələmlə “1496” rəqəmləri və digər markalanma yazıları olması müəyyən olundu, həmin disk «CD-R» formatlı olmaqla xidməti istifadədəki «Samsung» markalı kompyuterin disk yuvasına daxil edildi və müəyyən olundu ki, diskdə 04 (dörd) ədəd fayl görünür. Birinci faylın adı “Mexsusluq tarixchesi_OTHER_558712928.pdf’ olmaqla 79 KB həcmli, ikinci faylın adı “xxxx” olmaqla 519 KB həcmli, üçüncü faylın adı “xxxx” olmaqla 47 KB həcmli və dördüncü faylın adı “xxxx” olmaqla 74 KB həcmlidir. “xxxx” MMC-dən daxil olmuş “CD” diskdəki “Mexsusluq tarixchesi_OTHER_558712928.pdf’ adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı “Nar” mobil operatoruna məxsus mobil nömrənin ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adına olması müəyyən olunmuşdur. “xxxx” MMC-dən daxil olmuş “CD” diskdəki “xxxx’ adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ##.##.2025-ci il tarixdə saat 10:59:44-da ünvan 2 ünvanında anten dairəsindən başqa həmin qovluqda bundan başqa iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. “xxxx” MMC-dən daxil olmuş “CD” diskdəki “xxxx’ adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ##.##.2025ci il tarixdə saat 08:37:10-dan saat 08:37:23-ə kimi “994702669899” saylı mobil nömrənin istifadəçisinə “sizdeyəm mənim 20 AZN qalıb senen qoturəcəm başka söhbət olmasin” məzmunda sms yazması, qarşı tərəfin, yəni, “994702669899” saylı mobil nömrənin sahibinin ##.##.2025-ci il tarixdə saat 19:47:44-dən həmin tarixdə saat 19:47:44-ə kimi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Kola Pat” məzmunda sms yazması, bundan başqa ##.##.2025-ci il tarixdə saat 01:37:40-dan həmin tarixdə saat 01:37:40-a kimi “994505369246” saylı mobil nömrənin istifadəçisinin Zaur Muayevin istifadəsində olan “994558712928” saylı mobil nömrəyə “xaxol necesən ala sovqu yetim qan qusur ən allah sən anavin qəbiri” məzmunda sms yazması, bundan başqa qabaqkı yazışmanın davamı olaraq ##.##.2025-ci il tarixdə saat 01:37:53-dən həmin tarixdə saat 01:37:53-ə kimi “994505369246” saylı mobil istifadəçisinin Təqsirləndirilən şəxs istifadəsində olan “994558712928” saylı mobil nömrəyə “buna bir ey elə olur pulda yoxdu” məzmunda sms göndərməsi, bundan başqa ##.##.2025-ci il tarixdə saat 22:56:04-dən həmin tarixdə saat 23:11:20-ə kimi Təqsirləndirilən şəxs istifadəsində olan “994558712928” saylı mobil nömrədən “994773442733” saylı mobil nömrənin istifadəçisinə “yetim bugünün sabahı yoxduki beyem 15 danışıb 13 verirsen sovqiye m” məzmunda sms göndərməsi, bundan başqa qabaqkı yazışmanın davamı olaraq ##.##.2025ci il tarixdə saat 22:56:07-dən həmin tarixdə saat 23:11:21-ə kimi Təqsirləndirilən şəxs istifadəsində olan “994558712928” saylı mobil nömrədən “994773442733” saylı mobil nömrənin istifadəçisinə “ən yoxdu demişəm sen götürüb gətirirsən” məzmunda sms göndərməsi, bundan başqa ##.##.2025-ci il tarixdə saat 10:57:45-dən həmin tarixdə saat 10:57:45-ə kimi “994773545498” saylı mobil nömrənin istifadəçisinin Təqsirləndirilən şəxs istifadəsində olan “994558712928” saylı mobil nömrəyə “50 manat sən ol pul var ac tel” məzmunda sms göndərməsi, bundan başqa ##.##.2025-ci il tarixdə saat 00:53:13-dən həmin tarixdə saat 01:01:06-ya kimi Təqsirləndirilən şəxs istifadəsində olan “994558712928” saylı mobil nömrədən “994555537703” saylı mobil nömrənin istifadəçisinə “mənim pulumu 14. Tİ VERİKİ QEDİM KONUMa ilişib qalmişam ürəyim sena” məzmunda sms göndərməsi, bundan başqa qabaqkı yazışmanın davamı olaraq ##.##.2025-ci il tarixdə saat 00:53:16-dan həmin tarixdə saat 01:01:13-ə kimi Təqsirləndirilən şəxs istifadəsində olan “994558712928” saylı mobil nömrədən “994555537703” saylı mobil nömrənin istifadəçisinə “lah niyə telefonu götürmüşəm pulu verki gedim” məzmunda sms göndərməsi müəyyən olundu. Bundan başqa həmin faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı yazı, mətn, yaxud məlumat olması görsənmir. “xxxx” MMC-dən daxil olmuş “CD” diskdəki “xxxx’ adlı fayl daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı yazı, mətn, yaxud məlumat olması görsənmir (Cild 1, iş vərəqi 171-173). ##.##.2026-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, ## ###### 2026-cı il tarixdə ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahidlər şahid5, şahid4 və şahid3 arasında video çəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı şahidlər ifadələrində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deyərək onu ifşa etmişlər. Üzləşdirmə zamanı qeyd edilən diskin məzmunu «MPC-HC Player» proqramı vasitəsi ilə dinlənildikdən və protokola qeyd edildikdən sonra həmin disk zərfə qoyularaq protokola əlavə edilmişdir (Cild 1, iş vərəqi 204-215). Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılan Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə araşdırmanın nəticəsində ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, toplanmış material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2, iş vərəqi 148-150). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu ildə CM-in 234.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə, CM-in 221.3-cü maddəsi ilə 1 il müddətində azadlıqdan məhrum etmə, 2015-ci ildə CMin 177.2.1, 177.2.2, 234.1, 326.2, 66.2-ci maddələri ilə azadlıqdan məhrum etmə, 2020-ci ildə CM-in 315, 177.2.2, 29, 177.2.3, 66.2, 69.3-cü maddələri ilə 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə, sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 20 (iyirmi) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. ##.##.2025-ci ildə cəza müddəti başa çatmışdır (Cild 1, iş vərəqi 136-139). Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) ay 20 (iyirmi) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (Cild 1, iş vərəqi 140-144). Məhkəmə kollegiyası cinayət işi materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini düzgün tövsif edərək onun barəsində ittiham hökmü çıxarmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il * №-li Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi aşkar olunan narkotik vasitənin ona aid olmamasına dair dəlilləri ilə razılaşmır və məhkəmənin onun əməlinin tövsifinə münasibətdə cinayət qanununun normasını düzgün tətbiq etdiyini hesab edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsi cinayət işi materiallarında olan şahid ifadələri, istintaq protokolları, ekspertiza rəyləri ilə sübut edilir. Təqsirləndirilən şəxsin evə order olmadan basqın edilməsinə dair şikayətinin dəlili Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı və video materiallarla tamamilə təkzib olunur. narkotik vasitənin miqdarı, ayrı-ayrı kibrit qutularında xırda hissələrə bölünməsi və üzərində marixuana hissəcikləri olan elektron tərəzinin aşkar edilməsi onun satış məqsədilə əldə edilib saxlanılmasını sübuta yetirən əsas amillərdəndir. İbtidai istintaq zamanı tərtib olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən bədənində xəsarət izinin aşkar olunmaması, həmçinin vəkilin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı fiziki təzyiqə məruz qalmadığını özünün təsdiq etməsi bu iddiaları hüquqi cəhətdən əsassız edir. Bundan başqa təqsirləndirilən şəxsin istifadısində olan mobil telefonuna girib-çıxan SMS-lərin məzmunundan da onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması bir daha təsdiq olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı digər şahidlərlə üzləşdirilməməsini göstərsə də iş materialları ilə bu hal tamamilə təkzib olunmaqla hətta onun üzləşdirmə istintaq hərəkətinin video-çəkilişlə aparıldığı müəyyən olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxs bacısı şahid2 anlaqsız olmasını bildirsə də bu hal özü təsdiqini tapmamış, şahid2 anlaqsız olmasına dair hansısa dəlil müəyyən edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun müraciəti əsasında aparılan araşdırma əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın məhkəmə tərəfindən ləğv edilməsini göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu hal məhkəmə üçün təqsirləndirilən şəxsin təqsirsiz olması anlamına gəlmir. Belə ki, iş materiallarından da göründüyü kimi ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı istintaq hərəkəti məhkəmə qərarı əsasında aparılmaqla həmin vaxt və polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər-hansı zor tətbiq edilmədiyini bildirmiş, məhkəmə-tibb ekspertizasının ##.##.2025-ci il tarixli rəyi ilə də onun bədən səthi üzərində hansısa xəsarətlərin olmadığı müəyyən edilmişdir. Bütün bunlarla yanaşı Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi işdə olan və yuxarıda sadalanan digər mötəbər sübutlarla da təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etməmiş, CMin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. CM-in 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli residiv yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 20 (iyirmi) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. ##.##.2025-ci ildə cəza müddəti başa çatmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən ##.##.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınmışdır. Məhkəmə kоllеgiyаsı birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən CM-in 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif edilərək və cinayətin törədilmə şəraiti, halları, aşkar olunan narkotik vasitənin, psixotrop və güclü təsir edən maddənin sayı, çəkisi, növü, çeşidi, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə ona qanunla imkan verilən həddə cəza təyin edilmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il ## ### tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır» (## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməllərinin az ağır və ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayətin ictimai təhlükəliliyini, xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, ona təyin edilmiş cəzanın həddini və işin digər hallarını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar