Məhkəmə qərarları › İş №1(3-8)-279/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-279/2026

04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-279/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və xüsusi ittiham qaydasında şikayət vermiş xüsusi ittihamçı4 nümayəndəsi nümayəndə1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və xüsusi ittiham qaydasında şikayət vermiş xüsusi ittihamçı3 nümayəndəsi nümayəndə2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə nümayəndə1, nümayəndə2, xüsusi ittihamçı3, xüsusi ittihamçı4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər nümayəndə1, nümayəndə2, xüsusi ittihamçı3, xüsusi ittihamçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: nümayəndə1, nümayəndə2, xüsusi ittihamçı3, xüsusi ittihamçı4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X1) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə nümayəndə1, nümayəndə2, xüsusi ittihamçı3, xüsusi ittihamçı4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qeyd edilən qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qanuni və əsaslı deyildir. Belə ki, şikayətdə CPM-nin 293.3-cü maddəsində göstərilən əsas məlumatlar dəqiq və aydın göstərilmişdir. Məhkəmə icraata qəbul mərhələsi ilə sübutların mahiyyəti üzrə qiymətləndirilməsi mərhələsini qarışdırmışdır. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi mərhələsində məhkəmə şikayətin qanunda tələb olunan məlumatları daşıyıbdaşımadığını yoxlamalıdır. Bu mərhələdə videoçəkilişə tam hüquqi qiymət verilməsi, ifadələrin təhqir olub-olmaması barədə yekun nəticəyə gəlinməsi və sübutların ittiham hökmü üçün kifayət edib- etməməsinin qabaqcadan həll edilməsi məhkəmə baxışının predmetidir. Hazırkı işdə şikayətin məzmunu məhkəmə baxışına başlamaq üçün kifayət idi. Çünki əməl, şəxs, vaxt, yer, üsul, ifadələr, sübutlar, xahiş, tarix, yer və imzalar mövcuddur. Məhkəmə işə baxış təyin edib videoçəkilişi tədqiq etməli, polis materiallarını tələb etməli, şikayətçiləri və zəruri şahidləri dindirməli, yalnız bundan sonra ifadələrin CM-in 148-ci maddəsi üzrə təhqir tərkibi yaradıbyaratmamasına hüquqi qiymət verməli idi. Ifadələrin təhqiredici xarakteri məhkəmə baxışında araşdırılmalı idi. Şikayətdə göstərilən “həyasız”, “yiyəsiz”, “elə bil evdə at kişnəyir”, “dədəsinin xarabası” kimi ifadələr adi narazılıq bildirmə çərçivəsindən kənara çıxır və şəxsin mənəvi-əxlaqi keyfiyyətlərini, ailə mühitini, səsini və davranışını alçaldıcı formada hədəfə alır. Bu ifadələrin gecə vaxtı çoxmənzilli binanın ümumi dəhliz-pilləkən sahəsində yüksək səslə deyilməsi onların kənar şəxslər tərəfindən eşidilə və qavranıla bilməsi ehtimalını artırır. Bu baxımdan şikayətdə göstərilən hallar CM 148-ci maddəsi üzrə məhkəmə baxışında araşdırılmalı olan ciddi faktiki və hüquqi məsələ yaradırdı. Məhkəmə həmin halları icraata qəbul mərhələsində formal əsaslarla kənarda qoya bilməzdi. Ali Məhkəmənin şəxsiyyət hüquqlarının müdafiəsinə dair plenum izahlarında da göstərilir ki, şərəf, ləyaqət və nüfuzun müdafiəsi zamanı ifadənin məzmunu, forması, konteksti, deyilmə şəraiti və auditoriyası birlikdə qiymətləndirilməlidir. “Həyasız”, “yiyəsiz”, “elə bil evdə at kişnəyir”, “dədəsinin xarabası” kimi ifadələr ayrı-ayrılıqda deyil, məhz gecə vaxtı qapı qarşısında, ümumi dəhlizdə, yüksək səslə, mübahisə və hədə-qorxu fonunda işlədilməsi baxımından qiymətləndirilməlidir. Bu qiymətləndirmə isə icraata qəbul mərhələsində deyil, məhkəmə baxışında video, şahidlər, polis materialları və zəruri ekspertiza əsasında aparılmalı idi. Məhkəmənin qərarında CPM 293.3-cü maddənin konkret hansı bəndinin hansı səbəbdən pozulduğu göstərilmədiyindən qərar əsaslandırılmış hesab edilə bilməz. Şikayətin məzmununda 293.3.1-293.3.7-ci maddələr üzrə zəruri məlumatlar mövcud olduğu halda, şikayətin icraata qəbul edilməməsi xüsusi ittihamçıların məhkəməyə çıxış və şərəf-ləyaqətin müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Xüsusilə məhkəmənin qara hərflərlə vurğuladığı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi” barədə mövqeyi CPM-in 402.0.1-ci maddəsi baxımından mühüm pozuntu kimi qiymətləndirilməlidir. Çünki şikayətdə əməli törətmiş şəxs kimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs soyadı, adı, atasının adı, FIN məlumatı və yaşayış yeri göstərilmiş, əməlin məhz həmin şəxs tərəfindən törədilməsi isə videoçəkiliş, polis orqanının ##.##.2026-cı il tarixli məktubu, həmin şəxs barəsində IXM-in 510.1 -ci maddəsi üzrə protokol tərtib edilməsi və hadisənin konkret vaxtı-yeri ilə əsaslandırılmışdır. Belə olduqda məhkəmə bu tələbin pozulduğunu ümumi şəkildə göstərə bilməzdi; konkret olaraq hansı məlumatın çatışmadığını, həmin çatışmazlığın niyə icraata qəbuldan imtinaya səbəb olduğunu izah etməli idi. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və xüsusi ittiham qaydasında şikayət vermiş xüsusi ittihamçı4 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, 6 ildir ki qeyd edilən ünvanda yaşayırlar. Həmin ev atasının mülkiyyətindədir. Ailədə bacısının 2 yaşlı körpə uşağı var. Uşağın evdə etdiyi səslərə görə qonşuları Sona tez-tez onların divarını döyür. Onlar da həmçinin Sonagilin evindən gələn səs-küyə görə komendanta şikayət etmişlər. Gecə vaxtı Sona basqın edən kimi qapını döyüb onları təhqir etmiş, şəxsiyyətini alçaltmışdır. Hadisəyə bütün qonşular şahid olmuşdur. Edilən təhqirlər ona və ailəsinə qarşı olmuşdur. Ata-anası və özü xəstəlikdən əziyyət çəkir və bütün bunlar ona pis təsir edir. Əvvəlki məhkəmədə Sona üzr istəmiş, zarafatlaşdığını bildirmişdir. Bildirir ki, istər əvvəlki yaşadıqları, istərsə də hazırda köçdükləri binada indiyə qədər heç bir qonşu ilə münasibətləri pis olmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və xüsusi ittiham qaydasında şikayət vermiş xüsusi ittihamçı3 nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Sona 2 yaşlı körpə uşağın üzərinə hücum çəkir, onları təhqir edir. Gecə saatlarında qapını döyüb onları təhqir etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, indiyə qədər ondan və ailəsindən heç bir qonşu tərəfindən şikayət edilməmişdir. Şikayət vermiş şəxslərin binaya köçdükləri vaxtdan 6 il ərzində heç vaxt onlara uşağın səsinə görə irad bildirməmişdir. Onlar hətta özləri uşağın gecə saatlarında ağlayıb səs salmasına görə narahatlıq yaradıb-yaratmadığını soruşmuşlar. Hadisə iki qonşu arasında baş vermişdir. Hadisə vaxtı şikayətdə qeyd edilən sözləri demişdir. Belə ki, onu bu həddə çatdırmışlar. Gecə saatlarında onların gülüşmə səsləri, musiqi səsləri 6 il ərzində daimi narahatlıq yaratmışdır. Lakin məsələnin uzanmamağı üçün o polisə şikayət etməmişdir. Işlətdiyi ifadələri yalnız iki qonşu arasında, üzüzə demişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər xüsusi ittihamçı4 və xüsusi ittihamçı3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, materialdan görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini onunla əsaslandırmışdır ki, şikayət məzmunca Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə hesab etmişdir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli * saylı qərarının 5-ci bəndinə böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək və apellyasiya şikayətinin dəlillərini rədd edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasına əsasən, təhqir — yəni şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaltması cinayət məsuliyyətinə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldığı təqdirdə səbəb olur. Lakin hazırki iş üzrə qeyd olunan halların mövcudluğunu və qanunla müəyyən edilmiş bu tövsifedici əlamətləri təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, şikayətdə əməlin məhz Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Bundan başqa şikayətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ərizəçilərin təhqir hesab etdikləri ifadələri konkret olaraq kimə ünvanladığı qeyd edilməmiş, ərizə dörd nəfər şəxs tərəfindən imzalansa da həmin əməldən konkret olaraq kimin zərər çəkdiyi göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə nümayəndə1, nümayəndə2, xüsusi ittihamçı3, xüsusi ittihamçı4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.6, 302.1.7, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin olunmasın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə nümayəndə1, nümayəndə2, xüsusi ittihamçı3, xüsusi ittihamçı4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar