Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-273/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X14 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (hakimlər X8 (sədrlik edən), Cəfərzadə İlham Nizami oğlu və X1 ibarət tərkibdə) ## #### 1994-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şamaxı şəhəri, Şah İsmayıl Xətai küçəsi ev 53 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə yaşadığı Şamaxı şəhəri, Şah İsmayıl Xətai küçəsi ev 53 ünvanında yerləşən evinə gəldikdən sonra təxminən saat 20 radələrində evin qarşısındakı küçəyə çıxmış, bu vaxt qaynanası Hüquqi varis ilə birlikdə azyaşlı qızı Aylin Əliyevanın küçədən keçdiyini görmüş, həmin vaxt qızı Aylin Əliyeva onu görüb qucağına qaçmış və qaynatası Zərərçəkmiş şəxs ona “uşağı ver” deməsinə məhəl qoymayıb yaşadığı evə daxil olmuş, təxminən saat 23 radələrində evin həyətində olarkən qonşuluqda yaşayan qaynatası Zərərçəkmiş şəxs onun ünvanına söyüşlər söydüyünü eşitmiş, bundan əsəbiləşərək Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədilə mətbəxdən ümumi uzunluğu 200 mm, tiyəsinin uzunluğu 90 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı bir ədəd mətbəx bıçağını götürmüş və üzərində gəzdirməklə küçəyə çıxmış, Şamaxı şəhəri, Şah İsmayıl Xətai və Məhəmməd Fizuli küçələrinin kəsişməsində, Məhəmməd Füzuli ev 18 ünvanında yerləşən evin qarşısındakı yolda bir qədər dayandıqdan sonra Zərərçəkmiş şəxs evinin darvazasından çıxaraq çölə boylanmış və onu görüb yanına gəlmiş, həmin yerdə Zərərçəkmiş şəxs ona “Niyə uşağı götürüb aparmısan”, “Sən kişi deyilsən, bir ildir işdən çıxmısan, işsizsən, ailəni dolandıra bilmirsən, get qızımdan boşan” deməsindən sonra sonuncu ilə aralarında sözlü mübahisə yaranmış, cavabında Zərərçəkmiş şəxs “Gətirib mənə pul vermisən ki, ailəmi dolandırmağımı da məndən tələb edirsən” demiş, bu vaxt Zərərçəkmiş şəxs ona “Sənə niyə pul verməliyəm, öz ailəni özün dolandır” demiş, qeyd edilən məzmunda Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı sonuncu onun valideynlərinin və qohumlarının ünvanına nalayiq ifadələr işlətməklə üzünü çevirib gedərkən saat 22:36-da Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sağ əlində tutduğu bıçaqla bel nahiyəsindən qəsdən ardıcıl iki dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs bel nahiyyəsində sağda boşluğa keçib, aşağı boş venanın kəsilməsi ilə müşahidə olunan yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bir ədəd və bel nahiyyəsində solda boşluğa keçməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bir ədəd xəsarət yetirmiş, Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon mərkəzi xəstəxanasına aparılsa da, aldığı bel nahiyyəsində sağda daxilə nifuz edib boş venanın zədələnməsi ilə müşahildə olunan xəsarət nəticəsində yaranan ağır qanitirmə şoku səbəbindən saat 23:40- da cərrahiyyə əməliyyatı zamanı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X9 apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində xəsarət yetirmə kimi qiymətləndirilməsi və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs əməli qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs qaynatası Zərərçəkmiş şəxs qəsdən öldürməyib. Müdafiə tərəfi Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Əslində Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində xəsarət yetirib. Mərhum Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaynatası olub, qonşuluqda yaşayıblar. Hadisə baş verən gün saat 23 radələrində Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısını döyərək onu və qohumlarını sözlə ifadəsi belə mümkün olmayan ağır söyüşlərlə təhqir edib, qanunsuz olaraq Təqsirləndirilən şəxs övladını ona verməyini tələb edib. Bundan əvvəl də Zərərçəkmiş şəxs dəfələrlə qanunsuz olaraq Təqsirləndirilən şəxs və yaxın qohumlarını nalayiq ifadələrlə təhqir edib. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ağır, nalayiq söyüşlərlə təhqir edən vaxt Təqsirləndirilən şəxs anidən güclü ruhi həyacan vəziyyəti yaranıb, o, öz şüuru və danışığı üzərində nəzarəti itirib, özünü idarə edə bilməyib, hər şeyi, o cümlədən Zərərçəkmiş şəxs qaynatası olmasını unudub, həmin vəziyyətdə də nə dediyini, necə hərəkət etdiyini bilməyib. Həmin anda tək o yadında qalıb ki, Zərərçəkmiş şəxs əlində bıçaq var idi və qışqıra-qışqıra onu və ailə üzvlərini söyürdü. Həmin anda hadisəni necə törətdiyi Təqsirləndirilən şəxs yadında qalmayıb. Sonradan ailə üzvlərinin, qohumlarının və hadisə yerinə gəlmiş qonşuların, müstəntiqin dediklərinə, ekspert rəyinə, görüntüyə əsasən bilib ki, evdən götürdüyü kiçik mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs iki ardıcıl zərbə endirib və dərhal da aralınıb gedib. Təqsirləndirilən şəxs qaynatası Zərərçəkmiş şəxs bıçaqla zərbə endirdikdən sonra özünə gəlib, nə törətdiyini anlayıb, özünü çox əzgin və yorğun hiss edib. Özünə gələn kimi dərhal da təcili yardıma zəng vuraraq hadisə yerinə çağırıb, polisə də zəng vuraraq hadisə barədə məlumat verib. Zərərçəkmiş şəxs Təcili yardımın geç gəlməsi və xəstəxanada cərrahın olmaması və sonradan gəlməsi səbəbindən çoxlu qanitirmədən vafat edib. İbtidai istintaqın gedişində məhkəmə psixoloji ekspertizası keçirilib və rəy verilib. Həmin rəy kifayət qədər əsaslı deyil, şübhə doğurur, hökmün əsası kimi qəbul edilə bilməz. İbtidai istintaq zamanı ekspertiza keçirilərkən işin konkrtet halları, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmişin hüquq varisinin, şahidlərin ifadələri düzgün analiz olunmayıb, ekspert hadisə ilə bağlı Təqsirləndirilən şəxsla müdafiəçinin iştirakı ilə söhbət aparmayıb, işə səthi yanaşıb, obyektiv rəy verməyib. Məhkəmə psixoloji ekspertizasının rəyində Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə qanunsuz hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs anidən güclü, emosional hislər yaranması, onun fəaliyyətinə pozucu təsir göstərməsi, anidən öz şüuru və danışığı üzərində nəzarəti itirməsi, beynində kəskin oyanma ocağı əmələ gəlməsi, həmin vəziyyətdə də nə dediyini, necə hərəkət etdiyini bilməməsi qeyd olunmayıb, ümumi ifadələrdən istifadə olunub, işin faktik halları nəzərə alınmayıb. Müdafiə tərəfi təkrar psixoloji ekspertiza keçirilməsi barədə həm ibtidai istintaqda, həm də məhkəmədə dəfələrlə vəsatət versə də həmin vəsatətlər əsassız və qanunsuz olaraq təmin olunmayıb. Buna görə də müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir və qanunsuz hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaq zərbəsini güclü ruhi həyacan vəziyyətində yetirməsəydi belə onun əməli qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə deyil, şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma kimi Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə qiymətləndirilməli idi. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında ardıcıl verdiyi ifadələrində göstərib ki, o, qaynatası zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyətində olmayıb, bunu arzu etməyib və buna şüurlu sorətdə yol verməyib. İş materiallarına əlavə olunmuş hadisə yerinin görüntüsündən də aşıq-aşkar məlum olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ardıcıl bışaq zərbəsi endirməsi anidən baş verib, bir-iki saniyə davam edib. Onlar arasında dava-dalaş, süperləşmə, bir-birinə qarşılıqlı zərbə endirmə, itələşmə, ümumiyyətlə heç bir təmas olmayıb. Təqsirləndirilən şəxs zərərçəkmişə anidən zərbə endirdikdən sonra zərərçəkmişi həyatdan məhrum etmək üçün bışaq zərbələrini davam etdirməyə imkanı olduğu halda bunu etməyib, zərərçəkmişə bir daha heç bir zərbə endirmədən, kimsənin müdaxiləsi olmadan dərhal ondan aralanıb öz evlərinə tərəf gedib, zərərçəkmiş də öz qapısına tərəf addımlayıb. 4. Təqsirləndirilən şəxs cinayət əməlini zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında törədib, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunub, əvvəllər məhkum olunmayıb, müsbət xarakterizə olunur, könüllü gəlib təqsirini boynuna alıb, gənc ailə başçısıdır, kiçik yaşlı uşaqları var, həyat yoldaşı işləmir. Zərərçəkmişin hüquq varisi notarial qaydada ərizə verərək və məhkəmə iclasında bəyan edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bağışladıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirib. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını da nəzərə almayıb. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində xəsarət yetirmə kimi qiymətləndirilməsi və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X6 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının ##.##.2025-ci il tarixli **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Təhqirə qarşı həssaslıq, neqativ amillərə qarşı dözümsüzlük, emosionallıq kimi fərdi-psixoloji xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində qıcıqlara qarşı həsasslıq, emosionallıq yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının ## #### 2025-ci il tarixli ** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - bel nahiyyəsində sağda boşluğa keçib, aşağı boş venanın kəsilməsi ilə müşahidə olunan bir ədəd yara, bel nahiyyəsində solda boşluğa keçməyən bir ədəd yara ## #### 2025-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilmişdir. Həmin xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla və ona oxşar digər bıçaqla yetirilməsi inkar olunmur. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən bel nahiyyəsində sağda boşluğa nifuz edib, venanın kəsilməsi ilə müşahidə olunan yara yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, bel nahiyyəsində solda boşluğa nifuz etməyən bir ədəd yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb bel nahiyyəsində sağda daxilə nifuz edib boş venanın zədələnməsi ilə müşahildə olunan ağır qanitrrmə şoku olmuşdur. Ölüm ##.##.2025-ci il tarixdə xəstəxanada baş vermişdir. Zərərçəkmiş şəxs xəsarət aldığı vaxt ayaq üstə və ona yaxın vəziyyətlərdə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra qısa müddət aktiv hərəkət etmək iqtidarında olmuşdur ki, bu da dəqiqələrlə ölçülür “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun ## ###### 2002-ci il tarixli Qərarınnın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası işin halları ilə bağlı ilk öncə qeyd etmək istəyir ki, törədilmiş hüquqa zidd hərəkətlərdə (hərəkətsizliklərdə) hüquqi qiymət verilərkən niyyətin əhəmiyyətli yeri var. Lakin bu niyyət öz təzahürünü elə həmin hüquqazidd hərəkətlərin (hərəkətsizliklərin) realizəsində, həyata keçirmə üsulunda və buna uyğun olaraq nəticəsində göstərir. Buna uyğun olaraq, hazırkı cinayət işi üzrə müəyyən olunur ki, təqsirləndirilən şəxsin evdən məqsədyönlü şəkildə mətbəx bıçağını götürmüş, onu gizlədərək küçəyə çıxmış və zərərçəkmiş şəxs arxasını çevirib uzaqlaşarkən ona qəsdən arxadan hücum edərək həyat üçün təhlükəli nahiyəyə ardıcıl zərbələr endirmişdir. Bu isə verilmiş apellyasiya şikayətinin dəlilləri ilə, o cümlədən təqsirləndirilən şəxs tərəfindən birinci instansiya məhkəməsində səsləndirdiyi fikirlər arasında kəskin ziddiyyət yaradır. Həmçinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Bu baxımdan verilmiş apellyasiya şikayəti formal mülahizələrdən ibarət olduğunu göstərir. Birinci instansiya məhkəməsi tərəfindən hüquqa zidd əməl düzgün tövsif olunmuşdur. Digər tərəfdən Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində ##.##.2020-ci il təvəllüdlü X3, ##.##.2021-ci il təvəllüdlü X4 və ##.##.2023-cü il təvəllüdlü X5 adlı üç azyaşlı övladları vardır. Birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq Təqsirləndirilən şəxs üç azyaşlı övladlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə almış və ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan CM-nin 120.1ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş ən aşağı həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-273/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-273/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver