Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-272/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, vəkili (“Arbitrium” Vəkil Bürosu) müdafiəçi2, nümayəndəsi və vəkili (“Xəzər konsaltinq” Vəkil Bürosu) müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona qəsdən böhtan atdığına, qərəzli şəkildə şərəf və ləyaqətini alçaltdığına eləcə də, nüfuzdan saldığına görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir (hakim Ramiz Quliyev). Apellyasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148–ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsi barədə hökm çıxarılması barədə vermiş olduğu xüsusi ittiham qaydasında şikayətinin icraata götürülərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətinə əlavə verərək, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsinən imtina edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, şikayət üzrə toplanmış materialların yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, şikayətini qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edərək məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə barəsində şikayət verilən şəxsin mövqeyindən çıxış edərək şikayətini icraata götürməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, şikayətdə istinad olunan görüntünün hansı tarixdə, hansı saatda, kim tərəfindən sosial şəbəkəyə yerləşdirilməsi, videonun tam adı, internet keçidi və ya digər fərdiləşdirici rekvizitləri göstərilməmişdir. Həmçinin, şikayətdə yalnız müəyyən ifadələr sadalanmış, barəsində şikayət verilmiş şəxsin hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə isə 148–ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Birinci instansiya məhkəməsinin bu mövqeyi işə mahiyytəti üzrə baxılan zaman araşdırılmalı olan məsələdir və bu hallar şikayətin hazırlıq iclasından icraata qəbul edilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Fotoşəkillər elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə yüklənmiş, video görüntülərin həmin kabinet vasitəsi ilə yüklənməsi üçün texniki imkanlar olmadığından videolar flashcart vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi işin bu halını ümumiyyətlə nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qərarına köçürdüyü, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014–cü il tarixli Qərarında birbaşa göstərilir: “Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM–nin 293.3.1 293.3.7–ci maddələri). Göründüyü kimi, Ali Məhkəmənin Plenumu da, şikayətdə olmalı məlumatları sadalayarkən 293.3.6–cı maddədə göstərilən yer məhfumunu şikayətin verildiyi tarixlə birgə sadalamır, əksinə şikayətin verildiyi yeri əsas atribut kimi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi kimi göstərir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(5–155)–***/**** saylı ##.##.2026–cı qərarı ləğv edilməli, xüsusi ittiham qaydasında şikayət üzrə materiallar Sumqayıt Şəhər Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi verilmiş şikayətə baxaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM–nin 293.3.6–cı maddəsinə əsasən şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası CPM–in qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Lakin hazırki şikayətdə qanunvericiliyin tələblərinə xüsusi ittihamçı tərəfindən riayət olunmamış, şikayətin verildiyi yer dəqiq olaraq şikayətdə qeyd edilməmişdir və bu səbəbdən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qeyd edilən nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014–cü il tarixli, * nömrəli qərarının 11–ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM–nin 293.3.1–293.3.7–ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM–nin 302.1.2–302.1.4 və 302.1.6–302.1.8–ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Təqdim olunmuş materiallarda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən verilmiş şikayətdən aydın olur ki, fotoşəkillər elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə yüklənmiş, video görüntülərin həmin kabinet vasitəsi ilə yüklənməsi üçün texniki imkanlar olmadığından videolar flashcart vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əgər təqdim etdiyi videolarda səsləndirmiş olduğu videolarda işlətdiyi ifadələri onun barəsində nəzərdə tutmamışdırsa, niyə bir dəfə də olsun videoların rəy (commet) hissəsində onun adını çəkən, videolarda şəkillərindən istifadə edərək ona istinad edənlərə bir dəfə də olsun əks olaraq söhbətin ondan getməməsi barədə açıqlama verməmişdir ?!. Lakin birinci instansiya məhkəməsi qeyd edilənlərə əhəmiyyət verməyərək, göstərilən xüsusatları məhkəmə istintaqı zamanı tam və hərtərəfli araşdırmaq əvəzinə erkən olaraq hazırlıq iclasında yekun nəticəyə gəlmişdir. Belə olan halda hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsinə digər əsaslar imkan verdiyi təqdirdə müraciət üzrə məhz məhkəmə istintaqı zamanı baxılıb qiymət verilməli, tam və hərtərəfli araşdırma aparılmaqla yekun qərar qəbul edilməlidir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, vəkili müdafiəçi2, nümayəndəsi və vəkili müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uygun çıxış edərək, şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, şikayət üzrə toplanmış materialların yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətinə etiraz edərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının qanuni olduğunu, qərarın ləğv olunması üçün əsaslar olmadığından dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayətində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası iş materialını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qərarda qeyd etmişdir ki, şikayətdə istinad olunan görüntünün hansı tarixdə, hansı saatda, kim tərəfindən sosial şəbəkəyə yerləşdirilməsi, videonun tam adı, internet keçidi və ya digər fərdiləşdirici rekvizitləri göstərilməmişdir. Həmçinin, şikayətdə yalnız müəyyən ifadələr sadalanmış, barəsində şikayət verilmiş şəxsin hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Məhkəmə iclasında şikayətçi Xüsusi ittihamçı verdiyi izahatdan da görünür ki, o, barəsində paylaşılmış “Bax da” adlı “YouTube” kanalındakı videonun guya ona aid olduğunu məhz hadisələrin baş vermə ardıcıllığına, özünün əvvəlki paylaşımına və şəxsi qənaətinə əsasən hesab etmişdir. Halbuki o, izahatında da videoda adının çəkilmədiyini, lakin orada işlədilən ifadələrin özünə ünvanlandığını düşündüyünü bildirmişdir. Digər tərəfdən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə iclasında həmin videoda konkret olaraq Xüsusi ittihamçı hədəfə almadığını, əvvəlki paylaşımlarının ümumi xarakter daşıdığını və şəxsi mövqeyini ifadə etdiyini bildirmişdir. Belə olan halda, tərəflərin izahatlarından görünür ki, onların arasında yaranmış mübahisə əsasən sosial şəbəkələrdə edilən paylaşımların məzmununun onlar tərəfindən müxtəlif cür qiymətləndirilməsi və həmin ifadələrin şikayətçi tərəfindən özünə aid edilməsi ilə bağlıdır. Şikayətçinin subyektiv qənaəti öz-özlüyündə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması üçün kifayət edən prosessual əsas hesab edilə bilməz. Xüsusi ittiham qaydasında verilən şikayətdə cinayət hadisəsinin baş vermə vaxtı, yeri, üsulu, cinayət hesab edilən ifadələrin tam məzmunu, həmin ifadələrin konkret olaraq hansı cinayət tərkibini yaratması, həmin ifadələrin hansı cinayət-hüquqi normaya uyğun qiymətləndirilməli olduğunu və bu nəticəyə gəlməyə əsas verən faktiki halları aydın şəkildə əks etdirməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayət yalnız ümumi xarakterli mülahizələrə və şikayətçinin hadisələrə verdiyi şəxsi qənaətə deyil, qanunun tələb etdiyi konkret faktiki məlumatlara əsaslanmalıdır. Hazırkı şikayət isə həmin tələblərə cavab vermədiyindən məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsinə imkan vermir. Göstərilənlərdən başqa Xüsusi ittihamçı tərəfindən məhkəməyə verilmiş qeyd edilən xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna da uyğun olmadığından məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən böhtan və yalan olduğunu billə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət əməlidir. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbayan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, ığulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin İ adı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CM-in 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan cinayət əməli qanunda göstərilən üç üsulla yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi böhtan və təhqir cinayəti obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» ## ###### 2014-cü il tarixli * nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericilikdə böhtan və təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda, böhtan xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduğu təqdirdə, şəxsin böhtana görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinin mümkünlüyü göstərilmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Ona görə də, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi üçün əsas bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayətçinin subyektiv qənaətinin öz-özlüyündə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması üçün kifayət edən prosessual əsas hesab edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbulundan imtina edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 398.1.1, 407, 408, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan elan olunduğu gündən CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-272/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-272/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver