Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-274/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Bilal Mahir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə (Hakim: Firuzə Kərimova) ##.##.1989-cu ildə Salyan rayonunda doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Hacıqabul rayonu, Qubalıbalaoğlan ərazi dairəsi, Qubalıbalaoğlan kəndində qeydiyyatda olub Abşeron rayonu, Kərpic zavod yolu küçəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanını ünvanında yerləşən fərdi yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun və Bakı şəhər hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılması, hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılması, cəzasının əvvəlinin Sumqayıt şəhər Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə saat 2010-da idarə etdiyi Nissan Note markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 22,8 kilometrliyində Bakı şəhəri istiqamətində yolun sağdan birinci hərəkət zolağı ilə təxminən 55-60 km/saat sürətlə hərəkətdə olarkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq – yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırdığından, avtomobilin hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etmədiyindən, qarşıda onunla eyni istiqamətdə yolun sağ çiynində dayanmış nəqliyyat vasitəsini və həmin avtomobilin arxasında dayanmış piyadanı nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlamadığından avtomobilin qabaq hissəsi qarşıda onunla eyni istiqamətdə nasazlıq səbəbindən yolun sağ çiynində dayanmış vəziyyətdə olan sürücü şahid2 idarə etdiyi VAZ 21099 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş və həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağ baldır nahiyyəsinin hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ baldır sümüklərinin yuxarı və orta 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı incik sümüyünün deffekti ilə, sağ baldır nahiyyəsinin əzilmiş-cırılmış yaranan izi olaraq, sol diz və sol baldır nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tam ödədiyinə görə cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onu zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etməli olduğu halda ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Belə ki, cinayət işinin ibtidai istintaqı dövründə tərəfindən zərərçəkmiş şəxslə cinayət işi üzrə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs müalicə və müayinələrinə, həmçinin əməliyyatına çəkilmiş xərclər tərəfindən ödənilmiş və bu barədə müvafiq qəbzlər məhkəməyə təqdim edilmişdir. Yəni cinayət işi üzrə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Lakin buna baxmayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onunla barışmamış və barışıq üçün əlavə 5000 manat manat pul istəmişdir. Zərərçəkmiş şəxs ondan istədiyi 5000 manat pul cinayət işi üzrə maddi ziyan deyil barışıq üçün təklif edilən məbləğ olmuşdur. Aralarında notarial qaydada bağlanmış barışıq sazişinə əsasən barışıq üçün ondan istədiyi 2500 manat pul sazişin bağlandığı vaxt ödənilmiş, geri qalan məbləğin ödənilməsi üçün isə müəyyən qədər vaxt verilmişdir. Məhkəmə sazişdə qeyd olunan məbləği ümumilikdə vurulmuş maddi ziyan kimi qəbul etməklə və vurulmuş ziyanın tam şəkildə ödənilməməsini əsas gətirib ona cəza təyin etməklə maddi hüquq nomasını pozmuşdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 5000 manat pul ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yəni, 5000 manat maddi ziyanın vurulması ilə bağlı cinayət işi materiallarında heç bir sübut yoxdur. Zərərçəkmiş şəxsin ondan tələb etdiyi həmin məbləğ barışıq üçün istənilən məbləğ olmaqla cinayət işi üzrə vurulmuş maddi ziyan olmamışdır. Məhkəmə barışıq əldə olunsa da vurulmuş maddi ziyanın tam ödənilməməsi əsası ilə ona cəza təyin edərkən həqiqətən də vurulmuş maddi ziyanın 5000 manat olmasına dair sübutlara istinad etməli olmuşdur ki, cinayət işində heç bir sübut olmamışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 5000 manatla bağlı mülki iddia qaldırmış olsa idi məhkəmənin həmin iddianı təmin etmək üçün heç bir əsası olmayacaqdı. Belə olan halda məhkəmə onu cinayət məsuliyyətindən azad etməli olduğu halda etməmiş, maddi hüquq normasını düzgün tətbiq etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Yuxarıda qeyd olunan işin hallarına və qanunvericiliyin tələblərinə əsasən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli hökmünün ləğv olunmasını, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və sonuncuya dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad olumasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 oğlu apellyasiya instansiyası məhkəməsində çıxış edərək, cinayət işi üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını və cinayət nəticəsində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini göstərmişdir. Apellyasiya instansiya məhkəməsində dövlət ittihamçısı Dövlət ittihamçısı çıxış edərək, zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ərizənin nəzərə alınmasını və Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət işi üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsi ilə yanaşı, onun bu əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onun əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Ərizənin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. CM-in 263-cü maddəsinin qeyd hissəsində göstərilir ki, həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxlə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin barışdıqları barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. CM-in 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublaksı Konstitusiya Məhkəməsinin ## #### 2022-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümum hüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət məsələsinin həll olunması üçün qərarın surəti Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 200 (iki yüz) manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Nissan Note” markalı, **-BG-*** və “VAZ 21099” markalı, **-NU-*** d.q.n-li avtomobillərin sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) saat göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nağıyev İqbal Adil oğluna 330 (üç yüz otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixi dəyişiklik nəzərə alınmaqla). Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 oğluna məhkəmədə iştirak etdiyi cəmi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin və Cinayət Prosessual Məcəllənin 43.1.2, 397.1, 397.2 və 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət məsələsinin həll olunması üçün qərarın surəti Abşeron Rayon Prokurorluğuna göndərilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Nissan Note” markalı, **-BG-*** və “VAZ 21099” markalı, **-NU-*** d.q.n-li avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) saat göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nağıyev İqbal Adil oğluna 330 (üç yüz otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-274/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-274/2026
03.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver